Mayda ƏFV olacaq ..?

Adətən bayram ərəfələrində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı və ya aministiya imzalanır. Lakin cari ildə hələ ki bu barədə bir məlumat yoxdur.
Bir müddət əvvəl hüquq müdafiəçisi Novella Cəfəroğlu may ayında aministiya və əfv olacağını söyləmişdi.
O, həmçinin artıq komissiyanın işlədiyini deyib: “Mən belə başa düşürəm ki, amnistiyanı may ayına saxlayıblar. Mayda həm amnistiya, həm də əfv sərəncamları olacaq. Çünki adətən, amnisitiya hər il bayramqabağı olurdu. İndi bununla bağlı komissiya işləyir və amnistiyanın əfvlə birgə olması gözlənilir”.
Modern.az məsələ ilə bağlı Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevlə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Əliməmməd Nuriyev söyləyib ki, hər hansı vaxt, tarix demək düzgün olmaz:
“Bütün hüquq müdafiəçilərinin, o cümlədən Novella xanımın fikirlərinə hörmət və rəğbət bəsləyirik. Çünki hər zaman məhkum olunmuş şəxslərin azadlığa çıxmasına çalışırlar. Əfv komissiyasına və digər qurumlara bir çox təkliflərini irəli sürür. Əfv sərəncamının may və ya başqa aylarda olması məsələsinə gəldikdə, bu Prezidentin müstəsna səlahiyyətidir. Cənab Prezident özü bilir. Buna görə də mənim hansısa tarix və ya vaxt dilə gətirməyim doğru olmaz. Əlbəttə, il ərzində Əfv sərəncamları imzalanıb. Cənab Prezidentin fəaliyyət istiqamətləri içərisində prioritetlərindən biri də cəzanın hümanistləşməsi yönündə addımların atılmasıdır. Bununla əlaqədar olaraq, qanunlar, qərarlar, o cümlədən Əfv sərəncamıının verilməsinin şahidi olmuşuq. Prezidentin siyasətində mərhəmət, ədalət, qayğıkeşlik prinsipləri hər zaman nəzərə çarpır. Birinci xanım Mehriban Əliyevanın da fəaliyyətində mərhəmət prinsipi mühüm yer tutur. Bütün bunlarda əsas məqsəd məhkumların cəmiyyətə yenidən inteqrasiyası, ailəsinə qayıtması və normal fəaliyyət göstərməsidir. Bu şans hər zaman verilir”.
Komissiyanın işə başlaması ilə bağlı isə Əliməmməd Nuriyev bunları deyib:
“Bizim komissiyanın və Prezident Administirasiyasının hüquq mühafizə şöbəsinin əfv sektoru hər gün işləyir. Onun fəaliyyətində fasilə yoxdur. Bizim hər birimizin arzu və istəklərimiz ola bilər. Bu, normaldır. Amma hər bir hüququn həyata keçirilməsinin subyekti var. Əfv hüququ da müstəsna konstitusion səlahiyyət kimi cənab Prezidentə məxsusdur”.
Oxşar xəbərlər
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 2025 13:21
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 2025 14:39
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək
11 aprel 2025 22:38
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 2025 00:54
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
8 aprel 2025 10:56
- Sabah 31 dərəcə isti olacaq
7 aprel 2025 15:17
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya