Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
Futbol bir dünyadır, milyonlarla azarkeş-sakini olan, yaşıl meydançalarda öz sakinlərinə fərqli hisslər yaşadan bir dünya və bu dünyanın tarixində çoxsaylı maraqlı hadisələr də baş verib. Hətta bəzən yaşıl meydançalardakı oyunlar siyasi müstəvidə də “davam” edib. Elə keçmiş SSRİ-də keçirilən futbol yarışları da sakitliklə ötüşməyib.
Sakitliyi “pozan” komandalardan biri isə Bakının “Neftçi” klubu olub...
SSRİ-də 1970-1971-ci il futbol mövsümünü “Neftçi” komandası üçün sınaq dövrü də saymaq olar. Belə ki, həmin il komandanın taleyi Kreml kabinetlərində həll olunub, son qərarı isə Leonid Brejnev verib.
Maraqlıdır, “Neftçi” siyasi liderlərin diqqət mərkəzinə hansı səbəbdən düşüb?
Əvvəlcə qeyd edək ki, güclülər dəstəsində təmsil olunan “Neftçi” həmin mövsümdə Bakıda Daşkəndin “Paxtakor” komandası ilə görüşəndə kobud oyuna görə ciddi xəbərdarlıq alıb. Ancaq bakılı futbolçular bu xəbərdarlıqdan nəticə çıxmarmayıblar. Əksinə, məsələni daha da mürəkkəbləşdiriblər, növbəti oyunda yaşıl müydançanı əsl “döyüş meydançası”na çeviriblər.
“Neftçi” növbəti oyununu Rostovda yerli OİK (Ordu İdman Klubu) komandası ilə keçirib. Birinci hissə “sülh” şəraitində, bir top fərqi ilə bakılıların xeyrinə sona çatıb. İkinci hissədə bir dəqiqə ərzində OİK “Neftçi”nin qapısından iki top keçirib. Elə “sükut” da bundan sonra pozulub.
“Neftçi”nin qapıçısı Sergey Kramarenko hakimlərdən narazı qalaraq oyunun baş hakimi Yuri Balıkinin üstünə cumaraq ona iki ağır zərbə endirib. Komandanın digər oyunçusu Rafiq Quliyev güclü zərbə ilə topu yaşıl meydançadan uzaqlaşdırıb.
“Neftçi”nin daha bir oyunçusu Aleksandr Mirzoyan nümayişkaranə şəkildə yan hakimin üzünə tüpürüb. Komandanın kapitanı Anatoli Banişevski isə oyunçuları matçı yarımçıq qoyub stadionu tərk etməyə çağırıb, hakimlərə sərt şəkildə etirazını bildirib.
Qarşılıqlı ittihamlar əlbəyaxa davaya çevriləndə milisin müdaxiləsi ilə hər iki komandanın futbolçuları və hakimlər stadionu tərk ediblər.
Baş vermiş hadisə SSRİ Futbol Federasiyasında müzakirəyə çıxarılıb. Federasiya “Neftçi”yə qarşı sərt cəzalar tətbiq edib. Bu cəzalarda komandanın son 3 oyuna buraxılmayaraq texniki məğlubiyyət verilməsi, Sergey Kramarenkonun, Rafiq Quliyevin, Aleksandr Mirzoyanın 3 il, Anatoli Banişevskinin isə 1 il müddətinə diskvalifikasiya edilməsi, yəni yaşıl meydana çıxması qadağası öz əksini tapıb.
Təbii ki, nə komanda, nə də Azərbaycan rəhbərliyi federasiyanın bu sərt qərarları ilə barışa bilib. Məsələyə ilk olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Sergey Kozlov müdaxilə edib. O, SSRİ Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin rəhbərliyinə cəzaların yumşaldılması ilə bağlı yazılı müraciət edib. Öz növbəsində komitə Kremlə, Mərkəzi Komitəyə Sergey Kozlovun müraciəti ilə bağlı məlumat verib.
Mərkəzi Komitədə “Neftçi”nin məsələsi əvvəlcə təbliğat şöbəsinin müdiri (sonralar Mərkəzi Komitənin katibi) Aleksandr Yakovlevin kabinetində müzakirə edilib. Yakovlev Futbol federasiyasının qərarını haqlı sayıb. Bu qərardan sonra məsələyə daha yüksək ranqlı siyasilərin müdaxiləsi başlanıb.
Məsələdən xəbərdar olan Azərbaycanın birinci katibi Heydər Əliyev əvvəlcə Mərkəzi Komitənin ümumi işlər şöbəsinin müdiri Konstantin Çernenko ilə telefon əlaqəsi yaradıb. Qeyd edək ki, həmin dövrdə Çernenkonun əsas vəzifələrindən biri Leonid Brejnevə ünvanlanan məktubları, müraciətləri məzmununa, vacibliyinə görə kriteriyalara ayıraraq baş katibə təqdim etmək olub. Heydər Əliyev Çernenkodan xahiş edib ki, Brejnevə göndərəcəyi məktubu vaxtında baş katibə çatdırısın.
Heydər Əliyevin Leonid Brejnevə ünvanlandırdığı məktubda aşağıdakı sətirlər əks olunub:
“...Diqqətinizə çatdırmaq istəyirəm ki, “Neftçi” komandasının son oyunlardan məhrum edilməsi sosial partlayışa səbəb ola bilər. Futbol Federasiyasının komanda ilə bağlı sərt qəraları əhalidə, xüsusilə də gənclər arasında böyük narazılıq yaradıb ki, bu da xoşagəlməz fəsadlar törədə bilər. Onu da qeyd edim ki, artıq Neft Daşlarının bəzi fəhlələri də etiraz əlaməti olaraq işə çıxmaqdan imtina ediblər...”
Məhz bu məktubdan sonra məsələ “Neftçi”nin xeyrinə həll edilib, komanda cəzadan xilas olub. Brejnevin Heydər Əliyevə müsbət cavabından sonra Futbol Federasiyasının və Yakovlevin qərarları yada belə düşməyib.
Bununla da “Neftçi” güclülər dəstəsindəki son 3 oyunda iştirak edib və həmin mövsümdə 9-cu pillədə qərarlaşıb.
İlham Cəmiloğlu,
- Aliment borcu hansı hallarda SİLİNİR?
3 yanvar 2025 00:34
- Ferdi Tayfur vəfat etdi
2 yanvar 2025 21:55
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
2 yanvar 2025 17:29
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
2 yanvar 2025 15:12
- Natiq Qasımovun doğum günüdür
2 yanvar 2025 13:13
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
2 yanvar 2025 12:01
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
2 yanvar 2025 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
2 yanvar 2025 00:11
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
1 yanvar 2025 20:56
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
1 yanvar 2025 13:17
- Aliment borcu hansı hallarda SİLİNİR?
03 yanvar 00:34
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
01 yanvar 13:17
- Ukrayna rus qazının tranzitini dayandırdı: Bu, tarixi hadisədir
01 yanvar 12:35
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
01 yanvar 11:21
- Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu
01 yanvar 11:06
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib (YENİLƏNİB)
01 yanvar 10:55
- NАR Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb
31 dekabr 21:36
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 21:23
- Naringinin ...ziyanı
31 dekabr 17:24
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 15:03
- Suriya tarixində İLK DƏFƏ
31 dekabr 12:27
- İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi
31 dekabr 11:22
- Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
31 dekabr 11:13