Pezeşkiandan İNQİLABİ İLK: Azərbaycan dili ilə bağlı...
Yeni prezidentin bu yöndə növbəti addımını mümkün sayan təhlilçilər həm də ehtiyatlı nikbinliyin tərəfdarıdır; İranın “ölkədə heç bir millətə qarşı ayrı-seçkilik yoxdur” mesajını təsdiqləmək zamanı...
İran prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb. Bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb. Bildirilib ki, bunun üçün “15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.
15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildiriblər.
Qeyd edək ki, “15-ci Prinsip Komitəsi”nin rəhbəri Cavad Miri bu barədə özünün X səhifəsində paylaşım etsə də, başçılıq edəcəyi komitənin fəaliyyətinin təfərrüatı barədə açıqlama verməyib. Xatırladaq ki, 2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını bildirmişdi.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədovun fikrincə, Pezeşkianın prezident seçilməsi təsadüfi deyil. “Yeni Müsavat”a şərhində o, ana dilinə münasibətin İranda ciddi problem yaratdığına diqqət çəkdi: “Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə bu məsələyə toxunmuşdu. İrana beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən bu məsələ ilə bağlı ciddi təzyiqlər var. Bu artıq İran üçün başağrısına çevrilib. Ölkəyə ünvanlanmış ittihamlar, tənqidlər artmaqdadır. Pezeşkianın prezident seçilməsinə işıq yandırılmasının əsas səbəblərindən biri də budur. Çünki İran bununla dünyaya mesaj vermək istəyir ki, ölkədə heç bir millətə qarşı ayrı-seçkilik yoxdur. İranda yaşayan bütün millətlər bərabər hüquqa malikdirlər. İstənilən xalqın nümayəndəsi İranda prezident ola bilər.
Bu mənada Pezeşkianın belə bir addım atması müstəqil qərar deyil, İranın Ali dini lideri ilə razılaşdırılmış məsələdir. Növbəti aylarda bu istiqamətdə müəyyən addımlar atılmasının şahidi olacağıq. İranda yaşayan milli azlıqların, xalqların hüquqlarının qorunması, ana dilində təhsil almasına şərait yaradılması gündəmdə olacaq. Əsas hədəflərdən biri prosesi İranın maraqları çərçivəsində başlamaq və sonlandırmaqdır. Təbii ki, hər birimizin ən böyük arzularından biri İranda yaşayan azərbaycanlıların hüquqlarının ən yüksək səviyyədə təmin olunması, onların ana dilində təhsil almasına şəraitin yaradılmasıdır. Bu istiqamətdə qəbul edilən hər bir qərarı, atılan hər bir addımı dəstəkləyirik".
Millət vəkili hesab edir ki, atılan hər yeni addım iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verə bilər: “İranda yaşayan azərbaycanlıların hüquqlarının təmin olunması uzun illərdir təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında geniş müzakirə olunur. Hər kəs bu məsələyə baxılmasını gözləyirdi. Hakimiyyətə islahatçılar gəldiyi üçün məsələnin həll yolu real görünür”.
Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, İranda qeyri-farsların ana dilində təhsil alması Şimali Azərbaycanla əlaqələrə də təsirsiz ötüşməyəcək: “İran prezidentinin verdiyi qərar əslində İran konstitusiyasında təsbit olunub. Söhbət təkcə Azərbaycan dilində təhsil almaqdan deyil, həm də digər azsaylı xalqların öz dilində təhsil almasından gedir. Əslində Azərbaycan türkləri İranda azsaylı xalq hesab olunmur. Hətta rəsmi mənbələrə istinad olunan məlumatlarda Azərbaycan türklərinin əhalinin 53 faizini təşkil etdiyi ifadə olunur. Bütün hallarda bu təqdirolunan məsələdir. Ana dilimizdə məktəblər açılacaqsa, ali təhsil müəssisələrində Azərbaycan tükçəsində fakültələr bərpa olunacaqsa, müəyyən elmi-tədqiqat mərkəzləri, bağlanmış qurumlar da açılacaqsa, bu, irəliləyiş deməkdir.
Bir millətin dilini əlindən aldıqdan sonra ciddi çətinliklər yaşanır. Bu addımlar əhval-ruhiyyəyə də ciddi təsir edəcək. İnsanların ana dilində təhsil alması Şimali Azərbaycanla əlaqələrə də təsirsiz ötüşməyəcək. Gələcəkdə tələbə mübadiləsi həyata keçirilə bilər. Bu, inteqrasiyanın gözəl forması olar. Yaxud İranda təhsil alan tələbələrin bir müddətdən sonra təhsilini Azərbaycanda davam etdirməsi gündəmə gələ bilər. Hesab edirəm ki, Azərbaycanda işləyən müəllimlərin İrana göndərilməsini də müzakirə etmək olar. Güney Azərbaycanda bu sahədə ciddi kadr çatışmazlığı yaşanır. Həm universitetlərdə, hətta kəndlərdə belə Azərbaycandan ezam olunmuş müəllimlərin çalışması ciddi irəliləyiş olar.
Hər halda, gedişatı diqqətdə saxlayaq. Azərbaycan türklərinin tələbləri, istəkləri nələr olacaq? Dövrün çağırışları nələr olacaq? “15-ci Prinsip Komitəsi”nin yaradılmasını təməl addım kimi qəbul edək. Bunun üzərində ciddi irəliləyişlər əldə etmək imkanı var. Növbəti mərhələlərdə nəticə prezidentin, o cümlədən İranın siyasi rəhbərliyinin iradəsinə, millətin davranışına, eyni zamanda bizim verəcəyimiz dəstəyə bağlıdır. İstənilən halda, bu təqdirolunan hadisədir".
Kənan Rövşənoğlu
Siyasi şərhçi Kənan Rövşənoğlu isə “Yeni Müsavat” şərhində xatırlatdı ki, Məsud Pezeşkianın seçki kampaniyası əsasən etnik qruplar, xüsusən də Azərbaycan əhalisi üzərində qurulmuşdu: “Bu səbəbə seçildikdən sonra onun belə bir addım atması gözlənilən idi. İslam Respublikası konstitusiyası etnik qrupların ana dillərinin inkşafı və tədrisi hüququ tanıyır. Bu məsələyə İranda çox əhəmiyyət verilməyib və daha çox prezidentlərin öhdəsinə buraxıldığı üçün hər prezidentin buna ayrıca yanaşması olub.
Məsələn, “islahatçı” Həsən Ruhani də seçki kampaniyasında etnik qruplara təhsil sözü verdi və prezident olduqdan sonra bu istiqamətdə müəyyən addımlar atıldı, Təbriz Universitetində Azərbaycan dili mərkəzi yaradıldı, dərslər verildi. İndi isə Pezeşkian özü azərbaycanlı olduğu üçün güman ki, bu istiqamətdə ciddi addımlar atacaq. Lakin bunu bütün Azərbaycan regionlarında, ümumiyyətlə, bütün etnik qrupların hər birinin öz dilində təhsil alması kimi düşünmək doğru olmaz. İran unitar dövlətdir, eyni zamanda Şərqdə ən böyük çoxmillətli ölkələrdən biridir. Birdən-birə bütün etnik qrupların öz dilində təhsilə keçməsi mümkün deyil. Mərkəzi hakimiyyət də buna getməz, hətta istəsə belə birdən-birə buna keçə bilməz. Prezident Məsud Pezeşkianın yaratdığı komissiya bir mənada bunun formatını hazırlayacaq. Bunun üçünsə gözləmək lazım gələcək".
- Ermənilərin Avropaya satdığı Azərbaycan suyu: Bir şüşəsi 2 dollar – FOTO
8 sentyabr 2024 02:52
- Azərbaycan gözəli Nərmin Səfərova ilə Koreyalı bəyin toyu oldu VİDEO
8 sentyabr 2024 02:39
- İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
8 sentyabr 2024 02:17
- Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas
8 sentyabr 2024 01:28
- Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir - VİDEO
8 sentyabr 2024 01:10
- Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 MİLYON avroluq villanı sökdürdü - FOTO
7 sentyabr 2024 22:32
- Məqsədim BALABANI dünyaya tanıtmaqdır
7 sentyabr 2024 21:45
- Lamiyə Vəliyeva növbəti medalını qazandı
7 sentyabr 2024 20:14
- Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə BİRLƏŞDİRİLİR - SON DƏQİQƏ
7 sentyabr 2024 19:49
- Ətin qiyməti qalxdı -VİDEO
7 sentyabr 2024 19:36
- Ermənilərin Avropaya satdığı Azərbaycan suyu: Bir şüşəsi 2 dollar – FOTO
08 sentyabr 02:52
- Azərbaycan gözəli Nərmin Səfərova ilə Koreyalı bəyin toyu oldu VİDEO
08 sentyabr 02:36
- İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
08 sentyabr 02:17
- Mirmahmud Mirəlioğlu yol qəzasına düşdü
08 sentyabr 01:57
- 2 həkim bir tibb bacısına görə xəstəxananı DÖYÜŞ MEYDANINA çevirdi..
08 sentyabr 01:45
- Boynunuza BUZ qoyub 20 dəqiqə gözləyin - Ağrıları yox edir
08 sentyabr 01:38
- Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas
08 sentyabr 01:28
- Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir - VİDEO
08 sentyabr 01:10
- Türkiyədə İLK QAR YAĞDI
08 sentyabr 00:58
- Tehran daha İranın paytaxtı olmayacaq - YENİ PAYTAXT
07 sentyabr 23:44
- Bu ölkədə MEYMUNlara görə REFERENDUM keçirilir
07 sentyabr 23:11
- Dünyada daha bir QEYRİ - ADİ REKORD - FOTO
07 sentyabr 22:59
- Keçmiş hərbçi arvadını öldürüb intihar etdi
07 sentyabr 22:48
- Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 MİLYON avroluq villanı sökdürdü - FOTO
07 sentyabr 22:32
- Məqsədim BALABANI dünyaya tanıtmaqdır
07 sentyabr 21:45
- Ərdoğan bu ölkələrə çağırış etdi: İttifaq yaradaq!
07 sentyabr 21:25
- Lamiyə Vəliyeva növbəti medalını qazandı
07 sentyabr 20:14
- Bakıya giriş məhdudlaşdırılır ? - Şəhər boşaldılmalıdır”
07 sentyabr 19:58
- Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə BİRLƏŞDİRİLİR - SON DƏQİQƏ
07 sentyabr 19:49
- Ətin qiyməti qalxdı -VİDEO
07 sentyabr 19:36
- Alim Qasımov: Mənə dedi ki, köpəkoğlu, bir də mənim səsimi.."
07 sentyabr 19:29
- Bakıda narkotik satan qız tutuldu - FOTO
07 sentyabr 19:16
- Müəllimi bıçaqlayan Canpolad 1 sonra necə azadlığa çıxıb ?
07 sentyabr 19:00
- Şuşaya daha 27 ailə köçdü
07 sentyabr 18:49
- Özəl universitetin prorektoru RÜŞVƏT ALARKƏN SAXLANILDI
07 sentyabr 11:27
- Şirvanda şəhid oğlu özünü asdı
07 sentyabr 11:13
- Bakıda HÜQUQ və İQLİM adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB Baxış sayı: 193
07 sentyabr 10:50
- Putinlə Pezeşkian görüşəcək
07 sentyabr 10:43
- Müəllimlər kəndlərdə dərs demək istəmirlər: 2 mindən çox vakansiya BOŞ QALIB
06 sentyabr 23:50
- İntihar edən hərbi qulluqçumuzun FOTOLARI
06 sentyabr 23:17