Səbail Bələdiyyəsindəki özbaşınalıq dalğası səngimək bilmir...

Sədr Hacı Əliyevin işlə təmin etdiyi yaxın və tanışları, şəxsi mənafeləri naminə hər oyundan çıxmaqdan çəkinmirlər
Doğrudan da, belədir: Yarandığı gündən Səbail Bələdiyyəsinin rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir. İndi də, bu bələdiyyə, necə deyərlər, sədr Hacı Əliyevin əlində əsir-yesirə çevrilib. Şəxsi mənafe amili gözləri elə qapadıb ki, heç onun özünün, eləcə də burada işlə təmin etdiyi Şahin, Zaur, Nurel, Fərhad, Pərvin… adlı yaxın və tanışlarının bələdiyyələrin işləriylə bağlı ölkə başçısının tələb və tövsiyələrini həyata keçirmək, həssas təbəqədən olan əhaliyə göstərilən xidməti yaxşı səviyyədə təşkil etmək yadlarına düşmür. Elə, bu səbəbdəndir ki, ölkənin media vasitələrindəki kimi, araz.az-da da, deyilənlər barədə yazılanların sayı, əhali giley-güzarı, haqlı şikayət və iradlar getdikcə daha da çoxalır. Dəhşət ondadır ki, bu da onları narahat etmir, konkret desək, dünya veclərinə deyil.
Məhz bu səbəbdən, araz.az, media vasitəsi olaraq, yazının əsas mövzusunu təşkil edən bu ciddi məsələni daim diqqətdə saxlamağa qərar verib. Bir sözlə, bu barədə yazılarımızı vaxtaşırı dəyərli oxucularımızın diqqətinə çatdırmağı planlaşdırırıq. İndi isə, ölkə mətbuatında, eləcə də, araz.az-da bu ciddi məsələ ilə bağlı xeyli əvvəl dərc olunanan bir yazını təkrar verməklə kifayətlənirik. Bu səbəbdən ki, “YAP-çı bələdiyyə sədrinin müxalifətçi nəvəsi radikalların təbliğatçısı rolunda — FOTO/VİDEOFAKT” sərlövhəli həmin yazıda xüsusi olaraq vurğulananlar, deyilənlərin inkarolunmaz daha ciddi sübutlarıdır.
Barəsində danışdığımız və olduğu kimi dərc etdiyimiz həmin yazı budur:
“Azərbaycanda hazırki iqtidarın hesabına böyük vəzifələr tutan və elə buna görə də, görmədikləri maddi nemətlər əldə edən bəzi şəxslərin və onların yaxın qohumlarının sonradan hakimiyyətə qarşı müxalif mövqedən çıxış etməsi, hətta ölkəmizə düşmən mövqedə dayanan xarici dairələrin əlində alətə çevrilən xaricdəki “söyüş müxalifəti”nə müəyyən kompramatlar sızdırması ilə bağlı xəbərlər yenilik deyil. Bununla bağlı ortaya çıxan bir çox faktlar və iddialar mövcuddur.
Bu xüsusda, ölkə mətbuatının, eləcə də, araz.az-ın redaksiyalarına olduqca ilginc məlumatlar daxil olur. Həmin məlumatların birində isə, Səbayel Bələdiyyəsinin Yeni Azərbaycan Partiyasını təmsil edən sədri Hacı Əliyevin, özünü “ictimai fəal” kimi göstərən nəvəsi Nurel Rövşən oğlu Kərimin dövlətçilik əleyhinə real və virtual fəaliyyətindən bəhs olunur. Nurel Kərimin sosial şəbəkələrdəki hesablarının müşahidəsi göstərir ki, bu gənc adam radikal müxalifətin və onun milli dövlətçilik əleyhinə olan təbliğatının əsas ruporlarından birinə çevrilib.
Məsələn, Nurel Kərim öz Facebook hesabında mütəmadi olaraq, ölkəmizcə ictimai-siyasi sabitliyi pozmağa yönəlik razılaşdırılmamış aksiyalara çağırış edir, özü böyük şövqlə bu aksiyalarda iştirak edir. Üstəlik, öz qanuni vəzifəsini yerinə yetirən Azərbaycan Polisinin fəaliyyətini gözdən salmaq, guya, ölkəmizdə sərbəst toplaşmaq azadlığının pozulması görüntüsünü yaratmaq üçün, sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edir.
Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin bu “ictimai fəal” nəvəsi və adıçəkilən bələdiyyənin işçisi Nurel Kərim Azərbaycan iqtidarını ən sərt formada tənqid edən, dövlətimizdən ayrı-ayrı beynəlxalq təşkilatlara şikayətlər edən sevdiyi radikal müxalifətçilərlə birlikdə tez-tez bir araya gəlir, onların istək və arzuları naminə dövlətçilik əleyhinə trolluq edir. Azərbaycanda, guya, söz və mətbuat azadlığının boğulduğunu qəti şəkildə iddia edir.
Etdikləri hesabına, “göynən getdiyini” düşünən bu “gənc fəal”, həmçinin, Azərbaycanda demokratik abu-havada baş tutduğu bütün yerli və beynəlxalq təşkilatlar tərəfindən bəyan edilən son parlament seçkilərinin belə saxta keçirildiyini və onu tanımaqdan imtina etdiyini də yazır. Maraqlıdır, görəsən, Nurel Kərim ölkənin ən yaşlı bələdiyyə sədrlərindən olan babası Hacı Əliyevin də, xeyli müddət öncə qatıldığı bələdiyyə seçkiləri haqqında belə düşünürmü?!.
Yuxarıda deyilənlər azmış kimi, Nurel Kərim özünün digər çoxsaylı paylaşımlarında, Azərbaycanda həyata keçirilən dərin genişmiqyaslı islahatlar siyasətini gözdən salmağa, bu siyasətin, guya, reallığı əks etdirmədiyini iddia etməyə də çalışır. Ümumiyyətlə, bu “gənc fəalın”, qəti şəkildə demək olar ki, bütün fəaliyyəti sosial şəbəkələrdə və reallıqda götürüldükdə, birbaşa, radikal müxalifətin ideologiya və tesizlərini təbliğ etməyə yönəlib.
Redaksiyamıza vaxtaşırı daxil olan digər çoxsaylı məlumatlara görə də, təhsil aldığı Bakı Dövlət Universitetində 20-yə qədər fəndən kəsiri olan Nurel Kərimi, hansısa gözəgörünməz qüvvə qoruyur. Və sanki onun sayəsində, Bakı Dövlət Universitetində daha çox gəncin radikal qrupların siyasi təsir gücü altına düşməsinə çalışır…
…Yeri gəlmişkən, onu da qeyd edək ki, redaksiyamıza daxil olan daha bir məlumatda isə, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin, bələdiyyə seçkilərinə bir-neçə ay qalana qədər, paytaxt Bakının Nizami rayonundakı “Razin” deyilən qəsəbədə yaşadığı, rəsmi olaraq, orada qeydiyyatda olduğu xüsusi olaraq vurğulanır. Ölkə üçün xüsusi bir önəm daşıyan həmin vaxtda, yenə, hansısa gözəgörünməz bir qüvvənin, onu seçkilərə bir-neçə ay qalmış Səbail sakini” edə bilməsi və elə, bu rayondan seçkilərə qatılmasına münbit şərait yaratması da, xüsusi olaraq qeyd olunur.
Yeri gəldi deyə, bu yazının sonunda bir daha onu qeyd etmək istəyirik ki, Hacı Əliyev bələdiyyə sədri olandan, necə deyərlər, bir “ailə ansamblını ətrafına toplayaraq, çoxlarını işsiz qoydu. İndi onu istəyirik, haqq-ədalət öz yerini tapsın. Dövlət səviyyəsində yoxlama təşkil edilsin, işə götürülənlərin hamısının bütün işləri araşdırılsın. Və Hacı Əliyevin özünün, bu rayonda yaşamasa da, bələdiyyə sədri seçilməsinin necə mümkün olmasına da, diqqət ayırılsın.
Sonda, xüsusi narahatlıq doğuran bir sualımızı da, ölkənin əlaqədar dövlət qurumları rəhbərlərinin diqqətinə çatdırır və onların bu suala cavablarını da, xüsusi bir səbirsizliklə gözləyirik: “Maraqlıdır, görəsən, öz doğma nəvəsini dövlətçilik ruhunda tərbiyə edə bilməyən sədr Hacı Əliyev, özünün bələdiyyə rəhbəri fəaliyyətini hansı meyarlar əsasında qura bilir?!.”.
Yazının sonunda, bir daha onu qeyd etmək istəyirik ki, bu yazının əsas mövzusunu təşkil edən məsələ ciddi, ciddi olduğu qədər də, düşündürücü və məyusedici olduğundan, araz.az əməkdaşları olaraq, bu məsələ ətrafında baş verənləri daim diqqətimizdə saxlayacaq, tezliklə, bu barədə dərin araşdırma yazıları hazırlayacağıq. Dəyərli oxucularımıza məsləhət görürük ki, həmin yazıları da oxumaq üçün, araz.az-ı izləməyi unutmasınlar.
Əli HÜSEYN,
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbirləri.
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 2025 20:11
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 2025 11:12
- DTX-nin saxladığı eks-icra başçısı HƏBS OLUNDU
21 iyun 2025 20:59
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 2025 20:02
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 2025 12:36
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 2025 00:18
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 2025 13:13
- Onlara necə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən?! - Deputat Əli Məsimli
13 iyun 2025 14:02
- Akademik İsa Həbibbəyli 15 min manat maaşla dolana bilmir?! Sabiq deputatın SENSASİON yazısı
11 iyun 2025 10:17
- Rəsmi Bakıdan Putinin köməkçisinə SƏRT CAVAB
10 iyun 2025 01:42
- Tramp zərbədən öncə hər kəsi belə aldadıb...
23 iyun 08:19
- İsrail qırıcıları Tehran və İranın qərbinə 30 bomba atıblar
23 iyun 08:07
- Yaqub Zurufçunun oğlu qırmızı diplom aldı
23 iyun 07:58
- Prezidentin nəvələri Rafael Fiziyev ilə görüşdü
23 iyun 07:46
- Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurdu
23 iyun 00:42
- İsrail Tehrandakı hərbi obyektlərə zərbələr endirir
23 iyun 00:35
- Avropanın ƏN QISA BOYLU xalqı NECƏ ƏN UZUN BOYLU OLDU ? Möcüzə, yoxsa RİFAH ?
22 iyun 23:37
- TƏCİLİ! İran parlamentindən Hörmüz boğazı ilə bağlı QƏRAR
22 iyun 22:36
- Qarpız sevənlərə 4 XƏBƏRDARLIQ – Mütləq OXUYUN
22 iyun 20:33
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 20:11
- Türkan Şoray buna görə çox sevilir – Özü AÇIQLADI
22 iyun 14:49
- Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi
22 iyun 13:08
- Günəşdən 300 000 dəfə isti - 5 TRİLİYON DƏRƏCƏ İSTİ
22 iyun 12:46
- Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
22 iyun 12:02
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 11:12
- Ölkəyə külli miqdarda qeyri-qanuni SİQARET GƏTİRƏN....
22 iyun 10:49
- İran İsrailə 27 ballistik raket atdı 11 nəfər yaralanıb
22 iyun 10:36
- Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən CANLI İZLƏYİB - FOTO
22 iyun 10:14
- Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının TARİXİ DƏYİŞƏCƏYİNİ deyib
22 iyun 09:56
- Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR
22 iyun 09:17
- Hazırda İran şahının oğlu ABŞ Konqresinin üzvləri ilə MÜZAKİRƏ EDİR...
22 iyun 09:08
- ABŞ-nin İrana hücumundan sonra telefonla danışdılar
22 iyun 08:45
- ABŞ Prezidenti Donald Trampın XALQA MÜRACİƏTİ ...
22 iyun 08:16
- İranın FORDO-su yer üzündən SİLİNDİ – ABŞ 30 tondan çox bomba atdı
22 iyun 07:59
- ABŞ İrana qarşı müharibəyə qoşuldu! Tramp İranın NÜVƏsini vurdu! Fordo yer üzündən SİLİNDİ
22 iyun 07:43
- Netanyahu GEDƏCƏK , amma İran QALACAQ - Medvedev
22 iyun 02:29
- Dilqəm Əsgərov oğlunun ittihamlarına cavab verdi: Müalicəyə ehtiyacı var
22 iyun 02:16
- Sevil Əliyevanın oğlu evləndi
22 iyun 01:04
- Ötən il Azərbaycanda 1420 KÖRPƏ ÖLÜB
21 iyun 23:37
- Ərdoğandan SƏRT MESAJ: İran bu sınaqdan qalib çıxacaq!
21 iyun 22:07