Prezident İlham Əliyev Euronews-a müsahibə verdi- Dünyaya ÖNƏMLİ MESAJLAR

Prezident İlham Əliyevin “Euronews”a müsahibə verib.
Musavat.com xəbər verir ki, Prezident müsahibəsində bir sıra önəmli məqamlara toxunub.
Əvvəlcə onu qeyd edək ki, iyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Müsahibə də həmin reportajda yer alıb.
Müsahibədə əsasən son zamanlar gündəm məsələsi olan enerjidən danışılıb. Ölkə başçısı bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.
““Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.
Azərbaycan neft ölkəsi olduğu kimi eyni zamanda bərpaolunan enerji sahəsində də ciddi yatırımlar edir, uğurlar qazanır. Eyni zamanda ekspertlər bildirirlər ki, Azərbaycanın torpağının altı “qara qızıl” olduğu kimi, iqlimi də alternativ enerji üçün idealdır.
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azərbaycan prezidenti müsahibəsində bu məsələyə də toxunub. Prezident bildirib:
“Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var”.
Prezident müsahibədə önəmli məqamları da açıqlayıb. O bildirib ki, milli enerji şəbəkəmizi gücləndirməliyik:
“Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır”.
Onu da qeyd edək ki, ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib. Son illərdə sahə üzrə görülən işlər davam etdirilib və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilib.
Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik:
“Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.
Bakı Enerji Həftəsindən danışan Prezident bunları vurğulayıb:
“Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz”.
Hazırda Azərbaycan COP29 kimi böyük tədbirə ev sahibliyi etməyə hazırlaşır. Dünyanın gözü yenə də bizdədir. Azərbaycanın son illər hərb sahəsindəki uğurları, diplomatiyadakı qələbəsi, on illərdir etibarlı tərəfdaş kimi fəaliyyəti onu dünyanın diqqət mərkəzinə gətirib. Şübhə edilmir ki, COP29 tədbiri də uğurla keçəcək.
Bu barədə danışan Prezident qeyd edib:
“Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.
Qafar Səfərli,
Musavat.com
- 1897-ci il: Rusiyanın ikinci ən böyük xalqı türklər…
16 iyun 2025 11:09
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 2025 23:31
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 2025 11:23
- İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 iyun 2025 01:59
- VƏHDƏT Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni SƏDR seçildi
14 iyun 2025 23:59
- Bakıda tanınmış HƏKİM NARKOTACİR kimi saxlanıldı - Rəsmi
14 iyun 2025 00:33
- AZAL-da Cəmil Manizadənin ŞƏXSİ İDARƏÇİLİK yanaşması...
13 iyun 2025 13:36
- Milli Məclis Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
13 iyun 2025 11:55
- İlham Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin iştirakçılarını təbrik edib
13 iyun 2025 10:57
- Mustafa Topçubaşov kimdir? - Akademik, cərrah, pedaqoq
13 iyun 2025 00:05
- İran İsrailin hərbi hava bazasını vurdu
17 iyun 02:07
- Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib
17 iyun 00:59
- Özbəkistanda cinsini dəyişdirənlər adlarını da dəyişə biləcəklər
17 iyun 00:10
- 1897-ci il: Rusiyanın ikinci ən böyük xalqı türklər…
16 iyun 11:09
- Pənah Hüseyn partiya sədrliyindən getdi
16 iyun 10:44
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 09:26
- İranlılar Türkiyə sərhədinə axışır – kütləvi köç təhlükəsi
16 iyun 09:10
- Bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün bir nömrəli OT
16 iyun 00:20
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 23:31
- İsraildən 200 qırıcı havaya qalxdı – İranı dəhşət gözləyir
15 iyun 23:13
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 20:02
- Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
15 iyun 17:35
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 15:13
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 14:53
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 13:51
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 11:40
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 11:23
- Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
15 iyun 09:16
- İsrail Xameneini də vuracaq - rəsmən elan edildi
15 iyun 08:43
- Yerin fırlanması yavaşlayır... gələcəkdə 1 sutka 25 saat olacaq
15 iyun 08:27
- Daha bir general öldürüldü
15 iyun 02:34
- Xumar -Vəhşi kimi- oxudu... - Video
15 iyun 02:17
- İsrail Tehranı bombalamağa başladı
15 iyun 01:55
- İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 iyun 01:50
- Cəmi 20 qəpiyə damarlarınızı təmizləyin-MÖCÜZƏ SU
15 iyun 00:38
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 00:18
- VƏHDƏT Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni SƏDR seçildi
14 iyun 23:04
- İran İsrailin daha bir F-35 qırıcısını vurdu - PILOT ...
14 iyun 22:43
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 13:13