1927-ci ildə 24 kəndimiz, 1929-cu ildə 9 kəndimiz, 1969-da Qaragöl yaylağı...1982-də Kəmərli, İncədərə və s Ermənistana verilib

Erməni mediası bizi “təcavüzdə” ittiham edir, amma faktlar fərqli həqiqəti ortaya çıxarır
Azərbaycan Milli Məclisinin üzvü Fəzail Ağamalı Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığını deyib və İrəvanın ciddi şəkildə tam silahlanmadığı bir vaxtda Bakının hərbi əməliyyat keçirməsini və hələ də işğal altında olan 8 kəndimizi azad etməsini təklif edib. Deputatın bu açıqlaması Ermənistan mətbuatında ciddi reaksiyaya səbəb olub.
Belə ki, “news.am” saytı özünəməxsus tərzdə Ağamalının bu açıqlamasını “çılğın fikir” adlandırıb: “Əslində, Azərbaycanda anklav adlanan ərazilər sovet dövründə Ermənistana bağışlanıb və ya icarəyə verilib və Azərbaycana heç bir aidiyyəti yoxdur”.
Ərazisi indiki 86,6 min kvadratkilometrlə müqayisədə 113,9 min kvadratkilometr olan Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi torpaqların kimin kimə “verdiyini” aydın şəkildə nümayiş etdirir. Azərbaycan SSR yaranmazdan əvvəl dövlətimizə təkcə Naxçıvan və Qarabağ deyil, Zəngəzur da daxil idi.
Azərbaycan və Ermənistanın sovetləşməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş Zəngəzur qəzasında ümumilikdə 6742,92 kvadratkilometr ərazinin yarıdan çoxu, eləcə də 405 min desyatin torpaq Ermənistana verilib.
1927-ci ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Mehri-Cəbrayıl qəzasının 24 kəndi və Aşağı Zəngəzurda 1065 desyatin torpaq, 1929-cu ildə isə daha 13 min hektar Azərbaycan ərazisi - Nüvədi, Tuqut və Yernəzir kəndləri kimi o cümlədən Naxçıvan qəzasının 9 kəndi, Qaymaqlı ilə Kürümüzlü arasındakı bölgə (228,9 desyatin) Ermənistana verilib.
Həmin fərmanla Ordubad qəzasının Qurdqulaq, Horadiz, Xaçık, Ağbin, Ağxaç, Almalı, Dağalmalı, İtqıran, Sultanbəy, Qorçevan kəndləri və Kilid torpaqlarının bir hissəsi Ermənistan SSR-ə verilib.
1930-cu ildə Naxçıvan MSSR-in və Azərbaycan SSR-in Cəbrayıl rayonunun əraziləri hesabına Meğri rayonunun yaradılması Naxçıvanı Azərbaycanın qalan hissəsindən ayırdı. Nəticədə, 1933-cü il yanvarın 1-nə olan məlumata görə, Naxçıvan MSSR-in ümumi sahəsi 5329,6 kvadratkilometrə qədər azaldı.
1922-ci il oktyabrın 22-də Azərbaycan SSR-in Qazax rayonundan 379.984 hektar torpaq (4141,82 kv.km) Ermənistan SSR-ə verildi.
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR Qazax qəzasının Şınıx-Ayrım rayonunun 4000 desyatinlik sahəsi Ermənistan SSR-in Dilican rayonunun tərkibinə verildi.
1938-ci ildə Sədərək və Kərki kəndlərinin bir hissəsi, 1969-cu ildə Laçın rayonunun Qaragəlin yay otlaqları, Qubadlı rayonunun Çayzəmi ərazisi, Qazax rayonunun Kəmərli ərazisi, Kəlbəcər rayonundakı Zod qızıl yataqları olan ərazilərin bir hissəsi Ermənistana verildi.
1982-ci ildə İncədərə yaylağı, Qazax rayonunun Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin torpaqlarının bir hissəsi, 1986-cı ildə Qazax rayonunda 2500 hektar otlaq sahəsi, 1988-ci ildə Noyemberyandan Meqriyə qədər bütün sərhəd boyu 14551 hektar torpaq Ermənistana verildi.
Yuxarıdakı faktlar XX əsrdə konkret olaraq Moskvanın təzyiqi ilə Azərbaycan torpaqlarının Ermənistana necə keçdiyini nümayiş etdirir.
Yuxarıda qeyd olunan səkkiz yaşayış məntəqəsinə gəlincə: 1990-cı ilin yanvarında Naxçıvan Muxtar Respublikası yaxınlığındakı Azərbaycan anklavı olan Kərki kəndi Ermənistan tərəfindən işğal olundu. Daha sonra Ermənistandakı digər Azərbaycan anklavları - Yuxarı-Əskipara (8 iyun 1992-ci il) və Barxudarlı (27 aprel 1992-ci il) işğal edildi.
Bundan başqa, Ermənistan Azərbaycanın Qazax rayonunun Aşağı-Əskipara (14 iyun 1992-ci il), Qızılhacılı (11 may 1992-ci il), Xeyrimli (8 mart 1992-ci il), Sofulu (27 aprel 1992-ci il) və Bağanis Ayrım (24 mart 1990-cı il) kəndlərini də işğal etdi.
Eyni zamanda, Azərbaycanı “təcavüzdə” ittiham edən Ermənistan sovet dönəminin inzibati sərhədinə istinad edir. Azərbaycan SSR ilə Ermənistan SSR arasındakı inzibati sərhədə uyğun olaraq yuxarıda qeyd olunan səkkiz yaşayış məntəqəsi (Kərki, Yuxarı-Əskipara, Barxudarlı, Aşağı-Əskipara, Qızılhacılı, Xeyrimli, Sofulu və Bağanıs Ayrım) Azərbaycan ərazisi idi. Deməli, “news.am” da bütün Ermənistan mediası kimi özləri boşboğazlıqla məşğuldur. Tarixi faktlar və sənədlər isə başqa reallıqdan xəbər verir.
Müəllif: Asif Aydınlı
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
2 aprel 2025 15:01
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 2025 11:22
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45