Yekə-yekə danışmaq... - Səyyad Arandan İLK AÇIQLAMA

Dini Komitə harada yanlış etdi? – Yeni sədrə iki tələb
Prezident İlham Əliyevin fevralın 16-da imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşmış oldu. 1-2 istisna ilə. O sırada Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədri - 70 yaşlı Mübariz Qurbanlıya etimad göstərilmədi. Ümumiyyətlə, son dövrlər Komitə ilə bağlı narazılıqlar səngimək bilmirdi. Dini sahədə yaranan boşluqların olmasını məhz DQİDK-nin fəaliyyətsizliyi ilə əlaqələndirənlər çox idi.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov da məsələ ilə bağlı danışarkən dini sahədə ciddi islahatlara ehtiyac olduğunu deyib (Yenisabah.az):
“Hesab edirəm ki, din sahəsində ölkəmizdə və dünyada baş verən proseslər çox ciddi islahatların keçirilməsini zəruri edir. Əslində bu gün Azərbaycan üçün ən ciddi təhlükə yarada biləcək məsələlərdən biri din mövzusudur. Söhbət dinin siyasiləşməsindən, geosiyasi proseslərə təsirindən gedir. Bu mənada dövlətin bu sahədə müəyyən addımlar atması, islahatların keçirilməsi gözlənilən idi. Bu mövzuda həllini gözləyən hələ xeyli məsələ var. Bu baxımdan dövlət bütün bu prosesləri görür və təhlil edir. Bu həm də dövlətin bu sahəyə çox həssas və diqqətlə yanaşdığını göstərir. Əvvəla, bu vəzifəyə təyin olunacaq şəxsin həm dini, həm də siyasi biliklərinin yüksək olması çox önəmlidir. Yəni həm dini sahəni, həm də dövlətin bu məsələdə həyata keçirdiyi siyasəti dərindən bilməlidir”.
Ceyhun Məmmədov Komitənin öncəki fəaliyyətini tənqid edib: “Bütövlükdə din siyasəti, din sahəsi komitəyə həvalə olunub. Ona görə də bu vəzifəyə təyin olunan şəxsin dini dərindən bilməsi çox önəmlidir. Digər tərəfdən, düşünürəm ki, sürətli formada lazımi islahatları həyata keçirəcək bir şəxs olmalıdır ki, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək. Mən əvvəlki müsahibələrimdə bu məsələyə geniş toxunmuşam. Dini Komitənin fəaliyyətindən narazılığımı dəfələrlə bildirmişəm. Hesab edirəm ki, komitə fəaliyyətini cənab prezidentin apardığı siyasətə uyğun qurmayıb. Bu gün komitənin fəaliyyətində çox ciddi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Həm islahatlar, həm də dövlət-din münasibətləri ilə bağlı xeyli məsələlər var ki, öz həllini tapmalıdır. Komitə ümumiyyətlə fəaliyyətini yenidən qurmalı və daxildə çox ciddi kadr islahatları aparılmalıdır. Təsadüfi adamlar bu qurumdan tamamilə kənarlaşdırılmalıdır”.
Məlumdur ki, hazırda Səyyad Aran (sədrin keçmiş 1-ci müavini) Komitə sədri səlahiyyətlərini icra edir. Bəs Səyyad bəy deyilən iradlar və tələblərlə razıdırmı? Onun özünün necə, dərin dini biliyi varmı? Sədr postuna təsdiqlənərsə, əsas hansı istiqamətlərə diqqət yetirəcək?
Musavat.com-un əməkdaşı mövzu ilə bağlı sualları Səyyad Arana ünvanlayıb. O cavabında bunları deyib:"Hazırda mənim müsahibə verməyim çox tezdir. 3-4 saat deyil heç, oturmuşam, indi müsahibə verməyi özümə yaraşdırmıram. Yekə-yekə başlayıb intervyu vermək mənə yaraşmaz. 100 gündən sonra danışarıq".
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- İmamoğlunun həbsindən sonra CHP-dən ilk açıqlama
23 mart 2025 14:20
- Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
22 mart 2025 20:37
- Çinlə müharibəyə hazırıq - Trampdan ŞOK AÇIQLAMA
21 mart 2025 22:32
- CHP İmamoğluna görə təcili toplanır - Türkiyədən AÇIQLAMA
19 mart 2025 11:33
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- Müəyyən şəxslər var ki, sanki boksun inkişafını istəmir - Ramil Məmmədzadə
6 mart 2025 00:40
- Yazıçının oğlunun evdən qaçmasının günahkarı… - ŞOK AÇIQLAMA
2 mart 2025 10:48
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45