Əsabil Qasımovun qardaşı oğlu Nəsimi sakinlərinin hüquqlarını pozur
“İnvest M. Construction” MMC tikinti şirkəti Nəsimi rayonu, Mirqasımov 4 ünvanda yaşayan yüzlərlə sakinin mülkiyyət hüququnu pozur...
Azərbaycanda vətəndaşları dövlətdən narazı salan, onların qanuni hüquqlarını pozan birinci qurum Mənzil-Tikinti Kooperativləri, tikinti şirkətləridir.
Təsəvvür edirsiniz, bu tikinti şirkətləri təhdid, hədə-qorxu, müxtəlif təzyiqlər yolu ilə sakinləri on illərlə yaşadıqları, mülkiyyət hüququ olan mənzillərindən çıxarıb yerində hündür mərtəbəli binalar tikib milyonlar qazanmaq istəyirlər. Amma sakinlərin halal pullarını vermək istəmirlər, loru dildə desək “ucuz qiymətə alıb baha qiymətə satmaq” istəyirlər. Bu isə mənzil sahiblərinə sərf etmir.Yəni mənzil sahibləri öz mənzilləri üçün real bazar qiymətinə uyğun məbləğ, güzəşt tələb edirlər.
Belə olan halda tikinti şirkətinin rəhbərləri başqa yollara əl atırlar. Ərazidə yaşayan sakinlərin mənzillərinə gələn suyu, işığı, qazı, kommunikasiya xətlərini kəsərək sakinləri zorla köçürmək istəyirlər.
Hətta tikinti şirkətləri bilərəkdən, qəsdən sakinlərin mənzillərində qəzalı vəziyyət yaradaraq onların həyatını təhlükəyə atırlar.
Biz NUH.az olaraq tikinti şirkətləri, MTK-larla bağlı Rusiya Federasiyasının qanunlarını araşdırlmalı olduq. Deməli, qonşu dövlətdə tikinti şirkəti binanın tikintisini başa çatdırmadan, dövlət qurumları ilə təhvil-təslim etmədən bircə mənzil də sata bilməz. Azərbaycanda isə binanın bünövrəsi, fundamenti qazılan kimi mənzilləri satmağa başlayırlar, özü də 1 mənzili 4-5 nəfərə. Bu gün belə hallarla bağlı məhkəmələrdə, hüquq-mühafizə orqanlarında yüzlərlə iş var. Amma təəssüf ki, sakinlərin dövlət qurumlarına müraciətləri nəticəsiz qalır.
Bütün bunlar azmış kimi, tikinti şirkətləri ərazini poliqona çevirir, yaşıllıqları məhv edir, nadir ağacları kəsirlər.
Bu barədə Ulu Öndər Heydər Əliyev müşavirədə demişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsir. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”
Sözün qısası, tikinti şirkətləri təksə sakinlər üçün deyil, təbiətimiz, ekologiyamız üçün də ciddi problemlər yaradırlar.
Məlumat üçün qeyd edək ki, paytaxt Bakının bütün rayonlarında tikinti problemi var, amma Nəsimi, Yasamal, Nərimanov rayonlarında problem son həddə çatıb.
Hazırda Nəsimi rayonunda sakinlər arasında ciddi narazılıq yaradan “İnvest M. Construction” MMC tikinti şirkətidir.
Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər mülkiyyət hüquqlarının pozulmasından məhkəməyə şikayət edib. Vətəndaşlar deyir ki, şirkət onların razılığı olmadan mənzillərinin boşaldılması tələb edilir.
Tikinti şirkəti əksər sakinlərlə razılaşmadan, onlarla müqavilə bağlamadan, kompensasiya ödəmədən, yalnız quru vədlər verməklə Mirqasımov küçəsindəki binanı sökməyə çalışır. Ancaq bunun qanunsuz olmasını məhkəmə də təsdiq edib və “İnvest M. Construction” MMC-yə burada hər hansı söküntü, köçürülmə, kommunikasiya xətlərinin sökülməsi işlərinin aparılmasını qadağan edib.
Sakinlər onların razılıqları olmadan, kompensasiya almadan və qanunsuz şəkildə mənzillərindən çıxarılmaları cəhdinə etiraz edərək, Bakı İnzibati Məhkəməsinə müraciət ediblər. “İnvest M. Constrution” nizamnamə kapitalı cəmi 100 manat olan, xidmət MMC kimi tanınan bir şirkətdir. Vətəndaşlar əmin deyil ki, MMC başladığı layihəni icra edib sona çatdıra biləcək. Çünki bu ətrafda 500-dən çox sakin var, onların hamısını evlə, kompensasiya ilə təmin edə bilmək bir şirkətin həll edə biləcəyi iş deyil. Habelə bu, dövlətin pilot layihəsi olmadığı üçün sakinlər işin yekunlaşdırıla bilməsinə inanmırlar. Məsələn, Mirqasımov 4 ünvandakı binada 170 mənzil var.
Şirkətin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilə var. Şirkət sadəcə yuxarıda qeyd edilən ərazilərdə - 1,55 hektar ərazidə tikinti aparmağa razılıq alıb. Mirqasımovda yaşayan sakinlər isə deyir ki, MMC sakinlərdə xof yaratmaq üçün ərazidə bir neçə yaşayış olmayan mənzilin sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə həmin evlərin qapı-pəncərələrini söküb. Bununla sakinlərdə belə fikir formalaşdırmaq istəyiblər ki, guya artıq hər yerdən razılıqları var, sakinlər çıxmasa, binadan zorla çıxarılacaqlar. Ancaq məhkəmə 9 iyul 2021-ci il tarixdə şirkətə yasaq qoyub, sakinlərlə razılaşma olmadan söküntünü aparılmasını qadağan edib.
Məhkəmənin qərardadında yazılır: “Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə QADAĞAN EDİLSİN.
Hətta məhkəmənin qərardadı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020-ci il tarixli sərəncamının icrası həmin hissədə DAYANDIRILIB.
Mirqasımov 4 ünvanda yaşayan narazı sakinlərin dediyinə görə, “İnvest M. Construction” MMC-nin icraçı direktorlarə Mahir Mirzoyev və Şahin Qasımovdur. Və sakinlərlə danışığşı şirkət adından bu iki şəxs aparır.
Yəqin ki, Şahin Qasımovun kimliyi bəlli oldu. O, məşhur biznesmen, sabiq deputat Əsabil Qasımovun qardaşı oğludur.
Yeri gəlmişkən, Bakının tikintti sarıdan ən problemli rayonları olan olan Nəsimi, Nərimanov, Yasamal rayonlarında tikintiyə Əsabil Qasımovun qardaşı oğlanları nəzarət edir.
Nəsimidə Şahin Qasımov, Yasamalda Elvin Qasımov ( “Bizim Ev” MTK), Nərimanovda başqa bir qardaşı oğlu….
Fikir verdinizmi, Qasımovlar az qala Bakını zəbt edib.
Bizim bir media olaraq Qasımovlarla şəxsi problemimiz yoxdur. Ancaq yüzlərlə, minlərlə vətəndaşa problem yaradaraq onları dövlətdən narazı salmaq yolverilməzdir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, 2015-ci ildən RİH-nin başçısı olan Asif Əsgərov Nəsimi rayonunda baş verən bu qanunsuzlqulara susmaqda davam edir. Bu təsadüfi deyil. Təkcə bir faktı qeyd edək.
Millət vəkili, vitse-spiker Adil Əliyev bir müddət əvvəl demişdir ki, icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?
Bəli, bu tikinti şirkətləri icra hakimiyyətləri tərəfindən dəstək almasalar, sakinləri bu dərəcədə narazı sala bilməzlər.
İndi özünüz fikirləşin BİR QAPI açdırmağın qiyməti 30 min manatdırsa, görün bina tikdirməyin qiyməti neçə milyondur..?
Yuxarıda qeyd etdiyimiz kimi sakinlər binanın həyətində xeyli ağacın kəsildiyini deyirlər.
“İnvest M. Construction” MMC-nin nümayəndəsi isssə mətbuata açıqlamasında deyir ki, sakinlər yalan deyir, orada bir ağacın budağına belə toxunulmayıb.
Yaxşı, əgər bir ağacın budağına toxunulmayıbsa, 13 sentyabr 2023-cü il tarixdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunur ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi rayonunda ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Sözün qısası, Nəsimi rayonu, Mirqasımov 4 ünvanda yaşayan sakinlər ölkə rəhbərliyinə müraciət edərək “İnvest M. Construction” MMC-nin qanusuz əməllərinə son qoyulmasını tələb edirlər.
Mövzunu gündəmdə saxlayacağıq.
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 2024 16:00
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 2024 21:54
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 2024 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 2024 12:59
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 2024 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41
- Prezidentin doğum günüdür
24 dekabr 00:08