Axundovanın Mehdiyevə yazdığı danos- müəmmalı ölümdən 7 il keçir – SENSASİON ARAŞDIRMA
Bu ilin mayında üzə çıxan sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu yəqin ki, uzun müddət yaddaşlardan silinməcək.
Həmin məktubda Elmira Axundova ağsaqqalının yüksək diqqətinə hakimiyyətdə olan, 2-3 arvad saxlayan məmurların adını açıqlaya biləcəyi təhdidini də çatdırmışdı. Məktubun davamında qaçaq səfir, oğlu Həbib Axundovun 3 uşaq atası olduğunu yazmaqla bərabər, oğlu Həbibin həyat yoldaşından əlavə daha bir qadın saxladığını gizlətməmiş, bunu adi bir hal kimi təqdim etməyə çalışmışdı. Oğlu Həbib Axundovun həmin qadınla yayılmış açıq-saçıq videolarına toxunmaqla ona haqq qazandırmaq üçün Ramiz Mehdiyevə müraciətlə,- “Yaxşı, Həbib qanuni arvadından başqa bir qızla maraqlandı. Azərbaycan kişiləri arasında o qadınları kim sevmir, demək olar ki, hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsənsə, adlarını da çəkim”,- deyə sual etmişdi. Ramiz Mehdiyevin bu suala nə cavab verdiyi bu günə qədər bilinmir.
Bəs Elmira Axundovanın bəhs etdiyi, oğlunun maraqlandığı qız kim olub?
Həbib Axundovun maraqlandığı, Elmira Axundovanın Ramiz Mehdiyevə yazdığı məktubda adını çəkmədiyi Günel Mirzəyevadır. 1 yanvar 1986-cı ildə anadan olmuş Günel Rəşid qızı Mirzəyeva yolu Həbib Axundovla kəsişəndən 3 il sonra olduqca müəmmalı şəkildə, hətta kriminal çalarlarla zəngin bir şəraitdə həyatdan köçüb!
Bu sirli ölümdən dərhal sonra baş verənlər də Günel Mirzəyevanın həyatdan öz xoşu ilə ayrılmadığına dəlalət edir.
Günel Mirzəyeva kim idi?
Günel Mirzəyeva azərbaycanlı model olub. O, “Miss Lafarella” internet yarışmasının iştirak edərək qaliblər sırasına qatılmışdı. Elə həmin günlərdə adı Həbib Axundovla birgə hallanmağa başlamışdı. Elmira Axundovanın özünün etiraf etdiyi kimi oğlu Günel Mirzəyeva ilə maraqlanıb. Bu maraq Günel Mirzəyevanın ailəsinin dağılmasına gətirib çıxarıb.
Nə baş verib?
Günlərin birində Günel Mirzəyeva sosial şəbəkə hesabında ana olmaq arzusunu izhar etdiyi fotosu yayılıb və az sonra onun Həbib Axundovun yaxtasından dənizə düşərək (?!) ölməsi xəbəri yayılıb!
Həmin gün - 2017-ci il iyunun 24-də Günel Mirzəyeva Elmira Axundovanın oğlu Həbib Axundovun yaxtasında Bilgəhdən açıq dənizə çıxıb. Yaxtada ondan başqa Həbib Axundov və dostları da olublar.
Sudan dəhşətli şəkildə qorxan Günel Mirzəyeva müəmmalı şəkildə yaxtadan dənizə düşüb. Onun meyitini aşkarlamaq üçün dalğıclar 3 gün intensiv axtarış aparıblar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxarıblar...
Yayılan ilk rəsmi xəbərdə bir nəfərin yaxtadan suya düşərək öldüyü, meyitinin aşkar edilmədiyi deyilirdi. Ardından bəlli oldu ki, yaxtada Günel Mirzəyevanın yanında daha 6 nəfər olub. Onlardan biri də qaçaq səfir Elmira Axundovanın oğlu Həbib Axundov olub. Elmira Axundova həmin günlərdə xüsusi israrla “mənim oğlum orada olmayıb” deyirdi. Oğlunun 15 illik üzgüçülük praktikasının olduğunda israr edib “oğlum orada olsaydı, Günel Mirzəyevanı xilas edərdi” fikrini də əlavə etməkdən çəkinmirdi.
Sonradan üzə çıxdı ki, Elmira Axundova oğlunu müəmmalı ölümdən uzaq tutmaq üçün yalan uydurur, eyni zamanda Günel Mirzəyevanın yaxınları ilə də iş aparır ki, oğlundan şikayətçi olmasınlar. Hətta ailəyə müəmmalı ölümdən dərhal sonra mənzil alıb bağışlaması haqda da təkzib olunmayan məlumatlar var.
Fakt isə odur ki, Həbib Axundov Günel Mirzəyeva Xəzərin sularında boğulub çabaladığı bir vaxtda yaxtada olub, amma anasının dilində dastana çevrilən üzgüçülük qabiliyyətindən istifadə etməyib.
Buna səbəb nə olub?
Niyə Həbib Axundova görə ailəsi dağılmış, onunla birgə, məhz onun yaxtasında açıq dənizə çıxmış Günel Mirzəyeva suda çapalayarkən onu xilas etməyib?
Elmira Axundova hər şeydən danışır, hətta ağsaqqala danos da yazır, amma üzgüçü oğlu Həbib Axundovun Günel Mirzəyevanı niyə xilas etməməsinin səbəbinə aydınlıq gətirmir. O günlərdə deputat olan Elmira Axundova israrla oğlunun hadisə yerində olmadığını demişdi.
Onun sözlərindən sitat:
“Oğlum da hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub. Bu sadəcə bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb”.
Yaxtanın oğlu Həbibə məxsus olması, Günel Mirzəyeva suda çapalayıb boğularkən oğlunun da yaxtada olmasını Fövqəladə Hallar Nazirliyinə (FHN) göndərilən sorğu ilə təsdiq olunduğunu bildirdikdə isə Elmira Axundova FHN-nin məlumatını yalanlamağa çalışmışdı:
“Yenə deyirəm, oğlumun heç bir günahı yoxdur. Sadəcə onu deyə bilərəm ki, məlumat yanlışdır”.
Bu da Həbib Axundovun hadisədən dərhal sonra mətbuata açıqlamasından sitat:
“Nə qız məsələsi? Mənim başqa işlərim var. Güneli isə tanımıram. Mənim yaxtam da yoxdur. Mənim daha heç nəyim yoxdur. Özünüz nə istəyirsiz araşdırın. Nə istəyirsiniz yazın. Siz prokurorsuz, polissiniz ki, sizə məlumat gəlir? Sorğu verin, nə cavab alırsınız yazın. Məni daha narahat etməyin. Bu məsələ ilə bağlı heç bir fikrim yoxdur”.
Bu o Günel Mirzəyevadır ki, Həbib Axundova ona “Jeep” də bağışlayıb, üstəlik bahalı bir nömrə nişanı alıb həmin “Jeep”ə bağlayıb. Günel Mirzəyevanın Elmira Axundovanın evinin içində, hətta Şüvəlandakı bağ evinin damında belə fotoları, videoları da var!
Elmira Axundova həmin gün yaxtada nə baş verdiyini dilə gətirmək əvəzinə diqqəti yayındırmaq üçün “dənizdə hər il adam batır da” deyib mətləbdən yayınmağa çalışır.
Bəli, hər il dənizdə adamlar batır. Amma Günel Mirzəyeva kimi tale yaşamır axı heç biri. Açıq dənizə, sahildən 300 metr aralı yaxtada aparılıb 30-40 metr(9 mərtəbəli bina hündürlüyündə) dərinlikdə suyun ortasına buraxılıb tərk edilmir!
Günel Mirzəyeva, ümumiyətlə, üzə bilməməsini sübut edən, deyən, yazanlar da var. Bunun videotəsdiqi də var. Hansında ki, bananvari olduğuna görə adına elə banan deyilən hava yastığına Həbib Axundovun israrı ilə mindirilən Günel Mirzəyeva diqqətdən yayınaraq düşüb sahilə tərəf qaçır.
O günlərdə, Elmir Axundova geniş səlahiyyətlər sahibi olan Ramiz Mehdiyevə danos yazıb kömək tələb etdiyi bir vaxtda Günel Mirzəyevanın müəmmalı ölümünün istintaqı ərazi aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğuna həvalə olundu. Fakt üzrə Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Həmin günlərdə Sabunçu prokuroru olan Ceyhun Şirinov ölüm işinin tezbazar bağlanması üçün əlindən gələni etdi. Bu tələskənlikdə cinayət işində elə biabırçı səhvlər buraxılmışdı ki, sonradan oxuyanlar belə başa düşürdülər ki, iş materiallarını hansısa bir məktəbli yazıb. Təsəvvür eləyin, Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizin 300 metr dərinliyinə aparılıb. Orada bu günə qədər də qaranlıq qalan, hələ də ictimaiyyətdən gizlədilən bir şəkildə yaxtadan dənizin içinə düşüb və ya atılıb, orada boğularaq ölüb.
Günel Mirzəyeva suda çabalayanda Həbib Axundov ona niyə kömək etməyib? Sabunçu prokuroru bu sualı Günel Mirzəyeva ilə bərabər yaxtada olanlara veribmi? Cinayət işi çərçivəsində belə bir sual şahid Həbib Axundova verilibmi?
Məlum olan budur ki, Sabunçu prokurorunun möhürünü basdığı qərarda yazılır ki, Günel Mirzəyeva dənizdə çiməndə batıb!
Dənizin 300 metr içərisində, 30 metr dərinlikdə – yəni 9 mərtəbə hündürlüyündə olan suda çimirlər, yoxsa üzürlər? Dəniz hamam vannasıdır?
Qeyd etdiyimiz kimi Günel Mirzəyevanın dənizdə üzməkdən qorxmasının videosübutu da var. Üstəlik, müəmmalı ölümündən sonra sosial şəbəkələrdə onu tanıyanların şərhlərində bu haqda çoxsaylı fikirlər yer alır.
Sabunçu prokurorunun təsdiq etdiyi xitam qərarında isə Günel Mirzəyevanın dənizin 30 metr dərinliyində çimərkən boğulub öldüyü iddia olunur və cinayət işinin bu məqama istinadən sonrakı araşdırması dayandırılır.
Sabunçu prokuroru tezbazar istintaqın sonuna qədər üzgüçü Həbib Axundovdan Günel Mirzəyevanı niyə xilas etmədiyi soruşmayıb.
Ümumiyyətlə, Həbib Axundov Günel Mirzəyevanı xilas etmək istəyibmi? Belə bir niyyəti olubmu? Buna çalışıbmı?
Bundan başqa, FHN-dən verilən açıqlamada digər diqqətçəkən məqam da var:
- Yaxta dövlət qeydiyyatına alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir. Sözügedən yaxtanın 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici jilet və 1 sayda dairə ilə təchiz olunub.
Sabunçu prokurorluğunda bu məqama da nədənsə diqqət yetirilməyib. Əgər yaxtada 8 ədəd xilasedici jilet olubsa, Günel Mirzəyevanın əynində həmin jiletlərdən niyə olmayıb? Onun əynində jilet olmayıbsa, buna görə yaxta sahibi Həbib Axundov məsuliyyət daşımır?
Yaxşı, mümkündür ki, Həbib Axundov qorxaqlıq göstərib, suya atılıb Günel Mirzəyevanı xilas etməyib!
Yaxtadakı xilasedici dairəni suya atıb çapalayan, qışqırıb kömək istəyən Günel Mirzəyevanı xilas etmək mümkün idi axı!
Sabunçu prokuroru bu sualı Həbib Axundova veribmi?
Bu qədər suallar ortada ikən, Günel Mirzəyevanın ölümündə kriminal izlər qırmızı xətlə seçildiyi bir vaxtda Sabunçu prokurorluğu işə xitam verib. Halbuki bu sualların cavabı mütləq ortaya qoyulmalıdır. Belə cinayətlərin araşdırılması müddəti açıqdır və hər zaman aktualdır.
Günel Mirzəyevanın dənizdə müəmmalı ölümü sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb. Həmin müzakirələrdə iştirak edən əksəriyyət Günel Mirzəyevanın qətlə yetirildiyinə inamlarını ifadə ediblər.
Məsələn, istifadəçilərdən “hamleteliyev8105” Günel Mirzəyevanın ölümü ilə bağlı bunları yazıb: “Deyir Günel batanda hamilə olub. Mənə elə gəlir ki, cinayətin səbəbi elə buradadır”.
“Emil İşmuhammedov” adlı istifadəçi isə fikrini “əgər həqiqətən də xilas etmək istəsəydilər, xilas edərdilər” ifadə edib. Sevinc Abbasova “dəqiq öldürüblər”, Nailə Hacıyeva-Rəhimova isə “Qızın ölümünə acıyıram, bu dəqiq qətldir”.
Belə şərhlər sosial şəbəkələrdə bəs deyincə qədərdir.
Maraqlıdır ki, Sabunçu prokuroru bunca şübhəli məqamların üstündən keçib.
Sonda onu da qeyd edək ki, Günel Mirzəyeva 7 il əvvəl, bu gün, elə bu saatlarda Həbib Axundovla onun yaxtasında açıq dənizə çıxarkən göyərtədə onlardan başqa Lalə Hüseynova, İnna Mozqalina, Vadim Milyuçenko, Roman Ramazanov və Eynar Allahverdiyev olublar. Elə bu adamların da dindirilməsi ortalıqda olan suallara aydınlıq gətirə bilər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 2024 19:57
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 2024 22:04
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 2024 13:08
- Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb
21 noyabr 2024 16:22
- Hərbi qulluqçumuz vəfat etdi
20 noyabr 2024 22:13
- Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
20 noyabr 2024 13:13
- Biz istərdik ki, Milli Dirçəliş Gününü Azadlıq meydanında qeyd edək...
18 noyabr 2024 10:57
- Qubadlıda FACİƏ: fəhlə yıxılıb öldü
16 noyabr 2024 22:02
- Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə
16 noyabr 2024 20:40
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08
- Prezident İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi
22 noyabr 12:46
- Prezident iki qurumu ləğv etdi - SƏRƏNCAM
21 noyabr 19:08
- Siyasi dialoq: iqtidar müxalifət münasibətləri... VİDEO
21 noyabr 17:29