Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
İtaliyanın məşhur jurnalisti Oriana Fallaçi 1973-cü il oktyabrın əvvəlində Tehranda İran şahı Məhəmməd Rza Pəhləvidən “The New Republic” jurnalı üçün müsahibə alıb.
Bu müsahibədə İran şahı həyata keçirdiyi islahatlardan, siyasi vəziyyətdən, neftin qiymətindən, SSRİ və ABŞ-la olan münasibətlərindən danışıb.
İtaliyalı jurnalist, yazışı və publisist Oriana Fallaçi İkinci Dünya müharibəsində italyan müqavimət hərəkatının iştirakçısı olub. O, 60-70-80-ci illərdə dünya liderləri ilə etdiyi uğurlu müsahibələri ilə şöhrət qazanıb. Fallaçi ABŞ-ın sabiq dövlət katibi Kissincerdən, iran şahı Məhəmməd Rza Pəhləvidən, Ayətullah Xomeynidən, Lex Valensadan, Villi Brandtdan, Zülfüqar Əli Bhuttodan, Müəmmər Qəddafidən, Federiko Fellinidən, Den Syaopindən, Yasir Ərəfatdan, İndira Qandidən, Qolda Meirdən, Şon Konneridən unudulmaz müsahibələr götürüb.
Çoxmilyonlu tirajla çap olunmuş 12 kitabın müəllifidir.
Oriana Fallaçi 2006-cı ildə vəfat edib.
Azpost.info İran şahı Məhəmməd Rza Pəhləvinin Fallaçiyə verdiyi müsahibəsini kiçik ixtisarla oxucularına təqdim edir.
Müsahibə jurnalın 1 dekabr 1973-cü il sayında dərc olunub.
–
Oriana Fallaçi:- Əlahəzrət, siz müsahibələrinizin birində demisiniz: “Əgər həyatı yenidən yaşamağa başlasaydım skripkaçı, cərrah, arxeoloq, polo oyunçusu olardım”.
Məhəmməd Rza Pəhləvi:- Bu sözləri dediyimi xatırlamıram. Amma əgər demişəmsə bunu Şahlıq eləməyin böyük bir baş ağrısı olmasını nəzərdə tutmuşam. Lakin bu o demək deyil ki, mən bu postdan imtina etməyə hazıram. Mən öz kürsümdə xeyli işlər gördüyümə inanıram. Monarxiyanın olmadığı yerlərdə anarxiya, oliqarxiya və diktatura olur. Bundan başqa monraxiya İranın idarəçiliyi üçün yeganə mümkün vasitədir.
Məqsədə çatmaq üçün güc lazımdır, hakimiyyəti saxlamaq üçün kimdənsə icazə və məsləhət almaq olmaz. Qərarları kimləsə müzakirə etmək olmaz. Əlbəttə, mən də səhv edə bilərəm. Mən də insanam. Amma mən hesab edirəm ki, mənim missiyam var və taxt-tacda oturaraq bunu sona çatdırmalıyam. Məlumdur ki, gələcəyi öncədən demək olmaz, amma mən əminəm ki, İranda monarxiya sizin ölkələrdəki rejimlərdən daha uzunömürlü olacaq. Yaxud belə deyərdim: Sizin rejimlər əbədi deyil, amma mənimki olacaq.
-Sizi neçə dəfə öldürməyə cəhd ediblər?
-Rəsmi olaraq iki dəfə. Qeyri-rəsmi desək, Allah bilir nə qədər. Mən başladığım işi sona çatdırana qədər sağ qalacağam. Bu gün isə Allahın əlindədir.
-Bəs niyə belə qüssəli görünürsünüz, əlahəzrət?
– Haqlısınız, qəlbən ola bilsin mən kədərli adamam. Amma mənə elə gəlir ki, bu mistik kədərdir. Qəm-qüssə mənim mistik tərəfimdən axır. Başqa cür izah edə bilmərəm, mənim qəm çəkməyə zərrə qədər səbəbim yoxdur. Hər şey varımdır, həyatım gözəl yuxu kimi axıb keçir. Dünyada məndən xoşbəxt şəxs olmamalıdır, amma hər halda…
-Yəqin tənha kral olmaq tənha kişi olmaqdan daha dəhşətlidir…
-Öz dediklərinə və hərəkətinə görə, heç kim qarşısında hesabat verməyən kralın tənhalığa məhkum olması qaçılmazdır. Amma mən tək deyiləm, çünki məni digərlərinin qəbul edə bilmədiyi güc müşayət edir. Mənim mistik gücüm. Bununla yanaşı mən məlumatlar alıram. Mən 5 yaşımdan Allahla yanaşı yaşayıram. Allah mənə öncəgörmə bəxş edib.
-Öncəgörmə?
-Bəli, öncəgörmə, təzahür…
-Nə barədə? Kimlərdən?
-Peyğəmbər və imamlardan… Mən doğurdan da təəccüb edirəm ki, siz bunu inkar edirsiniz. Məlumdur ki, mənim gözümə görünənlər olub. Bunu hətta öz tərcüməyi-halıma da yazmışam. Uşaq vaxtı iki dəfə müqəddəs ruhları görmüşəm: Beş yaşında mən imam Əlini gördüm. Qayadan yıxılmışdım. O, qaya parçası ilə mənim aramda qalaraq məni xilas etdi. Mən onu gördüm. Bu yuxu deyildi, gerçək idi. Mən təkcə onu gördüm, yanımdakı adam görə bilmirdi. Məndən savayı heç kim onu görməməli idi, çünki…Vallah, belə görürəm, məni başa düşmürsünüz…
-Əlahəzrət, elədir, tamamilə anlamıram…
-Ona görə ki, siz inanclı adam deyilsiniz. Siz Allaha da, mənə də inanmırsınız. Atam da mənə inanmadı. Həmişə belə şeyə gülürdü. Məndən soruşurdular ki, “bəlkə sənin gözünə görünüb?” Deyirdim “Yox!”.Ona görə ki, mən tapşırığı icra etmək üçün Allah tərəfindən seçilmişəm.
Mənim öncəgörməm ölkəni xilas edəcək möcüzə idi. İdarəçiliyim ölkəni xilas etdi. Ona görə ki, Allah mənim tərəfimdə idi.
-Tehranda sizin haqqınızda adamlarla danışmaq istəyəndə onlar dəhşətli şəkildə susurlar. Onlar sizin adınızı belə çəkməyə cürət eləmirlər. Nə üçün, Əlahəzrət?
– Hesab edirəm ki, bu şişirdilmiş hörmətdən irəli gəlir. Əslində onlar mənimlə olanda özlərini elə aparmırlar. Mən ABŞ-dan qayıdanda bütün şəhəri üstüaçıq maşınla keçdim. Hava limanından saraya qədər yolda məni həvəslə, gur alqışlayan milyona yaxın adam durmuşdu. Onlar vətənpərvər şüarlar səsləndirir, qızğın halda alqışlayırdılar. Dediyiniz o dəhşətli susqunluğun heç bir əlaməti yox idi. Sualınızn mənası nədir? Onların hamısı mənim əleyhimədirlər?
-Allah eləməsin, əlahəzrət. Amma siz çox avtoritar Şah olmağınızı inkar edirsiniz?
-Yox, inkar etməzdim. Çünki sözün bir çox mənalarında bəli, bu belədir. Amma baxın: İslahatları həyata keçirmək üçün avtoritar olmaq lazımdır. Xüsusən bu islahatlar əgər əhalinin cəmi 25 faizinin oxuyub-yaza bildiyi İranda aparılırsa…İnanın, millətin dörddə üç hissəsi savadsızlığdan əziyyət çəkirsə yalnız ən sərt avtoritarizm islahatların aparılmasını təmin edə bilər. Başqa cür heç nəyə nail olmaq olmaz.
Əgər mən sərt olmasaydım hətta kənd təsərrüfatında islahatları apara bilməzdim, bütün proqramlarım dayana bilərdi. Əgər bu baş versəydi radikal solçular bir neçə saatın içində radikal sağçıları məhv edəcəkdilər. Ağ inqilabdan da daha çox şey itiriləckədi.
-Bəs İranda demokratiya varmı?
-Cavabım belədir: Bir çox mənasına görə, İran sizin Avropa ölkələrindən daha demokratikdir. Nəzərə almaq lazımdır ki, kəndlilər öz torpaqlarının sahibidir, fəhlələr öz işlədikləri fabriklərin idarəçiliyində iştirak edirlər, böyük sənaye kompleksləri özəl əllərdə deyil, dövlətə məxsusdur. Seçkilər kəndlərdə başlayıb yerli, bələdiyyə və əyalət səviyyələrində keçirilir. Düzdür, parlamentdə iki partiya var. Amma məhz onlar mənim Ağ inqilab”ımın 12 bəndini qəbul edirlər. “Ağ inqilabın” ideologiyasını neçə partiya təqdim etməli idi ki? Bundan başqa ancaq bu iki partiya seçkidə kifayət qədər səs yığa bilib. Azlıqda qalan partiyalar o qədər əhəmiyyətsiz, o qədər gülməlidirlər ki, bir üzvünü belə seçdirə bilmədilər.
Mən də bu azlıqda olan müəyyən qrupların parlamentə seçilməsini istəmirəm. Həmçinin Kommunist partiyasının leqal fəaliyyət göstərməsini arzu etmirəm. Kommunistlər İranda qanundan kənardırlar. Onların istəyi yalnız dağıtmaq, dağıtmaq və dağıtmaqdır. Onlar öz ölkələrindən və şahından savayı digərlərinə loyaldırlar. Onlar satqınlardır. Mən gərək dəli olam ki, onların mövcudluğuna imkan verim.
-Əlahəzrət, ola bilsin mən yaxşı izah edə bilmədim. Mənim dediyim demokratiya Qərbin malik olduğu demokratiyadır. Oradakı rejimlər hər kəsə öz istədiyi kimi düşünməyə imkan verir. Parlamentdə isə hətta siyasi azlığın nümayəndələri də təmsil olunur.
-Mən belə demokratiya istəmirəm! Məgər siz bunu başa düşmədiniz? Mən bilmirəm ki, belə demokratiya ilə nə edəcəyəm! Mən istəmirəm bu bizim bir hissəmiz olsun. Başa düşürsünüz? Sizin möcüzəli demokratiya. Bir neçə ildən sonra siz görəcəksiniz ki, sizin bu əla saydığınız demokratiyanız sizi hara gətirib çıxaracaq.
-Ola bilsin bu bir qədər xaotikdir. Amma insanın insana hörməti üçün, azad fikrinin ifadəsi üçün yeganə mümkün seçimdir.
-Fikir azadlığı, fikir azadlığı! Demokratiya, demokratiya! Beş yaşlı uşaqlar küçədə mitinq edir, addımlayırlar. Demokratiya bunu adlandırırsınız? Azadlıq?
–Bəli, Əlahəzrət.
-Mən…Demokratiya, azadlıq! Axı bu sözlər nəyi ifadə edir?
-Fikrimcə, bu məsələn Niksonun Tehrana səfəri zamanı bir sıra kitabların qadağan edilməsi və vitrindən götürülməsidir. Mən bilirəm ki, Nikson İrana gələndə Vyetnam haqqında kitabım mağazalardan götürülmüşdü. O gedəndən sonra qaytarıldı..
-Nə?
-Bəli.
– Siz təsadüfən “qara siyahı”ya düşməmisiniz?
-Burada, Tehranda? Bilmirəm. Bəlkə də. Mən yuxarı-aşağı çoxlarının qara siyahısındayam.
-Bilirsiniz, mən sizi qəbul etmişəm, sarayda hazırda yanımda oturmusunuz…
-Bu sizin xeyirxahlığınızı göstərir.
-Bu həm də göstərir ki, bizdə burada demokratiya və azadlıqdır.
-İranda bu gün nə qədər siyasi məhbus var?
-Mən dəqiq rəqəmləri bilmirəm. Bu, sizin siyasi məhbus adı ilə nəyi nəzərdə tutmağınızdan asılıdır. Əgər siz, məsələn kommunistləri nəzərdə tutursanız, mən onları siyasi məhbus saymıram. Çünki kommunizm qanuna ziddir. Burdan da anlaşılır ki, kommunist siyasi məhbus deyil adi cinayətkardır. Əgər siz günahsız adamları, qadınları, uşaqları öldürən terrorçuları nəzərdə tutursunzsa mən onları dünyada heç vaxt siyasi məhbus hesab etmirəm. Onlara qarşı heç bir mərhəmət göstərmirəm.
– Siz həqiqətən onları edam etmisiniz?
-Qətllərdə günahkar olanları əlbəttə..Onlar güllələnib. Kommunist olduqlarına görə deyil, terrorçu olduqlarına görə…
-Maraqlıdır, siz Salvador Alyendenin (70-ci illərdə Çilinin qiyam nəticəsində qətl edilmiş sosialist prezidenti-red) ölümü barədə nə düşünürsünüz?
-Hesab edirəm ki, onun ölümü bizə dərs oldu: Qalib gəlmək və nəyəsə nail olmaq üçün o tərəfdə, bu tərəfdə olmaq olar. Aralıq tədbirlər, güzəştlər mümkün deyil. Başqa sözlə o ya inqilabçı, ya da qanun və qayda tələb edəndir. Qayda-qanuna riayət edən inqilabçı olmaq mümkün deyil. Üstəlik tolerant olmaq…Əgər Alyende öz marksist ideyaları ilə idarə etmək istəyirdisə nə üçün özünü ən yaxşı cəhətdən göstərmədi? Fidel Kastro hakimiyyətə gələndə 10 min adam öldürdü, siz isə onu tərifləyirdiniz. Ola bilsin ki, hansısa mənada o həqiqətən bacarıqlı idi. Çünki o hakimiyyətdə idi. Mən də həmçinin. Mən qalıb göstərmək istəyirəm ki, gücün köməyi ilə çox şeyə nail olmaq olar. Hətta göstərmək istəyirəm ki, sizin köhnə sosializmin sonu gəlib. Köhnə, qocalmış, bitmiş…Sosializm haqqında 100 il əvvəl danışırdılar. Hazırda o ideya müasir texnologiyalarla daha uyğun gəlmir. Fikir verdinizsə, mən isveçlilərdən daha çox şeyə nail olmuşam. İsçevdə sosialistlər mövqelərini itirirlər. Aha…İsveç sosializmi! O heç meşə və su ehtiyatlarını belə milliləşdirmədi. Amma mən elədim.
-Siz deyirsiniz ki, hansısa mənada sosialistsiniz və sizin sosializm skandinav ölkələrinin sosializmindən daha müasir və inkişaf edib?
-Əlbəttə. Ona görə ki, sosializm işləməyən adamın ayın sonunda gəlib işləyənlə eyni maaşı almaq imkanını təmin edir. Mənim “Ağ inqilab”ım isə işə stimuldur. Bu sosializmin yeni, orjinal növüdür…İnanın mənə, İranda biz sizdən daha çox inkişaf etmişik, ona görə sizdən öyrənməyə heç bir ehtiyacımız yoxdur. Amma siz, avropalılar bunu heç vaxt yazmazsınız.
-Əlahəzrət, sizin ən pis qonşunuz kimdir?
– Heç vaxt bilmək olmur ki, qonşularından ən pisi kimdir. Amma deyim ki, hazırda bu İraqdır. İraqı bir dəstə başdanxarab, qaniçən vəhşilər idarə edir. Bilirsinizmi ki, onlar iranlıları minalı sahədən sərhədi keçməyə məcbur edirlər? İrqada təqib olunan iranlılar gərək minalanmış sahədən keçsinlər. Xəstəxanalarımızda qolsuz, ayaqsız nə qədər adam yatır.
-Pis qonşu siyahısında İraqın adını çəkməyiniz məni təəccübləndirdi. Mən SSRİ-nin adını çəkəcəyinizi gözləyirdim…
-Bizim Sovet İttifaqı ilə yaxşı diplomatik və ticarət əlaqələrimiz var. İki ölkə arasında qaz xətti mövcuddur. Biz qazımızı SSRİ-yə satırıq. Bizdə sovet texnikası var. Soyuq müharibə başa çatıb. Amma Sovet Rusiyası ilə bağlı məsələ həmişə birmənalı olacaq: Ruslarla danışıqlarda İran həmişə bir dilemmanı yadında saxlamalıdır: Kommunist olmalı ya yox? Rus imperializmini inkar etmək qədər sadəlövh və ağılsızı tapmaq çətin məsələdir. Rusiyada imperialist siyasət həmişə mövcud olub. Bunu inkar etmək olmaz. Hazırda bu siyasət kommunizm doqması ilə bağlanaraq daha təhlükəli olub. SSRİ-nin bir arzusu da var: Fars körfəzi ilə Hind okeanına çıxmaq…İran isə bizim sivilizasiyanı qoruyan sonuncu qaladır. Əgər SSRİ bu qalaya hucum etməyə qərar versə bizim mövcudluğumuz yalnız müqaviməti təşkil edəcək iradəmizdən və bacarığımızdan asılı olacaq.
-İran hərbi baxımdan güclüdür?
-Bəli…Amma ruslara qarşı durmaq üçün gücümüz yetərli deyil. Bu aydındır. Məsələn, mənim atom bombam yoxdur. Amma əgər üçüncü dünya müharibəsi başlanarsa mən müqavmət göstərmək üçün özümdə kifyət qədər güc hiss edirəm.
Bəli, mən üçüncü dünya müharibəsi dedim. Çox adam hesab edir ki, üçüncü dünya müharibəsi Aralıq dənizi uğrunda başlanacaq. Amma mənim fikrimcə, bu İrana görə başlaya bilər. Çox sadə! Biz dünya enerji resurslarına nəzarət edirik. Dünyanın digər hissəsinə çatmaq üçün neft Aralıq dənizidən deyil, Fars körfəzindən və Hind okeanından keçir. Odur ki, əgər SSRİ bizə hucum etsə, biz müqavmət göstərəcəyik. Bizə yəqin ki, qalib gələcəklər. Bundan sonra qeyri-kommunist ölkələri durub baxmayacaqlar. Onlar müdaxilə edəcəklər. Bu Üçüncü dünya müharibəsi olacaq. Mən aydın izah edə bildim?
-İdeal və ağrılı şəkildə…Üçüncü dünya müharibəsi haqqında elə danışırsınız ki, sanki o tezliklə baş verəcək…
– Mən bunun baş verəməyəcəyi ümidi ilə danışıram. O qədər də uzaq olmayan gələcəkdə mən bu və digər qonşu ilə kiçik müharibə imkanlarını görürəm. Bizim sərhədlərimiz hər tərəf düşmənlərlə əhatə olunub.
-Sizin ən yaxşı dostunuz ABŞ isə çoğrafi baxımdan uzaqdır.
-Mənə “kimi ən yaxşı dostumuz hesab edirəm” sualını verirsinizsə cavabım belədir: ABŞ belə dostların sırasındadır. ABŞ bizi hamıdan yaxşı başa düşür.Ona görə ki, burada çoxlu maraqları var. Birbaşa iqtisadi, dolayısı ilə siyasi maraqları. İran dünyaya olan açar, yaxud açarlardan biridir. Mən yalnız onu əlavə edə bilərəm ki, ABŞ Monro doktrinasına qayıda bilməz. Amerkanlar dünya qarşısında olan öhdəliklərinə hörmət etməyə məcburdurlar. O cümlədən bizim qayğımıza da qalmalıdır. Bu heç bir halda müstəqilliymizi azaltmır. Hamı bilir ki, bizim ABŞ-la dostluğumuz bizi onların quluna çevirmir.
-ABŞ həmçinin İsrailin yaxşı dostu sayılır. Siz son vaxtlar isə Yerusəlimə (Qüds) qarşı çox sərt davrandınız…
-Bizim siyasətimiz fundamental siyasətə əsaslanır. Biz İsrailə imkan verə bilmərik ki, ərazini silah gücünə ələ keçirsin. Ona görə ki, ərəblərə qarşı bu prinsipə imkan verəsk sabah bizə qarşı tətbiq olunacaq.
-Siz ərəblərin tərəfindəsiniz, amma İsrailə neft satırsınız…
– Nefti şirkətlər kim istəsə ona satır. Bizim neft hər yerə gedir: Niyə İsrailə getməsin? Mənim nə işimə qalıb ki, o İsrailə gedəcək? Hara lazımdırsa ora da gedir.
-Neft gəlirlərinə görə bu gün sizdə kompyuterlər var. Gələcək var-dövlət üçün də neftə minnətdarsınız. Qərbə və neftə münasibətdə hansı siyasəti yürüdəcəyinizi müzakirə etmək olarmı?
-Bu çox sadədir. Məndə neft var, mən onu içə bilmərəm. Amma bilirəm ki, dünyanı şantaj etmədən bundan tam ölçüdə istifadə edə bilərəm.
Odur ki, mən neftin fərq qoymadan hamıya satılması siyasətini seçmişəm. Bu asan seçim deyildi. Mən heç vaxt Qərbi şantaj edən ərəb ölkələri ilə bir sırada duracağımı düşünməmişəm. Mənim ölkəm müsəlman ölkəsidir, amma ərəb ölkəsi deyil. Odur ki, mən ərəblərin rahatlığına görə deyil, İranın maraqları çərçivəsində hərəkət edirəm.
Bundan başqa İrana pul lazımdır. Nefti isə satıb çoxlu pul qazanmaq olar. Ərəblərlə mənim aramda olan fərq budur. “Qərbə neft satmayacağıq” deyən ölkələr pulları ilə nə edəcəyini bilməyən ölkələrdir. Onlar əllərindəki pullarla bir qram neft satmadan 3-4 il yaşaya bilərlər. Mən bunu bacarmaram.
-Necə olsa da siz özünüzə çoxu düşmən qazanmısınız…
-Ola bilsin mənim Qərbi şantaj etməmək barədə qərarım ərəbləri mənim kimi hərəkət etməyə vadar edəcək. Bütün ərəblər olmasa da ən azı bəzilərini…Dərhal olmasa da qısa zaman ərzində.
Bir sıra ölkələr İran kimi müstəqil deyillər. Onların İranın olduğu kimi ekspertləri yoxdur, mənim kimi dəstəyi yoxdur. Mən öz şərtlərimi diqtə edə bilirəm. İllərdir monopoliyada olmuş nefti birbaşa, heç bir şirkətin müdaxiləsi olmadan satmaq məqamına çatmaq asan deyil. Biizmlə müqavilə imzalamaq istəyənlər üçün qapılarımız geniş açıqdır. İngilislər, amerkanlar, yaponlar, hollandlar, almanlar…Əvvəlcə onlar möhkəm qorxmuşdular. Amma indi yavaş-yavaş cəsarətləri olurlar.
-Yerigəlmişkən, neftin qiyməti qalxacaq?
-Əlbəttə qalxacaq. Qeyd-şərtsiz! Özü də necə! Mən neft haqqında nə lazımdır bilirəm. Mən əsl mütəxəssisəm. Mütəxəssis kimi də sizə deyirəm: Neftin qiyməti qalxmalıdır. Başqa qərar yoxdur. Amma bu qərarın qəbuluna siz, Qərblilər vadar edirsiniz.
Siz bizə satdığınız buğdanın, şəkərin, sementin qiymətini 300 faiz qaldırmısınız. Neft-kimya məhsullarının qiymətinin kəllə-çarxa qalxmasına məcbur eləmisiniz.
Siz bizim xam nefti alırsınız və onun emalından alınan neft-kimya məhsullarını bizə xam neftə görə ödədiyiniz puldan 100 dəfə artıq qiymətə satırsınız. Siz bizi daha çox ödməyə məcbur edirsiniz. Odur ki, bundan sonra sizin də neftə görə, deyək ki, 10 dəfə artıq ödəniş etməyiniz ədalətli olardı.
-On dəfə artıq?
-Buna siz məni məcbur edirsiniz ki, qiyməti bahalaşdırım. Sənin əlbəttə öz səbəblərin olacaq. Amma, üzr istəyirəm, mənim də öz səbəblərim var. 100 ildən sonra bu neft biznesinin sonu gələcək. Tezliklə siz başqa enerji mənbələri axtaracaqsınız. Atom, günəş, daha hansısa…Mən bilmirəm. Amma bilirəm ki, artıq tədbirlər görmək vaxtı çatıb. Nefti belə indiki qaydada istifadə etmək cinayətdir.
-Biz nefti lənət adlandırırıq.
-Bəzən özümə sual verirəm, bu doğurdanmı belədir. Neftin lənət olması barədə o qədər yazıblar ki. İnanın mənə: Onun olması bir tərəfdən üstünlükdür, digər tərəfədən böyük bir narahatlıq. Çünki neft özü ilə elə təhlükə yaradır ki…Bu lənətə gəlmiş neftin üzündən dünya partlaya bilər. Sənsə gülürsən…
-Mən görürəm siz də gülürsünüz…O qədər də kədərli görünmürsünz. Təəssüf ki, biz “qara siyahı” barədə razılığa gələ bilmədik.
-Siz doğurdan qara siyahıya düşə bilərsiniz?
-Əlahəzrət, kim bilir, mümkündür. Mən hamının “qara siyahısındayam”.
-Yazıq qız. Amma mühüm deyil. Əgər siz hətta mənim məmurlarımın qara siyahısında olsanız belə mən sizi qəlbimin ağ siyahısına daxil edirəm.
-Əlahəzrət, siz məni qorxudursunuz…
Hazırladı:
X.SƏFƏROĞLU
Azpost.info
FOTO:Oriana Fallaçi
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 2024 21:42
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 2024 21:29
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 2024 11:20
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 2024 22:51
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 2024 15:03
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07