Sarsaq İrəvan -Qərb bizə silah versə, Bakıya bayrağımızı sancarıq

Sentyabrın 28-də mifik “arsax”ın həmişəlik dəfnindən sonra Ermənistan şizofrenik yasa qərq olub.
Hərgah üzündə “timsah göz yaşları” heç vaxt əskik olmayan bu toplum matəmdən haçan çıxıb ki? Çünki tarix boyu öz xoşbəxtliyini başqalarının, özəlliklə də qonşu xalqların bədbəxtliyi üzərində qurmağa çalışıb; az qala bütün bəşəriyyəti özünə borclu çıxarıb. Amma həmişə təpəsindən vurulsa da, yenə dərs götürməyib, dinc oturmayıb. İndi növbəti dəfə əlindəki ona məxsus olmayan geri alınandan - oğurluq Qarabağ sahibinə qaytarılandan, ədalət bərpa olunandan sonra ağlaşma qurub. Halbuki sevinməlidir. Çünki harama göz dikməyənlər, halal millətlər məhz belə edər... “Düşünürəm ki, biz təkcə Azərbaycan xalqını deyil, Qarabağ avantürasına görə tarixi inkişafın dalanına yuvarlanmış erməni xalqını da təbrik edə bilərik. Ermənistan xarici güclərin, xüsusən də Fransa və Rusiyanın siyasi oyunlarının obyektinə çevrilib. İndi isə o, nəhayət, öz həyatını, inkişafını özü müəyyən edən, kənar havadarlardan, sponsorlardan asılı olmayan ölkəyə çevrilməlidir”. Musavat.com xəbər verir ki, bunu israilli publisist və tarixçi David Eydelman Caliber.az-a açıqlamasında deyib. Ancaq bundan ötrü onun əminliyinə görə, İrəvan Bakı və Ankara ilə təcili təmaslar axtarmalıdır. “Ona görə ki, bu iki qonşu ilə münasibətlər Moskva, Paris və Vaşinqtondan qat-qat vacibdir. Əslində Ermənistan bir az ağıllı olsaydı, Qarabağı özü çoxdan geri qaytara və firavan gələcək qurmaq yoluna qədəm qoyardı”, - yəhudi analitik əlavə edib. Öz növbəsində gürcü ekspert Simon Kopadze Azərbaycanın öz ərazi bütövlüyünün tam bərpa eləməsini bu tip münaqişələr tarixində ən böyük töhfə hesab edir. “Cənubi Qafqazda xarici qüvvələrin süni şəkildə yaratdığı ən qanlı münaqişə həllini tapdı. Qarabağ probleminin həlli, “artsax”ın ləğvi hətta Ermənistanın özü üçün də son dərəcə faydalı sonluqdur. Çünki o, nəhayət, öz xarici siyasətini müəyyənləşdirməyə başlayacaq və kiminsə maraqlarının aləti olmaqdan çıxacaq. Ermənilər qarşıdakı uzun illər üçün belə bir ağır dərs aldılar ki, qonşularla heç vaxt mübahisə etmək olmaz, onlarla üz-üzə gəlmək üçün kənar tərəfdaşlar axtarmaq olmaz. Əksinə, qonşularla birlikdə regionun kollektiv təhlükəsizliyini qurmaq lazımdır. Bu, daha ağıllı və səmərəli yoldur”. Xüsusən də bölgənin lider və açar ölkəsi Azərbaycanla... Amma kimə deyirsiniz. Görün Romella Mnatsakanyan ad-soyadlı ağıldankəm erməni Armenianreport.com-dakı müəllif məqaləsində nə sayıqlayır. Sitat: “Dünya yalnızca Ukraynaya yardım etmək paradiqması ilə yaşaya bilməz. Ermənistanın da ABŞ və Avropa Birliyinin ciddi siyasi və maliyyə köməyinə ehtiyacı var. Onlar Ukraynaya artıq 150 milyard dollar vəsait xərcləyiblər. Əgər bunun onda biri Ermənistana ayrılsaydı, o zaman ordumuz dünyanın ən güclü ordusuna çevrilər (?! – red.) və o, Artsaxda nəinki Türkiyə-Azərbaycan tandemini məğlub edə (?! – red.), hətta Bakıya çatıb bayrağımızı ora sancardı”. Nə yazasan indi. Bunlar gerçəkdən, başlarına gələn bunca faciə-fəlakətlərdən sonra da ağıllanmayıblar. Ağıllanmaq istəmirlər. Sanki zaman ermənilər üçün dayanıb. Yenə də hamını bezdirmiş köhnə hava, köhnə bayatı. Axı gərək ki, sizin keçmiş müdafiə naziri, hazırda həbsdə yatan David Tonoyan “yeni ərazilər uğrunda yeni müharibə”dən dəm vururdu. Bir çoxunuz isə Bakıya tanklar üzərində gəlməyi xəyal edirdiniz. Hansı tankların ki, salamat qalanları 44 günlük Vətən müharibəsindən sonra paytaxtımızdakı Hərbi Qənimətlər Parkının daimi “sakinlərinə” çevrildi. Əgər bu parkı Hindistan, Fransa istehsallı hərbi texnika hesabına “zənginləşdirmək” fikriniz varsa, Xankəndidən sonra qədim Türk yurdu İrəvanda da Azərbaycan bayrağının dalğalanmasını istəyirsinizsə, etirazımız yoxdur. Heyrətamizdir. Bunlar nə yeyir, nə içir görəsən. Doğrudan da mnatsakanyanlar var ikən, burnundan uzağı görməyən erməni siyasətbaz rəhbərlər, erməni lobbisi və terrorçu xislətli allahsız katolikosları olan yerdə erməni xalqına düşmən lazım deyil!.. Siyasət şöbəsi, Musavat.com
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 2025 15:37
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 2025 13:21
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 2025 14:39
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 2025 14:33
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
9 aprel 2025 20:27
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24