Kreml “qoca”larının istifadə etdiyi Tibet möcüzəsi – “Cavanlıq cövhəri” Kosıgin üçün düşərli olmayıb...
Mövcud olduğu 70 il ərzində SSRİ-də baş nazir vəzifəsini (SSRİ Xalq Komissarları Sovetinin sədri, SSRİ Nazirlər Sovetinin sədri) 11 nəfər daşıyıb: Vladimir İliç Lenin, Aleksey Rıkov, Vyaçeslav Molotov, İosif Stalin, Georgi Malenkov, Nikolay Bulqanin, Nikita Xruşov, Aleksey Kosıgin, Nikolay Tixonov, Nikolay Rıjkov və Valentin Pavlov.
Mixail Smirtyukov yeganə dövlət məmurudur ki, Lenindən başqa qalan 10 baş nazirlə işləmək ona qismət olub. O, Nazirlər Sovetində işə 1930-cu ildə qəbul olunub və nə az, nə çox, düz 60 il bu qurumda işləyib. 1964-1989-cu illərdə isə Smirtyukov SSRİ Nazirlər Sovetinin İşlər İdarəsinə rəhbərlik edib. Siyasi Büro üzvlərini çıxmaq şərtilə Mixail Smirtyukov yeganə məmur olub ki, Kremlin qəbul edəcəyi ən vacib qərarlar onunla razılaşdırılıb. Əslində vəzifə ranqına görə o, Nazirlər Sovetində maliyyə, təminat, təchizat və bu kimi məsələlərə cavabdehlik daşıyıb. Müasirlərinin söylədiklərinə görə, Kreml birincilərinin onunla hesablaşmasının səbəbi Smirtyukovun son dərəcə savadlı, düzgün qərar qəbul etmək və proqnoz vermək bacarığı olub.
60 illik fəaliyyətində Mixail Smirtyukov çox hadisələrin şahidi olub və həmin hadisələr haqqında zaman-zaman mətbuata danışıb. Ümumiyyətlə, mətbuata həmişə açıq olan Smirtyukovun müsahibələri böyük maraqla qarşılanıb.
SSRİ-nin süqutundan sonra onun maraqlı açıqlamalarından biri isə Kreml birincilərinin sağlamlıqları ilə bağlı olub:
“1970-1980-ci illərdə Kreml məmurları siyasi fəallıqları ilə yanaşı, həm də uzunömürlü olmaları ilə diqqət çəkirdilər. Hətta xalq arasında Siyasi Büronun üzvlərini “Kreml qocaları” da adlandırırdılar. Bəli, siyasilər gərgin işləməklə yanaşı, həm də sağlamlıqlarının qeydinə qalmağa vaxt tapırdılar. Mütəmadi olaraq müayinələrdən keçirdilər, təyin edilmiş müalicələrə ciddi riayət edirdilər. Amma bunlarla yanaşı, siyasilər xalq təbabətinə də üstünlük verirdilər. Düzdür, onlar bu haqda açıq-aşkar danışmırdılar, elə zənn edirdilər ki, xalq təbabətindən istifadə sovet səhiyyəsinin uğurlarına kölgə salmaqdır. Mən dəfələrlə belə hadisələrin şahidi olmuşam.
1975-ci ildə Nazirlər Sovetinin sədri Aleksey Kosıginin kabinetində illik hesabatla bağlı məruzə hazırlayırdıq. Kabinetdə ikimizdən başqa heç kim yox idi. Çox keçməmiş Kosıginin birinci müavini Kiril Mazurov köməkçinin icazəsindən sonra içəri keçdi. Kosıgin ona əyləşmək üçün yer göstərdi. Mazurov tələsdiyini bildirərək əlindəki kağızı ona uzatdı:
- Aleksey Nikolayeviç, dünən sizə danışdığım resepti gətirmişəm.
Kosıgin kağıza ötəri nəzər yetirdikdən sonra soruşdu:
- Bu cövhəri hər il qəbul etmək olmaz?
- Yox, yalnız 5 ildən bir.
- Hə, demək hələ 5 il də yaşamaq lazımdır.
- 5 il nədir, bu, uzunömürlülük cövhəridir.
Həmin vaxt Kosıginin 71 yaşı var idi...”
Maraqlıdır, Mazurov Kosıginə hansı cövhərin reseptini gətirib, kreml məmurları öz ömürlərini hansı yolla uzatmaq istəyiblər?
Həmin cövhər “Cavanlıq cövhəri” adlanır. Tibet loğmanlarının hazırladıqları bu cövhər illərin sınağından çıxaraq qədim dövrlərdən elə bu günlərə qədər də dəyərli, orqanizmə ən faydalı və onu cavanlaşdıran bir cövhər kimi məşhurluğunu saxlamaqdadır. Hazırda dünyanın bir çox ölkələrində bu cövhər maraqla qarşılanır və hazırlanaraq istifadə olunur.
Cövhəri hazırlamaq üçün 350 qram sarımsağın şirəsi çıxarılır, üzərinə 30-50 qram zeytun yağı əlavə edilir və 300 qram təmiz spirtlə qarışdırılır. Alınmış kütlə ağzı kip bağlanmış şüşə qabda qaranlıq və sərin yerdə 10 gün saxlanılır. 10 gündən sonra tənzifdən süzülür və yenidən 3 gün eyni şəraitdə saxlanılır. Artıq 3 gündən sonra “Cavanlıq cövhəri” istifadəyə hazır olur.
Cövhərdən istifadə aşağıdakı cədvəldə göstərildiyi kimi ciddi rejimlə qəbul olunmalıdır. Hər günə uyğun göstərilən damcılar 50 qram soyuq südə əlavə olunaraq içilməlidir.
GÜNLƏR SƏHƏR GÜNORTA AXŞAM
1-ci gün 1 damcı 2 damcı 3 damcı
2-ci gün 4 damcı 5 damcı 6 damcı
3-cü gün 7 damcı 8 damcı 9 damcı
4-cü gün 10 damcı 11 damcı 12 damcı
5-ci gün 13 damcı 14 damcı 15 damcı
6-cı gün 15 damcı 14 damcı 13 damcı
7-ci gün 12 damcı 11 damcı 10 damcı
8-ci gün 9 damcı 8 damcı 7 damcı
9-cu gün 6 damcı 5 damcı 4 damcı
10-cu gün 3 damcı 2 damcı 1 damcı
10 gündən sonra yerdə qalan cövhər hər gün 3 dəfə 25 damcı, yenə də 50 qram südə əlavə olunmaqla qəbul edilir. Bu cavanlıq cövhərinin təkrar qəbulunu növbəti dəfə yalnız 5 ildən sonra etmək olar.
“Cavanlıq cövhəri” illərin sınağından keçsə də, Kosıginə onu 5 ildən sonra ikinci dəfə qəbul etmək qismət olmayıb. Baş nazir 1980-ci ildə vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 2024 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 2024 11:20
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 2024 22:51
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 2024 12:12
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 2024 22:04
- Məktəblərdə payız tətilindən sonra dərslər başladı
25 noyabr 11:26
- İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım etdi
25 noyabr 11:04
- Günün mübarək, KƏLBƏCƏR
25 noyabr 10:40
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24