Dörd gün YOX-a çıxan baş katib – vəfat edib xəbəri yayılan Brejnev efirdə qədəhlə görünüb...
1970-ci illərin ortalarından başlayaraq Leonid Brejnevin səhhətindəki ciddi problemlər istər siyasi elitada, istərsə də bütövlükdə ictimaiyyətdə tez-tez müzakirə mövzusuna çevrilib. Hətta baş katib bir neçə gün efirdə görünməyəndə onun qəfil ölümü ilə bağlı söz-söhbətlər də dolaşıb. 1979-cu ildə isə Brejnevin dörd gün “yox”a çıxması qərb mətbuatına da sızıb.
Maraqlıdır, fotoları mərkəzi qəzetlərdən, görüntülüəri xəbərlər proqramlarından düşməyən Brejenev dörd gün ərzində harada olub?
Adətən sovet liderlərinin ölkədaxili və xarici ölkələrə səfərləri haqqında ictimaiyyətə geniş məlumat verilib. O, cümlədən birincilərin məzuniyyətləri haqqında da ölkə vətəndaşları məlumatlı olublar, onların hansı bölgədə, hansı məkanda istirahət və müalicələri də ictimaiyyətdən gizli saxlanılmayıb. Amma bəzən belə hallar da olub ki, baş katiblər Kreml gərginliyindən çıxmaq üçün bir-iki günlük “gizli” istirahətə də yollanıblar. Elə 1979-cu ildə də Brejnev ən yaxın dostlarından biri olan, gələcəkdə varis kimi gördüyü Ukraynanın birinci katibi Vladimir Şerbitskinin şəxsi dəvətini qəbul edərək Kiyevə qeyri-rəsmi səfər edib. Bu “gizli” səfərdə baş katibi nə siyasilər, nə ailə üzvləri, nə xidməti personalı müşayiət etməyiblər. Yalnız iki nəfər, Brejnevin köməkçisi və mühafizə rəisi baş katibin yanında olublar.
Brejnev Kiyevdə hava limanından birbaşa Şerbitskinin bağ evinə yollanıb. Bir-iki saat dincəldikdən sonra onlar ova çıxıblar. Ov tədbiri yeddi saatdan artıq davam edib. Axşamdan xeyli keçmiş bağ evinə qayıdan dostlar üçün ziyafət təşkil edilib. Brejnevin səhəri gün Moskvaya qayıdacağı planlaşdırılıb.
Səhəri gün saat 10 radələrində Brejnevin səhhətində ciddi problemlər yaranıb. Şerbitski dərhal yerli həkimləri bağa çağırtdırıb. Bütün səylərə baxmayaraq baş katibin sağlamlığında stabillik yaratmaq mümkün olmayıb. Brejnev Şerbitskiyə təcili Dmitri Ustinova (SSRİ-nin müdafiə naziri) zəng vurmağı tapşırıb və təkrar-təkrar bildirib ki, yalnız Ustinova, başqa heç kimə.
Şerbitski təcili Ustinova zəng vuraraq vəziyyət haqqında ona məlumat verib. Nazir vəziyyətin nə yerdə olduğunu anlayaraq ilk növbədə Kiyevə həkim briqadasının göndərilməsini vacib sayıb. Həmin ərəfədə isə Kremlin baş həkimi sayılan Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi Yevgeni Çazov Almaniyada elmi konfransda olub.
Çazov sonralar yazdığı xatirələrində həmin günü aşağıdakı kimi xatırlayıb:
“Mən adətən Brejnevi bütün səfərlərdə müşayiət edirdim. Səfərlər haqqında əvvəlcədən mənə məlumat verilirdi. İşlərimi planlaşdırmaq üçün bu məlumatlar mənə vacib idi. Həmin ərəfədə baş katibin heç bir səfəri gözlənilmirdi. Mən isə Almaniyada elmi konfransda iştirak etməliydim. Olduqca mötəbər bir tədbir idi və mən əsas məruzəçilərdən biri idim. Konfransın ikinci günü çıxış etməliydim. Çıxışıma 15-20 dəqiqə qalmış konfrans keçirilən binanın inzibatçısı içəri daxil oldu, mənim zaldan çıxmağımı xahiş etdi. Nə baş verdiyini anlamırdım. Zaldan çıxdım, o mənə bildirdi ki, təcili Moskvaya zəng vurmalıyam. Kimə zəng vurmağımı da söylədi. Mən elə həmin binadan Moskvaya, Ustinova zəng vurdum. Heç bir giriş, izahat olmadan marşal həyəcanlı səslə göstərişini verdi:
-Hazırda harada olmağınızdan asılı olmayaraq təcili aeroporta yollanın, bizim təyyarəmiz sizi gözləyir.
Əlavə heç bir sual vermədən portfelimi yığışdırıb binanı tərk etdim. Qapının qarşısında bizim səfirliyimizin xidməti avtomobili gözləyirdi. Səfirin müşaviri qısa şəkildə məsələni mənə anlatdı. Mən xahiş etdim ki, əvvəlcə səfirliyə gedək. Moskvaya təkrar zəng vurmalıydım. Həkim briqadasına hazır olmağı tapşırmalıydım. Əlaqə yaratdım və sonra Ustinova yenidən zəng vurdum. Marşrutu dəqiqləşdirməli idim. Mənə bildirdi ki, birbaşa Kiyevə uçacağam. Belə olan halda həkim briqadasınn Kiyevə göndərilməsini ondan xahiş etdin. Marşal bir az əsəbi, bir az da səbirsiz bildirdi ki, təyyarə artıq onlar üçün də hazırdır. Kiyevə çatdım. Moskvadakı həkim briqadası da baş katibin yanında idi. Vəziyyət heç də yüngül deyildi. Brejnev ov zamanı özünü fiziki gərginliyə çox salmışdı, bir az da içki məsələsi, bir az da yuxusuzluq onun ürəyini tam zərbə altında qoymuşdu. Belə vəziyyətdə onu tərpətmək olmazdı. Bütün lazımi tədbirləri həyata keçirdik, vəziyyət nisbətən öz qaydasına düşdü. Amma üç gün Kiyevdə qalası olduq. Brejnevə tərpətmək olmazdı. Həmin günlər ərzində Brejnevin bir neçə xarici ölkənin nümayəndə heyətləri ilə görüşləri də var idi. Baş katib bu görüşlərin heç birində iştirak edə bilmədi. Onun yerinə nümayəndə heyəti ilə Suslov və Kirilenko görüşürdü. Bütün bu görüşlər isə axşamlar “Vremya” proqramında göstərilirdi. Artıq Moskvada söz-söhbət dolaşırdı ki, Brejnev vəfat edib...”
Bu söhbətlərə son qoymaq üçün Mərkəzi Komitə təcili tədbirlər həyata keçirib. Belə ki, Brejnev Moskvaya qayıtdıqdan sonra Kremldə baş katibin kosmonavtlarla görüşü təşkil edilib. Rəsmi hissədən sonrakı ziyafətdə baş katib əlində qədəh kosmonavtların şərəfinə tost söyləyib. Bu kadrlar isə televiziyada daha çox işıqlandırılıb. Yəni, Brejnev sağdır, gümrahdır, hətta qədəh qaldırmaq gücündədir...
İlham Cəmiloğlu, Musavat.com
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 2025 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 2025 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 2025 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 2025 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 2025 21:53
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 2025 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 2025 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 2025 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 2025 14:31
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25