Baş redaktor seçkidə ilk dəfə iştirak edən gənclərə müraciət etdi

Əziz gənclər !
Siz İLK DƏFƏ-dir SEÇKİ-də iştirak edəcəksiniz.
Sizin hər biriniz sabahın Nizamisi, Şekspri, Üzeyir bəyi, Eynşteyni, Şəhriyarı ola bilərsiniz. Ancaq dünya təcrübəsi və əsrlər boyu xalqımızın başına gələn faciələr onu göstərir ki, 5-6 dahinin “özünü yandırması” ilə cəmiyyət işıqlana, qaranlıqlar aydınlığa çıxa bilməz.
Əziz gənclər !
Dahilik Tanrı seçimidir, sizlər gələcəkdə dahi alim, məşhur bəstəkar, böyük yazıçı olmaya da bilərsiniz, ancaq ƏSL VƏTƏNDAŞ olmaq sizin müqəddəs borcunuzdur.
Sizlər vətəni ancaq könüllə deyil, həm də ağılla sevməlisiniz. Vətən təkcə “durnagözlü bulaqlar”, “əcdadımızın mədfəni, övladımızın məskəni”, yaxud “saya gəlməyən neft buruqları” deyil.
Vətən həm də və ən əsası bizim bir millət olaraq siyasi hüquqlarımızın nəhayət öz əlimizdə olduğu və bu hüququn dünya tərəfindən tanındığı məkandır. Bu hüquqdan necə istifadə etmək isə artıq özümüzdən asılıdır.
Əziz gənclər !
Sizlər artıq seçici yaşına çatmısınız, seçib-seçilmək hüququ əldə etməklə dövlətimizin bərabərhüquqlu vətəndaşına çevrilmisiniz. Seçib-seçilmək hüququ təkcə sizin özünüzlə, dövlətimizin gələcəyi ilə bağlı deyil. Seçib-seçilmək hüququna münasibət həm də mütərəqqi bəşəriyyətə, insanlığın tarixinə olan münasibətdir. Çünki bəşəriyyət bu hüquq uğrunda yüz illər boyu mübarizə aparıb və ancaq XX əsrin əvvəllərində ən inkişaf etmiş xalqlar bu hüquqdan istifadə etməyə başlayıblar və faydasını da görürlər. Sizlər həm də bu yolda həyatını qurban vermiş yüz minlərin ruhuna, bəşəriyyətin keçdiyi yola hörmət olaraq seçki hüququna laqeyd olmamalı və seçkilərdə aktiv iştirak etməlisiniz.
Əziz gənclər !
Əlbəttə sizlərin seçkidə iştirak etməmək hüququnuz da var, necə ki, səhərlər üzünüzü və dişlərinizi yumaya da bilərsiniz, sizi buna heç kim məcbur edə bilməz. Ancaq səhərlər üzünüzü və dişlərinizi yumağınız sağlamlığınızın qayğısına qalmaqla bərabər, həm də içərisində “nəfəs-nəfəsə” yaşadığınız cəmiyyətin birgəyaşayış qaydalarının tələbidir. Sizlər seçkidə aktiv iştirak etməklə həm də yeni üzv olduğumuz SİVİL DÜNYA-nın normalarına etiramla yanaşmış olursunuz.
Əziz gənclər !
Həqiqi mömin məscidə, kilsəyə necə inam və etiramla girirsə, siz müasir gənclər də seçki evlərinə eləcə inam və etiramla girin və unutmayın ki, “Xalqın səsi Allahın səsidir”. Və müasir dövrün fəlsəfəsi budur.
Çox təəssüf ki, həmvətənlərimizin xeyli hissəsi passivdir, öz hüquqları uğrunda mübarizə aparmır, seçib-seçilmək hüququna laqeyd yanaşır, “mən səs verməsəm guya dünya dağılacaq”, yaxud “mən səs versəm guya dünya düzələcək” düşüncəsindən qurtula bilmirlər. Bunun əsas səbəblərindən biri valideynlərimizin az qala 70 il sovet rejimində yaşamalarıdır. Həmən rejimdə hər şey yuxarıdan həll olunduğu üçün xalqın seçkidə iştirakı və seçki özü bir görüntü-tamaşa idi. Bu günkü passivliyin, laqeydliyin çoxu keçmiş dövrün mirasıdır. Biz bundan qurtulmalıyıq və siz gənclər hər şeyin, bəlkə də ölkənin gələcək taleyinin ancaq və ancaq sizin bir səsinizdən asılı olduğu düşüncəsinə sahib olmalısınız. Əks halda biz yüz illər boyu uğrunda mübarizə apardığımız müstəqilliyimizi yenidən itirə bilərik...
Əziz gənclər !
Dövlətin gücü onun yeraltı və yerüstü sərvətlərindən, enerji mənbələrindən daha çox xalqın, o cümlədən siz gənclərin aktivliyindən, təşəbbüskarlığından, enerjisndən asılıdır.
Bütün sərvətlər, enerji mənbələri nə vaxtsa tükənəcək, xalqın enerjisi isə tükənməzdir.
Müasir dövlət quruculuğunda xalqın və siz gənclərin iştirakı isə ancaq və ancaq seçkilər yolu ilə mümkündür. Başqa bir yol yoxdur, bu aksiomadır.
Unutmayın ki, dövlətimizin sərhəddini qorumaq necə müqəddəs işdirsə, vətəndaşın öz səsini qoruması da elədir...
Əziz gənc həmvətənlər !
Seçkiyə getməklə dövlətimizin quruculuğunda iştirak edin.
Onda dövlətdən nəsə tələb etməyə həm də mənəvi haqqınız olar: SƏS VER və TƏLƏB ET !
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 2025 21:05
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025 13:09
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 2025 11:35
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45