Səni döyüb şalvarını çıxarsalar, onları bağışlayarsan?..

Ötən həftə idmançı həmkarları tərəfindən döyülən tanınmış məşqçi Həsən Əzizov ona qarşı ağlasığmaz zorakılıq edən şəxslərlə barışıb. Həsən ərizə yazaraq, onu döydükləri üçün həbs edilən şəxslərdən - Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev, tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovdan şikayətçi olmadığını bildirib.
Bu xəbər yayılandan bəri sosial şəbəkələr çalxalanır. Çox adam elə bilir ki, bununla da Həsəni təkləyən 6 nəfər məsuliyyətdən canını qurtaracaq. Amma çifayda! Bu gün Bakı Appellyasiya Məhkəməsində həbsdə olan idmançıların şikayətinə baxılıb. Məhkəmə xuliqanlıq edən idmançıların şikayətini təmin etməyib. Hazırda faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq davam edir. Əgər istintaq prosesi uzanmasa, uzağı 2 ay sonra həmin idmançılar hakim qarşısına çıxarılacaq.
Xuliqanlıq etdikləri üçün saxlanılan idmançılar həbs ediləcək, yoxsa məhkəmə zalından azadlığa buraxılacaq - buna hakimlər qərar verəcək. Əminəm ki, qanun hər kəsi layiq olduğu yerdə oturdacaq.
Az-çox əlaqəsi, əhatəsi olan jurnalist kimi dəqiq bilirəm: onu döyən idmançıları bağışlamaq üçün ötən üç-dörd gündə Həsənə əlli yerdən minnətçi düşüblər. Ukraynada yaşayan, Bakıya qonaq gələn, amma Azərbaycan xalqının qonaqpərvərliyindən zərrə qədər də nəsibini almayan Həsənə minnətçi düşənlərin arasında tanınmış ictimai xadimlər, yazarlar, ziyalılar, hətta deputatlar da var. Eşitdiyimə görə, Həsənin yola gətirilməsində həmin adamlar əməlli-başlı canfəşanlıq ediblər. Xuliqanlıq edən idmançılar üçün dəridən-qabıqdan çıxan o adamların gündə yüz dəfə hüquqları pozulan sıravi vətəndaşlara görə əllərini ağdan-qaraya vurduqlarını heç kim görməyib. Qoluzorlu idmançılara qahmar çıxsalar da, bir dəfə yetim-yesirin haqqını qorumayıblar...
Mən barışın, mehriban olmağın tərəfdarıyam. Qonaq olduğum efirlərdən ən azı yüz dəfə demişəm ki, heyvanlar qoxlaşa-qoxlaşa, insanlar danışa-danışa anlaşır. Danışmaq, barışmaq yaxşı əməldir. Amma idmançılarla bağlı durum bir qədər fərqlidir. Onlar qoluzorludurlar. Bugün Həsəni, sabah da məni döyə bilərlər. Yəni, bizim hörmətli ziyalılarımızın təşəbbüsü heç də sülhə, mehribanlığa xidmət etmir. Əksinə, bu cür hallar ölkədə cəzasızlıq mühitinin yaranmasına təkan verir. Əmin olun ki, sabah yenə hansısa idmançı öz gücünü rəqibin deyil, başını aşağı salıb öz yolu ilə gedən sadə vətəndaşın üzərində sınayacaq. Fikirləşəcək ki, uzaqbaşı 1-2 tanınmış adam tapacam, onlar da araya girib barışıq yaradacaqlar…
Yazını bura qədər səbrlə oxuyanlar üçün təkrar yazıram: yuxarıda adı çəkilən 6 idmançı Həsən Əzizovu 4 yaşlı oğlunun gözünün qarşısında döyüblər, üstəlik, şalvarını çıxarmağa cəhd ediblər. Əgər Həsən idmançı yox, bizim kimi siravi vətəndaş olsaydı, şalvarını çoxdan başına keçirmişdilər…
Həsənə minnətçi düşən, onu təhqir edib aşağılayan idmançıları bağışlamaq üçün milli mentalitetdən, min illik adət-ənənədən, Koroğludan, Nigardan, Arazdan, Kürdən, Göyəzəndən dəm vuran adamlardan soruşuram: 4 yaşlı oğlunuzun gözü qarşısında sizi döyüb şalvarınızı əyninizdən çıxarsaydılar, onları bağışlayardınızmı?
Qürbətdə yaşayan bir idmançıya mənəvi təzyiq edib ərzisəni geri götürtdüyünüz üçün şəxsən mən sizi bağışlamıram...
Seymur VERDİZADƏ
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Başladığımız işləri davam etdiririk – Ərdoğan
30 mart 2025 14:04
- Qrenlandiya bizə lazımdır
27 mart 2025 23:12
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 2025 22:50
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 2025 21:08
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 2025 16:31
- Yararsız və bahalı: Ən pis diş pastaları BƏLLİ OLDU- ONLARI ENDİRİMLƏ DƏ ALMAYIN
26 mart 2025 15:14
- Uşaqlar niyə ağlayırlar?
25 mart 2025 20:40
- Azərbaycandа ƏN VАRLI QАDINLАR - Görün KİMLƏRDİR ?!
25 mart 2025 19:08
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45