- Maykl Cekson həqiqətən sağdır? - Məşhurun ölmədiyini göstərən 2 SİRRLİ FOTO
- Slovakiya prezidenti Azərbaycana səfər edəcək
- Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub
- Əmək Müfəttişliyi 4 MİN MANATA ARMUDU STƏKAN ALIR
- Niyə uşaqlara daha çox dini adlar qoyulur, milli adlardan qaçırıq? - İLGİNC rəylər
Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
Bu gün tanınmış şair Akif Səmədin anım günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.
Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq,
Qardaş, ölüm nəmənədi?
Ölüm nədi? — Adi divar,
Həllac Mənsur var, Hadi var.
Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədi?
-
Sevənlər aşıq olmasa,
Qan bircə qaşıq olmasa,
Bu arvad-uşaq olmasa,
Qardaş, ölüm nəmənədi?
Güllər, çiçəklər dərmişik,
Guya pünhana sərmişik.
Məqbəri bizlər hörmüşük,
Qardaş, ölüm nəmənədi?
Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan,
Qardaş, ölüm nəmənədi?
***
A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.
Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.
Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.
***
Yarəb, adamam adıma —
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.
Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.
Ay qarannıqdı, qar işıq,
Gecə-gündüzə yaraşıq,
Qanım qannara qarışır,
Qanıma yazığın gəlsin.
Nə oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gəlsin.
***
Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?
Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?
Dağlarda qara bax oğlan
Qəlbimdə yara bax oğlan
Ağlama qarabığ oğlan
Dünya sənin nəyindi ki?
***
Uzanıb sübhə qədər,
Çəkirəm ah gecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.
Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.
Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.
Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa getdi.
***
Məni dostlarım öldürdü,
Düşmən dirildər, inşallah!
Baxma, ölüb gedib pələng,
Bir də nərildər, inşallah!
Azadlıq — dam dolu toyum,
Uyu, könlüm, rahat uyu.
Uzanar bir arpa boyum,
Ötən hər ildə, inşallah!
İzsiz-tozsuz öləcəyəm,
Elə demə, çiyələyim.
Uçub gedər kəpənəyim,
Qalar zər əldə, inşallah!
***
Namərdinsən, mərdinsən,
Mənim döyülsən, ömrüm.
Ya quşunsan, qurdunsan,
Mənim döyülsən, ömrüm.
Sultansan, qulun hanı?
Yolçusan, yolun hanı?
Bülbülsən, gülün hanı?
Mənim döyülsən, ömrüm.
Sərkərsən, qoşun hanı?
Atansan, daşın hanı?
Ağlarsan, yaşın hanı?
Mənim döyülsən, ömrüm.
Çölləri gəzəmmədim,
Gülləri üzəmmədim,
Əyildin, dözəmmmədin
Mənim döyülsən, ömrüm.
Akif Səməd qocadı,
Haqqı görən xocadı,
Haqqın yeri ucadı,
Mənim döyülsən, ömrüm.
***
Məni görüb yaxın ağlar, yad ağlar,
Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,
Ya bərələr, ya dərələr, ya dağlar.
Mən Bakıya oxumağa gəlmişdim.
Köç-ulaqlı aran yolu, dağ yolu,
Oğru yolu, doğru yolu, haqq yolu,
Kəhkəşanda unutduğum ağ yolum,
Mən Bakıya oxumağa gəlmişdim.
Ay qatarçı, ay maşınçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim.
Genişiydim səma boyda, çöl boyda,
Ürək verdim, diplom aldım əl boyda,
Ürəyimdə yara açdı gül boyda –
Mən Bakıya oxumağa gəlmişdim.
Mən Bakıya oxumağa gəlmişdim.
- Ərdoğan terrora görə Təhlükəsizlik Şurasını topladı - Yenilənib
24 oktyabr 2024 22:12
- Bakıda ŞOK QƏTL: qısqanc qadın ərini çarpayıdan yıxıb öldürdü
24 oktyabr 2024 16:08
- Aqil Abbas əsəbiləşdi - Məzələnmək lazım deyil
24 oktyabr 2024 15:27
- PİTONLA YATIB -duran azərbaycanlı qız: Məni qısqanırlar...
24 oktyabr 2024 12:20
- Bakıda REKTOR prorektoru niyə ÖLDÜRTDÜ ? - Polkovnikin 12 il sonrakı etirafı
24 oktyabr 2024 10:38
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 2024 01:45
- Ərini öldürdü, amma həbs olunmadı - Bakıda idmançının qətlinin TƏFƏRRÜATI
22 oktyabr 2024 10:29
- Şövkət xanımı qızının ölümü və Qarabağ dərdi məhv etdi
20 oktyabr 2024 17:51
- Nizamülmülk –Zalımların ən yaxşısı (Portret yazılar)
15 oktyabr 2024 01:20
- Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edib
14 oktyabr 2024 15:51
- Maykl Cekson həqiqətən sağdır? - Məşhurun ölmədiyini göstərən 2 SİRRLİ FOTO
25 oktyabr 00:01
- Slovakiya prezidenti Azərbaycana səfər edəcək
24 oktyabr 23:42
- Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub
24 oktyabr 22:50
- Əmək Müfəttişliyi 4 MİN MANATA ARMUDU STƏKAN ALIR
24 oktyabr 22:40
- Niyə uşaqlara daha çox dini adlar qoyulur, milli adlardan qaçırıq? - İLGİNC rəylər
24 oktyabr 22:27
- NAR abunəçiləri üçün NarKredit-dən data kredit xidməti
24 oktyabr 22:18
- Ərdoğan terrora görə Təhlükəsizlik Şurasını topladı - Yenilənib
24 oktyabr 22:12
- Elm və Təhsil Nazirliyi 39 milyonluq kompüter və noutbuk alır
24 oktyabr 21:55
- Cavanşir Feyziyev AP-nin Azərbaycana davamlı hücumlarından danışdı
24 oktyabr 21:49
- Afiyəddin Cəlilovun nəvəsi MOSKVA metrosunda görün nə hoqqa çıxardı
24 oktyabr 17:41
- Türkiyədə xanım nazir avtoqəzaya düşdü
24 oktyabr 17:31
- İlham Rəhimov ŞAİRƏ EV BAĞIŞLADI - VİDEO
24 oktyabr 16:40
- İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi
24 oktyabr 16:31
- Çörək əvəzinə turp yeyin - Canan Karatay açıqladı
24 oktyabr 16:15
- Bakıda ŞOK QƏTL: qısqanc qadın ərini çarpayıdan yıxıb öldürdü
24 oktyabr 16:08
- Bu rayonun VOYENKOM-u HƏBS EDİLDİ
24 oktyabr 15:47
- Kazanda İlham Əliyevlə Paşinyanın görüşü keçirilir
24 oktyabr 15:43
- Aqil Abbas əsəbiləşdi - Məzələnmək lazım deyil
24 oktyabr 15:27
- Abşeron Milli Parkında 5 ədəd Qafqaz ŞAHİNİ OVLAYAN əcnəbi saxlanılıb- VİDEO
24 oktyabr 13:47
- Prezident KAZAN EXPO Beynəlxalq Sərgi Mərkəzində oldu
24 oktyabr 13:23
- Bakıda kran obyektin üstünə aşdı
24 oktyabr 13:02
- Sumqayıtda partlayış olub, xəsarət alanlar var
24 oktyabr 12:48
- PİTONLA YATIB -duran azərbaycanlı qız: Məni qısqanırlar...
24 oktyabr 12:20
- SSRİ-nin parçalanması prosesi hələ başa çatmayıb... - məşhur əfqan riyaziyyatçısından proqnoz
24 oktyabr 11:59
- Azərbaycan Ermənistana 134 min avro ödədi - BU SƏBƏBDƏN
24 oktyabr 11:37
- Baxçalı danışdı, Öcalanla 43 ay sonra görüş keçirildi - Nə baş verir ?
24 oktyabr 11:07
- Harris Trampa FAŞİST dedi ...
24 oktyabr 10:51
- Bakıda REKTOR prorektoru niyə ÖLDÜRTDÜ ? - Polkovnikin 12 il sonrakı etirafı
24 oktyabr 10:38
- Azərbaycanda noyabrda 17 GÜN İŞ və DƏRS OLMAYACAQ - SİYAHI
24 oktyabr 10:25
- 24 ildir ki, sevgilisini dayanacaqda gözləyir - FOTO
24 oktyabr 10:05