- Azərbaycanla bağlı səhvlərimiz olub... - Pezeşkian
- Bu il ROSATOM 18 MİLYARD DOLLAR əldə edəcək
- Bakıda EŞŞƏK SÜDÜNÜN qiyməti 50 MANAT OLDU - VİDEO
- Daha bir dövlət qurumunda KÜTLƏVİ İXTİSAR: Heç bir səbəb olmadan əməkdaşları işdən AZAD ETDİLƏR VİDEO
- ATF bu dəfə Qəbələdə tender uddu - 387 minə hansı işlər görüləcək?
Stalinin ataları – osetin, yəhudi, rus, erməni...
Yazını vətənpərvər oxumuşlarımıza, komplo teori ustalarımıza minnətdarlıq ifadəsi ilə başlamaq istəyirəm. Nə yaxşı ki, onlar indiyə qədər Stalinin Azərbaycan türkü olduğunu iddia və “isbat” etməyiblər.
İndən belə kimsə bu işə çırmanacaqsa, qoy etməsin, eləməsin, adam əldən çıxıb, ermənilər Stalini “saf qanlı erməni” elan ediblər, atası da, anası da sırf erməniymiş.
Düzdür, günümüzə gəlib çıxan videolarda və fotolarda “ellər atası”nın sir-sifətində, eləcə də xasiyyətində bir damcı ermənilik yoxdur, amma bunu haylara kim sübut edə bilər? Çətindir.
Gürcülər mat-mat baxırlar, çünki osetinlər sübut ediblər ki, İosif Stalin əslində osetindir, ən azı yarı-yarıya. Heç demə, rəhbərin atası Vissarion (Beso) Qoriyə Osetiyadan köçüb gəlib və soyadı Cuqayev olmalıykən, “Cuqa”nın dalına “şvili” artıraraq gürcüləşib, Cuqaşvili olub.
Ruslar da bu xüsusda iddialıdır, deyirlər, İosif əslində Vissarionun oğlu deyil, böyük rus səyyahı Nikolay Prjevalskinin oğludur. Guya səyyah gəzə-gəzə gəlib Qoriyə çıxıb, orada bir varlı adamın qonağı olub, Stalinin anası Keke (Yekaterina) həmin evdə qulluqçu işləyirmiş. Nəticədə onlar sovet-rus imperiyasını 30 il idarə edəcək bir dövlət xadiminin dünyaya gəlməsi üçün çalışmalar ediblər.
Bu rəvayətin sənədləri – ifadələr, məktublar, nəzəriyyələr, bir də Stalin və Prjevalskinin fotoları var. Allah tərəfi, onlar fotoda bir-birinə çox oxşayırlar.
İosifin Vissarionun oğlu olmadığına dair bir versiya da var ki, o əslində, Gürcüstan yəhudisi David Pismamedovun oğludur, adı (İosif) da sırf yəhudi adıdır. Başqa bir versiyaya görə, Stalinin atası başqa bir dağ yəhudisidir və onun da adı Moris Efrussidir.
Ermənilər isə iddia edirlər ki, Stalinin anası Keke İosifi erməni sahibkar Adilxanovdan götürüb. Onların iddiasına görə, Keke özü də erməni qızıdır. Beləcə, Stalinin təmiz, bir qram qarışığı olmayan erməni olduğu anlaşılır. Bu barədə video ərsəyə gətirən erməni təəssüflə qeyd edir ki, bununla belə, Stalin ermənilərə qarşı yaxşı olmayıb, yəni manqurtluq edib, “əzəli erməni torpaqları olan Naxçıvan və Qarabağı” Azərbaycana verib. Ancaq hərdən onun damarlarındakı erməni qanı coşanda Mikoyana, Baqramyana iltifat edirmiş, hətta qızı Svetlananı Mikoyanın oğluna vermək istəyib.
Stalini özününküləşdirmək istəyənlər bir şeyi bilmirlər ki, ara yerdə o boyda kişinin anasını, mərhum Kekeni “quş” çıxardırlar.
Bir Stalin deyil, ermənilər knyaz Roman Baqrationu da erməniləşdirmək cəhdi göstərirlər. Tumanov adlı tarixçi hesab edir ki, baqrationlar da erməni baqratuniləri kimi erməni mənşəlidirlər - onlar erməni ervandilərinin nəslindəndirlər.
Movses Xorenatsi isə iddia edir ki, baqratidlər ailəsinin banisi kral Davuddur və 10-cu əsr erməni tarixçisi Hovhannes də həmin kralın nəslindəndir. Baqration da belə getdimi?
Məşhur rus sərkərdəsi Aleksandr Suvorov da, heç demə, erməni imiş, senator Vasili Suvorov və Avdotya Manukovanın ailəsində anadan olub.
İisus Xristosun erməni olduğunu iddia edən camaatdır, nə deyəsən? Sanki bütün məşhur tarixi adamlar bunlardan olsa, dünya birliyi yığılıb deyəcək ki, yığışıb Ermənistan imperiyası yaradaq, hamımız da onlara tabe olaq.
P.S. Stalinin nəvəsi Aleksandr Burdonski 2-3 il qabaq DNK analizi verib, məlum olub ki, onun nəslinin haploqrupu G2a-z6653-dür. Bu da o deməkdir ki, adam öz damarında osetin qanı daşıyır. (Hər millətin haploqrupu fərqlidir). Beləcə, Vissarionun qeyrətsiz, Kekenin yüngülməcaz qadın olması iddiaları puç olur.
- Erməni əsilli iqtisadçı Daron AcemOĞLU Nobel mükafatı aldı
14 oktyabr 2024 14:50
- Azərbaycana rəhbərlik edən QEYRİ-AZƏRBAYCANLILAR
13 oktyabr 2024 15:22
- Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür
13 oktyabr 2024 14:51
- Məhəmməd peyğəmbər ermənilərə MƏKTUB YAZIB ? - Foto
13 oktyabr 2024 13:47
- Ermənistanda hansı ərazilərin Azərbaycana qaytarılmasına hazırlıq gedir? - Tezliklə...
13 oktyabr 2024 12:53
- Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən kilsədir
13 oktyabr 2024 03:08
- Alimlər Xristofor Kolumbun dəfni ilə bağlı 500 illik sirri açdı
13 oktyabr 2024 01:43
- Ələkrəm Hümbətov qiyamı: polis rəisi 31 İLDƏN SONRA faktları açır – İlk dəfə
12 oktyabr 2024 16:27
- Elçibəyi hakimiyyətə 3 yəhudi gətirmişdi - Nemət Pənahlı )))
12 oktyabr 2024 12:13
- 2 il 40 gün erməni əsirliyində qalan Atilla Yumak haradadır?- Evimi satdım…
12 oktyabr 2024 11:31
- Azərbaycanla bağlı səhvlərimiz olub... - Pezeşkian
15 oktyabr 02:37
- Bu il ROSATOM 18 MİLYARD DOLLAR əldə edəcək
15 oktyabr 02:09
- Nizamülmülk –Zalımların ən yaxşısı (Portret yazılar)
15 oktyabr 01:20
- Bakıda EŞŞƏK SÜDÜNÜN qiyməti 50 MANAT OLDU - VİDEO
15 oktyabr 00:45
- Daha bir dövlət qurumunda KÜTLƏVİ İXTİSAR: Heç bir səbəb olmadan əməkdaşları işdən AZAD ETDİLƏR VİDEO
15 oktyabr 00:29
- Ərdoğan - Başda Azərbaycan olmaqla, zəlzələdən sonra Türkiyəyə yardım göstərən ölkələri unutmadıq
14 oktyabr 21:42
- ATF bu dəfə Qəbələdə tender uddu - 387 minə hansı işlər görüləcək?
14 oktyabr 18:44
- NAR nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir FOTO
14 oktyabr 17:47
- Məhkəmə QƏRARI : Yeznəsini ANLAQSIZ VƏZİYYƏTDƏ ÖLDÜRÜB ))
14 oktyabr 16:01
- Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edib
14 oktyabr 15:51
- Erməni əsilli iqtisadçı Daron AcemOĞLU Nobel mükafatı aldı
14 oktyabr 14:50
- Partiya siyahısı ilə seçilən deputatlar MANDATINI İTİRƏ BİLƏR....
14 oktyabr 14:33
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi (YENİLƏNİB/FOTO)
14 oktyabr 14:19
- Qızılca xəstəliyi yenidən alovlanır? - RƏSMİ
14 oktyabr 13:48
- Laçın impressionizmi
14 oktyabr 13:29
- Qazaxda 23 yaşlı gənc minaya düşdü
14 oktyabr 12:30
- Çap elədiyi tapmacaya görə güllələnən dilçi - Onun qəbri əslində, haradadır?
14 oktyabr 00:13
- Bakıda kişini baltalayıb zibil qutusuna atdılar
13 oktyabr 23:55
- İranda SPİRTLİ İÇKİDƏN kütləvi zəhərlənmə baş verib, 48 NƏFƏR ÖLÜB
13 oktyabr 23:28
- Sabah Bakıda bu ərazilərdə QOZ OLMAYACQ
13 oktyabr 23:17
- İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
13 oktyabr 22:47
- Aytən Səfərova şikayətləndi
13 oktyabr 22:37
- Fətullah Gülənin ən son GÖRÜNTÜLƏRİ
13 oktyabr 21:53
- Təslim olan 9 ukraynalı əsgər güllələnib
13 oktyabr 21:19
- Kirayə verən ev sahibi vergi ödəməsə, 800 MANAT CƏRİMƏ....
13 oktyabr 16:36
- Ev təmiri zamanı usta parketin altından 80 MİN DOLLAR TAPDI və...
13 oktyabr 16:27
- Dünyaya ən çox zərər verən ALİM : İki ixtirası ilə insanlığı ZƏHƏRLƏDİ
13 oktyabr 16:13
- Azərbaycana rəhbərlik edən QEYRİ-AZƏRBAYCANLILAR
13 oktyabr 15:22
- Ağcabədidə kənd sakini tövlədə ÖZÜNÜ ASDI
13 oktyabr 14:59
- Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür
13 oktyabr 14:51