Alimpaşa Məmmədov azadlıq yolunda - əmlaklarını necə xilas etdi..

Hüquqşünas: “Bu adamlar cəzasının heç yarısını çəkməmiş azadlığa çıxırlar və sakit oturmaq əvəzinə mal-mülk davası açırlar”
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov xüsusi müsadirə qərarı verilmiş əmlaklarının geri qaytarılması üçün hərəkətə keçib. Bununla bağlı barəsindəki cinayət işi üzrə mülki iddiaçı qismində Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyanı artıq tam ödəyib.
Alimpaşa Məmmədov saxlanıldıqdan sonra onun əmlakları üzərinə həbs qoyulmuşdu. Həmin əmlaklar sırasında “Şəmkir Səbət” MMC və “Abad Şəmkir” MMC də var idi.
Vaxtilə bu əmlaklar Sahibkarlığın İnkişafı Fondundan kredit öhdəliyi ilə aşağı qiymətə alınıb. İstintaqın gedişi zamanı ödəniş tam yekunlaşmadığı üçün məhkəmənin qərarı ilə əmlaklar üzərinə həbs qoyulub. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki iclasda mülki iddiaçının nümayəndəsi kredit borcunun ödənilməsi qarşılığında əmlaklar üzərindəki həbs qərarının götürülməsini istəmişdi.
Məlum olmuşdu ki, Alimpaşa Məmmədov ümumilikdə 730 min manatlıq kredit borcunu tam ödəyib. Növbəti məhkəmə prosesində əmlakların üzərinə qoyulmuş həbs qərarının ləğvi məsələsi müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib.
Alimpaşa Məmmədov həbs olunandan sonra real bazar dəyəri 10 milyon manat qiymətləndirilmiş əmlakları ortaya çıxmışdı. Onların sırasında “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat) “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat) vardı.
Alimpaşa Məmmədov dəyəri milyonlarla manat olan əmlakları çox cüzi, simvolik qiymətlərə öz oğlunun adına olan şirkətlərə satıb. O, vəzifəsindən sui-istifadə edərək Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarının oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını təşkil edib. Bundan əlavə, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarının oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib. “Azfarel” adlı fermasından ildə külli miqdarda qazanc əldə edən icra başçısını kabinetində tapmaq olmurmuş. Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçirmiş. Hətta onun forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurub. Balıq təsərrüfatının ucbatından Şəmkirin Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olub. Sakinlərin isə bu şikayətinə məhəl qoyan olmayıb. Məlumat üçün bildirək ki, “Azfarel” MMC balıqyetişdirmə təsərrüfatı əhəmiyyətinə görə regionun ən mühüm müəssisələrdən biridir. İstehsal gücünə, perspektiv inkişaf imkanlarına görə Qafqazın ən böyük balıqyetişdirmə və emalı müəssisəsi hesab olunur. “Azfarel” MMC Şəmkirçay Su Anbarının sahilində yerləşir. Qafqazda analoqu olmayan bu müəssisə 6 hektar ərazidə yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 3 min ton 14 növ farel balığı üzrə qırmızı və qara kürü də daxil olmaqla, 42 çeşiddə məhsul istehsal edilib. Sonrakı mərhələdə istehsal 10 min tondan 30 minə çatdırılıb.
Ötən ilin sentyabrında Alimpaşa Məmmədovun cinayət işi üzrə keçirilən məhkəməsində prokuror onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini, əmlaklarının müsadirəsini istəyib. Lakin məhkəmə iş üzrə 6 aya yaxındır ki, hökm çıxara bilmir. İddia olunur ki, sabiq icra başçısı məhkəmədən vurulan zərərin ödənilməsi barədə qeyri-rəsmi vaxt istəyib. Buna görə də məhkəmə hökm verməyə tələsmir. Hətta Alimpaşa Məmmədovun vurduğu ziyanı ödəyəcəyi təqdirdə onun şərti cəzaya məhkum ediləcəyi haqda da xəbər var. Artıq Azərbaycan məhkəmələrində belə bir praktika var. Yada salaq ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub. 25 milyon manat dövlət büdcəsini talamış və zərəri məhkəmə dövründə ödəmiş sabiq nazirin barəsində 5 il olmaqla şərti cəza hökmü çıxarılıb. Hökmdən 1 il əvvəl prokuror Səlim Müslümova 11 il azadlıqdan məhrumetmə cəzası tələb etmişdi. Bundan sonra məhkəmə prosesi dəfələrlə təxirə salınmışdı. Həmin müddətdə Səlim Müslümov vurduğu ziyanı ödəmişdi.
Əkrəm Həsənov
Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda 1993-cü ildə qəbul olunmuş və hələ də qüvvədə olan “Varidata təminatın verilməsi haqqında” konstitusiya qanunu var: “Həmin qanuna görə, heç kimdən əmlakını haradan əldən etdiyi soruşula bilməz. Digər tərəfdən də 2005-ci ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" BMT konvensiyasına qoşulmuşuq və elə həmin ildə də eyniadlı qanun qəbul etmişik. Məmurlar tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında qanuna görə, ilin əvvəlində hər bir məmur özünün və onunla birgə yaşayan ailə üzvlərinin əmlakı, hətta borcları haqda bəyannamə təqdim etməlidir. Amma həmin bəyannamə formasını Nazirlər Kabineti təsdiq etməli idi, hansı ki, 18 ildə bunu etməyib. Buna görə də heç bir məmur onun və qohumlarının əmlakının mənbəyi haqda hesabat vermir".
Əkrəm Həsənov qeyd edib ki, eyni zamanda Azərbaycanda daşınmaz əmlakın dövlət reyestri, kommersiya hüquqi şəxslərin dövlət reyestri qapalıdır, amma bütün sivil dünyada məmurların bu məlumatı açıqdır: “Belə şəraitdə istənilən məmur özünün, yaxud ailə üzvünün əmlakı haqqında məlumat verməyə məcbur deyil. Bu məntiqlə onlar bu gün deyir ki, "bu, ailə üzvlərimizindir, onlar ki, cinayət etməyib, mən etmişəm cinayəti, onların əmlakına toxuna bilməzsiniz. Amma adi vətəndaşa münasibətdə bu qanun işləmir, məmurlar, məhkəmələr, icra məmurları, hüquq-mühafizə orqanları tutub vətəndaşın əmlakını da əlindən alırlar, evini də sökürlər. Necə olur ki, vaxtilə özləri hüquq-mühafizə orqanlarında işləmiş, min bir oyundan çıxmış məmurlara münasibətdə qanun birdən-birə işləyir?! Cəmiyyətdə də belə fikir yaranır ki, bunlardan niyə qorxurlar, hansı kompromatlar var".
Hüquqşünas deyib ki, Azərbaycan qanunvericiliyi bu gün korrupsiya ilə mübarizə aparmır, daha çox korrupsiyanın əl-qol açmasına kömək edir: “Məmurlar bəyannamə vermir, Daşınmaz Əmlak Reyestri qapalıdır. Bu, məmurların büdcə pullarını necə istəyirlərsə, elə də talamasına yol açan əsas amildir. Sadə vətəndaş da oturub düşünür ki, dövlət büdcəsini talamaq istəyən gərək Səlim Müslümov, Akif Çovdarov, Vidadi Zeynalov kimi talasın. Adamlar açıq-aşkar dövlətə də, cəmiyyətə də meydan oxuyurlar. Bu adamlar nəyə güvənirlər? Dövlət əslində bu cür davranışa dözməməlidir. Təsəvvür edin ki, bu adamların barələrində Azərbaycan Respublikası adından hökm çıxarılıb. Həmin hökmlə cinayətkar elan olunublar və əmlakları müsadirə edilib. Cəzanı tam çəkməmiş, heç yarısını çəkməmiş azadlığa çıxırlar və sakit oturmaq əvəzinə mal-mülk davası da açırlar”.
Elşən MƏMMƏDƏLİYEV,
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
2 aprel 2025 15:01
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 2025 11:35
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi
30 mart 2025 16:06
- Başladığımız işləri davam etdiririk – Ərdoğan
30 mart 2025 14:04
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45