Tarix və elm dünyasının iki aparıcı adı olan Prof. Dr. İlber Ortaylı və Prof. Dr. Celal Şengör unudulmaz tədbirdə bir araya gəlir!
Tribunainfo.az xəbər verir ki, bu görüşün qonaqları ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvü, Professor Mehmed Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasının ikinci türk professoru Dr. Ali Mehmet Celal Şengör, və türk tarixçi, akademik və yazıçı, dünyaca məşhur Prinston Universiteti, Oksford Universiteti, Kembric Universiteti, həmçinin, Vyana Universitetinin Professoru Dr. İlber Ortaylı olacaq. Bu möhtəşəm görüşdə tarixin və elmin dərinliklərinə qədəm qoyan bu iki böyük ziyalı sizi təsirli bir macəraya dəvət edir.
Tədbir zamanı 4 modul üzərində danışıqlar olacaq:
1. Dünyada mövcud Beyin köçü.
2. Dünyada mövcud 270 münaqişə ocağı, 250 Yaxın Şərqdə.
3. Nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq Layihəsi.
4. Texnologiyanın inkişafı və bu inkişafın gələcək nəsilə təsiri.
Kimlər iştirak edə bilər:
– HR Mütəxəssislər;
– Rəhbər şəxslər;
– Biznes və fərdi sahibkarlar;
– Tələbələr;
– İştirak etmək istəyən hər kəs.
Bu tədbirdə siz tarix və elmin dərinliyini və zənginliyini daha yaxşı dərk etmək üçün bu iki böyük mütəfəkkirin geniş bilik və təcrübəsindən bəhrələnmək imkanınız olacaq. Bu unudulmaz görüşü qaçırmayın, tarixin və elmin füsunkar səyahətinə qoşulmaq üçün biletlərinizi bu gün əldə edin!
26 Noyabr Bakı Konqres Mərkəzində keçilirələcək 2 dahi alimlərin görüşünü qaçırmayın !
Biletləri şəhər kassalarında və ya www.iticket.az saytından “ADM40” promokodunu istifadə etməklə 40% endirim ilə əldə edə bilərsiniz.