Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI

Bir neçə gün öncə bir qrup iş adamının Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladıqları müraciəti, şikayət məktubunu yayımlamışdıq (Link: //moderator.az/az/hadise/772930/sumqayitin-icra-bascisindan-prezidente-aiq-sikayet-is-adamlarinin-3-milyon-manatliq-borcu-qaytarilmir/).
İş adamlarının Prezidentə müraciəti sosial şəbəkələrdə böyük rezonans doğurdu.
Müraciəti təsdiq edən iş adamları - İsrail İsayev, İskəndər Ələkbərov, Hümmət Qasımov, Müqayis Verdiyev, İslam İsayev, Fərman Məmmədov, Saatxan Həmidov, Vilayət Qacarov, İbrahim Məmmədov, Azad Süleymanov, Taleh Seyidov, İlham Məmmədov, Çingiz Mənsurov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vüqar Abbaszadə, Şahin Cəfərov, İmran Şirinov, Miribrahim Məmmədov, Vəli Kərimov, Məzahir Quliyev, Həbib Əhmədov, Şirin Həsənov, Elnur Həsənov, Yaşar Ağakişiyev, Aydın Allahverdiyev, Elçin Qarayev, Ramil Paşayev, Anar Məlikov, Abbas Orucov, Abdulla Cəfərov, İlqar Cəfərov, Anar Həsənli, Tofiq Qurbanov, Novruz Aslanov, Mirhüseyin Məmmədov, Şükür Mirzəyev, İslam Əliyev, Zamiq Qasımov, İskəndər Ələkbərov, Kamran Əkbərov, Vüqar Abbaszadə, Vüsal Qədirov, Murad Nəsibov, Məzahir Quliyev və Əkbər Abbasov.
Ümumiyyətlə, son zamanlar Sumqayıtla bağlı mətbuatda yayılan neqativ xəbərlər durmadan artır. Ölkə başçısının məmurların özbaşınalığı və talançılıq halları ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, bəzi məmurlar öz çirkin əməllərindən əl çəkmək istəmir.
"İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil." -deyən ölkə başçısı, zamanında həmin məmurlar üçün belə bir xəbərdarlıq da etmişdi: "Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir."
Bəli, bu kimi hallara qarşı ölkə başçısının mövqeyi hər kəsə bəllidir.
Məsəl var ki, işçinin haqqını alnının təri qurumadan vermək lazımdır. Görünür Sumqayıt icra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Sumqayıtda Yeni Bulvar Kompleksi tikintisinə və şəhər ərazisində digər abadlıq işlərinə nəzarət edən vəzifəlilər bu məsəldən xəbərsizdirlər. Belə olmasaydı sahibkarların əziyyəti elə vaxtında dəyərləndirilərdi. Onlar yəqin ki, “Şah qanun deyil, qanun şahdır” məsəlini də unudublar.
Moderator.az -ın əldə etdiyi məlumata görə, problem mətbuatda işıqlanandan sonra iş adamlarına saysız-hesabsız zənglər gəlib. Adının açıqlanmasını istəməyən iş adamı bildirib ki, müraciətdən sonra ən çox narahatlıq keçirən Gündüz Əliyev olub:
“Saytınızda yazı yayımlanandan sonra onlar çox narahat oldular. Məndə olan məlumata görə bu problem yayımlanan günü bir çox saytlardan mənim cənab prezidentə şikayət məktubumun silinməsi üçün cəhdlər edildi... Görünür ki, adlarının saytlara, sosial şəbəkələrə düşməyindən yaman “narahat” olublar. Külli miqdarda pulları yeyəndə bunu fikirləşməli idilər.. Amma Moderator.az saytından bu yazını sildirə bilmədilər. Bilirəm ki, çox adamlar zəng edib, tapşırıq verib, xahişlər ediblər amma sizin dürüstlüyünüz bir daha göstərdi ki, haqq-ədalət tərəfdarları az da olsa var. Buna görə sizə təşəkkürümü bildirirəm. Ən çox da narahatlıq keçirən Gündüz Əliyev oldu. Ona görə ki, hazırda onun Ağır Cinayətlər məhkəməsində külli miqdarda yeyinti ilə bağlı işinə baxılır. Həmçinin də bacısının məhkəməsi gedir. Onlar birlikdə cinayətdə iştirak ediblər. Onların törətdikləri cinayətlərin sayı-hesabı yoxdur. Yazıdan sonra mənə çoxlu zənglər gəldi, görüşmək istədilər. Xahiş etdilər ki, məsələni qabartmayın, başçı xaricdədir, gələndən sonra işıqlandırarsınız. Hətta həmin şəxslər birbaşa mənə zəng etməyə ehtiyat edib, başqa tanışları vasitəsilə yaxınlaşmaq istədilər. İstədilər ki, onlara özüm zəng edim danışım. Mən heç kimin qabağında əyilən insan deyiləm. Günah özlərinindir, cəzalarını da çəkəcəklər. Dövlətin ayırdığı pulları yeyəndə bilmirdilər ki, bu vəziyyətə düşəcəklər?! Mən ölkəmə, prezidentimə, qanunlarımıza inanıram və güvənirəm. Bu kimi sözləri çox eşitmişik. Ona görə də onların dediyi yalanlara biz inana bilmərik. O qədər başımıza oyunlar gətiriblər ki. Bəzi işçilər gediblər vəsaitlərini tələb etməyə, hətta onları polislə hədələyiblər. Bizə yaxınlaşıb, vəsaitin ödənilməsi ilə bağlı konkret bir vəd vermirlər. Deyirlər ki, guya çoxlarına vəsaiti qaytarmışıq, bizə çatanda isə bildirirlər ki, darıxmayın, bir az çətinliyimiz var, hələ əlimizdə pul yoxdur. Bizim, bir qrup iş adamlarının sadəcə bir çıxış yolu var ki, yalnız cənab prezidentə müraciət edək. Fevral ayında bizi dəvət edib zəmanət məktubu istədilər ki, sizə vəsait ödəniləcək. 10-15 min manat verib iş adamlarını yenə də aldatdılar. Biz başçı ilə danışmışdıq, o boyda şəhər ona həvalə olunubsa o bizi aldatmamalı idi. İş adamlarının hamısı çox narahatdırlar. Bunlar nə vaxta qədər qanunsuz addım atacaqlar? Nə vaxta qədər bizi aldadacaqlar? Bu məsələnin bir sonu olacaq yəqin ki. Bu illər ərzində sağlamlığımızdan da olmuşuq. Mənəvi və maddi ziyan çəkirik. Bu şəxslər bizim həyatımızı məhv etdilər, sağlamlığımızla oynadılar. Hər birimiz əsəb xəstəliyi tapmışıq. Bilsinlər və eşitsinlər ki, haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq. Mətbuatda bu qədər onların ünvanına sözlər demişik, ifadələr işlətmişik. Qarşı tərəfdən bir nəfər çıxıb yalandan da olsa açıqlama vermir ki, bu elə olmayıb, belə olub. Çünki deyəcəkləri sözlər də yoxdur. O qədər yalandan danışıblar ki.. Onlar öyrəncəlidir yalan danışmağa. Ümidimiz dövlətimizə və onun qanunlarınadır” deyə şikayətçi bildirib.
Moderator.az olaraq mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.
Mövzunu davam etdirəcəyik...
Oxşar xəbərlər
- Tramp zərbədən öncə hər kəsi belə aldadıb...
23 iyun 2025 08:19
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 2025 20:11
- Türkan Şoray buna görə çox sevilir – Özü AÇIQLADI
22 iyun 2025 14:49
- Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi
22 iyun 2025 13:08
- Günəşdən 300 000 dəfə isti - 5 TRİLİYON DƏRƏCƏ İSTİ
22 iyun 2025 12:46
- Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
22 iyun 2025 12:02
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 2025 11:12
- Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR
22 iyun 2025 09:17
- ABŞ Prezidenti Donald Trampın XALQA MÜRACİƏTİ ...
22 iyun 2025 08:16
- Dilqəm Əsgərov oğlunun ittihamlarına cavab verdi: Müalicəyə ehtiyacı var
22 iyun 2025 02:16
Xəbər lenti
- Tramp zərbədən öncə hər kəsi belə aldadıb...
23 iyun 08:19
- İsrail qırıcıları Tehran və İranın qərbinə 30 bomba atıblar
23 iyun 08:07
- Yaqub Zurufçunun oğlu qırmızı diplom aldı
23 iyun 07:58
- Prezidentin nəvələri Rafael Fiziyev ilə görüşdü
23 iyun 07:46
- Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurdu
23 iyun 00:42
- İsrail Tehrandakı hərbi obyektlərə zərbələr endirir
23 iyun 00:35
- Avropanın ƏN QISA BOYLU xalqı NECƏ ƏN UZUN BOYLU OLDU ? Möcüzə, yoxsa RİFAH ?
22 iyun 23:37
- TƏCİLİ! İran parlamentindən Hörmüz boğazı ilə bağlı QƏRAR
22 iyun 22:36
- Qarpız sevənlərə 4 XƏBƏRDARLIQ – Mütləq OXUYUN
22 iyun 20:33
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 20:11
- Türkan Şoray buna görə çox sevilir – Özü AÇIQLADI
22 iyun 14:49
- Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi
22 iyun 13:08
- Günəşdən 300 000 dəfə isti - 5 TRİLİYON DƏRƏCƏ İSTİ
22 iyun 12:46
- Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
22 iyun 12:02
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 11:12
- Ölkəyə külli miqdarda qeyri-qanuni SİQARET GƏTİRƏN....
22 iyun 10:49
- İran İsrailə 27 ballistik raket atdı 11 nəfər yaralanıb
22 iyun 10:36
- Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən CANLI İZLƏYİB - FOTO
22 iyun 10:14
- Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının TARİXİ DƏYİŞƏCƏYİNİ deyib
22 iyun 09:56
- Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR
22 iyun 09:17
- Hazırda İran şahının oğlu ABŞ Konqresinin üzvləri ilə MÜZAKİRƏ EDİR...
22 iyun 09:08
- ABŞ-nin İrana hücumundan sonra telefonla danışdılar
22 iyun 08:45
- ABŞ Prezidenti Donald Trampın XALQA MÜRACİƏTİ ...
22 iyun 08:16
- İranın FORDO-su yer üzündən SİLİNDİ – ABŞ 30 tondan çox bomba atdı
22 iyun 07:59
- ABŞ İrana qarşı müharibəyə qoşuldu! Tramp İranın NÜVƏsini vurdu! Fordo yer üzündən SİLİNDİ
22 iyun 07:43
- Netanyahu GEDƏCƏK , amma İran QALACAQ - Medvedev
22 iyun 02:29
- Dilqəm Əsgərov oğlunun ittihamlarına cavab verdi: Müalicəyə ehtiyacı var
22 iyun 02:16
- Sevil Əliyevanın oğlu evləndi
22 iyun 01:04
- Ötən il Azərbaycanda 1420 KÖRPƏ ÖLÜB
21 iyun 23:37
- Ərdoğandan SƏRT MESAJ: İran bu sınaqdan qalib çıxacaq!
21 iyun 22:07
Video & Fotoqalereya
Video
Fotoqalereya