Sabiq vitse-prezidentin oğluna ŞOK İTTİHAM – 3-cü dəfədir ki...
“Ekspertizanın keçirilməsinə 40 dəqiqə qalmış Orxan İsmayılzadənin vəkili elektron məhkəmə sisteminə məlumat yerləşdirib. Həmin məlumatda vəkili yazır ki, guya Orxan İsmayılzadə ölkə xaricindədir. Orxan İsmayılzadə 3-cü dəfədir ki, ekspertizaya gəlib həqiqətin üzə çıxmasından yayınır”.
Bu sözləri Musavat.com-a Fidan Abbasova deyib.
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün Sabunçu Rayon Məhkəməsi qərardad çıxarıb. Ekspertiza aparılması Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub.
Ekspertizanın keçiriləcəyi yer, gün, saat barədə məhkəmə Orxan İsmayılzadəyə və iddiaçı Fidan Abbasovaya məlumat verib. Ekspertiza 27.08.2024-cü il, saat 12-yə təyin olunmuşdu.
Bundan əvvəl də Orxan İsmayılzadənin, Fidan Abbasovanın və Nil adlı uşağın ekspertizadan keçirilməsi üçün Xətai Rayon Məhkəməsi qərar verib. Hazırkı ekspertizanın keçirilməsi Fidan Abbasovanın Sabunçu Rayon Məhkəməsinə təqdim etdiyi mülki iddia əsasında təyin olunub.
Fidan Abbasova mülki iddiasında bildirir ki, Orxan İsmayılzadə onun övladının atasıdır. Dediklərinin sübutu kimi Orxan İsmayılzadə və övladları ilə birgə fotolarını, çoxsaylı yazışmalarını təqdim edir. Qarşı tərəf isə onu məhkəməyə verməklə dediklərinin həqiqət olmadığını isbatlamağa çalışır. Belə ki, Orxan İsmayılzadə bu ilin mayında Xətai Rayon Məhkəməsinə şərəf, ləyaqətə və işgüzar nüfuza zərər verilməsinə dair iddia təqdim edib. Orxan İsmayılzadə iddiasında Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib.
Xətai Rayon Məhkəməsində xüsusi ittihamı araşdıran hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Patoloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib.
Fidan Abbasova deyib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Orxan Mikayılzadə isə ekspertizanın keçirilməsində iştirak etməyib.
Bu ilin mayında Fidan Abbasovanın Musavat.com-a dediklərindən sitat:
“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və Orxan İsmayılzadə ekspertizada iştirak etmədi. Halbuki Bakıda idi, elə həmin gün onu restoranda görmüşdüm. Vəkili isə məhkəməyə doğru olmayan məlumat vermişdi ki, guya Orxan Bakıda deyil deyə ekspertizada iştirak etməyib”.
Onun sözlərinə görə, faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasova demişdi ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:
“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
Fidan Abbasova bildirmişdi ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:
“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.
Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a deyib ki, hazırda iki instansiyada iş üzrə məhkəmə çəkişməsi var:
“2017-ci ildə Fidan Abbasova Sabunçu Məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin məhkəmə qərardad qəbul etməklə iş üzrə icraata xitam verib. O zaman Fidan Abbasova aldadılıb. Biz həmin qərardadı rəsmi şəkildə əldə edə bilməmişdik. Qərardad bizə çıxarılandan 7 il sonra, 2024-cü ildə verilib. İcraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alandan sonra qərardaddan şikayət verdik. Bildirdik ki, icraata xitam verilməsi Fidan Abbasovanın iradəsi ilə olmayıb, aldadılıb. Məhkəmədən çıxardığı qərardadın ləğvini xahiş etdik. Məhkəmə prosessual müddətin ötürülməsi əsası ilə şikayətimizi geri qaytardı. Prosessual müddətin bərpası ilə məhkəməyə müraciət etdik. Məhkəmə bu dəfə qərardadın 2017-ci ildə çıxarıldığını əsas götürüb şikayətimizi təmin etmədi. Arqumentlərimiz vardı ki, prosessual müddəti ötürməmişik. Ümumiyyətlə, qərardad tərəf olaraq bizə verilməyib. Amma məhkəmə əsas gətirdi ki, qəbzi imzalamışıq. Halbuki, həmin boş qəbzə imza atılmışdı”.
Vəkil bildirib ki, qərardadı zamanında heç bir şəkildə Fidan Abbasovaya təqdim etməyiblər:
“Ona görə də bu hallarla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Apellyasiya instansiyası şikayətimizi araşdırdı və aydınlaşdırdı ki, prosessual müddət üzrlü səbəbdən buraxılıb, bu əsasla da Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadını ləğv etdi. İş yenidən baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərildi”.
Vəkil qarşı tərəfin Xətai Rayon Məhkəməsinə təqdim etdiyi şikayətlə bağlı da açıqlama verib. Bildirib ki, Xətai Rayon Məhkəməsi iş üzrə atalığın müəyyən edilməsi üçün ekspertiza təyin edib:
“Bildiyiniz kimi, ekspertizanın keçirildiyi ünvan, gün və saatı barədə qarşı tərəfə məlumat verilsə də, ekspertizada iştirak etmədilər. Həmin saatda Fidan Abbasova övladı ilə bərabər ekspertizada oldular. Lakin qarşı tərəf heç bir əsas olmadan ekspertizada iştirak etmədi. Prosessual qanunvericiliklə ekspertizadan keçmə qaydası müəyyən edilib. Tərəf ekspertizada iştirak etmirsə, bu o deməkdir ki, nəticə ilə razıdır. Prosessual Məcəllədə belə nəzərədə tutulur. Ekspertiza tərəflərdən birinin ekspertizaya gəlməməsi səbəbindən baş tutmursa, son olaraq bu məsələyə məhkəmə qərar verir”.
- İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
8 sentyabr 2024 02:17
- Müəllimi bıçaqlayan Canpolad 1 sonra necə azadlığa çıxıb ?
7 sentyabr 2024 19:00
- Putin: Kamala Harrisi dəstəkləyəcəyik"
6 sentyabr 2024 21:26
- Sabiq nazirin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb
6 sentyabr 2024 21:02
- Əli İnsanov azad oldu
6 sentyabr 2024 15:40
- Yeni seçilən deputat Fikrət Məmmdovun qızı deyil
5 sentyabr 2024 19:55
- Prezidentin bağışladığı evi satıb VƏKİLƏ verdik, o da bizi aldatdı.. - Müharibə əlilindən ŞOK AÇIQLAMA
5 sentyabr 2024 16:41
- Həbsdə olan icra başçısı 2 milyon 844 min manat dəyərində əmlakı...40 MANATA ALIB
5 sentyabr 2024 13:58
- Kamran Əliyev separatçıların işi ilə bağlı Rusiya mediasına danışıb
5 sentyabr 2024 12:56
- Azərbaycan qazandığı hər 100 dollardan 50 dollarını İtaliyadan əldə edir - Ekspertdən İLGİNC rəy
5 sentyabr 2024 11:34
- Ermənilərin Avropaya satdığı Azərbaycan suyu: Bir şüşəsi 2 dollar – FOTO
08 sentyabr 02:52
- Azərbaycan gözəli Nərmin Səfərova ilə Koreyalı bəyin toyu oldu VİDEO
08 sentyabr 02:36
- İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
08 sentyabr 02:17
- Mirmahmud Mirəlioğlu yol qəzasına düşdü
08 sentyabr 01:57
- 2 həkim bir tibb bacısına görə xəstəxananı DÖYÜŞ MEYDANINA çevirdi..
08 sentyabr 01:45
- Boynunuza BUZ qoyub 20 dəqiqə gözləyin - Ağrıları yox edir
08 sentyabr 01:38
- Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas
08 sentyabr 01:28
- Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir - VİDEO
08 sentyabr 01:10
- Türkiyədə İLK QAR YAĞDI
08 sentyabr 00:58
- Tehran daha İranın paytaxtı olmayacaq - YENİ PAYTAXT
07 sentyabr 23:44
- Bu ölkədə MEYMUNlara görə REFERENDUM keçirilir
07 sentyabr 23:11
- Dünyada daha bir QEYRİ - ADİ REKORD - FOTO
07 sentyabr 22:59
- Keçmiş hərbçi arvadını öldürüb intihar etdi
07 sentyabr 22:48
- Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 MİLYON avroluq villanı sökdürdü - FOTO
07 sentyabr 22:32
- Məqsədim BALABANI dünyaya tanıtmaqdır
07 sentyabr 21:45
- Ərdoğan bu ölkələrə çağırış etdi: İttifaq yaradaq!
07 sentyabr 21:25
- Lamiyə Vəliyeva növbəti medalını qazandı
07 sentyabr 20:14
- Bakıya giriş məhdudlaşdırılır ? - Şəhər boşaldılmalıdır”
07 sentyabr 19:58
- Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə BİRLƏŞDİRİLİR - SON DƏQİQƏ
07 sentyabr 19:49
- Ətin qiyməti qalxdı -VİDEO
07 sentyabr 19:36
- Alim Qasımov: Mənə dedi ki, köpəkoğlu, bir də mənim səsimi.."
07 sentyabr 19:29
- Bakıda narkotik satan qız tutuldu - FOTO
07 sentyabr 19:16
- Müəllimi bıçaqlayan Canpolad 1 sonra necə azadlığa çıxıb ?
07 sentyabr 19:00
- Şuşaya daha 27 ailə köçdü
07 sentyabr 18:49
- Özəl universitetin prorektoru RÜŞVƏT ALARKƏN SAXLANILDI
07 sentyabr 11:27
- Şirvanda şəhid oğlu özünü asdı
07 sentyabr 11:13
- Bakıda HÜQUQ və İQLİM adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB Baxış sayı: 193
07 sentyabr 10:50
- Putinlə Pezeşkian görüşəcək
07 sentyabr 10:43
- Müəllimlər kəndlərdə dərs demək istəmirlər: 2 mindən çox vakansiya BOŞ QALIB
06 sentyabr 23:50
- İntihar edən hərbi qulluqçumuzun FOTOLARI
06 sentyabr 23:17