Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
II HİSSƏ
Yazının əvvəli burada
Məsələn, İsveçrəyə təzə gələndə belə bir hadisə başıma gəlmişdi. Qatara bilet alıb keçib oturmuşdum. Yoxlama gəldi. Bileti təqdim etdim. Məni cərimə etdilər. Səbəbini soruşdum. Belə izah etdilər ki, mənim biletim 2-ci klassa aiddir, mənsə 1-ci klass vaqonda oturmuşam...
Kiçik bir haşiyə çıxım. Bir yaxın adam var. Bizneslə məşğuldur. Hoteli də var. Günlərin birində İsveçrəyə gəlmişdi. Dedi ki, Almaniyaya gedək. Tərcüməçi kimi mənə yardım edərsən. Həm də bir yerdə vaxt keçirərik. Almaniyada olanda hotellərin birində ayrı-ayrı otaqlar götürdük. Sonra məlum oldu ki, dostumun qaldığı otağın üzü səsli-küylü tərəfə düşüb. Hoteldə də boş yerlər çox idi. Getdik hotelin sahibinin yanına. Xahiş etdik ki, dostumun qaldığı otağı dəyişsinlər. Alman iki ayağın bir başmağa dirədi ki, heç elə şey yoxdur. Başqa otağa keçmək istiyirsizsə, yenidən pul ödəyin. Dostum bu davranışdan şoka düşdü. Dedi ki, bizim hoteldə qalan avropalıların o qədər problemi çıxıb, hamısına bir-bir kömək etmişəm, bəzən pul belə almamışam. Bunlar heç otağı dəyişmək belə istəmirlər. Nə biçim adamdırlar...
Yəni Avropada belədir. Cərimə məsələsində heç kimə güzəştə getməzlər. Məlumatsızlıqdan yanlış etdinsə, cəriməni ödə. Özü də cərimə məsələsində şantaja da əl atırlar. Məsələn, bizə dedilər ki, cəriməniz 300 avro edir, etiraz edirsizsə problem deyil, polis çağıraq. Ancaq polis gəlsə və sizi günahkar bilsə, 1500 avro ödəməli olacaqsız. İsveçrədə də bu üsuldan istifadə olunur. Polis məsələsi də belədir ki, onlar da bəri başdan bilet yoxlayanların tərəfində yer alırlar. Yəni polisin səni haqlı bilməsi şansı heç yüzdə bir də deyil...
İndi dünya o qədər balacalaşıb ki. Avropaya üz tutan soydaşlarımız bu kimi məsələlərə diqqət etsə, yaxşıdır. Pulunuz cibinizdə qalar, həm də əsəbləşməzsiz...
Fransa deyəndə ağıla nə gəlir? Bu ölkənin Qras şəhəri dünyanın ətir paytaxtı kimi tanınır. Fransa ətir ixracından 10 milyardlarla dollar qazanır. Dəbdə olan paltarların satışı da Fransaya ciddi paralar qazandırır. Buna heç inanmayacaqsız: Fransada ildə 1.7 milyon ton pendir istehsal olunur, özü də 1.600 çeşiddə. Fransız şərabı və şampanı (Bordeaux, Burgundy, Champagne və Loire Valley ) da son dərəcə məşhurdur. Təsadüfi deyil ki, Fransız qastronomiyası 2010-cu ildə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fransanın şərabı, pendiri və çörəyi dünya şöhrəti qazanıb. Fransız mətbəxi isə xüsusi özəllikləri ilə seçilir və son dərəcə zəngindir...
Fransada yazıçı da çoxdur. Ədəbiyyat üzrə Nobel Mükafatı alanların böyük əksəriyyəti fransızdır. Bəzən zarafatla deyirlər ki, fransız yazıçıları pendir-çörəkdən yeyib gözəl şərabdan vura-vura gözəl əsərlər yazırlar. Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar bizim üçün daha çox Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmiş “Dərviş Parisi partladır” (1978) filmi ilə əzizdir. Müsyö Jordan klassik fransız ziyalısıdır. Kino demişkən, dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir...
Əsası Napoleon Bonapart tərəfindən qoyulmuş Luvr muzeyi (Musée du Louvre) dünyada ən çox ziyarət edilən sənət muzeyidir. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir. Leonardo da Vinçinin dünyaca məşhur Cokonda (Mona Liza) əsəri də burada saxlanılır. Rembrant (Niderland), Tisian Veçellio (İtaliya) və Ejen Delakruanın (Fransa) əsərləri də burada yer alır. Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping-2021” beynəlxalq incəsənət sərgisində Azərbaycan rəssamlarının əsərləri də nümayiş etdirilib...
1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması-“Tour de France” da bu ölkənin adına bağlıdır. Müasir olimpiada oyunlarının da əsasını fransız tarixçi Pierre de Coubertin qoyub.
Heç şübhəsiz ki, Fransanı dünyanın super dövlətinə çevrilməsində XIV Louisin (1638-1715) böyük xidmətləri var. O, 72 il 110 gün hökm edib. Tanınmış fransız yazıçısı "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor" kimi tarixi romanların müəllifi olan Aleksandr Düma XIV Louisin obrazını yaradıb. XIV Lous “L'État, c'est moi” (Dövlət mənəm) deyən kral kimi də məşhurdur. Bu adam mütləq hakimiyyətə malik olsa da Fransa üçün nəhəng işlər görüb. Ölüm yatağında olarkən o, ətrafına yığışaraq ağlayan əyanlarına üzünü tutaraq belə demişdi: “Doğrudanmı, siz elə zənn edirdiniz ki, mən heç vaxt ölməyəcəm!”. Bu adam Fransanı böyük bir imperiyaya çevirdi və Avropada dominant mövqe qazandırdı. Napoleon Bonapart onun yeritdiyi bu xətti kulminasiya nöqtəsinə qaldırdı...
Təbii ki, əkiz qız nəvələrimi daha çox “Disneyland Paris”i görmək üçün Fransaya aparmışdıq. Parisin 32 km. şərqində yerləşən və 2.100 hektar sahəni tutan bu möhtəşəm tikili göz oxşayır. 1992-ci ildə-32 il əvvəl istifadəyə verilmiş bu obyekt Avropada ən çox ziyarət olunan şəhərcikdir. Düşünün ki, bu obyektdə 17 min nəfər çalışır. 2023-cü ildə “The Walt Disney Company” bu obyektdən 343 milyon dollar xalis gəlir əldə edib. Nə qədər ağlasığmaz olsa da rəsmi statistikaya görə, 2022-ci ilə bu şəhərciyi 375 milyon nəfər ziyarət edib. Biz ora iki maşınla getmişdik. Hər maşının parkına görə 30 avro ödədik. Mən hələ giriş biletinin qiymətini demirəm..
Maraqlıdır ki, Fransa intellektuallari “Disneyland Paris”i qətiyyən sevmirlər. 1826-cı ildən gündəlik çap olunan “Le Figaro” qəzetinin əməkdaşı Ariane Mnouchkine bu məsələ ilə bağlı bir dəfə belə yazmışdı: “Mən bütün varlığımla arzu edirəm ki, etirazçılar Disneylanda-a od vurub yandırsınlar”. O, Parisdə Disneyland konsepsiyasının həyata keçirilməsini “mədəniyyət sahəsində baş vermiş Çernobıl faciəsi” adlandırıb. Ümumiyyətlə, Fransa aydınları Disneylandı Amerika imperializminin mədəni işğalının simvolu kimi qəbul edirlər. Əlbəttə, bunlar ideoloji söhbətlərdir. Əsas olan odur ki, insanlar həvəslə bu əyləncə mərkəzinə axışırlar. Obyektdə onlarla restoran fəaliyyət göstərir. Bütün restoranlarda müştəri əlindən tərpənmək olmur. Hər tərəfdə insan qarışqa kimi qaynaşır. Restoranda yer almaq üçün uzun-uzadı növbələrdən keçməlisən...
“Disneyland Paris”də bəli cizgi filmlərində gördüyümüz qəsrlər, saraylar, göz oxşayan bağ-bağat son dərəcə gözəl şəkildə dizayn edilib. Nağıllar ələminin qəhrəmanlarının kostyumlarında gəzən peşəkar aktyorlar kütlələr qarşısında şou-proqramlar nümayiş etdirirlər. Amerikanın mədəniyyətinin cah-calalı bu şou-proqramlarda bütün möhtəşəmliyi ilə ortaya çıxır. Parisdə ən çox xoşuma gələn o oldu ki, möhtəşəm binalar nizamlı şəkildə sıralanıb. Binalar arasında müəyyən məsafə var. Binalar isə son dərəcə geniş küçədə tikilib. Həmən hiss olunur ki, Paris qədimdən vahid plan əsasında tikilib. Bu baxımdan Bakı Parisdən çox şey öyrənə bilər...
Parisdə ən çox xoşuma gələn Sena çayında gəmi səyahəti oldu. Çayın hər iki sahilində yerləşən tarixi tikililər göz oxşayır. Gəminin altından keçdiyi onlarla körpünün hər biri həm də sənət əsəri kimi diqqət çəkir. O da maraqlıdır ki, çayın hər iki tərəfindən keçən piyadalar gəmidəki turistlərə həvəslə əl edirlər. Onları salamlayırlar. Bu da fransızların turistlərə isti münasibətindən xəbər verir...
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 2025 09:58
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 2025 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 2025 22:10
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 2025 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 2025 14:22
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 2025 12:32
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 2025 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 2025 18:05
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25