Xurşidbanu Natəvan necə müflis oldu? (ARAŞDIRMA)
Günün sitatı9 mart 2024 14:08

Xan qızı Xurşidbanu Natəvan altı avqust 1832-ci ildə Şuşada dünyaya göz açıb. Atası Mehdiqulu xan ona anasının adını vermişdi. Xurşidbanu xanın yeganə övladı olduğu üçün onu tək inci mənasına gələn "Dürrü yekta” çağırardılar. Lakin son dövrdə aparılan araşdırmalar zamanı Xan qızının ailənin tək övladı olmaması məlum olub. Xurşidbanu Natəvana qədər Mehdiqulu xanın iki oğlu dünyayı gəlib, lakin onlar çox az yaşayıb.
Bəzi ehtimallara görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşidbanu Vorontsov Daşkovun şəxsi yavəri, dağıstanlı general-mayor Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Lakin araşdırmaçılar bu ehtimalın doğru olmadığını diqqətə çatdırırlar. Xan qızının Qarabağ bəyinə yox, kənar şəxsə ərə getməsi nəslindən olan bəzi şəxslər tərəfindən yaxşı qarşılanmayıb.
Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu bəy bu izdivacı heç cür qəbul edə bilmirdi. Qasım bəy Zakir, Abdulla Asi və başqaları öz şeirlərində Xasay xanın ünvanına atmacalar atardılar. Xasay xanın sağ gözünün giləsini ağ pərdə örtdüyündən şairlər buna işarə edərək onu kinayə ilə "kor Xasay” adlandırıblar. Xan qızının Xasay xandan Mehdiqulu və Xanbikə adında iki övladı olub. Yaradıcılığa məhz bu illərdə başlayan Xurşidbanu ilk vaxtlar şeirlərini "Xurşid” imzası ilə yazıb.
Xurşidbanu həm də istedadlı rəssam olub. Onun bədii tikmələri, "Gül dəftəri” adlı albomundakı rəsmlər buna sübutdur. Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşməsi olub. Bu görüş haqqında məlumat A.Dümanın "Qafqaza səyahət” kitabında öz əksini tapır. Bəzi iddialara görə, həmin görüş zamanı Xan qızı Aleksandr Düma ilə şahmat oynayıb və fransız yazıçısına qalib gəlib. Bir versiyaya görə, anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib.
Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar. Lakin bəzi tarixçilər Xasay xanın siyasi məsələlər üçün Dağıstana qayıtdığını yazırlar. Natəvan 1869-cu ildə Seyid Hüseyn adlı kasıb şuşalıya ərə gedir. Seyid Hüseyn papaqçı olmaqla yanaşı, həm də mollalıq edərdi. Bu evlilikdən Xan qızının üç oğlu dünyaya gəlir. Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasında nifaq salırdılar. Xasay xandan olan oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Xan qızı isə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilmir.
Seyid Hüseyndən olma oğlu Mir Abbasın 17 yaşında vəfatı Xan qızına ağır təsir etdiyindən uzun müddət Natəvan bu ağır dərddən özünə gələ bilmir. Bəzi mənbələrin yazdığına görə, məhz oğlunun vaxtsız ölümü səbəbindən Xurşidbanu özünə "Natəvan” təxəllüsünü götürür. Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın yarımçıq qalmasına səbəb olur.
Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparır. Xan qızı Ağdamda "İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunur. Onun Bakıda heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi qoyulub.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:
Oxşar xəbərlər
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 2025 21:05
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 2025 11:22
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 2025 22:45
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 2025 21:03
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 2025 14:57
- Tələbə qız vəfat etdi- Atasının məzarı yanında məhlul içib
28 mart 2025 13:30
Xəbər lenti
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 22:22
- Gecə yatmazdan əvvəl qatıq YEYİN - FAYDALARI
30 mart 21:47
- Ermənistanda seçkilər: Namizəd OĞURLANDI
30 mart 21:36
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 21:03
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 18:36
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya