Ömrünü yurdunun maariflənməsinə həsr eləmiş insan....
Mədəniyyət30 yanvar 2024 22:28

ÖMRÜNÜ YURDUNUN MAARİFLƏNMƏSİNƏ HƏSR ELƏMİŞ İNSAN !..
ELİMİZİN ÜZDƏ OLAN TANINMIŞ ZİYALISI,
" PÖHRƏ " ELMİ, ƏDƏBİ- BƏDİİ VƏ İCTİMAİ- MƏDƏNİ BİRLİYİNİN YARADICI RƏHBƏRİ , ŞAİR - PUBLİSİST VƏ
QARABAĞ MÜHARİBƏSİ VETERANI
QULİYEV HƏSƏN ORUC OĞLU.
Quliyev Həsən Oruc oğlu 1954- cü il Oktyabr ayının 30 -da Şərqi Zəngəzurun Zəngilan rayonunun
Xan Arazla Həkəri çayının qovuşduğu yerin sol sahilində yerləşən, qədim tarixə malik olan
Məmmədbəyli kəndində anadan olmuşdur.
Elə orta təhsilini doğma kəndində yerləşən Nəsib Piriyev adına tam orta məktəbdə almış, yüksək qiymətlərlə əlaçı şagird olaraq məzun olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1972- ci ildə Gəncə Dövlət Universiteninin fizika - riyaziyyat fakültəsinə qəbul olmuş , 1976- cı ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Fizika - Astronomiya ixtisası üzrə müəllim adını qazanmışdır.
Həsən Orucoğlu doğma kəndinə qayıtmış , Nəsib Piriyev adına tam orta məktəbdə müəllimlik fəaliyyətinə davam etmiş , gənc nəslin bilik öyrənməsində , təlim tərbiyəsin də, vətənpərvərlik ruhunda böyüməsində böyük əməyi olmuşdur.
Pedaqoji fəaliyyəti zamanı əmək kollektivinin , Təhsil Ocağının ( Maarif şöbəsinin ) , şagirdlərinin böyük hörmət və rəğbətini qazanmışdır.
Bədii yaradıcılığa hələ orta məktəb illərindən başlamış, Respublikanın müxtəlif dövrü mətbuatlarında öz şeirləri və digər bədii yazıları ilə müntəzəm çıxış etmişdir.
O, gənc yaşlarından Zəngilanda nəşr olunan
" Kənd Həyatı " qazetinən əməkdaşlıq etmiş çox sayda çap olunan şerlərin , elmi yazıların müəllifi olmuşdur.
Hətta Həsən Oruc oğlu Zəgilanın işğalının
son dövrünə qədər
Qazetin baş redaktoru
Mürsəl Qocayevlə və redaksiyanın digər əmək kollektivinin üzvləriylə olan xoş xatirələrini hörmətlə gözəl hisslərlə xatırlayır , xoş xatirələrini həvəslə danışırdı.
Gənc yaşlarından son nəfəsinə qədər şeirləri ilə könülləri fəth edən Həsən Orucoğlunun poeziya yüksək dəyər verdiyi , hər misrasının saf ürəkdən gəldiyi , kövrək duyğuları açıq aydın hiss olunurdu.
Həsən Orucoğlu yurdunun , təbiətinə , dağlarına , dərələrinə
bulaqlarına çaylarına , meşələrinə vurğun bir insan olub və şeirlərində gözəl təbiəti olan kəndini sevə sevə həvəslə vəsf edirdi.
1993- cü ildə Doğma yurdunun işğal olunması, millətimizin yurd - yuvasından, dədə- baba torpağından didərgin düşməsi , bir milyon insanın faciəsi və özünündə köçkünlük yaşaması onun həyatını , iç dunyasını alt üst eləmişdir.
Didərginlik dünyasının ağrısını - acısını ,qəlbinin qəhərinin dərd dolu bəhərini ürəyində çiynində ağır bir dərd, ağır bir yük olaraq çəkirdi.
Türk millətimizin başına gələn bu ağır faciələr, Xocalı, 20 Yanvar , Qarabağ , Yurdumuzun faciəsi Həsən Orucoğlunun qəlbində dərin bir yara açmışdır.
Qəlbi Vətən sevgisiylə yoğrulan
Həsən Quliyevin üçün
Vətənsiz , yurdsuz yaşamaq ağır dərd idi.
Təhsil Ocağımızda çalışan , əmək kollektivinin böyük hörmət və rəğbətini qazanan Həsən Quliyev
rəhbər , qabaqcıl müəllim olaraq şagirdlərinə, elinin insanlarına ümüdlərini üzməməyi, Doğma Qarabağımıza, Şuşamıza yurdumuza dönəcəyimizi tövsiyə edirdi.
Azərbaycan xalqının əzmi , iradəsi iqtisadi gücü, xalqımızın Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun bir Yumuruq olaraq sıx birliyi nəticədə
44 günlük II Qarabağ müharibəsində qalib gəldik.
Zəfər qazandıq.
Doğma Qarabağımızın, Yurdumuzun qaydışını bizə yaşadan Ali Baş Komandana hamı kimi Həsən Quliyevdə təşəkkür edir, çox sevinirdi.
Həsən Orucoğlu şairimiz
Vətənimizə, Qazilərimizə, Vetiranımıza Şəhidlərimizə aid şeirlər , məqalələr hazırlayır , onlarla fəxr edir, qəhramanlıq salnaməsi yazırdı.
Zəngilan rayonumuzu, yurdunu, kəndini qarış- qarış tanıyan , zəngin təbiəti , sərvəti, coğrafi mövqeyi haqqında çox məlumatlı zəngin bilgiyə ,güclü yaddaşa sahib olan Həsən Orucoğlu rayonumuzun inkişafında ziyalı bir el ağsaqqalı olaraq elimizin inkişafı üçün öz tohvələrini də veriridi.
Doğma Qarabağımızın, Şərqi Zəngəzurumuzun dövlətimizin diqqətində olması , elimizin getdikcə inkişaf etməsi , quruculuq işlərinin sürətlənməsi
Həsən yazarımızı sevindirir, daha da yeni yeni şeirlər, məqalələr yazmağa ruhlandırirdi.
Həsən Orucoğlu Vətənimizlə, Şəhidlərimizlə, Şəhid analarımızla Qəhrəman Vətənoğullarımızla yanaşı türk birliyimizə, türkçülüyümüzə aid şeirlər, elmi, tarixi məqalələr yazırdı.
Sosial şəbəkələrdə, " NUH ",
" DJB " informasiya və xəbərlər sayıtlarında elmi - tarixi , publistik yazılarıyla aktiv fəaliyyət göstərən şairimizin oxucu kütləsi hər zaman həvəslə, maraqla onun yazılarını izləyirdilər.
Vətən mövzusu ilə bərabər məhəbbət mövzusu şairin yaradıcılığında mühüm yer tuturdu.
Təbiki, şairlər sevməsə , duymasa , İlhamlanmasa nə Vətənə , nə anaya, nə məhəbbətə aid şer yaza bilməzlər.
Həsən Orucoğlu neçə-neçə könülləri fəth edən nəğmələrin sözlərinin müəllifi, bir çox populyar mahnıların bəstəçisi kimi tanınmış və müstəqil surətdə bəstəkarlıq sənətinin sirlərini-incəliklərini mənimsəmişdir!..
"Zəngilana qayıdıram","Bir cığır sevgisi","Ərköyünüm","Səni unudan gündən","Sənə döndük,Məmmədbəyli," "Vətən bizim gözümüz"(Bu mahnı həm də
AVMVİB- nin himni kimi qəbul edilmişdir) "Səbirə","Anaların yaşı olmur" kimi geniş yayılmış mahnıların ideya müəllifi və sözlərinin yazarıdır.
"Ol,Anamın gəlini","Ana, kəndə gedirəm","Mənsumə", "Bacım", "Məryəmim", "Eyvana çıx,eyvana", "Adilə","Ürək Çinar,Xan Çinar","Qardaş,bura Mincivandır" və bu silsilədən olan digər səpgili nəğmələrin bəstəçisi,həm də sözlərinin müəllifidir...
Həsən Orucoğlu eyni zamanda musiqisevərlərin dərin rəğbətini qazanmış "Məmmədbəyli Nanələri"adlı milli rəqsin yaradıcısı və ideya müəllifidir.
O,həm də "Mənim Ulu Türk Ocağım" kimi musiqiləşdirilmiş Mill Marşın yazarıdır.
"Mənim könlüm Zəngilanı istəyir","Şəfalı əllərin möcüzəsi","Yarasa kişiliyi","Ürəyimdən keçən yol","Könülün könül dünyası","Yarımçıq ömrün işığı"və"Gülüşlə dolu bir ömür" kimi şeir və nəsr kitablarının müəllifidir.
Ömrünün son günlərində yeni yazdığı
"Sən sevməyi bacarmadın "
" Kaşki, qonaq qalasan"
kövrək duyğulu mahnı mətni,
və " Ata ehtiyacım var "
" Öləni dirilt "
" Necə qışı gözəldir "
" Mənim şagirdlərim
Nənə- babadır "
" Kiçik kəndin böyük ürəyi "
" Torpaq Ana əmanəti "
" Hər iki dünyanın Şəhidləri "
" Zəngilana qar yağır " kimi
məhəbbətə, vətənpərvərliyə, vətənə aid şeir və maqalələr qələmə almişdır.
Həsən Oruc oğlu
" Zəngilana qar yağır " şeirini yurdumuzun hər fəslinin yeri - yerində gözəl olmasını vəsf etmişdir.
Həsən Orucoğlu hər şeyi görmüş, gözü - könlü tox saf , kövrək duyğulu mərhəmətli qəlbə malik , elinin insanlarının qayğısına qalan , diqqət yetirən bir insan idi.
Onun tək bir arzusu vardı,
Allah mənə sağlam ömür versin, özümdə güc tapım doğma yurdumu, ocağımı , böyüyüb boya çatdığım kəndimi , evimi görüm.
Yaşamaq , yaratmaq eşqiylə alışıb yanan
Həsən Orucoğlu çox təssüf
olsun ki,
Yurdunda yaradıcılığını davam etdirməyə səhhəti və ömrü vəfa etmədi.
Onu sevənlərini , rəğbət bəsliyənlərini kövrəldib getdi.
Elimizin tanınmış yazarı, qabaqcıl müəllimi şerləri ilə , zarafatları ilə, qayğısı diqqəti ilə insanların sevgisini qazanan ,
dövlətinə, millətinə şərəflə xidmət etmiş
Quliyev Həsən Oruc oğlu ,
onu sevənlərin , tanıyanların hər kəsin, şagirdlərinin qəlbində yaşiyacaq və hər zaman hörmətlə anılacaqdır.
Ruhun şad ,məkanın cənnət olsun
Həsən müəllim.
KTN yanında AXA- nın
Zəngilan r/ n şöbəsinin
əməkdaşı,
maarifçi- təbliğatçı xanım
Səbirə Ələkbərova.
Oxşar xəbərlər
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Dəhşətli zəlzələdə ölənlərin sayı 1700-ü keçdi - minlərlə yaralı var
30 mart 2025 12:50
- Suriyada yeni hökumət açıqlandı - İlk və tək qadın nazir odur
30 mart 2025 11:26
- Donuzdan insana qaraciyər köçürüldü – Tibb elmində YENİLİK
29 mart 2025 23:55
- İt insanın stresini necə azalda bilər? - Yeni araşdırmanın nəticələri
25 mart 2025 14:15
- stanbul bu dəqiqələrdə... - Video
25 mart 2025 02:33
- Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı
25 mart 2025 00:06
- Qorbаçovun hаkimiyyətə GƏLMƏSİNDƏ və SSRİ-nin DAĞILMASINDA Rokfeller KLANININ ROLU
23 mart 2025 20:25
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya