Azərbaycanda 1 milyon insanın pozulmuş hüququ - Özəlləşdirmə çekləri
Bir milyon insanın tapdanmış haqqı siyasətçiləri ciddi narahat edir: “Əgər hakimiyyətə gəlsək...”
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanıb. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Ölkədə 13 ildir davam edən özəlləşdirmə çekləri ilə bağlı problem hər kəsə bəllidir. Hüquqları tapdanmış 1 milyona yaxın insan illərdir öz haqlarını tələb edir, bütün müvafiq instansiyalar müraciətlər ünvanlayır. Son illər deputatlar, ziyalılar, fərqli sahələr üzrə tanınmış şəxslər, ekspertlər də özəlləşdirmə çekləri əlində qalmış vətəndaşların səsinə səs verir, aidiyyəti qurumlardan sözügedən problemi tez və ədalətli şəkildə həll etməyi tələb edirlər.
Bu xüsusda haqqı tapdanmış vətəndaşların sosial şəbəkə üzərindən birləşdiyi Özəlləşdirmə Çekləri Qrupu adından prezidentliyə namizədlərə müraciət ünvanlanıb. Müraciət müəllifləri namizədlərdən təşviqatlarını aparan zaman teledebatlarda sözügedən problemin qaldırılmasını xahiş edirlər.
“Hörmətli Azərbaycan Respublikası prezidentliyinə namizədlər! Öncə nəzərinizə çatdırmaq istərdik ki, Dövlətin xalq qarşısında Qanunla üzərinə götürdüyü öhdəlik pozulub. Bu mənada yüzminlərlə ailələr adından sizlərə sualımız var: seçki debatlarında vətəndaşların mülkiyyət hüquqlarının əlindən alıması barədə danışacaqsınızmı?”, - deyə sual edən vətəndaşlar problemin aktuallığını detallı şəkildə namizədlərin diqqətinə çatdırırlar.
(Tam MƏTN)
AYNA mövzunun əhəmiyyətini və kütləviliyini, yüzminlərlə insanın hüquqlarının pozulduğunu, hazırda ölkəmizin prezident seçkiləri kimi önəmli hadisənin ərəfəsində olduğunu nəzərə alaraq, vətəndaşların sözügedən müraciətinə prezidentliyə namizədlərin münasibətlərini öyrənib.
Beləliklə:
Prezidentliyə qeydiyyata alınmış namizəd, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc deyib ki, zaman-zaman vətəndaşlardan özəlləşdirmə çekləri ilə bağlı çoxsaylı müraciətlər edilir: “Hesab edirəm ki, məsələ ilə bağlı müvafiq dövlət strukturlarının daha geniş izahatlar aparmasına və bir sıra addımlar atmasına ehtiyac var. Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalı və ya onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir”.
“Əslində özəlləşdirmə çeklərinin yenidən tədavülü sahibkarlıq mühitinə müsbət təsir edə bilər. Eyni zamanda, vətəndaşların hüquqlarının qorunması baxımından da uğurlu addım olar. Çünki ölkə rəhbəri hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşır. Bu istiqamətdə çağırışlar və tələblər var. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələyə laqeyd yanaşmaq doğru deyil”, - deyə prezidentliyə namizəd bildirib.
Z.Oruc əlavə qeyd edib ki, təşviqat kampaniyasında məsələni gündəmə gətirməyə çalışacaq: “Əlbəttə, mövzu ilə bağlı mənə namizəd kimi verilən vaxtdan istifadə edib çek məsələsini gündəmə gətirəcəm. Onu deyim ki, bu məsələ ilə bağlı istər deputat kimi Milli Məclisin iclaslarında, istərsə də əvvəlki prezident seçkilərində namizəd olarkən seçki kampaniyası zamanı debatlarda danışmışam. Bu dəfə də məsələ ilə bağlı fikirlərim olacaq”.
Prezidentliyə qeydiyyata alınmış namizəd, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa da diqqətə çatdırıb ki, fürsətdən istifadə edərək mövzu ilə bağlı məsələni təşviqat zamanı gündəmə gətirəcək: “O mövzuda çıxış olan zaman özəlləşdirmə çekləri ilə bağlı müracətləri gündəmə gətirəcəm”.
“Hər halda, dövlət tərəfindən komissiya yaradılmalıdır, məsələ araşdırılmalıdır. Bundan sonra vətəndaşların özəlləşdirmə çekləri özlərinə qaytarılmalıdır, ya da dəyərləndirmə aparılmalıdır. Ya da ki, onlara səhmlərdən öz payını almaq üçün şərait yaradılmalıdır”, - deyə müsahibimiz vurğulayıb.
Prezidentliyə namizədliyi qeydə alınmış namizəd, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev söyləyib ki, namizəd kimi seçki platformasında bu məsələyə aid xüsusi bənd var: “Seçki platformamda 15-ci bənd “Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə daxil edilməsi” adlanır. Özəlləşdirmə çekləri qanunla, 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına əmlak payı olaraq verilib. Bununla bağlı mərhum Prezident Heydər Əliyev tərəfindən 450 nömrəli fərman da imzalanıb. Bu gün təxminən, 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. Özəlləşmənin məqsədi vətəndaşları da mülkiyyət sahibi, müxtəlif müəssisələrdə payçı etmək idi. Proses çox gözəl başladı və verilən Fərman da vətəndaşların xeyrinə idi. Amma həyata keçirilən zaman vətəndaşlar heç bir xeyrini görmədilər. Özəlləşmə prosesi tam olaraq ayrı-ayrı şəxslərin müxtəlif maxinasiyalarla birdən-birə varlanmasına səbəb oldu”.
“Hesab edirəm ki, dövlət özəlləşdirmə çekləri sahəsində vətəndaşlar qarşısında olan borcunu yerinə yetirə bilməyib və biz bunu boynumuza almalıyıq. Buna görə də biz hakimiyyətə gələriksə, özəlləşdirmə çekləri yenidən dövriyyəyə buraxılacaq və əlində çekləri olan hər bir şəxs müxtəlif müəssisələrdə payçılara çevriləcək. Bu sahədə olan çatışmazlıqlar ciddi müzakirə olunaraq vətəndaşların xeyrinə qərar qəbul olunacaq. Bu sahədə yarıtmaz fəaliyyət göstərən qurum və şəxslərlə bağlı hüquqi addımlar atılacaq. Bunlar mənim seçicilərə vədimdir”, - deyə R.Nurullayev fikrini yekunlaşdırıb.
Əlavə edib ki, platformasına daxil etdiyi bu problemlə bağlı debatlar zamanı danışacaq, dövlətə müraciət edəcək.
Prezidentliyə namizədliyi qeydə alınmış namizəd, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bir neçə dəfə əllərində çekləri qalmış vətəndaşların məsələsini gündəmə gətirdiyini bildirib: “Zaman-zaman TV-lərdəki çıxışlarımda bu məsələni gündəmə gətirmişəm, hökumətə çağırışlar etmişəm. Hesab edirəm ki, sözügedən problem vətəndaşların xeyrinə həllini tapmalıdır. O insanların hüquqları pozulmaqda davam edir. Prezidentliyə namizəd kimi, təşviqat zamanı çıxışlarımda bu məsələni yenidən gündəmə gətirəcəm. Düşünürəm ki, hökumət komissiya yaratmalı, bu problemi yoluna qoymalıdır. Əgər seçicilər mənə etimad göstərərlərsə, prezident seçkilərində uğur qazanaramsa, o zaman hökumətimiz bu məsələni həll edəcək. Vətəndaşlar bundan əmin ola bilərlər”.
Prezidentliyə namizədliyi qeydə alınmış müstəqil siyasətçi Fuad Əliyev də o qənaətdədir ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ ciddi narahatlıq doğurur və ən qısa zamanda həllini tapmalıdır: “Özəlləşdirmə çekləri məsələsi vətəndaşın xeyirinə həll olunmalıdır. Sözügedən problemin həlli ilə bağlı seçki platformamızda bənd var. Həmin bəndlə bağlı debatlar zamanı məlumat veriləcək”.
QEYD
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Müəllif: Aydın Gəray
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 2024 16:01
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 2024 20:42
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 2024 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 2024 15:32
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 2024 12:29
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 2024 22:05
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41