Azərbaycan BU ÖLKƏDƏN dron almalıdır, İsraildən isə... - ŞOK DETALLAR
Maraqlı22 noyabr 2023 18:15
Bugünlərdə “The Wall Street Journal” “Chinese, American-It Doesn’t Matter. Israel Wants Inexpensive Drones” (Çinin, Amerikanın olmasının fərqi yoxdur. İsrail ucuz dronlar istəyir) adlı məqalədə deyilirdi ki, oktyabrın 7-də HƏMAS-ın ölümcül hücuma başlamasından bir neçə saat sonra İsraildən ABŞ tədarükçülərinə sifariş daxil oldu: mümkün qədər tez və mümkün qədər çox dron göndərin. Təsəvvür edirsizmi? Dünyaya dron satan ölkənin özünün drona ehtiyacı varmış. Biz Azərbaycan olaraq İsraildən dron alırıq. Bunlar da Amerikaya üz tutur ki, tez eləyin və çox sayda dron göndərin. Burada incə bir məqam var. Söhbət kommersiya məqsədi ilə istehsal olunmuş dronlardan gedir. İsrailin isə istehsal etdiyi hərbi dronlardır. Bəs kommersiya məqsədi ilə istehsal olunmuş dronlar İsrailin nəyinə lazım idi? Bəllidir ki, hücumun ilk saatlarında HƏMAS yüzlərlə mülki şəxsi girov götürüb. Girovların axtarışında, kəşfiyyat məlumatlarının toplanmasında və kəndlərin mühafizəsində hərbi dronlardan qat-qat ucuz olan kommersiya dronlarına ciddi ehtiyac yaranmışdı. Məqalənin müəllifi Heather Somerville yazır ki, müharibə zamanı dronun ABŞ və ya Çinə məxsus olmasının elə bir önəmi yoxdur. Önəmli olan odur ki, yaranan ehtiyac ödənilsin. Amerika qısa zaman kəsiyində İsrailə minlərlə dron çatdırdı. Onların arasında həm Amerika dronları, həm də Çindən alınmış dronlar vardı. “The Wall Street Journal” yazır ki, bir qayda olaraq Çin dronları Amerika dronlarından 5 dəfə ucuz olur. Hazırda ucuz dronlar almağa üstünlük verirlər. Təbii ki, ucuz dronlara ehtiyac getdikcə artır. Təsadüfi deyil ki, Amerikanın İsrailə göndərdiyi kommersiya dronlarının 90 faizi Çinə məxsusdur.
O da bəllidir ki, II Qarabağ müharibəsi zamanı dronlardan istifadə edən Azərbaycan Ermənistan üzərində ciddi üstünlüklər əldə etdi. Bunun fərqində olan Ermənistan kustar üsulla hazırlanmış dronlardan Azərbaycana qarşı yararlanmağa çalışdı. Qarabağda keçirilmiş antiterror tədbirlərindən sonra aşkar edilmiş videogörüntülərdən aydın olur ki, ermənilər kustar üsulla dronlar istehsal etməklə Azərbaycanın önəmli obyektlərinə zərbə endirməyə çalışırmışlar. Heç şübhəsiz ki, antiterror tədbirləri sonraya saxlanılsaydı, ermənilər Qarabağda kustar üsulla dron istehsalına başlaya bilərdilər... Bir vaxtlar kinorejissorların alət kimi yararlandığı və həvəskarlar üçün oyuncaq kimi cəlbedici olan ucuz dronlar hərbi məqsədlər üçün də yararlı ola bilər. Belə ki, gərəkən ərazinin topoqrafiyası, düşmən mövqelərinin aşkarlanması, düşmənin hərəkət trayektoriyasını müşahidə etmək kimi tapşırıqları dronlar vasitəsi ilə asanlıqla həyata keçirmək olar. Ən maraqlısı odur ki, dünyanın bir çox böyük orduları yeni növ müharibənin reallığı olan dronlarla zəif təchiz olunublar. İsrailin tələsik dron axtarışına çıxması bir daha göstərir ki, hətta dünyanın ən mükəmməl ordularından birinə sahib İsrail dronların azlığından əziyyət çəkir. Ən müasir dronlar istehsal edən bir ölkə belə ucuz dronlara ehtiyac duyur. Mütəxəssislərin fikrincə, HƏMAS İsrailə hücum etmək üçün kommersiya dronlarından geniş istifadə etdi, lakin İsrailin hərbi gücünə baxmayaraq, cavab vermək üçün kifayət qədər kommersiya dronları olmadı. “Gələcək müharibələrin hamısında dron əsas komponent rolunu oynayacaq. Gələcək müharibələr mahiyyətcə dron müharibələri kimi də təfsir edilə bilər”. Dron müharibəsi üzrə ekspert və inkişaf etməkdə olan texnologiya və milli təhlükəsizliklə bağlı tövsiyələr verən “Cornell Brooks School Tech Policy Institute”un icraçı direktoru James Patton Rogers belə deyir. Hərb sənəti yeni bir dönəmə - dron erasına qədəm qoyub. 2020-ci ildə Türkiyə Suriyadakı qüvvələrə qarşı böyük, koordinasiyalı mübarizədə drondan istifadə edən ilk ölkə oldu. Dronlardan düşmən mövqelərinə hücum etmək, quru qoşunlarını gizlətmək və artilleriya kəşfiyyatı etmək üçün istifadə olunurdu. 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş Qarabağ müharibəsində dronlar geniş şəkildə istifadə edilib. Azərbaycanın Türkiyənin daha ucuz TB2 pilotsuz uçuş aparatlarından istifadə etməsi onların erməni qüvvələrinə qarşı qələbəsi üçün mühüm əhəmiyyət kəsb etdi. İsrail dronlarından isə daha mürəkkəb situasiyalarda yararlandıq. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı da dronlardan geniş şəkildə istifadə olundu. Pilotsuz uçuş aparatlarının istifadəsi xərc baxımından böyük üstünlüyə malikdir. Bu baxımdan kommersiya dronları da xüsusi önəm daşıyır. Mütəxəssis 2 min dollara aldığı kiçik dronu götürür, dronun üzərinə qumbara taxır, izdihamın və ya tankın üzərindən uçurur və dron hədəfə çırpılanda qumbaranı partladır. Bəzən düşmənin dəyəri on milyon dollarlarla ölçülən avadanlığını məhv etmək üçün 2-3 min dollarlıq dronlar yetərli olur. Bu, dron üzrə beynəlxalq ekspertlərin fikridir. Dron baxımından Azərbaycanın bəxti gətirib. Ən yaxın müttəfiqimiz Türkiyə dron istehsalında ciddi uğurlar qazanıb və sürətli inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan İsraildən də ultramüasir dronlar alıb və bundan sonra da almaqda davam edəcək. Ancaq gördüyünüz kimi, kommersiya xarakterli dronlar da artıq hərbi məqsədlər üçün uğurla istifadə olunur. “The Wall Street Journal” da yazır ki, Amerikanın İsrailə göndərdiyi kommersiya dronlarının 90 faizi Çinə məxsusdur. Yəni dron istehsalında dünya çapında ən öndə gedən ABŞ və İsrail kimi ölkələrin belə Çinin istehsal etdiyi kommersiya dronlarına ehtiyacı var. Biz də Azərbaycan olaraq HƏMAS-İsrail müharibəsinin ortaya çıxardığı bu reallığı mütləq nəzərə almalıyıq. Başqa sözlə desək, Çindən kommersiya xarakterli dronlar almalıyıq. Çində istehsal olunmuş hansı dronlar hərbi məqsədlər üçün daha yararlıdır? Bu suala dəqiq cavab almaq üçün israilli mütəxəssislərlə əlaqə saxlamaq lazımdır. Çünki onlar bu işin içindədirlər və onların cavabı daha dəqiq ola bilər. Böyük ehtimalla demək olar ki, Azərbaycanın siyasi-hərbi rəhbərliyi bu kimi önəmli nüansları nəzərdən qaçırmayıb. Yəqin ki, dövlətimiz artıq bu məsələ ilə bağlı mövcud olan boşluqları mümkün qədər tez doldurmaq üçün hərəkətə keçib. Zamanı qabaqlayanlar həmişə öndə olurlar...
Elbəyi Həsənli. SÜRİX
Oxşar xəbərlər
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 2024 13:46
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 2024 12:04
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
Xəbər lenti
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
Video & Fotoqalereya
Video
Fotoqalereya