DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb

Yüksək ranqlı məmurlar arasında o, yeganə şəxslərdən biri olub ki, istədiyi vaxt, əvvəlcədən planlaşdırılmamış baş katibin həm mənzilinin, həm də bağ evinin qapısını döyməyə ixtiyarı çatıb. Bu səlahiyyəti Georgi Sinyevə Leonid Brejnev şəxsən verib. Onu baş katibin ailəsi ən yaxın adam kimi qəbul ediblər, elə Sinyev də Brejnevin evində özünü ev sahibi kimi hiss edib.
Şəxsi münasəbətlərlə yanaşı Sinyev siyasi elitada da özünü birincilərin arasında lider kimi aparıb. Hətta səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə edib, vəzifə ranqına görə özündən yüksək olanlara irad tutmaqdan, göstəriş verməkdən çəkinməyib. İstər Kreml məmurları, istərsə də ayrı-ayrı ittifaq miqyaslı qurumların rəhbərləri Sinyevlə ehtiyatla davranıblar. Araşdırmaçıların qənaətinə görə Yuri Andropovun özü də müavini olduğu ordu generalı Georgi Sinyevdən çəkinib.
Maraqlıdır, Sinyevi bu qədər “qüdrətli” edən nə olub?
Qeyd edək ki, Brejnevdən bir yaş kiçik olan Sinyev 1907-ci ildə Dnepropetrovskda anadan olub. Baş katiblə eyni ali məktəbdə, Denpropetrovsk Metallurgiya İnstitutunda təhsil alıb, daha sonra onunla eyni müəssisədə, metallurgiya zavodunda işləyib. Partiya orqanlarında da eyni vaxtda, eyni komitədə, Dnepropetrovsk vilayət Partiya Komitəsində işə başlayıblar. Sinyev Brejnevin tabeliyində işləyib.
Köhnə dostları müharibə ayırıb. Sinyev müharibə illərində Kalinin, Ukrayna, Belarusiya hərbi dairələrində xidmət edib. O, Brejnevdən fərqli olaraq müharibədən sonra partiya işinə qayıtmayıb, Voroşilov adına Ali Hərbi Akademiyada təhsilini artırdıqdan sonra fəaliyyətini hərbçi kimi davam etdirib.
1954-cü ildən Sinyev hərbi strukturdan dövlət təhlükəsizliyi orqanlarına keçib. 1958-ci ildə SSRİ DTK-sının hərbi institutuna rəhbərlik edən Sinyev sonralar DTK-da 3-cü, 2-ci idarələrin rəisi vəzifəsində işləyib. Brejnev hakimiyyətə gəldikdən sonra Sinyev DTK-da əsas simalardan birinə çevrilib, ordu generalı rütbəsi alaraq əvvəlcə DTK sədrinin müavini, daha sonra birinci müavini vəzifəsinə təyinat alıb.
Georgi Sinyev hədsiz dərəcədə kobud, sərt, qəddar adam olub. Vəzifə ranqına baxmayaraq o, istənilən adamı istədiyi anda təhqir etməyi özünə eyib saymayıb. Müşavirələrdə onun təkliflərinə, hansısa bir məsələyə bildirdiyi münasibətə qarşı heç kim söz demək iqtidarında olmayıb. Hətta bəzi məqamlarda Yuri Andropovun özü belə Sinyevin kobudluğu qarşısında susmaq məcburiyyətində qalıb.
General təkcə DTK əməkdaşları arasında deyil, dövlət məmurları arasında da hökmranlığını nümayiş etdirib. Bunun səbəbi təkcə onun Brejnevlə yaxınlığı olmayıb, onun həm də DTK-da dövlət məmurlarının danışıqlarına qulaq asmaq, lazım olanda istənilən bir şəxsin kabinetinə, mənzilinə xüsusi audio-video qurğular yerləşdirmək səlahiyyəti olub. Bu səlahiyyəti ilə Sinyev Kreml məmurlarını gərginlik içərisində saxlamağa nail olub.
Hələ Semiçastnı DTK sədri olanda Sinyevi kobudluğuna, yeri gəldi-gəlmədi özünə aid olmayan işlərə müdaxilə etdiyinə görə vəzifəsindən uzaqlaşdırmaq istəyib, ancaq Brejnevin məsələyə qarışması hamını susdurub və bir daha sübut olunub ki, Sinyevə baş katib tərəfindən qeyri-rəsmi “toxunulmazlıq” statusu verilib.
Sinyevin DTK sədrinin birinci müavini kimi fəaliyyəti haqqında Kremlin baş həkimi (SSRİ Səhiyyə nazirliyinin 4-cü idarəsinin rəisi) Yevgeni Çazovun xatirələrində maraqlı açıqlamalar var:
“Mənim Yuri Andropovla rəsmi münasibətdən daha çox, dostluq əlaqələrim olub. Andropov öz işini bilən, münasibətləri tənzimləməyi bacaran və bunlarla yanaşı prinsipial bir şəxs idi. Amma buna baxmayaraq xidməti fəaliyyətində problemsiz də deyildi. Onun ən böyük problemi müavinləri idi. Xüsusilə də Georgi Sinyev. Brejnevlə Sinyevin arasında olduqca yaxın dostluq münasibətləri hökm sürürüdü. DTK-nın bəzi məsələlərini Sinyev birbaşa Brejnevlə müzakirə edirdi. Sözsüz ki, subardinasiyanın bu cür pozulması Andropovu ciddi şəkildə narahat edirdi. Amma o, Sinyevə qarşı mübarizə aparmırdı, əksinə, münasibətləri həmişə daha mehriban etməyə çalışırdı. Mən onu anlayırdım. Başqa çıxış yolu yox idi...”
1982-ci ildə Yuri Andropov DTK sədrliyindən çıxıb Mərkəzi Komitənin katibi vəzifəsinə gedəndə də yaxşı anlayıb ki, Sinyev DTK xətti ilə onun da bütün danışıqlarını, görüşlərini nəzarət altına alacaq. Andropov Sinyevdən çəkinib, qorxub ki, onun gələcəkdə baş katib olmaq arzusuna mane olsun.
Hətta Andropov baş katib kürsüsünə sahib olanda da Sinyevi vəzifəsindən azad edə bilməyib. Sinyevdə həm Andropov haqqında, həm də onun ətrafdakıları ilə bağlı kifayət qədər materiallar olub və o, istənilən vaxt istədiyi yüksəkçinlini çox kobud şəkildə ifşa edə biləcəyini Andropov yaxşı anlayıb.
Sinyev Andropov və Çernenkonun hakimiyyəti dövründə də öz vəzifə mövqeyini əvvəlki templə saxlamağı bacarıb. Mixail Qorbaçov hakimiyyətə gəldikdən altı ay sonra isə onu təqaüdə göndəriblər.
General vəzifəsindən uzaqlaşdırıldıqdan sonra da Brejnevin ailə üzvləri ilə əlaqələrini kəsməyib, ömrünün sonuna qədər baş katibin problemlər içində boğulan ailə üzvlərindən köməkliyini əsirgəməyib.
Ordu generalı Georgi Sinyev 1996-cı ildə, 89 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com
- Bakıda icra başçısı olmaq istəyən şəxs 400 min rüşvət verməyə razılaşıb və ...
25 mart 2025 17:51
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 2025 23:22
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
14 mart 2025 11:28
- Stalinin məktubları -Günəşin doğuşu- nu dayandırıb
11 mart 2025 15:21
- Onlar bu cür vəhşiliklərlə xalqımızı qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdılar
25 fevral 2025 23:49
- Xeyli adam qırdım, Azərbaycanda məni axtarırlar -VİDEO
24 fevral 2025 23:51
- Erməni generaldan Xocalı ETİRAFI - GÖRÜN NƏLƏR DEDİ
23 fevral 2025 11:03
- Çar Nikolayı yıxan Kerenskinin SSRİ-ni qəzəbləndirən MÜSAHİBƏSİ
16 fevral 2025 19:57
- GƏMRİK generalı yüksək vəzifəyə təyin edildi
14 fevral 2025 12:32
- Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət
10 fevral 2025 00:18
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45