Prezident xalqı təbrik etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, təbrik mətnində deyilir:
“Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.
Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.
Əziz bacı və qardaşlarım!
Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.
Allah orucunuzu qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!”
- Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi
25 mart 2025 18:35
- Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: Qumarbaz, nəşəxor idi
25 mart 2025 17:14
- Deputat Əli Məsimlinin Qax rayonuna növbəti səfəri
25 mart 2025 15:43
- Lukaşenko and içdi və işə başladı
25 mart 2025 13:53
- Prezidentə təbriklər gəlir
25 mart 2025 11:22
- Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı
25 mart 2025 00:06
- Yeltsin Primakovu varis statusundan niyə məhrum edib? – Putinin əvəzinə prezident o olsaydı...
24 mart 2025 17:47
- Şamil Ayrım : -Ox yaydan çıxıb, Türkiyə böyük dövlət olmaq yolundadır
24 mart 2025 16:47
- Dünyanın 2-ci böyük dövlətinin Baş naziri: Tramp bizi sındırmaq və idarə etmək istəyir
24 mart 2025 01:00
- Putinin həyatını bir film dəyişibmiş... - Özü danışdı
24 mart 2025 00:04
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 02:08
- Bu yumurta 912 manata satıldı
26 mart 01:44
- Əcnəbilərin sevdiyi Azərbaycan yeməkləri hansılardır?
26 mart 01:32
- Azərbaycanda 1 kq 25 m dovşan ətinin alıcıları kimlərdir? (VİDEO)
26 mart 01:02
- Küçə itlərindən sabun istehsalı üçün xammal kimi istifadə etmək...-TƏKLİF
26 mart 00:45
- Azərbaycan millisi yenə uduzdu - Yenilənib
26 mart 00:32
- Yeni dünya xəritəsində Ermənistan yoxdur: Fransa yaydı – FOTO
26 mart 00:02
- Türkiyənin vitse-prezidenti terrorçulara çağırış edib
25 mart 23:52
- Ərdoğan: Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik
25 mart 23:30
- Hərəmiz 9-10 min qazanırdıq - Bakıda kazino təşkil edənlərin işinin TƏFƏRRÜATI
25 mart 22:54
- Stomatoloq qadının səhvən çıxardığı dişini zorla yerinə saldı - müəmmalı ölüm
25 mart 22:00
- Nizami Gəncəvinin məzarını açan şəxs
25 mart 21:12
- 6 günə 1418 şübhəli saxlanılıb – Türkiyənin daxili işlər naziri
25 mart 20:58
- Uşaqlar niyə ağlayırlar?
25 mart 20:40
- Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı – Fotolar
25 mart 20:05
- İmamoğlu Ərdoğanın anasınа RƏHMƏT DİLƏDİ
25 mart 19:45
- Dünyanın ən təhlükəli ölkələri siyahısında Azərbaycan da yer aldı
25 mart 19:30
- Azərbaycandа ƏN VАRLI QАDINLАR - Görün KİMLƏRDİR ?!
25 mart 19:08
- Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi
25 mart 18:35
- Əli Mirəliyevin var-dövləti üzə çıxdı: İki bağ, Türkiyədə ev, Bakının mərkəzində 3 ev də...
25 mart 18:26
- Dərslər bu tarixdə başlayacaq: dəyişiklik OLUNDU
25 mart 18:01
- Bakıda icra başçısı olmaq istəyən şəxs 400 min rüşvət verməyə razılaşıb və ...
25 mart 17:51
- Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: Qumarbaz, nəşəxor idi
25 mart 17:14
- Günahsız yerə 47 il həbsdə qaldı: 1,4 milyon dollar təzminat ALACAQ
25 mart 16:04
- Deputat Əli Məsimlinin Qax rayonuna növbəti səfəri
25 mart 15:42
- Bu il uşaqlara ən çox verilən adlar - Siyahı
25 mart 15:27
- İt insanın stresini necə azalda bilər? - Yeni araşdırmanın nəticələri
25 mart 14:15
- Sabahdan temperatur yüksələcək: 18 dərəcə isti olacaq
25 mart 14:09
- Lukaşenko and içdi və işə başladı
25 mart 13:53
- Prezidentə təbriklər gəlir
25 mart 11:22