Baş redaktorun məktəb direktoru Piyalə Xudayarovanın əməlləri ilə bağlı nazirə müraciəti

Cənab Nazir !
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş, siyasi sabitlik və iqtisadi inkişaf təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Heydər Əliyevin bütün islahat təşəbbüsləri İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfə vermişdir.
1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında Ümummilli Lider Heydər Əliyev məktəb tikintisinə diqqətin artırılması barədə iş adamlarına çağırış etdi. Həmin çağırışdan sonra bu sahəyə diqqət əhəmiyyətli şəkildə artdı, dövlət təşkilatlarının vəsaitləri, beynəlxalq təşkilatların qrant və kreditləri, iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binalarının tikintisinə başlandı.
Sonrakı illərdə bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmış, bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna rolu olmuşdur.
Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur.
Son illər ərzində Azərbaycanda davamlı dövlət dəstəyi sayəsində təhsilin maddi-texniki bazası möhkəmləndirilib, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib.
“Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sizi, Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Azərbaycan təhsili ən yüksək tələblərə cavab verməlidir. “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Respublikasında təhsilin inkişafı üçün mövcud dövlət siyasətinin və həmin siyasətin həyata keçirilməsini təmin edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər daim cəmiyyətin diqqət mərkəzindədir.
Hörmətli Emin müəllim.
Siz bir Nazir olaraq son vaxtlar ölkə təhsilindəki çatışmazlığı açıq, obyektiv, hətta sərt şəkildə səsləndirməyiniz cəmiyyət tərəfindən müsbət qarşılanır. Bu mənada şəxsən Sizə müraciət etmək qərarına gəldim.
Cənab Nazir !
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M. Topçubaşov küçəsi, 159 saylı fərdi evdə daimi yaşayan, Zahirov Nadir Şərif oğlu, Zahirova Zəminə Ağadadaş qızı, Şərifli Bəhruz Elxan oğlu və digər sakinlərin Elm və Təhsil Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazilriyinə və digər dövlət qurumlarına, eyni zamanda Təsisçisi və Baş redaktoru olduğum NUH.az informasiya portalına şikayət ərizəsi əsasında 27.09.2023-cü il tarxidə həmin ünvanda oldum. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Regional, Xəzər Kompleks Ekoloji Monitorinq İdarələrinin əməkdaşları da sakinlərin şikayətinə görə, həmin ünvanda idi.
Sakinlər həmin ünvanda yerləşən, Laçın rayon Badamdar orta məktəbin direktoru Piyalə Xudayarovanın hərəkətləri barədə şikayət ediblər.
Belə ki, paytaxtımızın Səbail rayonu Badamdar qəsəbəsində fəaliyyət göstərən bir mərtəbəli orta məktəbin ümumi acınacaqlı vəziyyəti, oranın dam örtüyünün mişar daşı ilə bərkidilməsi, şagirdlər üçün bufet, idman meydançası, həkim otağı, asfalt yolun və s. olmaması bu gün heç inanılmaz görsənsə də, amma bu, çox təəssüf, real faktdır. Deyirlər, ayaqyolu, bütün digər yanaşmaların güzgüsüdür. Onun təmizliyi, avadanlıqları, erqonomikası məişət mədəniyyətinin səviyyəsindən xəbər verir.
5 ildən artıqdır ki, fəaliyyət göstərən orta məktəbin kanalizasiya sistemi də mövcud deyil.
Burada çirkab sular dövlət torpağının üzərinə və sakinlərin həyətinə axıdılaraq ətraf mühiti çirkləndirərək həm qonşuları, həm də digər sakinləri çox narahat edir. Bu dözülməz vəziyyətdən çıxış yolu kimi qonşular aidiyyətı qurumlara müraciətlər ediblər.
Sakinlər məktəb direktorunun özbaşınalığına son qoyulmasını, eləcə də qonşunun evinə icazəsiz birləşdirilmiş dəmir hasarın cıxarılmasını xahiş və tələb edəndə direktor “Müəllimlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozaraq, onları təhqir edir, evlərini sökdürəcəyi ilə hədələyir və üstəlik deyir ki, Təhsil Nazirliyi belə məsləhət bilib.
Hörmətli Emin Əmrullayev !
Məgər Təhsil Nazirliyi direktora deyib ki, məktəbin tullantı sularını sakinlərin həyətinə axıt, dəmir hasarı evlərinə birləşdir, qonşuları narahat et, məktəbin damını külək aparmasın deyə, mişar daşları ilə bərkit və ətrafdakılara təhlükə yarat... ?
Digər tərəfdən nəinki paytaxt Bakıda, heç ucqar kənddəki məktəbi də kanalizasiya sistemi olmadan təsəvvür etmək olmur. Amma Badamdar Laçın orta məktəbi ətrafdakı qonşulara bu problemi yaşadır. Həm də nəzərə almaq lazımdır ki, ərazi sürüşmə zonasıdır və məktəbin tullantı suları torpağa axır.
Mən orada olarkən, Ekologiya Nazirliyinin əməkdaşları kanalizasiya sisteminin olmaması barədə akt tərtib elədilər, məktəb direktorundan izahat alıblar və hazırda məktəbin kanalizasiya sisteminin məcburi qurulması barədə rəsmi xəbərdarlıq ediblər.
Ancaq təəssüf ki, bu rəsmi xəbərdarlıqdan sonra da məktəbin rəhbərliyi nəticə çıxartmır, odur ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət edilmədən, “Azərsu” ASC-nin Kanalizasiya İdarəsinin rəsmi texniki baxış sənədləri olmadan, kustar üsulla yolları qazaraq qonşuların ümumi istifadədə olan tullantı sularının axıdılması sisteminə birləşdirir. Və orada heç bir mütəxəssis yoxdur (redaksiyamıza bunlarla bağlı şəkillər və video-görüntülər təqdim olunub ).
Necə olur ki, qeyri-yaşayış sahəsi, məktəb, əsas boruya yox, qonşuların ümumi istifadədə olan xəttinə qoşulsun. Sakinlər buna etiraz edəndə direktor qadın sakini təhqir edib, hətta hadisə yerinə təcili yardım gəlib və s..
Bu barədə sakinlər 41 saylı Polis Bölməsinə şikayət ediblər və hazırda təhqiqat gedir, hətta direktioru PB-ə çağıraraq izahat alıblar.
Cənab Nazir!
Bütün bunlar azmış kimi, nəzərinizə çatdırım ki, orta məktəb dağın üstündə düz uçurumun kənarında yerləşir. Bu məktəbin fəaliyyətinə necə icazə veriblər, baş açmaq olmur...
Mən, 64 yaşlı şəxs məktəbin ərazisində olarkən, tam səmimi deyirəm ki, 1-2 saniyə uçuruma baxmağa gücüm-taqətim çatımadı. Bəs burada bu qədər şagird təhsil alır. Sabah uzaq olsun bir fəlakət olarsa, buna kim cavab verəcək..?
Cənab Nazir!
Bir vətəndaş olaraq bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu ərazi sürüşmə zonasıdır. Nəinki zəlzələ, hətta xırda bir torpaq silkələnməsi, təkan məktəbi və onun kollektivini, şagirdləri uçuruma aparacaq.
Bu fəlakətin qarşısını almağı Sizdən xahiş edirəm. İraq olsun, fəlakət baş verəndən sonra kimlərinsə cəza almasının heç bir faydası olmayacaq.
Yeri gəlmişkən, məktəb rəhbərliyinə yaxın ərazidə hər cür şəraiti olan bina təklif olunub, amma direktor istəmir. Niyə ? Məqsədi nədir ?
Ümid edirəm ki, tezliklə bu problem də həll olunacaq.
Əvvəlcədən təşəkkürlər.
Dərin hörmətlə,
NUH.az-ın Baş redaktoru Kamran Məhərrəmli
- Şuşada mina partlayıb - xəsarət alan var
7 dekabr 2023 13:32
- Azərbaycanda növbədənkənar PREZİDENT SEÇKİSİ keçiriləcək
7 dekabr 2023 12:54
- Ermənistanda əsir saxlanılan Hüseyn ömürlük azadlıqdan məhrum edildi
6 dekabr 2023 14:02
- Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
6 dekabr 2023 13:36
- İcra başçısı ÖLDÜ
6 dekabr 2023 13:24
- Şəhidin həyat yoldaşı- Səbuhi şəhid olduqdan 7 gün sonra əkiz qızlarımız dünyaya gəldi
6 dekabr 2023 10:25
- Əli İnsanov iqtidardan 8 min avro alacaq...
6 dekabr 2023 10:04
- Axar.az yazır - Qurban Məmmədovun babası erməni olub...Şok arxiv sənədi
5 dekabr 2023 23:19
- Qod Nisanova ağır itki
5 dekabr 2023 22:52
- Paşinyanın deputatı: Dağlıq Qarabağ məsələsi 2018-ci ilə qədər həll olunub
5 dekabr 2023 17:58
- Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
08 dekabr 15:09
- Tokayev Ermənistana səfər edəcək
08 dekabr 15:02
- Azərbaycan Hüseynlə Aqşini erməni əsirliyindən xilas edir
08 dekabr 10:57
- Moskvada Putinlə Rəisi arasında görüş keçirilir
08 dekabr 00:35
- Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
08 dekabr 00:18
- Şuşada mina partlayıb - xəsarət alan var
07 dekabr 13:32
- Gələn il fevralın 7-si qeyri-iş günü olacaq
07 dekabr 13:10
- Azərbaycanda növbədənkənar PREZİDENT SEÇKİSİ keçiriləcək
07 dekabr 12:54
- Şagird sinif yoldaşını öldürüb sonra intihar etdi - Daha 5 yaralı var
07 dekabr 12:42
- Bakıda sərnişin avtobusu evin üstünə düşdü (VİDEO)
07 dekabr 09:42
- Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
06 dekabr 17:33
- Nazarbayevin bacısı 10 min dollara satır ....
06 dekabr 17:19
- Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu
06 dekabr 15:58
- ANAMA sədri: Azərbaycana 8 MİNAAXTARAN SİÇOVUL gətirilib...
06 dekabr 14:12
- Ermənistanda əsir saxlanılan Hüseyn ömürlük azadlıqdan məhrum edildi
06 dekabr 14:02
- Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
06 dekabr 13:36
- İcra başçısı ÖLDÜ
06 dekabr 13:24
- Şəhidin həyat yoldaşı- Səbuhi şəhid olduqdan 7 gün sonra əkiz qızlarımız dünyaya gəldi
06 dekabr 10:25
- Əli İnsanov iqtidardan 8 min avro alacaq...
06 dekabr 10:04
- BMT 2024-cü ili DƏVƏ İLİ elan etdi
06 dekabr 09:48
- AzTV-nin əməkdaşı MƏDƏKİÇİLTMƏ əməliyyatı zamanı ÖLDÜ....
06 dekabr 00:21
- Axar.az yazır - Qurban Məmmədovun babası erməni olub...Şok arxiv sənədi
05 dekabr 23:19
- Qod Nisanova ağır itki
05 dekabr 22:52
- Qanuni oğru Azərbaycanlı avtoriteti VƏHŞİCƏSİNƏ DÖYDÜ, faciəvi şəkildə öldü - FOTO
05 dekabr 22:24
- Deputat həmkarına etiraz etdi: Buna ehtiyac yoxdur"
05 dekabr 18:28
- NAR-dan “Dinlət” xidməti ilə tərzini paylaş
05 dekabr 18:18
- Paşinyanın deputatı: Dağlıq Qarabağ məsələsi 2018-ci ilə qədər həll olunub
05 dekabr 17:58
- Rus hərbçilər təslim olan ukraynalı əsgərləri güllələdi - ŞOK VİDEO
05 dekabr 17:02
- Aqşin Vəliyev işdən çıxarıldı
05 dekabr 15:16
- Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin BƏRAƏT qərarını qüvvədə saxladı
05 dekabr 15:12