Elman Rüstəmova qarşı ittiham- 5 milyonluq dələduzluq sistemi – Mərkəzi Bankdan milyonlar belə çıxarılıb?
Azərbaycan vətəndaşı olan sahibkar Nizami Kərimov Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun adının hallandığı dələduzluq hadisəsi ilə üz-üzə qalıb. Bu məsələ həm də Azərbaycan Mərkəzi Bankından banklara verilən kreditlərlə bağlı maxinasiyaları ortaya çıxarıb.
Sahibkar Nizami Kərimovun başına açılan müsibətin kökü 2011-ci ilə gedib çıxır. Həmin il Nizami Kərimov, Elman Rüstəmovun qeyri-rəsmi sahibi olduğu “Aqana Servis” MTK-nın inşa etdiyi binadan qeyri-yaşayış sahəsi alıb. 2013-cü ildə aldığı sahənin təmirinə başlayıb. Uzun müddət təmir işləri aparılandan sonra, 2017-ci ildə həmin qeyri-yaşayış sahəsində restoran fəaliyyətə başlayıb. 1 il sonra, 2018-ci ildə Nizami Kərimovun restoranında “Premium bank”ın nümayəndəsi peyda olub. Bank nümayəndəsi Nizami Kərimova deyib ki, restoranın yerləşdiyi qeyri-yaşayış sahəsi 2013-cü ildə banka girov qoyulub, 2 milyon 500 min manat kredit götürülüb!
Nizami Kərimov burada bir anlaşılmazlığın olduğunu düşünərək 2011-ci ildə qeyri-yaşayış sahəsini alarkən bağladığı alqı-satqı müqaviləsini bank nümayəndəsinə göstərib. Bank nümayəndəsi isə deyib ki, alqı-satqı müqaviləsi onları maraqlandırmır, qeyri-yaşayış sahəsi bankda girovdadır!
Bundan sonra Nazami Kərimov vəkil tutur, məsələ məhkəmə müstəvisinə daşınır.
Məhkəmələrin gedişində iddia olunub ki, Nizami Kərimova qarşı baş verən bu hadisə Elman Rüstəmov Mərkəzi Bankın sədri olduğu dönəmdə, onun xeyir-duası ilə gerşəkləşib!
Üzə çıxıb ki, Nizami Kərimova məxsus qeyri-yaşayış sahəsi saxta sənədlərlə, Elman Rüstəmov baş bankir olduğu günlərdə girov qoyulmaqla 2 banka – “Premium bank” və “Deka bank”a ümumilikdə 5 milyon manat kredit verilib!
Bu “sxem”lə bankların hər birinə 2 milyon 500 min manat olmaqla Mərkəzi Bankdan kredit verilib.
Nizami Kərimovun vəkili Əkrəm Həsənov Musavat.com-a açıqlamasında iddia edib ki, Elman Rüstəmov onun müvəkkilinə məxsus qeyri-yaşayış sahəsini girov qoymaqla “Premium Bank” və “Deka-Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb:
“Heç bir gəliri olmayan 2 şəxsin adına, ən başlıcası isə Nizami Kərimovdan xəbərsiz, onun sənədli-sübutlu əmlakını qanunsuz olaraq girov qoymaqla Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb. Yəni Mərkəzi Bank bir əmlakı girov götürməklə 2 bankın hərəsinə 2 milyon 500 min manat kredit verib, onlar da öz növbəsində 2 fiziki şəxsə həmin məbləğləri “istehlak” krediti kimi veriblər. Elman Rüstəmov Mərkəzi Bank rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra başda Mərkəzi Bank olmaqla 3 bank Nizami Kərimovun əmlakına göz dikiblər”.
Vəkil deyir ki, hazırda Yasamal Rayon Məhkəməsində iş üzrə məhkəmə çəkişməsi davam edir. Məhkəmədə “Premium Bank” və “Deka-Bank”dan kredit dosyeləri tələb olunsa da, banklar həmin dosyeni ortaya çıxarmırlar. Bu isə həqiqətin üzə çıxmasını əngəlləyir.
Əkrəm Həsənov bildirib ki, məhkəmədə “Premium Bank” və “Deka-Bank”dan kredit dosyelərinin təqdim edilməsi üçün vəsatətlə çıxış edib: “Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin...”
Bu qalmaqallı məsələ bu ilin fevralında qalxanda Mərkəzi Bankın indiki rəhbərinin mövqeyi belə olmuşdu ki, “Premium Bank”ın gəliri az olan vətəndaşa 2 milyon 500 min manat məbləğində istehlak krediti verməsində problem görmür.
Əkrəm Həsənov isə bu çıxışla bağlı demişdi ki, əslində, orada bir yox, bir neçə böyük problem var: “Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda məsələ ilə bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verib, halbuki 2013-cü ildə verilib və s.). Odur ki, məsələ ilə bağlı mənə hələlik məlum olanı bəyan edirəm. Deməli, 2010-cu ildə Nizami Kərimov tikilən binada “Aqana Servis” şirkətindən qeyri-yaşayış sahəsi alıb. Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə “Premum Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində kredit götürüb. Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib. Hər bir halda ortada olan odur ki, “Premum Bank” Mərkəzi Bankdan 5,25%-lə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi “maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində, kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən “təyinat” amorfdur. Kredit müddəti ərzində də Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, “Premum Bank” isə 4,7%-ə endirərək müddəti uzadıblar. Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, “Premum Bank”-ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər. Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: “Premum Bank” və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur”.
Əkrəm Həsənov deyir ki, ortada qanunsuz olaraq kredit verilməsi cinayəti var:
“Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi “Banklarda kreditlərin verilməsi Qaydaları” qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən “Premum Bank” kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi. Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Qaydaların 4.1.7-ci bəndində deyilir: “Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır”, –deyə vəkil bildirib.
Beləliklə, qısa formada qeyd etsək, Elman Rüstəmov Mərkəzi Banka rəhbərlik etdiyi günlərdə “Premium Bank” və “Deka bank”a qanunsuz, qeyri-sağlam kredit verib. Bu kredit vətəndaş Nizami Kərimova məxsus əmlaka aid sənədlər saxtalaşdırılmaqla, həmin əmlak girov qoyulmaqla verilib. Banklar girov qoyulan əmlakın başqa şəxsə - yəni Nazami Kərimova mənsub olduğunu biliblər. Bununla belə krediti ayırmaq üçün əmlakı girov götürüb Elman Rüstəmovdan aldıqları milyonları kredit veriblər!
Azərbaycanın Yasamal Məhkəməsi isə Elman Rüstəmovun fırıldaq sxem üzrə Mərkəzi Bankdan 5 milyon manat çıxarmasını təsbit etməkdən yayınır. Ortada sahibkar Nizami Kərimovun əmlakı “yanır”.
Məhkəmənin tutduğu mövqe vətəndaş Nizami Kərimovun timsalında bu gün Azərbaycanda ev, əmlak alan, mülk sahibi olan hər kəs üçün bir “SOS” siqnalıdır. Məsələ ilə bağlı təhlil aparan ekspertlər də bildirirlər ki, Elman Rüstəmov bu məhkəmə çəkişməsindən qalib tərəf kimi ayrılsa, Bakıda istənilən əmlakı bu şəkildə sahibindən alıb payi-mal etmək üçün ciddi presedent yaranacaq.
- İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
8 sentyabr 2024 02:17
- 2 həkim bir tibb bacısına görə xəstəxananı DÖYÜŞ MEYDANINA çevirdi..
8 sentyabr 2024 01:45
- Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir - VİDEO
8 sentyabr 2024 01:10
- Məqsədim BALABANI dünyaya tanıtmaqdır
7 sentyabr 2024 21:45
- Ərdoğan bu ölkələrə çağırış etdi: İttifaq yaradaq!
7 sentyabr 2024 21:25
- Bakıya giriş məhdudlaşdırılır ? - Şəhər boşaldılmalıdır”
7 sentyabr 2024 19:58
- Alim Qasımov: Mənə dedi ki, köpəkoğlu, bir də mənim səsimi.."
7 sentyabr 2024 19:29
- Bakıda narkotik satan qız tutuldu - FOTO
7 sentyabr 2024 19:29
- Müəllimi bıçaqlayan Canpolad 1 sonra necə azadlığa çıxıb ?
7 sentyabr 2024 19:00
- Bakıda HÜQUQ və İQLİM adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB Baxış sayı: 193
7 sentyabr 2024 10:50
- Ermənilərin Avropaya satdığı Azərbaycan suyu: Bir şüşəsi 2 dollar – FOTO
08 sentyabr 02:52
- Azərbaycan gözəli Nərmin Səfərova ilə Koreyalı bəyin toyu oldu VİDEO
08 sentyabr 02:36
- İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
08 sentyabr 02:17
- Mirmahmud Mirəlioğlu yol qəzasına düşdü
08 sentyabr 01:57
- 2 həkim bir tibb bacısına görə xəstəxananı DÖYÜŞ MEYDANINA çevirdi..
08 sentyabr 01:45
- Boynunuza BUZ qoyub 20 dəqiqə gözləyin - Ağrıları yox edir
08 sentyabr 01:38
- Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas
08 sentyabr 01:28
- Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir - VİDEO
08 sentyabr 01:10
- Türkiyədə İLK QAR YAĞDI
08 sentyabr 00:58
- Tehran daha İranın paytaxtı olmayacaq - YENİ PAYTAXT
07 sentyabr 23:44
- Bu ölkədə MEYMUNlara görə REFERENDUM keçirilir
07 sentyabr 23:11
- Dünyada daha bir QEYRİ - ADİ REKORD - FOTO
07 sentyabr 22:59
- Keçmiş hərbçi arvadını öldürüb intihar etdi
07 sentyabr 22:48
- Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 MİLYON avroluq villanı sökdürdü - FOTO
07 sentyabr 22:32
- Məqsədim BALABANI dünyaya tanıtmaqdır
07 sentyabr 21:45
- Ərdoğan bu ölkələrə çağırış etdi: İttifaq yaradaq!
07 sentyabr 21:25
- Lamiyə Vəliyeva növbəti medalını qazandı
07 sentyabr 20:14
- Bakıya giriş məhdudlaşdırılır ? - Şəhər boşaldılmalıdır”
07 sentyabr 19:58
- Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə BİRLƏŞDİRİLİR - SON DƏQİQƏ
07 sentyabr 19:49
- Ətin qiyməti qalxdı -VİDEO
07 sentyabr 19:36
- Alim Qasımov: Mənə dedi ki, köpəkoğlu, bir də mənim səsimi.."
07 sentyabr 19:29
- Bakıda narkotik satan qız tutuldu - FOTO
07 sentyabr 19:16
- Müəllimi bıçaqlayan Canpolad 1 sonra necə azadlığa çıxıb ?
07 sentyabr 19:00
- Şuşaya daha 27 ailə köçdü
07 sentyabr 18:49
- Özəl universitetin prorektoru RÜŞVƏT ALARKƏN SAXLANILDI
07 sentyabr 11:27
- Şirvanda şəhid oğlu özünü asdı
07 sentyabr 11:13
- Bakıda HÜQUQ və İQLİM adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB Baxış sayı: 193
07 sentyabr 10:50
- Putinlə Pezeşkian görüşəcək
07 sentyabr 10:43
- Müəllimlər kəndlərdə dərs demək istəmirlər: 2 mindən çox vakansiya BOŞ QALIB
06 sentyabr 23:50
- İntihar edən hərbi qulluqçumuzun FOTOLARI
06 sentyabr 23:17