Edamdan əvvəl lüt soyundurulan admiral – bu cəza Hitlerin şəxsi göstərişi olub..
Nasistlərin hakimiyyətə gəlişindən sonra Vilhelm Kanaris Adolf Hitlerin ən etibarlı adamlarından biri sayılıb.
Fürerin admirala inamı o dərəcədə böyük olub ki, o, mötəbər toplantılarda “Almaniyanı Kanarisə etibar etmək olar” kimi ifadəni dəfələrlə təkrarlayıb. Fürerlə münasibətlərinin isti olmasına baxmayaraq, Kanaris Almaniyanın yüksək ranqlı məmurları üçün arzuolunmaz şəxs olub. Belə ki, sonsuz səlahiyyətlərə sahib olan admiral həmkarlarına qarşı həmişə sərt və kobud münasibət sərgiləyib...
1887-ci ildə Almaniyanın Aplerbek şəhərində anadan olan Vilhelm Kanarisin atası metallurgiya zavoduna sahib olduğundan ailə zəngin yaşayıb və onun yüksək təhsili üçün maddi problem olmayıb. Valideynləri onu gələcəkdə metallurq görmək istəsələr də, Kanaris hələ orta təhsil illərindən dəniz donanmasına maraq göstərib. 1905-ci ildə Vilhelm Kanaris hərbi-təlim gəmisində kursant kimi xidmətə başlayıb, daha sonra Hərbi Dəniz Donanması Akademiyasında ali təhsil alıb.
Kanaris 1935-ci ilə qədər Almaniyanın hərbi dəniz qüvvələrinə məxsus hərbi gəmilərdə komandir köməkçisi, qərargah rəisi, gəmi komandiri və digər vəzifələrdə xidmət edib, xarici ölkələrdə dəniz kəşfiyyatlarında uğurlu əməliyyatlara imza atıb.
Nasistlər hakimiyyətə gəldikdən sonra Vilhelm Kanaris bacarıqlı və tanınmış bir mütəxəssis kimi diqqətdən kənarda qalmayıb. Xüsusilə, onun kəşfiyyat işini mükəmməl bilməsi Hitlerin diqqətini daha çox cəlb edib. İkinci Dünya müharibəsinə hazırlaşan fürer Kanarisi 1935-ci ildə “Abver”ə (hərbi kəşfiyyat və əks-kəşfiyyat xidməti) rəhbər təyin edib, əvvəlcə ona vitse-admiral, 1940-cı ildə isə admiral rütbəsini verib.
Aldadıcı manevrləri ilə fürerin etimadını qazanan Kanaris qısa müddət ərzində “Abver”in strukturunu genişləndirərək bu qurumu təkcə Almaniyada deyil, bütün Avropada tanıtdırıb.
Həmin dövrdə “Abver”in fəaliyyəti haqqında təsəvvür yaratmaq üçün təkcə bir faktı qeyd etmək kifayətdir. 1936-cı ildə İspaniyada Frankonun hakimiyyətə gəlməsi məhz Kanarisin keçirdiyi genişmiqyaslı əməliyyatların nəticəsi olub. Bununla da o, İspaniyada da əsas söz sahiblərindən birinə çevrilib. Franko özü də yaxşı anlayıb ki, İspaniyanın idarə olunmasında Kanarisin agentlərinin ölkədə böyük və həlledici rolu var.
Hitlerin Vilhelm Kanarisə güvəni artıqca Kanarisin də ona xəyanəti artıb. İkibaşlı oyuna girişən admiral siyasi müstəvidə ən hiyləgər oyunçuya çevrilib. Hələ 1939-cu ildə Hitleri hakimiyyətdən devirmək istəyəndə çevriliş planını cızanlardan biri məhz Kanaris olub. Ancaq bu çevriliş baş tutmayanda Kanaris sudan quru çıxıb, çevrilişə cəhd edən digər “Abver” əməkdaşlarını şəxsən aradan götürərək bütün izləri itirib. Bu “çevikliyinə” görə isə admiral fürerdən növbəti mükafatını alıb.
1941-ci ildən başlayaraq Kanarisə həvalə olunan gizli əməliyyatların uğursuz yekunlaşması admiralın nüfuzuna mənfi təsir göstərib. Xüsusilə, “Yovşan” şərti adı altında Cənubi Afrikada üsyan, Qafqazda “Şamil”, Əfqanıstan-Hindistan qarşıdurmasında “Pələng” əməliyyatları uğursuzluqla nəticələndiyindən Hitlerin “Abver”ə münasibəti tam dəyişib.
1943-cü ildə isə gestapo Hitlerə qarşı sui-qəsdə hazırlaşan “Abver” əməkdaşlarını ifşa edəndə fürer bu qurumun bir sıra səlahiyyətlərini “SS”ə verib. Amma “Abver”in qaranlıq günləri bununla bitməyib.
1944-cü ilin iyulunda Hitlerə sui-qəsd cəhdi zamanı bu qurumun digər əməkdaşları kimi rəisi Kanaris də həbs olunub.
Məhkəmə onun sui-qəsd cəhdində iştirakını sübut edə bilməyib. Kanaris bu dəfə də sudan quru çıxacağına ümid edib. Əslində elə fürer də onu sərbəst buraxacağı haqqında düşünüb. Bu dəfə admiral özü-özünü tələyə salıb. Kanaris Flossenbyurq düşərgəsində saxlanılanda onun mənzilində və bağ evində axtarış apararkən admiralın gündəliyi ələ keçib. Bu gündəlikdə Kanaris Britaniya kəşfiyyatı ilə işbirliyi haqqında ətraflı qeydlər aparıb.
8 aprel 1945-ci ildə Flossenbyurq məhkəməsində Vilhelm Kanarisin məhkəməsi başlayıb. Məhkəmə elə həmin gün admiral haqqında edam hökmü çıxarıb. Hökm aprelin 9-da icra olunub. 58 yaşlı admiralın edamı digər edamlardan fərqlənib. Hitlerin göstərişi ilə onu təhqir etmək və tam aşağılamaq üçün lüt soyundurduqdan sonra asıblar, bu səhnə bir sutka ərzində yerli əhaliyə nümayiş etdirilib.
Sonralar o da məlum olub ki, Kanaris İkinci Dünya müharibəsi illərində, “Abver”ə rəhbərlik etdiyi dövrdə 500-dən artıq yəhudini “Abver”in agenti adı altında Almaniyadan çıxararaq xilas edib. Vilhelm Kanarislə bağlı daha maraqlı faktlardan biri isə onun 1941-ci ildə sovet hərbi əsirlərinə verilən amansız işgəncələrə etiraz etməsi olub. Bunlarla yanaşı, bəzi araşdırmaçıların qənaətinə görə, Kanaris Almaniyanın birinci kürsüsünə də göz dikib. /Musavat.com/
Oxşar xəbərlər
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 2024 23:31
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 2024 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 2024 12:04
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 2024 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
Xəbər lenti
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08
Video & Fotoqalereya
Video
Fotoqalereya