Dünya azərbaycanlılarından Prezidentə dəstək - Qalib Azərbaycan İlham Əliyevin əsəridir!”
Siyasət27 yanvar 2024 18:34
Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız seçkilərlə bağlı mövqelərini açıqlayırlar.
Moderator.az xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.
Britaniya Azərbaycan Assosiasiyasının sədri Hafiz Baxşəliyevin məktubunda qeyd olunub ki, İlham Əliyevin rəhbərliyi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi zamanı xalqımızın tarixi qələbəsinin təmin olunmasında mühüm rol oynayıb: “Britaniya Azərbaycanlıları Assosiasiyası olaraq inanırıq ki, Sizin davamlı rəhbərliyiniz xalqımızı daha da yüksəldəcək, bütün azərbaycanlılar üçün sülh, sabitlik və firavanlığı təmin edəcək Prezident seçkilərinin yaxınlaşdığı bir zamanda Sizə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Sizin rəhbərliyiniz dünya azərbaycanlıları üçün ümid və güc çırağının rəmzidir”.
Birləşmiş Ərəb Əmirlikiləri üzrə Azərbaycanlıların Koordinasiya Şurası 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyini “BİZ - Zəfər yoluna davam!” şüarı ilə dəstəklədiyini qürur hissi ilə bəyan edib: “Vətən müharibəsində əldə etdiyimiz qələbə sayəsində Azərbaycan xalqı qalib xalq kimi özünü dünyaya tanıdıb. Qürur hissi ilə demək olar ki, indi Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz əminik ki, Qalib Xalqın seçimi yalnız Qalib Lider olacaq! Sizin rəhbərliyinizlə qalib Azərbaycan bundan sonra da yeni uğurlara imza atacaq!”
“BM Morrison Partners” beynəlxalq hüquq şirkətinin rəhbəri, hüquq elmləri doktoru Fərhad Mirzəyev yazıb ki, uzun illərdir Azərbaycanımızın post-sovet məkanında sabitlik adasına çevrilməsi məhz İlham Əliyevin bacarıqlı diplomatiyasının və müdrik siyasətinin nəticəsidir: “Qarabağın azad olunmasında böyük Qələbəmizə rəğmən, dünyada baş verən geosiyasi hadisələr fonunda Azərbaycanın yeni təhlükələrlə üzləşmək risklərinin mövcudluğu da danılmazdır. Azərbaycanımız naminə qarşıdan gələn seçkilərdə Sizin Azərbaycan Respublikasının Prezidentliyə namizədliyinizə dəstək verməyi özümə vətəndaşlıq və vətənpərvərlik borcu hesab edirəm. Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimizi də Qalib Liderə səs verməyə çağırıram”.
“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti də 7 fevral seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Cəmiyyətin sədri Könül Hacızadə bildirib ki, növbədənkənar Prezident seçkilərində ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən, Azərbaycan xalqına zəfər sevincini bəxş edən, ölkəmizin və xalqımızın adını dünya miqyasında qalibiyyətin ən uca səviyyəsinə çatdıran, qalib Azərbaycan xalqının qalib Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin prezidenti İmaməddin Qasımov bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı başını dik tutur, alnıaçıq, üzüağ, qürurla yaşayır, özünü qalib xalqın nümayəndəsi hesab edir: “Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyü tam təmin edilmiş vətənimizin bütün ərazilərində keçiriləcək. Tam əminik ki, Azərbaycan xalqı əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək, sabitliyə, əmin-amanlığa, parlaq gələcəyə səs verəcək”.
Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Federasiyası da növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul edib. Qərarı federasiyanın sədri Günay Məmmədova açıqlayıb: “Biz, ABŞ-da yaşayan azərbaycanlı gənclər hər zaman Sizin iradə və əzminizə arxalanaraq fəaliyyət göstərmiş, Azərbaycanımızı yerli icmalar, ABŞ mətbuatı və akademik institutlarda layiqincə təmsil etmək uğrunda durmadan çalışmışıq. Cənab Prezident, Sizə qarşıdan gələn növbədənkənar Prezident seçkilərində “Qalib xalqın Qalib lideri” şüarı altında dəstəyimizi ifadə edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının icraçı direktoru Elnurə Həşimova qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətin bütün dünyada heyranlıqla izlənməsi, beynəlxalq arenada Azərbaycanın hər keçən gün daha da tanınması və nüfuzunun güclənməsi bizə böyük fərəh hissi yaşadır: “Amerikanın Kaliforniya ştatı və Los-Anceles şəhəri kimi önəmli bölgəsində yaşayan azərbaycanlılar olaraq ən çətin şərait və şərtlərlə üzləşməyimizə baxmayaraq, tarixi ədalətin bərpa olunması yolunda hər zaman qürur hissi ilə dövlətimizə arxalanaraq Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması üçün bütün imkanlarımızla səy göstəririk. Biz Azərbaycan diasporu olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Sizin qələbənizə inanırıq”.
Vaşinqtonda yaşayan azərbaycanlı rəssam Nərmin Əzimzadə-Sadıqova deyib ki, növbədənkənar Prezident seçkilərində İlham Əliyevin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədliyini həm Yeni Azərbaycan Partiyasının üzvü kimi, həm də Vətəndən kənarda yaşayıb qəlbi daim Vətən sevgisi ilə döyünən bir ziyalı kimi bəyənir və dəstəkləyir: “Bu gün Azərbaycan qalib dövlətdir. Dünya dövlətləri arasında xüsusi yeri olan bir ölkədir. Qalib Azərbaycan İlham Əliyevin əsəridir!”
Oxşar xəbərlər
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 2024 00:17
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 2024 12:56
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 2024 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya