Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gedib.
Musavat.com xəbər verir ki, Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşıladılar.