Müsavat başqanlığına namizədi öldürəndən sonra tikə-tikə doğrayıblar - ŞOK
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Müsavat Partiyasının fəalı, vaxtilə Müsavat başqanlığına namizəd olmuş Natiq Mehdinin qətlində ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İclasda müttəhimin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Hakim Elsevər İslamovu ittiham olunduğu maddələr üzrə 15 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum edilə biləcəyi ilə bağlı məlumatlandırıb. Təqsirləndirilən şəxs özünü ittiham üzrə qismən təqsirli bilib.
Musavat.com xəbər verir ki, qanlı olay 2024-cü il mayın 14-də Bakının Xətai rayonu ərazisində yerləşən 55 saylı orta məktəbdə baş verib.
Baş Prokurorluğun yaydığı məlumata əsasən, 1966-cı il təvəllüdlü Elsevər Eldar oğlu İslamovun şəxsi münasibətlər zəminində iş yoldaşı Natiq Mehdini öldürməsinə və Xəzər rayonu ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.
İttihama görə, Elsevər İslamov Natiq Mehdi ilə mübahisə zamanı ona çoxsaylı yumruq və təpik zərbəsi endirdikdən sonra mətbəx bıçağı ilə də ağır zərbələr endirərək onu qətlə yetirməkdə şübhəli bilinib.
Təqsirləndirilən bundan sonra meyitin üzərində təhqiredici hərəkətlər edərək onun qol, ayaq və baş hissələrini kəsib ayırmaqla yanaşı, cinsiyyət orqanını da kəsərək, sellofan torbalara yığıb, Xəzər rayonunun ərazisində basdırıb.
Müsavat fəalı Natiq Mehdinin dəhşətli qətlindən sonra vəkil Nemət Kərimli mətbuata açıqlama verib demişdi ki, o, bir müddət əvvəl öz bacısına müraciət edərək çalışdığı 55 saylı orta məktəbdə direktor müavini Elsevər İslamov tərəfindən əsassız təzyiqlərə məruz qaldığını bildirib.
“Natiq Mehdi ali təhsilli olsa da, ixtisasına uyğun işlə təmin edilməyib, ona görə məktəbdə gözətçi işləyib. Xüsusən işlədiyi son dövrdə direktor müavini və idman müəllimi Elsevər İslamov tərəfindən əsassız təzyiqlərə məruz qalıb. Məsələn, “niyə masanı bura qoymusan”, yaxud “otaqda niyə kofe dəmləmisən” adı altında qısnamalar ilə üzləşib. Natiq Ulubəy öz bacısına bu təzyiqlərə görə yaxın günlərdə işdən çıxacağını deyibmiş. Halbuki, çox hövsələli, sakit adam olub” - deyə vəkil bildirib.
Elsevər İslamova gəlincə, o, direktor müavini olmaqla yanaşı, həm də idman müəllimi olub və aqressiv xarakteri ilə seçilib.
“Bir neçə dəfə valideynlər Elsevər İslamovun onların məktəbdə oxuyan övladlarını döyməsi ilə bağlı daxili yazışma qrupunda direktora şikayət ediblər” - deyə vəkil bildirib.
Lakin indi məlum olur ki, onun barəsində hər hansı bir tədbir görülməyib.
Qətlin bəsit motivi fonunda direktor müavininin göstərdiyi qəddarlıq isə xüsusilə dəhşətlidir. O iddia edib ki, gözətçini gecə yarısı iş yerində yatdığı üçün öldürüb:
“Hadisə baş verən gün Elsevər İslamov gecənin yarısı içkili vəziyyətdə məktəbə gəlib. Natiq iş yerində yatıbmış. Direktor müavini onun yatdığı yerdə şəklini çəkib və bu, Natiqin etirazına səbəb olub. Mübahisə başlayıb və direktor müavini başlayıb gözətçini döyməyə. Çox vəhşicəsinə döyüb, təpiyin altına salıb, başına, üzünə təpiklə vurub. Bütün bunlar təhlükəsizlik kamerasına düşüb. Natiq fiziki cəhətdən də zəif olduğu üçün özünü müdafiə edə bilməyib. Çox qəddarcasına döydükdən sonra da direktor müavininin ürəyi soyumayıb. Gedib, maşından bıçaq götürüb gəlib, bir də bıçaqla vurub”.
Vəkil bildirib ki, Natiq Mehdinin bıçaqlanana qədər, yoxsa ondan sonra öldüyünü ekspertiza müəyyənləşdirəcək.
“Görünür, Natiqi öldürəndən sonra direktor müavini etdiyi cinayəti anlayıb. O, qəddarcasına cəsədi doğrayıb, sellofan paketlərə yığıb və maşının baqaj yerinə qoyub. Doğranmış cəsəd 3 gün maşında qalıb. Ondan sonra etdiyi cinayətin izini itirmək üçün cəsədi evinin yaxınlığındakı bir ağaclıqda basdırıb” - deyə Nemət Kərimli təfərrüatları açıqlayıb.
Qeyd edək ki, Elsevər İslamov həbs edilib, onun barəsində CM-in 120.2.4 - xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Natiq Mehdi qətlindən bir həftə sonra Nardaran qəbiristanlığında dəfn edilib.
Proses oktyabrın 3-də davam etdiriləcək.
- Sumqayıtda partlayış: HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
3 dekabr 2024 09:47
- Bakıda hərbçi qəfil vəfat etdi - Foto
2 dekabr 2024 23:07
- CASUSU xəyanətinə görə DIRI-DIRI YANDIRDILAR
2 dekabr 2024 14:17
- Gürcüstanda etirazlar davam edir
2 dekabr 2024 12:33
- Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR
2 dekabr 2024 11:48
- Nəcməddin Sadıkovun yaxın adamı NƏ istəyir ?
2 dekabr 2024 10:19
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salındı
2 dekabr 2024 09:54
- Zurabişvili kreslosu ilə birgə küçəyə gedəcək... - Kobaxidze prezidentə vaxt qoydu
2 dekabr 2024 02:25
- Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı
2 dekabr 2024 02:11
- Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri
2 dekabr 2024 01:01
- Ərdoğandan Suriyada baş verənlərə - Reaksiya
03 dekabr 10:04
- Sumqayıtda partlayış: HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
03 dekabr 09:47
- Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir
03 dekabr 00:34
- Uşaq Bağçası sahibinin dələduzluq əməlindən 133 ZƏRƏRÇƏKMİŞ VAR
03 dekabr 00:06
- 8 mindən çox bələdiyyə üzvü seçiləcək
02 dekabr 23:51
- Bakıda hərbçi qəfil vəfat etdi - Foto
02 dekabr 23:07
- Xalq artisti məhkəmədə uduzdu
02 dekabr 22:33
- CASUSU xəyanətinə görə DIRI-DIRI YANDIRDILAR
02 dekabr 14:17
- Hər gün LİMON...DİŞLƏRİ ZƏDƏLƏYİR
02 dekabr 12:58
- Gürcüstanda etirazlar davam edir
02 dekabr 12:33
- Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR
02 dekabr 11:48
- Gürcüstanın iri biznes dairələri etiraz aksiyasını dəstəkləyib
02 dekabr 11:14
- Prezident qəbul keçirdi
02 dekabr 11:04
- DƏM qazından ölən 23 yaşlı AŞBAZ Mehribanın - Fotoları
02 dekabr 10:51
- Kərə yağı KƏSKİN bahalaşdı - Yeni qiymətlər
02 dekabr 10:29
- Nəcməddin Sadıkovun yaxın adamı NƏ istəyir ?
02 dekabr 10:16
- Ebru 5-ci ərindən də boşanır FOTO
02 dekabr 10:05
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salındı
02 dekabr 09:54
- Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... - RƏSULZADƏ
02 dekabr 09:39
- Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
02 dekabr 09:27
- Üsyançılar Hələbdə Prezidentin -başı- ilə FUTBOL OYNAYIR
02 dekabr 02:34
- Zurabişvili kreslosu ilə birgə küçəyə gedəcək... - Kobaxidze prezidentə vaxt qoydu
02 dekabr 02:25
- Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı
02 dekabr 02:11
- İmpotent kişilər yerişindən bilinir – Alimlər
02 dekabr 01:52
- Hələb qalasına Türkiyə bayrağı asıldı
02 dekabr 01:38
- Yeni ildə 7 gün ardıcıl İŞ OLMAYACAQ - Tarixlər
02 dekabr 01:29
- MDB-də ən yüksək dağlıq ərazidə tikilən Laçın hava limanı –VİDEO
02 dekabr 01:12
- Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib
02 dekabr 00:40
- Kənd yumurtası adı altında broyler yumurtaları satılır? - VİDEO
02 dekabr 00:22
- Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri
01 dekabr 23:57