Şuşada qorxulu anlar: Sakinlər ayı ilə qarşılaşdı
Şuşa rayonunun Malıbəyli kəndindən olan bir qrup sakin ölüm təhlükəsi ilə üzləşib.
Bu barədə Yenisabah.az-a Malıbəyli sakinləri məlumat veriblər. Onlar üç gün əvvəl qohumlardan ibarət böyük bir heyətlə doğma kəndlərini ziyarət edərkən dəhşətli hadisə ilə qarşılaşdıqlarını bildiriblər.
Adının çəkilməsini istəməyən Malıbəyli sakini deyib ki, əvvəlcə inşa olunan yeni yaşayış massivində olublar: "Malıbəyli camaatı üçün geniş, işıqlı evlər tikilir. Tezliklə doğma yurda köç olacaq. Sevincimizin həddi-hüdudu yoxdur".
Müsahibimiz bildirib ki, Malıbəyli sıx meşəliklərlə əhatə olunub. Onun sözlərinə görə, əvvəlcədən olunan xəbərdarlığa məhəl qoymayaraq, kəndin aşağı hissəsinə gedərək, dərənin dibindəki dağıdılmış evlərin görmək istəyiblər: "Yeni yaşayış massivindən xeyli uzaqlaşmışdıq. Ətrafımız sıx meşəliklər, hündür kollar idi. Dərəyə doğru irəliləyəndə nəhəng bir ayı gördük. Dərhal hündür, sıx kolların arasında gizləndik. Ayı ətrafda təhlükə olduğunu hiss etdi. Əvvəlcə qorxunc səslər çıxardı, sonra pəncələrinin üstünə qalxdı. Həmin vaxt onun ən azı iki metr boyu, qorxunc görkəmi vardı. Bizi soyuq tər basmışdı, nəfəs almağa qorxurduq. Bir müddət səsimizi çıxarmadıq. Ayı ətrafa nəzər salıb hər hansı təhlükə müşahidə etmədiyi üçün ərazidən uzaqlaşdı. Bundan sonra səssiz addımlarla geri qayıtdıq".
Malıbəyli sakini Şuşaya səfər edən sakinləri diqqətli olmağa səsləyib: "Şuşada və ətraf qəsəbələrdə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Amma sıx meşəlik ərazilərdə vəhşi heyvanlarla qarşılaşmaq təhlükəsi həmişə var. Buna görə də insan ayağı dəyməyən ərazilərə getmək məsləhət deyil".
Qeyd edək ki, Malıbəyli kəndi uzun illər Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olub. Bir müddət əvvəl Xocalı rayonunun tərkibinə daxil edilib.
- Ukrayna dronla vurdu, baş redaktor HƏLAK OLDU - FOTO
17 noyabr 2024 18:11
- Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
7 noyabr 2024 14:23
- Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
1 noyabr 2024 14:39
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 2024 14:50
- Yumurta yenidən bahalaşdı
29 oktyabr 2024 11:52
- Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür
27 oktyabr 2024 12:03
- Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi
26 oktyabr 2024 13:03
- 105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı - Pivə və evlənməmək
23 oktyabr 2024 22:25
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 2024 11:24
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08