Dünya əhalisinin 40 faizi 3 ölkədə yaşayır – BMT-nin yeni hesabatı

11 iyul 1987-ci il dünya əhalisinin 5 milyard nəfərə çatdığı tarixdir. Bu səbəbdən 1989-cu ildən etibarən 11 iyul tarixi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən “Ümumdünya Əhali Günü” kimi qəbul edilib.
Yeniavaz.com xəbər verir ki, hər il olduğu kimi, bu il də “Ümumdünya Əhali Günü” ərəfəsində Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) dünya əhalisi ilə bağlı yeni hesabat yayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) təxminlərinə görə, 2023-cü ildə ən çox əhalisi olan ölkə 1 milyard 428 milyon 627 min 633 nəfərlə Hindistan olub. İkinci yerdə 1 milyard 425 milyon 671 min 452 nəfərlə Çin, üçüncü yerdə isə 339 milyon 996 min 563 nəfərlə ABŞ gəlir. Bu üç ölkənin sakinləri dünya əhalisinin 39,7%-ni təşkil edir.
Uşaqlar
BMT-nin məlumatına görə, ölkələrin ümumi əhalisi içərisində 0-17 yaş qrupu uşaqların sayı ən çox Niger və Mərkəzi Afrika Respublikasında qeydə alınıb. Bu ölkələrdə 0-17 yaş qrupu uşaqların sayı ümumi əhalinin yarıdan çoxuna – 55,5%-nə bərabər olub. Bu ölkələri 54,2%-lə Çad, 54%-lə Mali izləyib. Uşaq əhalisinin ən az olduğu ölkə isə 13,9% ilə Cənubi Koreya olub. Bu ölkəni 14,1%-lə Yaponiya, 14,2%-lə Sinqapur izləyib. 2022-ci ildə dünya uşaq əhalisinin orta nisbəti 29,8% təşkil edib.
BMT-nin hesabatına görə, Avropa İttifaqına (Aİ) üzv olan ölkələr arasında uşaqların sayının ümumi əhalinin sayına olan nisbəti ən yüksək İrlandiyada qeydə alınıb – 23,3%. Bu ölkəni 21% ilə İsveç və 20,7% ilə Fransa izləyir. Uşaq əhalisinin nisbətinin ən aşağı olduğu ölkələr müvafiq olaraq 15,1% ilə İtaliya, 15,6% ilə Malta və 16% ilə Portuqaliya olub.
Gənclər
Ölkələrin ümumi əhalisi içərisində 15-24 yaş qrupunda olan gənc əhalinin sayına görə Suriya dünyada 1-ci yerdədir. Suriya əhalisinin 24,1%-i 15-24 yaş qrupunda olan gənclərdən təşkil olunub. Bu ölkəni 22,3% ilə Şərqi Timor və Mərkəzi Afrika Respublikası izləyib. Ən aşağı gənclər nisbətinə malik ölkə 6,8% ilə Ukrayna olub. Bu ölkəni 7,6% ilə Qətər və 8,5% ilə Monako izləyib.
2022-ci ildə dünyada gənc əhalinin orta göstəricisi 15,5% olub.
Aİ-yə üzv olan ölkələr arasında gənc əhali nisbətinin ən yüksək olduğu ölkə İralandiya hesab olunur. Bu ölkədə əhalinin 13,1%-i 15-24 yaş qrupunda olan gənclərdən təşkil olunur. Bu göstərici Danimarkada 12%, Hollandiya 11,9% olub. Gənc əhali nisbətinin ən aşağı olduğu ölkələr müvafiq olaraq 9% ilə Malta, 9,4% ilə Litva, 9,5% ilə Bolqarıstan və Sloveniya olub.
Yaşlılar
65 və daha yuxarı yaşda olan yaşlı əhalinin sayı ən çox Monakoda qeydə alınıb. Bu ölkədə ümumi əhalinin 35,8%-nin yaşı 65 və daha yuxarı olub. Bu ölkəni 30,1% ilə Yaponiya, 24,5% ilə İtaliya izləyib. Yaşlı əhalinin ən aşağı nisbətinə malik ölkə 1,6% ilə Qətər olub. Bu ölkəni 1,7% ilə Uqanda, 1,8% ilə Zambiya izləyib.
Aİ-yə üzv olan 27 ölkədə ən yüksək yaşlı əhali nisbətinə malik ölkə 24,5% ilə İtaliya olub. Bu göstərici Finlandiyada 23,6%, Portuqaliyada 22,3% olub. Yaşlı əhalinin ən aşağı nisbətinə malik Aİ ölkələri isə müvafiq olaraq 15,2% ilə Kipr, 15,4% ilə Lüksemburq və 15,5% ilə İrlandiya olub.
Orta ömür müddəti
Gözlənilən orta ömür uzunluğu dünya üzrə 73,4 yaş, kişilər üçün 70,8, qadınlar üçün isə 76 yaş olub.
Dünyada kişilər üçün gözlənilən ömür uzunluğunun ən yüksək olduğu ölkə Monakodur. Bu ölkədə kişilər üçün gözlənilən ömür uzunluğu 85,2 il olub.
Sonrakı yerdə 83,2 il ilə Lixtenşteyn, 82,6 il ilə İsveçrə gəlir. Kişilər üçün ən aşağı ömür uzunluğuna malik ölkə 52 il ilə Çad olub. Bu ölkəni 52,1 yaşla Lesota və 52,4 il ilə Mərkəzi Afrika Respublikası izləyib.
Aİ-yə üzvü olan ölkələrdə kişilər üçün gözlənilən ömür uzunluğu İtaliya və İsveçdə 82,1 il, Maltada 81,8 il olub. Kişilər üçün ən aşağı ömür uzunluğuna malik ölkə 69,5 yaşla Bolqarıstan olub. Bu ölkəni 71,7 il ilə Latviya və Rumıniya, 72,3 il ilə Litva izləyir.
Qadınlar üçün gözlənilən ömür uzunluğuna görə də Monako birinci olub – 89 il. Bu ölkəni 88 il ilə Yaponiya və 87,2 il ilə Cənubi Koreya izləyib. Qadınlar arasında gözlənilən ömür uzunluğunun ən aşağı olduğu ölkə 54,2 yaşla Nigeriya olub. Bu ölkəni 55,4 yaşla Çad və 57,7 yaş ilə Mərkəzi Afrika Respublikası izləyib.
Aİ-yə üzv olan ölkələrdə qadınlar üçün ən çox gözlənilən ömür uzunluğuna malik ölkə 86,7 yaşla İspaniya olub. Bu ölkəni 86,1 il ilə İtaliya və Fransa, 85,8 il ilə Malta izləyib. Aİ-də qadınlar arasında gözlənilən ömür uzunluğunun ən aşağı olduğu ölkə 76,4 yaşla Bolqarıstan olub. Bu ölkəni 78,6 il ilə Rumıniya və 80,2 il ilə Litva izləyib.
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
6 aprel 2025 21:46
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
6 aprel 2025 00:18
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
4 aprel 2025 23:01
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Bakı Metropoliteni- ndə yeni rəis
3 aprel 2025 16:26
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
06 aprel 15:00
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
06 aprel 14:27
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
06 aprel 09:51
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
06 aprel 00:18
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
05 aprel 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
04 aprel 21:44