Ölkədə kino yoxdur, mədəniyyət ölüb və bu sahədə yeyinti çoxdur. Gözünüz doysun artıq
Mədəniyyət19 fevral 2024 10:56

“Bu il 85 yaşım tamam olacaq. Sonuncu dəfə 2019-cu ildə “Qış nağılı” filminə çəkilmişəm. Mən bilirəm ki, xalq məni sevir, hörmət edir. Sevgi azdır, xüsusilə hörmət edirlər. Təvazökarlıqdan uzaq da olsa bunu deməliyəm. Nizami kinoteatrında film təqdimatı idi. İşıqlar sönmüşdü. Mən də gecikmişdim, başqa bir aktrisa da. İçəri daxil olan kimi 7-8 insan ayağa qalxıb mənə yer vermək istədi. Amma bir adam ayağa qalxıb o aktrisaya yer göstərmədi. Bu hörmətdir”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, aktrisa Zemfira Sadıqova deyib. O daha sonra əlavə edib.
“Ölkədə kino yoxdur. Mədəniyyət ölüb. Kinostudiyaya daxil olursan adamın ürəyi ağrıyır. Ora Adil İsgəndərov kimi adam gəlməlidir ki, kinostudiyanı abad etsin. Rejissorlar aktyorun pulunu kəsir. Sponsordan pulu alırlar, amma öz aralarında bölürlər. Aktyora heç nə qalmır. Aktyor ən sonda yada düşür. Pullar yeyilir. Bu sahədə yeyinti çoxdur. Nə qədər yemək olar? Gözünüz doysun! Çəkdikləri filmlərdən heç danışmaq istəmirəm. Film xatirinə film çəkmək olmaz. Kino tamaşaçını özünə nə ilə cəlb edir? İlk növbədə aktyorun xarici görünüşü ilə. Kinoda danışan aktyorun gözləridir. Bizim aktyorlar sözü əzbərləyib ekran qarşısına çıxırlar. Dərk edib danışmaq lazımdır. Məni dəfələrlə verilişlərə dəvət edirlər, amma eyni sualları verirlər. Onlar öz üzərlərində işləmirlər. Məzmunlu bir film olsaydı böyük məmnuniyyətlə çəkilərdim. Amma elə-belə çay apar, çay gətir və s. səhnələr mənə maraqlı deyil. Sənətkar işsiz heç kimdir. Aktyorun işi olanda o yaşayır, həyatdan stimul alır. Rejissor o qədər heç nə bilmir ki, qalıb tamaşaçını necə cəlb etsin. Burada da açıq-saçıq səhnələrə üstünlük verir. İş orasındadır ki, o əxlaqsızları efirdə o qədər göstəriblər ki.. Artıq camaat doyub. Mənim evimdə televizor işləmir, heç təmir etmək də istəmirəm. Çünki o danışıqlar məndə o qədər ikrah hissi yaradıb ki. Bəlkə aralarında yaxşı verilişlər olur, amma mənim onlardan xəbərim yoxdur. Mən bütün günü yutubu izləyirəm. Yutubda elə filmlər, elə verilişlər var ki, onları izləyəndə insanın günü-gündən dünyagörüşü də artır” deyə sənətkar bildirib.

Sənətkar sonda sənətdə yeni addımlayan gənclərə tövsiyyələrini də verib.
“Aktyor sənətinə gələn insan fikirləşməməlidir ki, nə qədər pul qazanacaq?! O fikirləşməlidir ki, necə oynayacaq, tamaşaçıları necə ovsunlayacaq?! Əgər bu sənəti sevmirlərsə gəlməsinlər. Çünki aktyorluq çox ağır sənətdir. Hər kəs bu yükü daşıya bilmir” deyə aktrisa bildirib.
Oxşar xəbərlər
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
2 aprel 2025 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
2 aprel 2025 13:26
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 2025 21:05
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya