Sülh müqaviləsi ilə BAĞLI ÖNƏMLİ xəbər - Bu günlərdə...

“Türkiyə Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşdıqdan sonra Ermənistanla sərhədi aça bilər”.
Bunu qardaş ölkənin xarici işlər naziri Hakan Fidan deyib.
“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Bunun müsbət nəticələnməsi istiqamətində Türkiyə öz ssenarisini hazırlamalıdır. Hazırkı fəaliyyətlər də bu istiqamətdədir. Əgər danışıqlar tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik. Beləliklə, biz Ermənistanla sərhəd qapımızı aça bilərik”, - XİN başçısı bildirib.
Bu, əslində Ermənistana son mesajdır ki, əgər həqiqətən blokada vəziyyətindən çıxıb tərəqqiyə üz tutmaq, region ölkələri ilə inteqrasiya olunmaq istəyirsə, ümumiyyətlə, öz suverenliyi və ərazi bütövlüyünə zəmanət istəyirsə, yolu məlum: öncə Azərbaycanla anlaşmalı, onunla sülh müqaviləsi imzalamalıdır. Bundan ötrü isə rəsmi İrəvan real sülh ritorikası sərgiləməli, öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmalı, eyni zamanda, Türkiyəyə qarşı soyqırım və ərazi iddialarına son qoymalıdır, nəinki xarici havadarların felinə gedərək, altdan-altdan silahlanaraq revanşist müharibəyə hazırlaşmalıdır. Qısası, sərhədlərin açılması üçün İrəvan böyük sülh tərəfdarı olduğunu əməldə sübut etməlidir, həm də bütün dünyaya. İrəvan, Nikol Paşinyan hökuməti Ankaranın son mesajını düz oxuyacaqmı? Maraqlıdır ki, son olaraq ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel münasibətlərin normallaşdırılması üzrə Türkiyə-Ermənistan danışıqlarını şərh etməkdən yayınıb. “Mənim heç bir şərhim yoxdur. Mən iki maraqlı ölkəyə bu mövzuda danışmaq imkanı verərdim”, - Patel brifinqdə jurnalistin Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin 5-ci görüşünü və ümumilikdə danışıqları şərh etmək xahişinə cavab olaraq bildirib.
Əli Orucov
AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucovun fikrincə, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılmasında və nəqliyyat kommunikasiya xətlərinin açılmasında İran və Rusiyadan fərqli olaraq Qərb maraqlıdır: “Ermənistanın Qərbə inteqrasiyası və Rusiyadan asılılığının azaldılmasının alternativ variantları yoxdur. Lakin ABŞ və müttəfiqləri bu nizamlanma prosesini elə həyata keçirmək istəyir ki, İrəvan onların nəzarətində olsun. Bunun üçün də Ermənistana maliyyə və hərbi dəstək verməklə, həmçinin Azərbaycana təzyiqlər göstərməklə güzəştlərə nail olmaq istəyirlər. Həm də ona görə ki, Ermənistandan gələcəkdə Ankaraya və Bakıya qarşı istifadə etmək üçün alət qazanmış olsunlar. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması barədə Qərbin fəal təşəbbüsləri hər zaman olub. Xüsusən də 2008-2010-cu illər arasında Qərbin təşəbbüsü ilə Ermənistan-Türkiyə arasında münasibətlərin yumşaldılmasına və 2009-cu ildə Cenevrədə ”Diplomatik əlaqələrin qurulmasına dair Protokol", digəri isə “Əlaqələrin inkişafı haqqında Protokol” imzalandı. “Futbol diplomatiyası” işə salındı. Türkiyənin o zamankı prezidenti Abdulla Gül İrəvana, Ermənistanda dönəmin prezidenti olan Serj Sərkisyan İstanbula gedib ölkələrin yığma futbol matçını izlədilər. Ermənistan və Türkiyə xarici işlər nazirləri qarşılıqlı səfərlərin və görüşlərin intensivliyini artırdılar. Ancaq Bakının Ankaraya sərt etirazları, həmçinin beynəlxalq erməni diasporunun, kilsənin müdaxiləsi, Türkiyə ictimaiyyətinin ciddi təpkisi sərhədlərin açılması məsələsini dayandırdı. O vaxtkı baş nazir Bakıya səfər edərək Ermənistan-Türkiyə sərhədlərinin açılmasının Azərbaycandan asılı olduğunu bir daha bəyan etdi. Azərbaycan 44 günlük müharibədə qazandığı möhtəşəm qələbə ilə işğal faktoruna son qoydu. Ancaq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ləng gedir. Mübahisə doğuran detalların həlli barədə İrəvan destruktiv mövqeyində qalmaqdadır. Əslində əgər hər iki tərəfin rəsmi şəxslərinin verdiyi bəyanatlara inansaq demək olar ki, mövqelər demək olar ki uzlaşdırılıb, sülh sazişinin imzalanmasına tərəflər çox yaxındır. Lakin reallıqda görünən odur, İrəvan bu prosesi sabotaj edir. Azərbaycanın beynəlxalq hüquqa söykənərək Ermənistan Konstitusiyasında əksini tapan ərazi iddialarının ləğvi barədə tələblərindən yayınır. İrəvan həqiqi sülhə nail olmaq istəyirsə, qonşu dövlətlərə qarşı ərazi və digər əsassız iddialarından imtina etməlidir. İrəvan isə həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarını konstitusiya səviyyəsində saxlayır ki, bu da sülh və normallaşma sürəcinə ciddi əngəl törədir. Eyni zamanda “soyqırım” uydurmasını da dövriyyədən çıxartmalıdır. Türkiyə-Ermənistan arasında sərhədlərin açılmasına və qarşılıqlı diplomatik əlaqələrin qurulmasına İrəvan qeyd-şərtsiz nail olmaq istəyir. Yəni Paşinyan hökuməti bildirir ki, Ankara İrəvana qarşı heç bir şərt irəli sürmədən bu məsələ həllini tapsın. Bu Ermənistanın tam maraqlarına uyğundur. Çünki Ermənistan yaxşı anlayır ki, Qərbə inteqrasiya üçün mütləq Türkiyə ilə sərhədlərin açılmalı, diplomatik əlaqələrin qurulması zəruridir. Bunun başqa çıxış yolu yoxdur. Türkiyə-Ermənistan sərhədlərini, sərhəd-keçid məntəqələrini də hər iki ölkə tam hazır vəziyyətə gətirib. Ermənistanın Fransa kimi havadarlarının təhrikinə uyub Azərbaycanla sülh müaviləsinin imzalanmasını uzatması onun ziyanınadır. Bu təkcə Qərbə inteqrasiyanı tormozlamır, eyni zamanda regiona inteqrasiyasını əngəlləyir. İrəvan nəhayətdə anlamalıdır ki, Türkiyə və Azərbaycanla münasibətlərin beynəlxalq hüquq və prinsiplərə uyğun nizama salınması həm də təhlükəsizliyini güvənə almış olur. Türkiyənin xarici işlər naziri Hakan Fidan hər danışıqlar tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik deməklə məhz Ermənistana diplomatik dillə bunları anlatmaq istəyib".
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Ermənistan tərəfin vaxt qazanmaq üçün hiylə işlətdiyini bildirdi: “Türkiyə tam doğru qərar verib. Azərbaycanın dövlət və milli maraqlarına cavab verəcək açıqlama verib. Türkiyənin hörmətli xarici işlər naziri Hakan Fidan deyib ki, Azərbaycan-Ermənistan sülh sazişi imzalanmayana qədər sərhədlər açılmamalıdır. Ermənistan məqsədli şəkildə sülh prosesini uzadır və müxtəlif bəhanələrlə sülhə imza atmaq istəmir. Ermənistan hiylə işlədir. Sülh sazişi olmadan Türkiyə ilə sərhədlərin açılması birbaşa Ermənistanın iqtisadiyyatına və güclənməsinə xidmət edəcək. Sual yaranır, sülh sazişi istəyən Ermənistan nədən bütün gücü ilə silahlanır? Fransadan, Hindistandan və digər ölkələrdən milyonlarla dollar həcmində silah alır?! Həmçinin Müdafiə Nazirliyinin yüksək vəzifəsinə amerikalı mütəxəssis cəlb olunur? Bütün bunlar Azərbaycanla yeni müharibəyə hesablanıb. Bunu qardaş Türkiyə rəsmiləri də yaxşı bilir. O cümlədən də Azərbaycan dövləti bunu çox yaxşı bilir. Ermənistan sülh sazişinə ona görə getmək istəmir ki, Rusiya-Ukrayna müharibəsinin sonunu gözləyir. Ümid edirlər ki, ağır blokadada olan Rusiyada Putin hakimiyyətdən devrilə bilər və Rusiyada Qərbyönümlü şəxs hakimiyyətə gələr. Yeltsin kimi biri hakimiyyətə gətirilər və Azərbaycana qarşı Rusiyanın böyük dəstəyi ilə müharibə edərlər. Bunu Amerika Ermənistana başa salıb və sülh sazişinin imzalanmamasını tövsiyə edir. ABŞ rəsmiləri indiki vəziyyətdə istəyir ki, Türkiyə Ermənistanla sərhədi açsın. Bunu Amerika gizlətsə də, Azərbaycan xalqı çox yaxşı bilir və görür. Amerika açıq və ya gizli şəkildə Ermənistana hər zaman dəstək verir”.
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 2025 20:02
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 2025 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 2025 11:40
- İsrail Xameneini də vuracaq - rəsmən elan edildi
15 iyun 2025 08:43
- Yerin fırlanması yavaşlayır... gələcəkdə 1 sutka 25 saat olacaq
15 iyun 2025 08:27
- İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 iyun 2025 01:59
- İran İsrailin daha bir F-35 qırıcısını vurdu - PILOT ...
14 iyun 2025 22:43
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 2025 13:13
- Sonuncu İran şahının oğlunun xalqı üsyana çağırışını ciddiyə almaq olarmı?..- Sabiq baş diplomat
14 iyun 2025 09:41
- Bu gün məktəblərdə -Son zəng- çalınacaq
14 iyun 2025 09:05
- İran İsrailin hərbi hava bazasını vurdu
17 iyun 02:07
- Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib
17 iyun 00:59
- Özbəkistanda cinsini dəyişdirənlər adlarını da dəyişə biləcəklər
17 iyun 00:10
- 1897-ci il: Rusiyanın ikinci ən böyük xalqı türklər…
16 iyun 11:09
- Pənah Hüseyn partiya sədrliyindən getdi
16 iyun 10:44
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 09:26
- İranlılar Türkiyə sərhədinə axışır – kütləvi köç təhlükəsi
16 iyun 09:10
- Bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün bir nömrəli OT
16 iyun 00:20
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 23:31
- İsraildən 200 qırıcı havaya qalxdı – İranı dəhşət gözləyir
15 iyun 23:13
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 20:02
- Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
15 iyun 17:35
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 15:13
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 14:53
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 13:51
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 11:40
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 11:23
- Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
15 iyun 09:16
- İsrail Xameneini də vuracaq - rəsmən elan edildi
15 iyun 08:43
- Yerin fırlanması yavaşlayır... gələcəkdə 1 sutka 25 saat olacaq
15 iyun 08:27
- Daha bir general öldürüldü
15 iyun 02:34
- Xumar -Vəhşi kimi- oxudu... - Video
15 iyun 02:17
- İsrail Tehranı bombalamağa başladı
15 iyun 01:55
- İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 iyun 01:50
- Cəmi 20 qəpiyə damarlarınızı təmizləyin-MÖCÜZƏ SU
15 iyun 00:38
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 00:18
- VƏHDƏT Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni SƏDR seçildi
14 iyun 23:04
- İran İsrailin daha bir F-35 qırıcısını vurdu - PILOT ...
14 iyun 22:43
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 13:13