Azərbaycan bu qədər dayazdır?.. - Akademik Nizami Cəfərov barəsində
Kamran Məhərrəmli
Azərbaycan bu qədər dayazdır?..
Dövr özü primitivdir, yoxsa primitiv insanların dövrüdür?
Dünya maliyyə böhranından çox, mənəvi böhranın içərisində qızdırmalı xəstə kimi çabalayır, hara gəldi əl-qol atır.
Mənəvi böhranın nəticəsi olan bu “lixoradka” Azərbaycanda da özünü ciddi şəkildə göstərir.
Bir müddət əvvəl qəzetlərdə Milli Məclisin Mədəniyyət komissiyasının sədri, ədəbiyyat professoru Nizami Cəfərovun “Səməd Vurğunun yaradıcılığı ilə məşğul olsan, haradasa azacaqsan” başlıqlı müsahibəsini oxuyanda bunun bir daha şahidi oldum.
Müsahibəni, dözülməz olsa da, axıradək oxumaqda məqsədim, ağacın budaqlarını xatırladan bu qarmaqarışıq, dolaşıq, sistemsiz fikirlərin “gövdə”sini, “kök”ünü tapmaq, bir sözlə, Nizami müəllimin sözünün “mustafa”sını bilmək idi. Müsahibəni oxuduqca, “gövdə” tapılmasa da, professorun fikirləri məndə tamam başqa sual doğurdu:
Dövr özü primitivdir, yoxsa primitiv insanların dövrüdür?
Cəfərovun düşüncələri ilə tanış olduqca, sözün düzü, bu fikirlərin nəinki bir ədəbiyyat professoruna, ictimai-siyasi xadimə, hətta ədəbiyyatdan, ictimai-siyasi proseslərdən az-çox başı çıxan bir şəxsə məxsus olduğuna inana bilmirdim.
Doğrudanmı, Azərbaycan bu qədər dayaz(laşıb)dır?
Həqiqətənmi, təfəkkür krizi, mənəvi böhran cəmiyyətimizdə bu dərəcədə dərinləşib?
Müsahibənin əvvəlində “ədəbiyyatın işi ilə siyasətin işini” müqayisə edib, “ ədəbiyyatın işi siyasətin işindən az tələb olunur” nəticəsinə gələn professor nə vaxtsa “ədəbiyyat artıq işini başa vurub, bizə daha ədəbiyyat lazım deyil” söyləsə təəccüblənməyə dəyməz.
Mən “Ədəbiyyatın dünyanı xilas edəcəyini” düşünəcək qədər sadəlövh deyiləm, amma həmişə ədəbiyyatın cəmiyyəti müəyyən dərəcədə keyfiyyət dəyişikliyinə hazırlaması fikrində olmuşam. Nizami müəllimin yuxarıdakı fikri “bu gün alimdən çox hərbçiyə, rəssamdan çox riyaziyyatçıya ehtiyacımız var” qədər absurddur.
Hörmətli ədəbiyyat professoru Ramiz Rövşənlə Zəlimxan Yaqubu müqayisə eləyib “təmiz ədəbiyyat”dan söhbət gedəndə üstünlüyü birinciyə, “cəmiyyətin qəbul etdiyi, onu ifadə edən, bütün ictimai-siyasi prosesləri özündə ehtiva edən ədəbiyyadan” danışanda isə ikinciyə üstünlük verir. Sözün düzü, ədəbiyyatın “təmiz”, “kirli”, “cəmiyyətin qəbul etdiyi”, “toplumun qəbul etmədiyi” və başqa növləri olduğunu eşitməmişdim. Və eşidəndə adamın gülməkdən başqa çarəsi qalmır.
Hər cür müqayisə uğursuzdur. Amma Ramiz Rövşənlə Zəlimxan Yaqubu müqayisə etmək təkcə uğursuz deyil, ümumuiyyətlə, mənasızdır.
Nizami müəllim müsahibənin girişində “ədəbiyyatın işi ilə siyasətin işini” müqayisə edib gülməli nəticəyə gəldiyi kimi, indi də müxtəlif sənət sahələrinin təmsilçilərini müqayisə edib məntiqsiz, absurd nəticəyə gəlir. O, əslində düşündürmək sənəti ilə əyləndirmək sənətini səhv salır və məhz buna görə də hər şeyi qatıb-qarışdırır.
Bütün sənətlərin gözəl və cəmiyyət üçün vacib olduğu bir aksiomadır.
Və hər bir sənət sahəsinin özünün “kamil”ləri də var, “yarımçıq papaqçıları” da. Ancaq sənət sahələrindən birini o birinə qarşı qoymaq, hansınasa üstünlük vermək cəfəngiyyatdan başqa bir şey deyil. Axı, zurnaçı ilə hərbçini, alimlə artisti, kosmonavtla baytarı, həkimlə çobanı necə müqayisə etmək, bu sənətlərdən hansına hansı meyarla üstünlük vermək olar?
Fikirlərini davam etdirən professor bizi inandırmağa çalışır ki, “Zəlimxanda topluma müraciət etmək, toplumla danışa bilmək qabiliyyəti yüksəkdir. Bu dövrün şairi Zəlimxan Yaqubdur”.
Professorun dediyi toplum axı yekcins bir şey deyil ki, kimsə ona müraciət etsin, onunla yüksək, yaxud zəif səviyyədə danışa bilsin. Toplum müxtəlif qatlardan, təbəqələrdən ibarət fərqli zövqə, düşüncəyə malik, hətta az qala ayrı-ayrı “dil”lərdə danışan geniş və amorf anlayışdır.
Kiminsə bozbaşa xüsusi sevgisi varsa, bu o demək deyil ki, bütün cəmiyyət bozbaş yeməlidir.
Sistemsiz fikirlərini davam etdirən Nizami müəllim “dünya obrazlı ifadədən, sətiraltı söz deməkdən uzaqlaşıb, mürəkkəb obrazlardan danışmaq dövrü keçib, bugünkü dünya ümumiləşdirmədən xeyli uzaq olduğuna görə müasir insana KONKRET BU DƏQİQƏ ZÖVQ VERƏ BİLƏCƏK məqamlar lazımdır” söyləyir.
Vallah, məni qınamayın dünyada “insana konkret, bu dəqiqə zövq verən məqam” deyəndə istər-istəməz narkotika, spirtli içki, ekstazi və s. yada düşür. Mədəniyyət komissiyamızın sədri bəlkə ədəbiyyatın əvəzinə cəmiyyətimizə bunları təklif edir ki, bütün problemlərimiz bir dəqiqədə həll olunsun, səhərdən-axşamacan əylənək, kef əhli olaq. Bəlkə o, üst-üstə yığılmış problemlərdən çıxış yolunu milləti elliklə-kollektiv əyləndirməkdə görür.
Nizami müəllimin müsahibə boyu düşündürmək sənətindən çox əyləndirmək sənətinə, əyləncəyə üstünlük verməsi diqqətdən yayınmır.
Amma cəmiyyətin başı ancaq əylənməyə qarışanda böyük dövlətlər yıxılıb, qosqoca imperiyalar çökdürülüb. Yenicə müstəqilliyini əldə etmiş, dövlət quruculuğu mərhələsində olan Azərbaycan cəmiyyəti üçün isə əyləncənin nəinki “kollektiv forması”, hətta aşağı “doza”sı da təhlükəlidir. Ona görə də Nizami müəllimin əyləncə sənətinə belə önəm verməsi, heç cür başa düşülən deyil. Axı o, təkcə ədəbiyyatşünas deyil, həm də ictimai-siyası xadimdir və üstəlik məlum siyasi budaqda əyləşib. Adamın əyləşdiyi budağı nəinki kəsməsi, hətta silkələməsi ən yaxşı halda təmsil, karikatura mövzusudur.
Professor arada ədəbiyyatın reseptini də cəmiyyətə çatdırır:
“Bu gün sözü birbaşa demək lazımdır. 1990-cı və 2000-ci illərin ən populyar şairi Zəlimxan Yaqubdur.
Ona görə ki, söz birbaşa deyilir. Zəlimxan Yaqub yaratdığı ədəbiyyatla, dövrünün şairi olmaqla, kifayət qədər populyarlıq qazanmaq etibarı ilə özünü Hüseyn Cavidlə və ya Səməd Vurğunla müqayisə edib. Bu ədəbiyyatın bir sirridir” deyərək ədəbiyyatın “sirr”ini açan Nizami Cəfərovun müəyyən etdiyi kriteriyaları əsas götürsək, onda “konkret bu dəqiqə zövq verə bildiyi” üçün nəinki Zəlimxan Yaqub, hətta Namiq Qaraçuxurlu, Namiq Məna və başqa meyxanaçılar da Nizami, Füzuli, Nəsimi, Səməd Vurğun, Qara Qarayev ilə müqayisədə xeyli qabaqda olacaq. Ancaq bu o demək deyil ki, Nəsiminin, Füzulinin, Cavidin dövrü keçib. Nizami müəllimin akademik yanaşması lap ANS-in SMS-lə dahi müəyyən etməsinə, daha doğrusu, dahilərə divan tutmasına oxşayır. Hansısa telekanalın SMS-lə dahi, yaxud ağsaqqal-ağbirçək, hətta El atası, El anası müəyyən etməsi nə qədər biabırçı olsa da, mövcud reallıqlar şəraitində konyuktura baxımından hardasa başa düşüləndir. Ancaq akademikin ədəbiyyat, elm, təhsil, mədəniyyət və s. kimi ciddi məsələlərə “SMS prizmasından” baxması faciədir.
Bir də axı Nizaminin, Füzulinin, Sabirin dövrü olmur. Guya Nizami, Füzuli, Sabir öz dövründə populyar idi? Nizaminin dövründə guya bütün xalq Nizamini tanıyırdı, onu sevirdi? Amma adına Elita dediyimiz təbəqə Nizamini tanıyırdı və qəbul edirdi. İndi nə etməli ki, bu gün bədbəxtlikdən elitamızın böyük hissəsi meyxananı, Rəqsanəni, Cemanı istəyir. Problem budur.
Nizaminin, Füzulinin, Sabirin missiyası cəmiyyəti əyləndirmək yox, düşündürmək idi. Hər dövrdə olduğu kimi yəqin ki, o dövrün də özünün şair-tamadaları, meyxanaçı-şairləri, Rəqsanələri, Tolikləri və kütləni əyləndirən digər nümayəndələri olub. Sadəcə, yaddan çıxıblar. Bir də cəmiyyətdə primitiv şeylərin tərəfdarları həmişə çox olub.
Ədəbiyyatın “sirr”ini açıb qurtaran Nizami müəllim indi də ədəbiyyatımızın “dərin”liyini ölçərək bu nəticəyə gəlir ki,
“Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Hüseyn Arifin, Nəriman Həsənzadənin kökü ədəbiyyatın dərininə getmir...Səməd Vurğunun yaradıcılığının kökü orta əsrlərdən o tərəfə keçə bilmir”, yəni ədəbiyyatımız elə də dərin deyil, dayazdır.
Son 80-90 ildə yaranan ədəbiyyatımızın “Çadrasız-boyasız qızlarımızdan, Salam gətirmişəm Rəhbərə mən” in misalında nə qədər “milli, türkanə, namuslu-qeyrətli”, “Topumuz-topxanamız olmasa da, namusumuz var” nümunəsində isə nə qədər “dərin, fəlsəfi” olduğunu qabartmağa ehtiyac görmədiyim üçün “dərin-dayaz” məsələsində Nizami müəllimlə mübahisə etmək istəmirəm.
Amma müsahibənin girişində “Biz kifayət qədər güclü ədəbiyyat yaradan xalqıq. Tarixin müxtəlif dövrlərində siyasi müstəqilliyimiz olmasa da(!!), ədəbi təfəkkür müstəqilliyimiz həmişə olub. Özü də bu müstəqillik sadəlövh, primitiv olmayıb, kifayət qədər canlı, döyüşkən, müdrik ideya zənginliyi ilə seçilib. Azərbaycan yazıçısı həmişə ciddi sənət nümayiş etdirir” deyən Nizami müəllimin müsahibənin ortasında ədəbiyyatımızın dayaz olması qənaətinə gəlməsi, ziddiyyətli, məntiqsiz fikirlər söyləməsi başadüşülən deyil. Ümumiyyətlə, müsahibənin ortası əvvəlini, əvvəli axırını, axırı ortasını inkar edir. Bir də adama deyərlər bu “dayaz” ədəbiyyatda necə üzüb dərin alim olmusan.
Axı dayaz ədəbiyyatın dərin tənqidçisi, akademiki necə ola bilər...
O ki qaldı Nizami müəllimin “Səməd Vurğunun yaradıcılığı ilə məşğul olanda, gedib haradasa azacaqsan” deməsinə...müsahibənin əvvəlindən hiss olunur ki, professor ya kompasını itirib, ya da heç əvvəldən olmayıb. Sıravi vətəndaşın kompasını itirməsi qorxulu deyil, ancaq ölkənin tanınmış aliminin, Mədəniyyət komissiyasının sədrinin kompasını itirməsi həqiqətən böyük faciədir.
Nizami müəllim “ən təhkükəli ədəbiyyat” yaradan “Maqsud İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov tipli yazıçıları qəbul etməkdə çətinlik çəkdiyini, onları qəbul edənləri başa düşmədiyini” bildirir,
üstəlik “onları qəbul edənlər özləri belə deyil” söyləyir. Birincisi, bu problem adıçəkilən yazıçıların deyil, Nizami müəllimin “görməmək” problemidir. Əgər kimsə simfonik musiqini, baleti başa düşə, dəyərləndirə bilmirsə, bu bəstəkarın deyil, dinləyicinin, tamaşaçının problemidir. Başa düşmədiyini, dəyərləndirə bilmədiyini etiraf etmək, öyrənmək əvəzinə, inkar etmək, təhlükəli hesab etmək primitiv, arxaik yanaşmadır. “Onları qəbul edənlərin özləri belə deyil” demək isə açıq-aşkar şantajdır. Lap 30-cu illərin bolşevikləri kimi...Məşhur yazıçının Şarikovu kimi...
Nizami müəllim “ön söz problemi” ilə bağlı öz prinsiplərini uzun-uzadı açıqlayır: “ Yaradıcı adamda müəyyən nüfuz yaranandan sonra özünə əminlik o qədər güclü olur ki, bəzən zəif fikri də söyləyə bilir”. Görünür professor “qaldırıldığı” yüksəkliyə hazır deyil. Professorun bura qədər söylədiyi fikirləri bəlkə də “həzm” etmək olardı...
Ancaq ön söz yazdığı kitabların müəllifləri ilə bağlı - “Dəfələrlə xahiş edirlər, üzdən-gözdən salırlar, özləri ön söz yazıb gətirirlər... ” və belə olanda “ kiminsə tapdaladığı və bundan sonra da üzə çıxması mümkün olmayacaq bir zəif yazıçını tərifləyə bilərəm... təki onların könlü xoş olsun ” deməsi, artıq mənəvi böhranla, krizlə, orientirlərin itməsi ilə bağlı məsələ deyil. Heç ədəbiyyat məsələsi də deyil. Bu artıq “insanlıq” məsələsidir. Bu boyda təhqirdən sonra yazıq kitab müəlliflərinin könlü necə xoş ola bilər? Bu nə sayaq əndrəbadi humanistlikdir?
Nizami müəllim yazdığı ön sözlərə bəraət qazandırmaq, həm də o dünyada yerini indidən bərkitmək üçün “Məncə, Allahın bir fağır bəndəsinə kömək etmək o dünyada daha çox qiymətləndiriləcək, nəinki o güclü yazıçılar haqqında yazmaq” deyərək, ... o dünyada da özünə yer axtarır.
Görəsən, nə baş verib, Nizami müəllimə nə olub ki, o, belə baş-ayaq fikirlər söyləyir?
Müsahibənin sonunda “Klassik musiqini, aşıq sənətini, müasir estrada musiqisini sevə-sevə dinlədiyini, Aygün Kazımovanı böyük sənətkar hesab etdiyini, Röyanı, Nadiri və başqalarını yüksək qiymətləndirdiyini” deyən Nizami müəllim axırda “Ədəbiyyatla müqayisədə şou-biznesdəki mövcud vəziyyəti daha yüksək” qiymətləndirir. Əslində bu sonuncu cümlələri oxumadan da Nizami müəllimin “həftəbecər zövqü və düşüncəsi” müsahibə boyu hiss olunur...
Nə yaxşı ki, elitamızın hamısı belə düşünmür.
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 2024 21:00
- Niyə suyu iki dəfə qaynatmaq olmaz? – XƏBƏRDARLIQ
30 dekabr 2024 20:16
- Rus hərbçilər Ermənistan-İran sərhədinini TƏRK ETDİLƏR
30 dekabr 2024 18:51
- Qroznıdakı dispetçer azərbaycanlı imiş - Əli İdrisov istintaqa CƏLB OLUNDU
30 dekabr 2024 18:31
- Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib
30 dekabr 2024 14:40
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 2024 13:31
- Putin yenidən İlham Əliyevə zəng etdi
29 dekabr 2024 19:06
- Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi
29 dekabr 2024 18:08
- Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
29 dekabr 2024 17:05
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 2024 16:37
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 21:00
- Niyə suyu iki dəfə qaynatmaq olmaz? – XƏBƏRDARLIQ
30 dekabr 20:16
- Rus hərbçilər Ermənistan-İran sərhədinini TƏRK ETDİLƏR
30 dekabr 18:51
- Qroznıdakı dispetçer azərbaycanlı imiş - Əli İdrisov istintaqa CƏLB OLUNDU
30 dekabr 18:31
- ŞOK - Köpəkbalığı Avropa Komissiyasının rəsmisini öldürdü
30 dekabr 18:12
- Parasetamol .... – Həyat üçün təhlükəlidir
30 dekabr 17:27
- Təyyarəmizi bu ŞƏXS VURDURUB - qəza ilə bağlı SENSASİON ETİRAF - keçmiş futbolçu…
30 dekabr 16:49
- Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib
30 dekabr 14:40
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 13:31
- Sabah Bakıda atəşfəşanlıq olacaq
30 dekabr 12:43
- TALİBAN qadınlara bunu da qadağan etdi - PƏNCƏRƏDƏN....
30 dekabr 12:09
- Anam yanıma bayrama gəlirdi, onu aeroportda çox gözlədim... - Video
30 dekabr 11:50
- Cimmi Karter öldü: 39-cu əfsanənin sonu
30 dekabr 11:04
- Qazaxıstan qara qutuları Braziliyaya göndərir: Kasım Jomart Kremlə boyun əymədi!
30 dekabr 00:20
- Türkiyə ilə Almaniya arasında -DÖNƏR KABAB- DAVASI
29 dekabr 20:42
- Putin yenidən İlham Əliyevə zəng etdi
29 dekabr 19:06
- Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi
29 dekabr 18:08
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SİYAHI YOXDUR VİDEO
29 dekabr 17:30
- Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
29 dekabr 17:05
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 16:37
- Direktor gecə məktəbdə ölüb- Direktor gecə məktəbdə nə edir ?
29 dekabr 16:22
- Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər
29 dekabr 15:56
- Bayram tətili başlayır: 7 GÜN İŞ OLMAYACAQ
29 dekabr 10:15
- Türkiyəli deputatlar Abdullah Öcalanla görüşdülər
29 dekabr 10:08
- Kadırov canlı yayın açdı, azərbaycanlıları TƏHDİD ETDİ
29 dekabr 09:56
- Narin cinayəti: Anası, qardaşı və əmisi ömürlük həbs cəzasına məhkum edildi
29 dekabr 09:43
- BAP ilin yekun tədbirini keçirdi
28 dekabr 21:44
- Mətbuat Şurasının İdarə Heyətinin 2024-cü ildəki son iclası keçirildi - FOTOLAR
28 dekabr 21:11
- Trampın andiçmə mərasiminə Zurabişvili dəvət olundu
28 dekabr 19:44
- Vergi Xidməti bu şirkətdən 1,4 milyon manata ofis icarəyə götürüb
28 dekabr 19:23