- Keçən il nə qədər adam evlənib ?
- Tramp türkəsilli xanıma vəzifə verəcək
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
Görkəmli elm xadimi Baxış Hüseynov - Səbirə Ələkbərova yazır
Mədəniyyət17 noyabr 2023 16:19


Səbirə Ələkbərova
ZƏNGƏZUR MAHALI
QUBADLI RAYONUNUN TANINMIŞ ZİYALISI, GÖRKƏMLİ ELİM XADİMİ ,
İCRA HAKİMİYYƏTİNİN SABİQ BAŞÇISI,
AZƏRBAYCAN DÖVLƏT TİBB UNİVERSİTETİNİN ÜZ - ÇƏNƏ CƏRAHİYYƏSİ KAFEDİRASININ MÜDÜRİ , CANIYNAN ,QANIYNAN DOĞMA QUBADLIMIZA BAĞLI OLAN, ELİN HÖRMƏTLİ AĞSAQQALI
BAXIŞ HÜSEYN OĞLU HÜSEYNOV
Baxış Hüseyn oğlu Hüseyınov 1936- cı ildə Doğma Qubadlı rayonunun Bərguşad çayının sahilində , dağların arasında yerləşən Eyvazlı kəndində zəhmətkeş ziyalı ailəsində anadan olmuşdu.
Baxış Hüseynov Eyvazlı kənd orta məktəbinə getmiş, 1953 - cü ildə Əlqulu kənd orta məktəbinin məzunu olmuşdu.
Gözəl təbiətdə ,dağ havasında , sağlam böyüyən gənc Baxış Hüseyinov 1953 - cü ildə
Bakı şəhərinə gələrək
Azərbaycan Dövlət Tibb İnistutuna qəbul olur (ATİ)
1959 - çi ildə həmin İnstitutu müvəqqətiyətlə bitirir.
1962 - çi ildən Moskva Tibb Stomoloji İnistutunun aspirantı olur.
1965- çi ildə namizədlik disertasiyasını müdafiə edərək Azərbaycanımıza Bakı şəhərinə dönən Baxış Hüseynov bir müddət Aİİ- nin Üz çənə cərrahiyyəsi kafedrasında asistent, 1969 - cü ildə dosent vəzifələrində çalışıb.
Tibb sahəsinin bir çox sirlərinə yiyələnən, yüksək bilik bacarığı ilə öndə olan , əmək kollektivinin ,həmkarların böyuk hörmət və rəğbətini qazanan Baxış Hüseyov 1986 - 1996 cı illərdə Respublika Klinik Xəstəxanasının Üz - çənə cərrahiyyə şöbəsinə rəhbərlik edir.
Millətinə , dövlətinə ləyaqətlə ,şərəflə xidmət edən Baxış Hüseynov 1992 - çi ildə
Zəngəzur mahalının Qubadlı rayon İcra başçısı vəzifəsinə təyin edilir.
1988 ci ildən başlayan erməni terrorçu qüvvələrinin Doğma Qarabağımızda Zəngəzur mahalımızda törətdikləri vəhşiliklər Qubadlı rayonundan da yan keçmədi.
Qubadlı rayonun Eyvazlı kəndi 24 noyabr 1988- çi ildə erməni terrorçularının vəşiliklərinin qurbanı oldu.
Eyvazlı kəndi yerlə leksan edilərək, yandırılaraq I Qarabağ müharibəsinin ilk Şəhid kəndi oldu .
Zamanında neçe - neçə dövlət xadimləri, görkəmli alimlərin , generalların , iqtisatçiların anadan olduğu Eyvazlı kəndi sakit , əkin - biçinlə məşğul olan, dinc yaşayan kənd camaatı erməni vəhşiliklərinin şahidi oldu.
Gecəyinən kəndə hücum çəkək vəhşi erməni birləşmələri dinc əhaliyə qəfil hücum çəkərək qarşılarına çıxanı güllələyir , evləri yandırır , dilsiz ağızsız heyvanlar həyətlərə yanaraq qara kabusa çevrildilər
Doğma dədə baba torpağından ,kəndindən , evindən eşiyindən , isti ocağindan digərgin duşən kənd camaatı pərən pərən olaraq doğma kəndindən didərgin düşdulər.
Baxış Hüseynov erməni terrorçularının bu vəşiliklərin lənətləyir, onlara qarşı ikrah hissi qisas hissilə , ikrah hissilə hiddətlənərək didərgin düşmüş kəndinin ayaqyalın , başıaçıqv əziz digərinə camaatına , yaxınlarına köməklik edir, onların qayğısına qalirdı.
Düşmənlərimizin qəfil hücumunu dəf etmək üçün igid Vətən oğullarımız Vətənin müdafiyəsinə qalsada silah tutan hər kəs özünü Qarabağ döyüşünə, sipər etsə də yerli camaat təşviş içində idi .
Çünki , o zaman Azərbaycan rus imperiyasından yeni ayrılmışdı. Azərbaycanın Ordusu yox idi.
Hərci mərcilik höküm sürürdü.
Hər kəs öz gücünə döyüşüb torpağını müdafiyə dedirdi.
Rus imperiyasını özunə dayaq seçən ermənilər getdikcə vəhşiləşiləşir millətimizə, sərhəd rayonlarımıza durmadan hücum edirdi.
Bu qəfil hücuma məruz qalan , çaş-baş qalan camaatın qayğısına qalmaq ,pərakəndə döyüşən hərbi qüvvələri bir yerə yığıb birlik yaratmaq çox çətin məsələ idi.
Məhz belə bu vaxtda İcra başçısı çalışan Baxış Hüseynov üçündə əziyyətli , o zamanın hökmü ilə çox çətin məsələ idi.
Baxış Hüseyinov gecə gundüz yatmadan sakinləri , camaatı düşünür onların qayğısına qalır, çalışirdı ki , az itki ilə bu mübarizəni dəf etsinlər.
Baxış Hüseynovu ən çox düşundürən qız -gəlinin düşmənlərimizin əlinə əsir keçməməsi idi.
Bunun üçun gecə- gundüz Baxış Hüseynov rayonun rəhbəri olaraq planlar düşunurdu.
Lakin onun bu qədər səylərinə , gördüyü işlərə baxmayaraq
vəziyyət getdikcə çətinləşirdi
Hüseynov Baxış Hüseyn oğlu Ölkədə hərcı mərciliyin höküm sürən bir çox qüvvələrin , itaətsizliyin bir vaxtında az müddət İcra başçisi işləsə də elinin, insanlarının , camaatının böyük nüfuzunu qazanmışdı.
Çünki O Doğma Qubadlıya , böyüb boy atdığı Eyvazlı kəndinə Canıyla, qanıyla bağlı idi.
Baxış Hüseynov həm də xeyirxah əməlləriylə hər zaman öndə olmuşdu.
Çalişdığı Klinikada bir čox insanlar onun bilik bacarığindan təmənnasız bəhrələniblər.
Hətta O, Azərbaycan Tibb Universitetində Qocaman professor olaraq bir çox tələbələr yetişdirmiş , öz bilik və bacarığını onlara öyrədərək Cəmiyyətimizə savadlı kadrlar vermişdir.
Baxış Hüseynovun tələbələri onunla fəxr edir, belə savadlı, gözəl insanı xarakteri olan Azərbaycanımızda tanınan belə müəllimləri olduğu üçün qürur duyur ,fərəhlənirlər.
Belə tələbələrindən biridə Doğma Qubadlımızın Eyvazlı kəndininin yetirməsi
İsbiyeva Rəqibə həkimdir.
Rəqibə xanım müəllimi Baxış Hüseynovla fəxr edir və söhbətlərini belə başlayır :
Baxış Hüseyinovu mən uşaq yaşlarımdan dəyərli ,xeyirxah , mehriban , səmimi elinə ,
obasına yanımlı, insanlarına qayğıkeş , hər kəsi hörmətlə dinləyən ,yardım edən, kömək əlini uzadan bir insan kimi tanıyıram .
Rəqibə xanım fərəhlə belə söyləyir
Baxış Hüseyinov anam Ədibə xanımın sinif yoldaşı , əziz qohumu , evimizin dəyərli qonağı , toy büsatlarımızın yaraşığı, evimizin ağsaqqalı mənim , qardaşım həkim Mübariz İsbiyevin və qızım Günel xanımın müəllimi olub.
Bizim Ailəcə həkim olarak yüksək səviyyədə yetişməyimizdə , savadlı , bacarılıqlı olmağımızda , nailiyyətlər əldə etməyimizdə Dövlətimizə , millətimizə ləyaqətlə xidmət etməyimizdə, insanlarımızın sağlamlığının keşiyində durmasında müəllimimiz Baxış Hüseyinovun böyük zəhməti və əməyi olmuşdur.
Biz bunun üçün elimizin , Azərbaycanımızın fəxrli , ziyalısı
Baxış Hüseynova borcluyuq
Baxiş Hüseynov Bakı şəhərində çalışdığı müddətdə işğaldan qabaq gözəl yurdu olan Qubadlımızı unutmur
tez - tez elini ,obasını ziyarət edir , böyüb boya başa çatdığı , torpağını daima hiss etdiyi Eyvazlı kəndinə baş çəkir, kənd camaatınan görüşür , maraqlı söhbətlər edir, onların qayğısına qalır , kömək lazım olana köməklik xeyirxahlıq edirdi.
Baxış Hüseynov yay tətillərində ömür gun yoldaşı Xəzəngül həkimlə kəndə gələndə
Yaxınlarıyla bərabər kənd camaatıda sevinirdilər
O, Eyvazliya gələndə kəndin sakinlərin sağlamlığının qayğısına qalır , təmanasız onları muainə edir , yaxınlarının , kənd camaatının toy büsatlarında, xeyir işlərində bir el ağsaqqalı olaraq ailəcə yaxından iştirak edir , gənclərə öz məsləhətli xeyirli töyfələrin verir , onlara xoşbəxtlik diləyirdi.
Çox sevindirici haldır ki , Ali Baş Komandanın , Cəsur Ordumuzun
bir yumuruq olaraq birliyi nəticəsində işğal olunmuş torpaqlarımızı , Doğma Qarabağımızı, Şuşamızı ,Şərqi Zəngəzurumuzu azad etdik .
Neçə - neçə Qəhrəmanlar, tanınmış ziyalılar , alimlər, iqtisatçılar , elm işçiləri yetşdirmiz , Qaçaq Nəbinin oylağı olmuş Qubadlı rayonun azad olunması hamı kimi
Baxış Hüseynovu da çox sevindirirdi.
Bu sevinci bizə yaşadan canıyla qanıyla tarix yazan Şəhidlərimizə borcluyuq.
Lakin çox təssüf hissi ilə deyə bilərəm ki, Azərbaycanımızın , Zəngəzur mahalımızın ,Qubadlı elinin fəxrli oğlu El ağsaqqali
Doğma torpağının hər qarışında , dünyaya göz açdığı əziz yurdu Eyvazlı kəndini görməyə ömrü vəfa etməyən
Baxış Hüseynov
12 noyabr 2023- cü il tarixdə dunyasını dəyişərək onu sevənləri, hörmət bəsliyən insanları ,dostlarını, yaxınlarını onu tanıyan insanları , kədərləndirdi
Görkəmli elm xadimi , Xalqının fəxrli oğlu
Hüseynov Baxış Hüseyin oğlunun
qəfil dünyadan köçməsi
Azərbaycanımız üçün , Zəngəzur mahalımız , Qubadlı elimiz üçün , Eyvazlı kəndi üçün çox böyük bir itkdir .
Qubadlı rayonunun üzdə olan siması , dövlətinə , millətinə, elinə şərəflə xidmət etmiş
El ağsaqqlalı hörmətli
Baxış Hüseyinovun qəfil Vətən həsrətindən dünyasın dəyişməsindən kədərləndiyimizi bildirir , ailə uzvülərinə, əzizlərinə Zəngəzur mahalı adından , Qubadlı sakinləri adından,
həkim Rəqibə və Mübariz İsbiyevlərin adından , dərin hüzünle baş sağlığı verir, Allahdan əzizlərinə səbir diləyirik
Zəngəzur mahalının dəyərli Vətən oğlu Baxış Hüseynov onu sevənlərin qəlbində hər zaman yaşıyacaq, hörmətlə xatırlayıb anılacaqdır.
Görkəmli elm xadimi , Qubadlı elinin ağsaqqalı hörmətli Baxış Hüseynov ...
Ruhun şad , məkanın cənnət olsun.
Müəllif : Qələmə aldı
Maarifçı təbliğatçı xanım
KTN yanında AXA- nın
Zəngilan şöbəsinin əməkdaşı
SƏBİRƏ ƏLƏKBƏROVA
Oxşar xəbərlər
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 2025 15:43
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- Hacı Zeynalabdin Tağıyevlə Nərimanovun məşhur mübahisəsi: Cibində bir qəpik pulu yoxdur…
11 mart 2025 18:21
- Tramp 50 günə ABŞ-ı və dünyanı batırdı - Professor Saleh Məmmədovun sərt yazısı
11 mart 2025 17:18
- 65 qəpiklik toyuq ətini insanlara yedizdirirlər, ciddi cəzalar lazımdır - Çingiz Qənizadə
6 mart 2025 19:31
- SƏRİN-də mənşəyi məlum olmayan ətdən yemək hazırlanırmış - Fotolar
6 mart 2025 11:29
- Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
6 mart 2025 00:53
- Naxçıvanda Ali Məclisə və Nazirlər Kabinetinə ehtiyac yoxdur...
5 mart 2025 16:01
- Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb-FOTO
4 mart 2025 22:48
Xəbər lenti
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 21:14
- Azərbaycan vətəndaşlarının BÖYRƏYİNİ satan qadın həbs edildi
11 mart 20:17
- Hacı Zeynalabdin Tağıyevlə Nərimanovun məşhur mübahisəsi: Cibində bir qəpik pulu yoxdur…
11 mart 18:21
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 18:05
- Japarov Belarusa qaçan sabiq prezidenti GERİ QAYTARMAQ İSTƏYİR
11 mart 17:47
- Tramp 50 günə ABŞ-ı və dünyanı batırdı - Professor Saleh Məmmədovun sərt yazısı
11 mart 17:18
Video & Fotoqalereya
Video
Fotoqalereya