Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna hökm oxunub.
NUH.az qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev sözügedən qurumdan 194 min manat mənimsəməkdə ittiham edilib.
Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib.
O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842,97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib.
Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Belə ki, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb.
Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb. O, 2020-2022-ci illər ərzində işlədiyi müəssisədə əmək haqqı kartına əlavə pul köçürmələri etməklə hissə-hissə 194.000 manat məbləğində pul mənimsəyib.
Rəşad Babayev iddia edib ki, sonradan həmin pulu nağdlaşdırıb və 194.000 manatdan 135.000 manatını bir dəfəyə Seymur Orucova şəxsən verib, 15.000 manatı Gülbənizə qaytarıb, qalan 44.000 manatı isə öz ehtiyaclarına sərf edib.
Rəşad Babayevlə əlbir olmaqda ittiham edilərək saxlanılan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov məhkəmədə baş mühasiblə birlikdə heç bir cinayət törətmədiyini bildirib. Əksinə o, müxtəlif yuxarı orqanlara müraciət edərək Rəşad Babayevin fəaliyyətinin 2020-ci ilin mart ayından 2022-ci il iyun ayına kimi təftiş olunmasını xahiş etdiyini söyləyib.
Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib.
İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun üzərində Bakı şəhərini tərk etməmək, hər gün gecə saat 23:59-dan səhər saat 05:30-dək olan vaxt ərzində yaşadığı ünvanı tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.
- 19 gündür axtarılan qızın meyiti tapıldı
8 sentyabr 2024 12:44
- Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır - Prezident
8 sentyabr 2024 11:53
- Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas
8 sentyabr 2024 01:28
- Müəllimi bıçaqlayan Canpolad 1 sonra necə azadlığa çıxıb ?
7 sentyabr 2024 19:00
- Ermənistan və Gürcüstan Putinin həbsini dəstəkləyən sənədi imzaladı
6 sentyabr 2024 22:56
- Əli İnsanov azad oldu
6 sentyabr 2024 15:40
- Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb
6 sentyabr 2024 14:04
- Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb
6 sentyabr 2024 10:57
- Bakı ŞİH 2 MİN TON DUZ ALIR..))min ton duz alır
5 sentyabr 2024 18:22
- Həbsdə olan icra başçısı 2 milyon 844 min manat dəyərində əmlakı...40 MANATA ALIB
5 sentyabr 2024 13:58
- Formula 1-ə görə Bakıda sabahdan bu yollar bağlanır - Xəbərdarlıq
08 sentyabr 13:15
- 19 gündür axtarılan qızın meyiti tapıldı
08 sentyabr 12:44
- Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü
08 sentyabr 12:33
- Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib
08 sentyabr 12:24
- Rusiya 625 mindən çox itki verib – TAM SİYAHI
08 sentyabr 12:16
- Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır - Prezident
08 sentyabr 11:53
- Səttar Möhbalıyev vəzifədən gedərkən nə qədər pul istəyib? - ŞOK İDDİA
08 sentyabr 11:45
- Prokurorluq əməkdaşı yol qəzasında həlak oldu - Foto
08 sentyabr 11:39
- SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
08 sentyabr 11:28
- Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
08 sentyabr 10:30
- Zeynəb Xanlarova ilə Nəsibə Abdullayeva bir arada - FOTO
08 sentyabr 10:21
- Ermənilərin Avropaya satdığı Azərbaycan suyu: Bir şüşəsi 2 dollar – FOTO
08 sentyabr 02:52
- Azərbaycan gözəli Nərmin Səfərova ilə Koreyalı bəyin toyu oldu VİDEO
08 sentyabr 02:36
- İlya Rojdestvenski Putinin 2 oğlunu araşdırdı, ŞOK faktlar
08 sentyabr 02:17
- Mirmahmud Mirəlioğlu yol qəzasına düşdü
08 sentyabr 01:57
- 2 həkim bir tibb bacısına görə xəstəxananı DÖYÜŞ MEYDANINA çevirdi..
08 sentyabr 01:45
- Boynunuza BUZ qoyub 20 dəqiqə gözləyin - Ağrıları yox edir
08 sentyabr 01:38
- Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas
08 sentyabr 01:28
- Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir - VİDEO
08 sentyabr 01:10
- Türkiyədə İLK QAR YAĞDI
08 sentyabr 00:58
- Tehran daha İranın paytaxtı olmayacaq - YENİ PAYTAXT
07 sentyabr 23:44
- Bu ölkədə MEYMUNlara görə REFERENDUM keçirilir
07 sentyabr 23:11
- Dünyada daha bir QEYRİ - ADİ REKORD - FOTO
07 sentyabr 22:59
- Keçmiş hərbçi arvadını öldürüb intihar etdi
07 sentyabr 22:48
- Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 MİLYON avroluq villanı sökdürdü - FOTO
07 sentyabr 22:32
- Məqsədim BALABANI dünyaya tanıtmaqdır
07 sentyabr 21:45
- Ərdoğan bu ölkələrə çağırış etdi: İttifaq yaradaq!
07 sentyabr 21:25
- Lamiyə Vəliyeva növbəti medalını qazandı
07 sentyabr 20:14
- Bakıya giriş məhdudlaşdırılır ? - Şəhər boşaldılmalıdır”
07 sentyabr 19:58
- Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə BİRLƏŞDİRİLİR - SON DƏQİQƏ
07 sentyabr 19:49