Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
Moskva ətrafındakı “Krokus Siti Holl” ticarət və əyləncə mərkəzində dinc əhaliyə qarşı törədilmiş dəhşətli terror aktının üstündən bir sutka keçərkən xeyli suallara cavab tapılıb, amma bir o qədərinə də cavab axtarılır.
Üstəlik, ortada xeyli ziddiyyətli və şübhəli məqamlar var. Ən böyük müəmma terror aktının sifarişçilərinin kimliyidir.
Həbs olunanlardan biri olan Şamsoddin adlı, 1998-ci il təvəllüdlü şəxsin həbsə alındığı yerdə soyuqdan və qorxudan tir-tir əsə-əsə dediyinə görə, o, sifarişçinin üzünü görməyib, sadəcə, ona sifariş gəlib, pul təklif edilib, vəd olunan məbləğin yarısı onun kartına yüklənib, o da dostlarını və silahlarını götürüb terakt törətməyə gedib.
Bu, indilikdə inandırıcı ifadə deyil. Bu qədər dəhşətli bir cinayəti yalnız qiyabi sifariş əsasında necə törətmək olar? Bəlkə sifarişi verən adam sonra kontaktlarını silib yoxa çıxacaqdı? (Yəqin ki, elə də olacaq). O zaman terakt törədilməsi üçün vəd olunan pulun ikinci yarısı kimdən alınacaqdı? Yəni terrorçular bu qədərmi sadəlövhdürlər ki, tanımadıqları naməlum sifarişçinin centlmen sözünə inansınlar? Şübhəlidir.
İkinci şübhəli məqam odur ki, onlar nədən törətdikləri cinayətdən sonra Ukrayna sərhədinə üz tutublar. İki il bir aydır ki, Rusiya-Ukrayna sərhədinin az qala hər bir perimetri total nəzarət altındadır, oralardan quş uçub keçə, ilan sürünüb adlaya bilməz. Terrorçular o qədər postu, səngərləri necə keçəcəkdilər, təhlükəsizlik qüvvələrinin, kəşfiyyat xidmətləri işçilərinin qarışqa kimi qaynaşdığı nahiyələrdə onlar üçün açılmış “pəncərə”ni necə tapacaqdılar? Onlar doğrudanmı buna ümid edirdilər? Müəmmalıdır.
Bu kimi cinayətlərdən sonra ələ keçməməyin ən etibarlı yolu terrorçu dəstənin üzvlərinin tək-tək müxtəlif istiqamətlərə dağılışmasıdır. Çünki bir millətdən olan 5 saqqallı adamın birgə hərəkəti adi vaxtda da şübhə doğurursa, bu dünya miqyaslı dəhşətli teraktdan sonra istənilən iki saqqalının bərabər hərəkət etməsi avtomatik olaraq diqqətləri özünə çəkəcəkdi. Terrorçular isə maşınlarını, üst-başlarını dəyişmədən, hərəsi bir tərəfə getmədən, birlikdə hərəkət edərək onları Bryanskda gözləyən federal qüvvələrin qucağına atılıblar. Bu da şübhəli məqamdır. Sanki onları o istiqamətə göndərən və asanlıqla ələ keçmələrini təşkil edən biriləri olub.
Terrorçularun saxlanmasından saatlar öncə onların adlarının və şəkillərinin media orqanlarına servis edilməsi və bu zaman ortaya ziddiyyətli məqamların çıxması isə daha çox şübhə doğuran məqamdır.
Terror hadisəsində iştirakda şübhəli şəxs qismində adı çəkilənlərdən biri olan Rüstəm Nəzərov adlı şəxsin bütün günü ailəsi ilə birlikdə Samarada, öz evində olduğu bəlli olub. Adam öz şəklini axtarılan terrorçuların “vinyetka”sında görərək, polisə gedib və ifadə verib. Sonradan Rusiya mətbuatı belə xəbər yayıb ki, terrorçuların hadisə yerinə gəldiyi "Reno" markalı avtomobil əvvəllər Rüstəmin adına qeydiyyatda olub və o, maşınını iki il əvvəl satıb. Belədirsə, nədən avtomobilin yeni sahibi yox, köhnə sahibi diqqət mərkəzinə düşüb?
Başqa bir məqam. Tacikistan DİN bildirib ki, oriyentasiyadan olan iki nəfər - İsmonov Rivociddin və Nəsridinov Məhəmmədrəsul ötən ilin noyabrından Tacikistandadırlar.
Bu halda həmin şəxslərin adı və şəkli necə “terrorçu qrup”un siyahısına daxil edilib? Hüquq-mühafizə orqanları 5 nəfərlik qrupun 3 üzvü ilə bağlı informasiyanı haradan əldə ediblər və bu, yanlışlığın səbəbi nədir?
Ona görə də sui-qəsd nəzəriyyəsinin tərəfdarları yarısatirik planda düşünürlər ki, elə bil, Rusiyanın hüquq-mühafizə orqanlarının əlinin altında hələ keçən ilin payızından hazır “terrorçu qrup” olub. Bu qrupun üzvləri müxtəlif otellərdə yaşaya-yaşaya əmr gözləyiblər. Müvfaiq əmr gecikdikcə qrupun tərkibi müxtəlif səbəblərdən dəyişib, gedənlərin yerinə yenilər gəlib. Nəhayət, martın 22-də qrupun hərəkətə keçməsi barədə əmr gələndə köhnə üzvlərdən üçü dəyişmiş olub, “işə” yenilər gedib. Bu dəyişikliklərdən xəbərsiz olan hüquq-mühafizə orqanları isə teraktdan sonra, qrafik üzrə planlaşdırdıqları vaxtda “təsbit edilən terrorçular”ın adlarını açıqlayıb, şəkillərini dərc ediblər, bu zaman ortaya belə ziddiyyətlər çıxıb.
Daha bir şübhəli məqam çeçen döyüşçüləri səhər saat üçdə terrorçuların axtarıldığı yerə gəlmələri və onları əlləri ilə qoymuş kimi tutmalarıdır. Sanki özləri ilə gətiribmişlər. Bu nədir? Nədən “Axmat” batalyonu ən çirkli və müəmmalı olaylarda baş iştirakçı olur? Görünür, Putin onların əməliyyta sirrini pozmayacaqlarına daha çox güvənir.
Bu şübhələri şiddətləndirən ən ciddi detal isə RF rəhbərliyinin, eləcə də Marqarita Simonyan başda olmaqla Kreml təbliğatçılarının terakt izini israrala sürüyə-sürüyə Ukraynaya tərəf aparmalarıdır. Onlar niyə bu qədər maraqlıdırlar ki, teraktın arxasından mütləq Ukraynaya bağlı şəxslər çıxsın?
Hiss olunur ki, Moskva bu dəhşətli cinayətin məsuliyyətini necə olursa, olsun, Kiyevin üstünə yıxmağa çalışır. Güman ki, məqsəd Ukrayanaya qarşı dəhşətli hərbi cinayət törətmək (məsələn, taktiki nüvə zərbəsi endirmək) üçün zəmin hazırlamaqdır.
Bu işin sonrasını belə proqnozlaşdırmaq olar: Moskvadakı təcridxanalarda “bülbül kimi ötməyə” başlayan terrorçular sifarişçi qismində bir neçə Ukrayna soyadı adam adı çəkəcəklər, amma həm onların, həm də Abdullonun izi itmiş olacaq, məsuliyyət ümumi şəkildə Kiyevə, prezident Zelenskiyə yüklənəcək, propaqanda görünməmiş səviyyəyə çatacaq, siyasilər, jurnalistlər, “ziyalılar”, ictimaiyyət nümayəndələri Ukraynanın tamamilə məhv olunmasını tələb edəcəklər. O zaman Putin də “xalqın haqlı tələbi”ni yerinə yetirməli olacaq.
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 2024 17:41
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- TƏCİLİ! DTX-dən ƏMƏLİYYAT - Ekstremist qruplaşma İFŞA EDİLDİ FOTO
16 dekabr 2024 12:33
- Gürcüstanda bədbəxt hadisə – Kurortda 12 nəfər öldü
15 dekabr 2024 00:07
- Bakıda mühafizəçi - OXRANNİK- diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi
12 dekabr 2024 16:38
- Rusiyaya sığınan LİDERLƏR - Onların taleyi NECƏ OLDU?
10 dekabr 2024 16:26
- Azərbaycan Finlandiyaya TƏNDİR SATIR
7 dekabr 2024 21:05
- Diş fırçasını gec-gec dəyişməyin DƏHŞƏTLİ FƏSADLARI
7 dekabr 2024 20:25
- Hüseyn Cavidin anım günüdür. Cavidin baş hissəsini məzardan çıxarıb alnından öpdüm.. - Fotolar
5 dekabr 2024 21:56
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41