Türk dünyasını birləşdirəcək 14 HƏRF ...
Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası keçirilib; Firudin Cəlilov: “Turana gedən yol ortaq əlifba ilə başlayır”
Türk Dünyası Ortaq Əlifba Komissiyasının Bakıda üçüncü iclası keçirilib. “Türk Dünyası Ortaq Əlifba Komissiyası ancaq Türk dünyası üçün əlifba yaradılması layihəsi ilə məşğuldur”. Bu fikri Türk Akademiyasının prezidenti Şahin Mustafayev Türk Dünyası Ortaq Əlifba Komissiyasının sentyabrın 9-da Bakıda keçirilən üçüncü iclasında deyib.
O, 2022-ci ilin oktyabrında Türkiyənin Bursa şəhərində keçirilən müvafiq seminarda Türk Dünyası Ortaq Əlifba Komissiyasının yaradılması qərarının Türk Dövlətləri Təşkilatına təqdim edildiyini xatırladaraq deyib: “Əsas məqsədimiz ortaq əlifba yaratmaqdır. Türk dünyasının dövlət başçıları bizdən hazır əlifba gözləyirlər”.
Ş.Mustafayevin sözlərinə görə, türk ölkələri və xalqları vahid əlifbaya keçid məsələsində artıq ciddi akademik irəliləyiş əldə ediblər, lakin siyasi qərarların qəbulu müəyyən vaxt apara bilər: “İclasda Türk dünyası ortaq əlifbasının 14 hərfi təsdiq olundu. Ümid edirik ki, tezliklə Türk dünyasının ortaq əlifbasının bütün hərfləri razılaşdırılacaq və təsdiq olunacaq”, - deyə Türk Akademiyasının prezidenti əlavə edib.
Osman Mert
Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert isə qeyd edib ki, Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənistandan sonra Qazaxıstan və Qırğızıstan da latın əlifbasına keçid edəcək: “Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmiş türk respublikaları üçün bu gün yeni səhifə açılır. Qazaxıstanın latın əlifbasına keçməsi 2025-ci ilə qədər baş verə bilər. Eyni zanmanda bir ildən sonra Birinci Türk Qurultayının 100 illiyi tamam olacaq. Türk dünyasının ortaq əlifbası layihəsini 2026-cı ilə qədər başa çatdırmağı nəzərdə tuturuq”.
Nizami Cəfərov
Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov "Amerikanın Səsi"nə bildirib ki, türk dövlətlərinin vahid əlifbasının 34 hərfdən ibarət olması razılaşdırılıb.
“Amma əlifba müstəqilliyi olan türk dövlətlərinin (6 türk dövləti) parlamentləri və dövlət başçıları tərəfindən qəbul edilməlidir”.
Onun sözlərinə görə, Türk dövlətlərinin vahid əlifbası latın qrafikasında tərtib edilir: “Yəni ümumi baza müəyyənləşdirilib, 9 sait olacaq. Hansı dövlət dilində neçə sait varsa onu qəbul edəcək. Ola bilər ki, hansısa dövlət əlifbasında daha az hərf qəbul etsin. Amma əsas prinsip budur ki, hər bir səsin eyni işarəsi olmalıdır. Yəni eyni səs bütün türk dövlətlərində eyni işarə ilə göstərilməlidir”, - o qeyd edib.
Xatırladaq ki, Türk Dünyası Ortaq Əlifba Komissiyası Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə hər bir türk ölkəsindən dil sahəsinə məsul olan iki nümayəndənin iştirakı ilə yaradılıb. Birinci görüş 2023-cü il mayın 28-29-da Astanada, ikinci görüş 2024-cü il mayın 6-7-də Bakıda baş tutub. Komissiya TDT-nin himayəsi ilə Türk Akademiyasının nəzdində fəaliyyət göstərir.
Firudin Cəlilov
Türkoloq, sabiq təhsili naziri professor Firudin Cəlilov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hələ 30 il əvvəl Türk dünyasının ortaq əlifbası yaradılıb və əlifba 34 hərfdən ibarət olub: “Bu bilirsiniz nəyə bənzəyir, ucqar bir kənddə həyatında velosiped görməyən bir şəxs birdən velosiped icad etmək fikrinə düşür, halbuki bütün dünyada velosiped çoxdan var. İndi Türk dünyasının ortaq əlifbasını yaradanların dünəndən xəbəri yoxdur? Məgər bilmirlər ki, 1992-ci ildən bu günə qədər Türk dünyasının ortaq əlifbasını işlədirik? Bu ortaq əlifba 1991-ci ildə İstanbulda türk ölkələrinin alimləri, professorları, akademiklərinin birlikdə qəbul etdiyi ortaq əlifbadır. O vaxt mən əlifba komissiyasının sədri olduğum üçün həmin əlifbanı Azərbaycana gətirdim və ölkənin parlamenti onu qəbul etdi. Beləliklə, 30 ildir ki, ortaq türk əlifbasını işlədirik.
Qeyd edim ki, ortaq türk əlifbasında 34 hərf var, amma biz azərbaycanlılar onun 32 hərfini işlədirik. Çünki elə qərar qəbul olundu ki, hər bir ölkə ortaq əlifbanı qəbul edir, kimin dilində neçə hərf varsa, onları ortaq əlifbadan götürür. Yəni işarələr ayrı olarsa, bir-birilərini oxuya bilməzlər. Eyni işarə eyni səsi bildirməlidir.
Məsələn, Azərbaycan dilində “w” yoxdur, lakin tatar, qırğız dilində “vu” səsi var. Onlar bu hərfi əlifbalarına saldılar, bizdə isə buna ehtiyac yoxdur. Beləliklə də bütün işarələrin sayı 34-dən yuxarı keçmir, ona görə ki, bütün türk xalqları bir-birinin dilini oxuya bilsin.
Onu da əlavə edim ki, həmin vaxt İstanbulda Türk dünyasının akademikləri, professorları 3 gün tədbirdə oturub, ortaq türk əlifbasını qəbul etmişdilər. Amma Türkiyə kimi böyük ölkə 30 ildir hələ də 3 hərfi artıra bilmir ki, ortaq əlifbaya keçə bilsin. Əlifba asan məsələ deyil. Əlifba dövlət atributudur. Beləliklə, Azərbaycanda 30 ildir ki, ortaq türk əlifbası işlədilir, bunu görməzdən gələnlər yalnız cahildirlər və 30 il əvvəlkini təkrarlayırlar. Niyə deyirlər ki, “yeni əlifba yaradırıq”? Ümumiyyətlə, ideoloji məsələlərlə məşğul olanlar ölkələrin tarixini, adət-ənənəsini, etnoqrafiyasını yaxından bilməlidirlər. Turan qurmaq asan məsələ deyil, çox ciddi prosesdir. Bununla əsl mütəxəssislər məşğul olmalıdır.
Ümumiyyətlə, türk dövlətləri birliyinin yaranması indiki ideologiya deyil. Zamanında bunu 30 il əvvəl Turqut Özen demişdi. Bildirmişdi ki, türk dövlətləri birliyini yaratmaq istəyir. O söhbətdən 2-3 gün sonra onu öldürdülər".
Firudin Cəlilov qeyd edib ki, böyük Turanın yaradılmasının müxtəlif yolları var: “Turan yoluna gedən pillələr var, həmin pillələri adım-addım keçmək lazımdır. Birinci addım ortaq əlifbadır. Yəni Turana gedən yol ortaq əlifba ilə başlayır. Biz isə bunu 30 ildən qabaq başlamışıq.
Daha sonrakı addım ortaq dərsliklər, ortaq ordu, ortaq pul vahidi və sairədir. Bir də baxıb görürsən ki, artıq Avropa Birliyi formasında Türk Dövlətləri Birliyi yaranıb. Amma bunu ağıllı, elmli, ardıcıl şəkildə həyata keçirmək lazımdır".
- Trampın yüksək vəzifə verdiyi türk həkim KİMDİR... - DOSYE
20 noyabr 2024 10:29
- Kürdləri sevməyən bir türk varsa türk deyil - Dövlət Boxçalı
27 oktyabr 2024 01:10
- Türk dünyasının ilk HAKIM qadını: Repressiya maşını Mühlisə Bubini necə məhv etdi
22 sentyabr 2024 15:21
- Bacısının azyaşlı qızına siqaret verənə 100 manat cərimə nədir ki? - Vəkildən sərt AÇIQLAMA
15 sentyabr 2024 16:54
- Nuru Paşaya həsr olunan, Türk Dünyasının himninə çevrilən məşhur mahnı haqda İLGİNC FAKTLAR
14 sentyabr 2024 12:29
- Ərdoğan: Bəzi gənclər ölkədə türk və İslam düşmənçiliyi yayır
13 sentyabr 2024 20:45
- Türk NATO-sunu görəcəyimiz günlər elə də uzaqda deyil - Politoloq
13 sentyabr 2024 18:47
- Sirr açılır: Stalinin türk agenti - Ənvər Paşanın qatili olan ermənini o öldürübmüş
19 avqust 2024 10:44
- Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm- İranın yeni prezienti
6 iyul 2024 19:45
- Özünü yandıran qazi dünyasını dəyişdi - FOTOLAR
23 iyun 2024 11:57
- Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir
03 dekabr 00:34
- Uşaq Bağçası sahibinin dələduzluq əməlindən 133 ZƏRƏRÇƏKMİŞ VAR
03 dekabr 00:06
- 8 mindən çox bələdiyyə üzvü seçiləcək
02 dekabr 23:51
- Bakıda hərbçi qəfil vəfat etdi - Foto
02 dekabr 23:07
- Xalq artisti məhkəmədə uduzdu
02 dekabr 22:33
- CASUSU xəyanətinə görə DIRI-DIRI YANDIRDILAR
02 dekabr 14:17
- Hər gün LİMON...DİŞLƏRİ ZƏDƏLƏYİR
02 dekabr 12:58
- Gürcüstanda etirazlar davam edir
02 dekabr 12:33
- Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR
02 dekabr 11:48
- Gürcüstanın iri biznes dairələri etiraz aksiyasını dəstəkləyib
02 dekabr 11:14
- Prezident qəbul keçirdi
02 dekabr 11:04
- DƏM qazından ölən 23 yaşlı AŞBAZ Mehribanın - Fotoları
02 dekabr 10:51
- Kərə yağı KƏSKİN bahalaşdı - Yeni qiymətlər
02 dekabr 10:29
- Nəcməddin Sadıkovun yaxın adamı NƏ istəyir ?
02 dekabr 10:16
- Ebru 5-ci ərindən də boşanır FOTO
02 dekabr 10:05
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salındı
02 dekabr 09:54
- Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... - RƏSULZADƏ
02 dekabr 09:39
- Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
02 dekabr 09:27
- Üsyançılar Hələbdə Prezidentin -başı- ilə FUTBOL OYNAYIR
02 dekabr 02:34
- Zurabişvili kreslosu ilə birgə küçəyə gedəcək... - Kobaxidze prezidentə vaxt qoydu
02 dekabr 02:25
- Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı
02 dekabr 02:11
- İmpotent kişilər yerişindən bilinir – Alimlər
02 dekabr 01:52
- Hələb qalasına Türkiyə bayrağı asıldı
02 dekabr 01:38
- Yeni ildə 7 gün ardıcıl İŞ OLMAYACAQ - Tarixlər
02 dekabr 01:29
- MDB-də ən yüksək dağlıq ərazidə tikilən Laçın hava limanı –VİDEO
02 dekabr 01:12
- Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib
02 dekabr 00:40
- Kənd yumurtası adı altında broyler yumurtaları satılır? - VİDEO
02 dekabr 00:22
- Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri
01 dekabr 23:57
- Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı
01 dekabr 23:13
- Vüqar Qurbanov xanım həkimi direktor TƏYİN ETDİ
01 dekabr 22:51