Pulların Ala Bilməyən Sahibkarlar Seçki Öncəsi Prezidentə Müraciət Etdilər
Zakir Fərəcovun borclu qaldığı və milyonlarını hələ də ala bilməyən həmin sahibkarların Prezidentə yazdığı kəskin ittihamlarla dolu adıçəkilən Müraciətin nöqtəsinə-vergülünə toxunmadığımız tam mətni belədir:
“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına
Surəti:
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya
Surəti:
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Surəti:
Azərbaycan Respublikası Baş Prokurorunun müavini — Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Nazim Rəcəbova
ŞİKAYƏT ƏRİZƏSİ
Möhtərəm Prezident!
İş adamı, şirkət rəhbəri olaraq yaxşı işlərimizə görə, məni yaxşı tanıyan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəxsi dəvəti ilə, bu şəxsin qəbulunda çox olmuşam. Çünki, Sumqayıt şəhərinin 4/1 hissəsində həyata keçirilən, əhaliyə böyük ruh yüksəkliyi verən təmir-tikinti, yenidənqurma və abadlıq işlərinin əksəriyyətini rəhbəri olduğum şirkət və firmaların hesabına həyata keçirmişik. Zakir Fərəcovun şəxsi dəvəti ilə baş tutan növbəti görüşlərimizin birində o, mənə Sumqayıt şəhərində Yeni Bulvar Kompleksinin salınmasının zəruriliyini bildirdi. Söhbət əsnasında o, onu da qeyd etdi ki, artıq salınacaq bulvarda işlərin başlanmasının vaxtı çatıb. Sentyabr ayında işlər tamamlanmalı və təhvil verilməlidir. Onun “yuxarıların ciddi tələbidir” deyimi, məndə də, işlərin vaciblərdən vacib anlamını yaratdı. Məhz buna görə də, qarşılıqlı razılığa gəldik və sonra onu da dedi ki, tapşırılan işi deyilən vaxtda, ürəkaçan yüksək səviyyədə, keyfiyyət sarıdan qüsursuz təhvil verilsə onun daha yüksək vəzifəyə təyinatı olmalıdır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, görüş zamanı başçı onu dedi ki, əvvəlcədən 6 nəfər iş adamı ilə bu barədə söhbəti olub, lakin razılıq alınmayıb. Bir sözlə, həmin şəxslər bu işləri boyunlarına götürməyiblər. Buna görə də, şəxsən özü məni arayaraq tapıb ki, belə məsuliyyət tələb edən şərəfli işləri, yüksək səviyyədə görməyə qadir tikinti şirkəti kimi, yalnız mənim rəhbəri olduğum şirkəti tanıyır. Vacibdir ki, bu dar məqamda, onun köməyinə çatım. Bunu ancaq bizim edə biləcəyimiz qənaətinə gəldiyi, həm də şirin vədlərinə uyaraq, başçının xahişini qəbul edib, bu çətin və şərəfli işi boynuma götürdüm. Həm də, ona görə ki, narazı əhalinin rahatlığı üçün, bulvarın yüksək keyfiyyətdə yenidən qurulması tələbini, ölkə başçısı əsas vəzifəsi olaraq, qarşısına qoyaraq, bu barədə öz ciddi tapşırıqlarını verib və özü də, vaxtaşırı görülən işlərlə tanış olmaq üçün Sumqayıta gələcək.
Möhtərəm Prezident!
Bir sözlə, bu çətin işləri icra başçısı Sizə söz verdiyi üçün boynuma götürdüm və xeyli söz-söhbətdən sonra Yeni Bulvar Kompleksini yüksək səviyyədə yarada biləcəyimi ona bildirdim. Zakir Fərəcov söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra, mənə daha geniş coğrafiyada işləmək üçün hər cür şərait yaradacaq. Bu şəxsin şirin vədlərinə və yalan uydurmalarına uyaraq işlərin gedəcəyi əraziyə onunla birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Həm də, Zakir Fərəcov şəhərin Bakı — Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını mənə tapşırdı və həmçinin bu barədə də razılığa gəldik. Bundan sonra, yəni mart ayının 10-da 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızın gücləri hesabına işə başladım. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyim kimi yüksək ruhverici səviyyədə, tam olaraq təhvil verdim. Di gəl ki, gördüyümüz işlərin dəyəri — halal pullarımız bu günədək rəhbəri olduğum MMC-nin hesabına tam olaraq ödənilməyib.
Onu da qeyd etmək istəyirəm ki, Yeni Bulvar Kompleksində həyata keçirilən möhtəşəm və qürurverici işlər başa çatdırıldıqdan sonra, Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S. Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdıraraq təhvil verildi. Öhdəmizə götürdüyümüz işləri tam şəkildə başa çatdırıb təhvil verməyimizə baxmayaraq, başçının borclu qaldığı 2.900.000 manat pul vəsaiti bu gün də ödənilməyib. Dəfələrlə ŞİH-nin başçısına mənimlə bərabər, icra başçı tərəfindən incidilən digər iş adamları tərəfindən də şikayət ərizələri çatdırsaq da, son anda heç bir nəticə əldə edə bilməmişik.
Faktdır ki, ölkəmizin üçüncü böyük şəhəri — Sumqayıtın taleyi imzaladığınız Sərəncam əsasında Zakir Fərəcova etibar olunub. Heç cür inana bilməzdik ki, Zakir Fərəcov bu qədər etibarsızlıqlıq edəcək və o, görülən işlərə görə nəzərdə tutulan milyonlarla dövlət vəsaitlərini müxtəlif adlar adı altında mənimsəyəcək, eyni zamanda yüksək məsuliyyət tələb edən işləri görən şəxslərə olmazın əziyyətlər verib, onların halal pullarını verməyəcək. Onu da bildirim ki, Zakir Fərəcovun yalanlarına inandıq və təmir-tikinti, abadlıq və yenidənqurma işlərinə lazım olan əksər avadanlıqları, tikinti materiallarını tanıdığım, mənə yüksək etibarları olan iş adamlarına sifariş etmişdim. Məhz, həmin şəxslərin dəstəyi ilə əksər lazımi qiymətli malları borca aldıq və tapşırılan işləri yüksək səviyyədə yerinə yetirdik.
Qeyd edim ki, işlərin gedişi zamanı əvvəlcədən tələb olunan pullar şəhərin Baş memarı Adil Xudadatov tərəfindən bizə nəğd şəklində ödənilirdi. Bu şəxslə aramızda əmələ gələn münasibət nəticəsində məlum oldu ki, bizə verilən pullar şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən iş adamlarından, müxtəlif qurum və təşkilatlardan yığılır. Material almağa görə pul lazım olduğunu bildirdikdə, bu şəxs “Hələ pul yığılmayıb, yığılan kimi sizə çatdıracağıq” deyirdi. İşlər dayanmasın deyə, tikinti materiallarını yaxın tanışlarımdan nisyə almağa məcbur olurdum. Kompleksin tikintisində çalışanların zəhmət haqlarının gecikdirilməsi səbəbindən də, tələb olunan xərcləri yaxşı münasibətdə olduğum imkanlı dost-tanışlarımdan borca aldığım pullar hesabına ödəyirdim. Çünki, təkcə Zakir Fərəcov deyil, Adil Xudadatov da, işlərin dayandırılmamasını məndən xahiş edirdi. Bu şəxslər yaxın müddət ərzində pulların tam ödəniləcəyinə, hətta işlərin vaxtında təhvil verilməsi üçün hədsiz yalvar-yaxarlı vədlər də verirdilər. Bu şəxslərin utancverici əməlləri və bağışlanılmaz günahları ucbatından göz önündə baş verənlərə baxmayaraq, tapşırılan işləri imkanım daxilində yüksək keyfiyyətlə yerinə yetirdik. Onu da qeyd edim ki, ayrı-ayrı şəxslərdən nisyə götürdüyüm təmir-tikinti materiallarının dəyərini hələ də tam şəkildə ödəməmişəm.
Möhtərəm Prezident!
Sumqayıtda Yeni Bulvar Kompleksinin açılışı zamanı Siz görülən işlərdən və işlərin keyfiyyətlə yerinə yetirilməsindən olduqca razı olduğunuzu bildirdiniz və onu da vurğuladınız ki, “Bu qədər işlərin tez bir zamanda belə bir səviyyədə həyata keçirilməsi əsl möcüzədir”. Sizin fikirlərinizə rəğmən bir daha demək istəyirəm ki, həmin möcüzəni yaradan rəhbəri olduğum MMC-dir. Çox təəssüflər olsun ki, gördüyümüz belə bir möcüzəli işlərin dəyərini ötən 6 il ərzində başçıdan ala bilmirəm. Adil Xudadatovdan başqa, icra başçının digər yaxını hesab olunan Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev də, kompleksin salınmasına görə büdcədən bir manat da olsa pul vəsaitinin ayrılmadığını deyirdi. Guya ki, icra başçısı bütün işləri özünün göstəriş və tələbi ilə yığılan pulların hesabına həyata keçirib. Buna görə də, icra başçısı görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq etdirməklə, ona bağışlamağımızı tələb edir. Yüksək məbləğin yerdə qalan hissəsinin əvəzində icra başçısı bizə torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər verməyi təklif edir. Bu təklif bizi qane etməsə də, məcbur olub razılaşdıq, sonradan həmin təkliflər elə söz olaraq da qaldı. Əvvəllər olduğu kimi, bu gün də Zakir Fərəcov ödəniş etmək istəmir və bizə hədə-qorxu gəlir, bizi həbs etdirməklə də hədələyir. Hətta, bu şəxs haqqını tələb edən bir necə şikayətçini günlərlə polis orqanlarında qeyri-qanuni saxlatdırıb.
Bildirmək istəyirəm ki, icra başçısı görüşlərimizin birində “yuxarıdan 6.000.000 manat xərc tələb edən bir məktəb binasının və bir uşaq bağçasının öz vəsaitlərimiz hesabına tikilməsi tapşığı verilib. Belə bir məbləğdə vəsaiti tapa bilmik və buna görə də sizə olan borcu ödəmək imkanımız yoxdur” dedi. Artıq, Zakir Fərəcovun bu cür uydurma və yalanlarından bezmişik. Axı, biz də bilirik ki, Yeni Bulvar Kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün büdcədən lazımi məbləğdə vəsait ayrılmışdır. Həmin pullar hara xərcləndi, bu hələ də bizə məlum deyil. Az da olsa bizə verilən pullar Baş memar Adil Xudadatovun ayrı-ayrı iş adamlarından və müxtəlif təşkilatlardan yığdığı pullar olub. Hal-hazırda bu şəxs də bizə ödəniş etməkdən yayınır və verdikləri sözlərə əməl etmir, bizi görəndə gizlənir, ya da ki, qaçıb aradan çıxır.
Qeyd edim ki, Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin hamısı rəhbəri olduğum MMC tərəfindən həyata keçirilib. Əldə etdiyim sübutlara və dəqiq məlumatlara görə, icra başçısı daha bir saxtakarlığa imza atıb. Yəni, həyata keçirdiyimiz işlərin başa çatdırıldığı ərəfədə ŞİH başçısının göstərişi əsasında gördüyümüz işlərin hamısı başqa müəsissələrin adlarına sənədləşdirilir. Əslində, gördüyümüz işlərə görə ayrılan pullar mənimsənilib və bağışlanması mümkünsüz hesab olunan cinayət hadisəsi baş verib. Hətta neçə ildir ki, borcu ödəməmək üçün üstümüzə başçı tərəfindən emissarlar da göndərilir. Bəzən həmin şəxslərlə danışıqlarımızın mövzusu başçı tərəfindən ifadə olunan hədələrdən ibarət olur. Bəzən də, onlar bizə bir qədər də gözləməyimizi məsləhət görürlər. Səbəb də, icra başçısının borcu ödəmək üçün lmkanının olmaması ilə yozurlar. Başçı ilə aramızda baş tutan danışıqlar, bir növ ATƏT-in Minsk Qrupunun danışıqlarını xatırladır. Yəni, boş və mənasız vədlərdən başqa bir şey olmur. Axı, nə qədər araçılarla (emissarlarla) görüşmək, nə qədər danışmaq olar?! Əslində başçının borcu ödəmək üçün pulunun olmaması gülüş doğurur. Kiminsə imkanlarını, obyektlərini sadalamaq istəmirik, sadəcə olaraq onu bildirmək istəyirik ki, əgər başçının pulu yoxdursa, bəs onda Sumqayıt stansiyasında şəxsi ferma kompleksini hansı vəsaitlə tikdirib? Necə olur ki, icra başçısı ferma tikdirməyə pul tapır, ancaq gördürdüyü işlərin zəhmət haqqını ödəməyə imkanı olmur?! Hər kəs hər şeyi yaxşı görür və yaxşı bilir. Ortada olan və hər kəsə bəlli olan həqiqətlərin gizlədilməsi, əslində dəvəquşunun gizlənməsinə bənzəyir. Necə deyərlər, “Görünən dağa bələdçi lazım deyil!”. Bir sözlə, alacağımız pullar yüzlərlə fəhlənin alın təri hesabına qazandıqlarıdır, iş adamlarının əzab-əziyyətlə ərsəyə gətirdikləri və satdıqları tikinti materiallarının pullarıdır. Qeyd edək ki, bizim borclu olduğumuz iş adamları da borc içində batırlar. Bu qədər insanı belə zillətə salmağa nə ad vermək olar?! İndiyə kimi çoxsaylı şikayətlərimizi yazmışıq, heç bir əhəmiyyəti və nəticəsi olmayıb. Buna baxmayaraq, o halın varlığına inanıram ki, hansısa səlahiyyət sahibi bu ədalətsizliyə dözməyəcək və bu qalmaqala bir nöqtə qoyacaq.
Onu da qeyd edək ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra, borclu olduğu iş adamlarını iş otağına dəvət etmiş və 50.000 manat pul verib onları həbs etdirəcəyi ilə hədələmişdir. Həmin görüşdə harınlamış icra başçısı iş adamlarına demişdir: “Siz Administrasiyaya şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edirib atıram”. Zakir Fərəcov bizə xəbər göndərir ki, “Şikayət yazdığınız yuxarı orqanlar bizi çox sıxır, onlarla münasibətlərimiz sizin ərizələrinizə görə tamamilə korlanıb. Ona görə də komissiyanın iştirakı ilə siz borcun ödənilməsi barədə notarial qaydada ərizə yazın və həmin ərizəni mənə verin ki, onu yuxarı orqanlara göndərə bilim. Ərizəni yazdığınız halda borcları hissə-hissə ödəyəcəm”. Bu dəfə də onun sözlərinə inanıb tələyə düşdük. O, bizdən istədiyi ərizəni alsa da, yenə də borcları bu ödənilməmiş qaldı. Bizə məlumdur ki, Zakir Fərəcov ərizələrimizdən istifadə edib hər kəsi inandırır ki, “Sahibkarların borcları tamamilə ödənmişdir. Lakin bunların hamısı yalandır. Əgər bizə olan borclar ödənilmişdirsə, niyə biz bu gün də alacağımız pulların ödənilməsini tələb edirik. Həmin vaxtlarda Zakir Fərəcov qarşımıza şərt qoydu ki, “Ərizə verməsəniz o halda borcunuz ödənilməyəcək. Siz ərizəni yazıb verin ki, borcunuzu ödəyək”. Yəni, biz borcların ödənilməsinə görə çıxılmaz vəziyyətdə qalıb ərizə yazmağa məcbur olduq. Çünki, icra başçısı Zakir Fərəcov bizə ayrı seçim etmək imkanı verməmişdi. Bu şəxs bizi necə aldatdısa, bu gün də ayrı-ayrı təşkilatları həmin ərizələrlə aldatmağa çalışır. Nəzərə almaq lazımdır ki, biz çarəsiz qaldığımızdan alacağımız pullara görə ərizələr yazmışıq. Amma, hələ də pullarımız ödənilməyib.
Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yenidənqurma işlərində iştirak etmiş İsayev İslam, Ələkbərov İskəndər, Qacarov Vilayət, İsayev İsrail, Məmmədov İbrahim, Süleymanov Azad, Seyidov Taleh, Məmmədov İlham, Mənsurov Cinğiz, Şəmiyev Ağamməd, Abbaszadə Pərviz, Abbaszadə Vüqar, Cəfərov Şahin, Məmmədov Mir İbrahim, Kərimov Vəli, Quliyev Məzahir, Əhmədov Həbib, Həsənov Şirin, Ağakişiyev Yaşar, Allahverdiyev Aydın, Qarayev Elçin, Paşayev Ramil, Məlikov Anar, Orucov Abbas, Cəfərov Abdulla, Cəfərov İlqar, Həsənli Anar, Qurbanov Tofiq, Aslanov Novruz, Ələkbərov İskəndər, Əkbərov Kamran və Quliyev Məzahir alacaqları pulların ödənilməsini tələb etsələr də, hələ də ödəmələr həyata keçirilmir və bu yöndə heç bir addım da atılmır. Bütün bunları əsas tutaraq yazıb Sizdən artıq dərəcədə xahiş edirik ki, gördüyümüz işlərin dəyərinin tez bir zamanda ödənilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıq və göstərişlərinizi verəsiniz! Öncədən Sizə öz minnətdarlığımızı bildiririk.
Xəbəral.az
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- Azərbaycanda İPƏKÇİLİK BATIR - Barama isstehsalı 641 tondan 174 tona düşüb
8 dekabr 2024 14:27
- SON DƏQİQƏ: Əsəd xalqa müraciət edəcək: Dəməşqdə vəziyyət KƏSKİNLƏŞİR
7 dekabr 2024 23:47
- Azercell jurnalistlər üçün -Media Texnologiyaları: yeniliklər və trendlər- adlı təlim təşkil etdi
7 dekabr 2024 15:47
- MAFİYA ilə əlbir olan RAHİBƏ tutuldu
6 dekabr 2024 09:30
- Mərkəzi Bank sədrinə yeni təyin olunan müavinlər kimlərdir? - DOSYE
5 dekabr 2024 22:19
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 11:41
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 20:50
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 19:15
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 18:49
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 18:17
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 11:11