Zakir Fərəcov və onun komandasıkor atı minib köndələn çapmaqdadır
Hər zaman hər işdə cəsarətli sakinləri ilə Sumqayıt respublikada özünəməxsus bir iz qoyub.Mən bu şəhərdə doğulmuşam ,bu şəhərdə böyüyüb ,təhsil almışam.Bununla həmişə fəxr etmişəm.Bütün müsbətlər ,bu şəhərin uşaqlarında sanki cəmləşib.İstedad,savad,cəsarət ,qəhrəmanlıq ...1ci Qarabağ savaşından tutmuş,44 günlük vətən müharibəsinin qələbəsi və son Xankəndi Ağdərə zəfərimizdə respubıikada ən çox şəhid verən məhz Sumqayıt olub.Polad Həşimov ,Raquf Orucov kimi oğullar böyüdən şəhərim.
Şəhərin meri Fərəcovun həm yerlisi və dostu olan şəhərin tanınmış iş adamı Şahin Məmmədovun ötən gün şəhid dəfnində rahat gülüşü sakinləri lap hiddətləndirdi.
Bundan ayrı danışacam.Bütün bunlar Fərəcov və ətrafının dövlətimizdə "sapı özündən olan baltalar" olmasını bir daha göstərdi
Amma nə hikmətdirsə son illər Sumqayıtın icra idarəetməsindən elə hey şikayət eşidirik.
Bu barədə çox yazmışıq, Zakir Fərəcov komandası bu şəhərə gələndən bu şəhəri özünün müstəmləkəsi elan elədi.Bəli məhz müstəmləkəsi...İndi ağzı göyçəklər deyəcək bəs şəhər belə abadlaşıb,o boyda dünya səviyyəli bulvar tikilib, filan bəsməkan...Hə keçim ,mətləbə... .Əvvəla bu şəhərin abadlaşmasına dövlət büdccəsindən 50 milyon pul ayrıldı.50milyona şəhər tikmək olardı.Büdccəni Fərəcov öz cibinin pulu kimi xərclədi və komandası başladı iş adamlarından xərac toplamağa...2016- cı ildən bu günə sahibkarlara borclu qalan Fərəcovun borc qalmaqlından mətbuat hər gün yazır.Prezident adminstrasyasına kimi şikayətlər gedib çatıb.Uzun sürən danışıqlardan sonra iş adamları bildirdirir ki,Fərəcov bu ilin fevral ayının 22-si onları çağırır. Onların dediklərinə görə Fərəcov onlara bildirir ki,1ci xanımın təyin etdiyi ali qurum rəhbərliyi onu gözü götürmür,bu üzdən siz zəmanət məktubu yazın ki ,pullarınız qaytarılıb,mən sizin pulunuzu ödəyim. Səhəri bunun növbəti yalan olduğunu görüb, sahibkarlar həmin məktubu 23 fevralda ləğv edirlər.O gün ,bu gün hələdə pullarını ala bilmirlər.
Bundan əlavə şikayətçilər bildirir ki,Z.Fərəcov çoxsaylı şikayətlərimizdən sonra borclu olduğu iş adamlarını otağına dəvət etmiş, onları 50.000 manat verərək tutduracağını bildirməklə hədələmişdir. Həmin görüşdə harınlamış Z.Fərəcov iş adamlarına demişdir ki, siz Administrasiyaya şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər mən də ərizələrinizi ayaqyolunda istifadə edirib atıram.
Z.Fərəcov bizə xəbər göndərir ki, Baş prokurorluq məni çox sıxır, onlarla münasibətim tamamilə korlanıb. Bunun səbəbi də sizin ərizələrinizdir. Ona görə komissiyanın iştirakı ilə siz borcun ödənilməsi barədə notarial qaydada ərizə yazın prokurorluğa verim. Sonra danışaraq sizin borcu hissə-hissə ödəyim. Yəni, Z.Fərəcov yenə də özünü ağıllı hesab edib bizi tələyə salmaq istəyir. Belə hərəkətlərlə həm bizləri və aidiyyəti təşkilatları da aldadırlar.
Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda milyonlarla manatlıq borcu qaytarmaq istəməyən Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb.
Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb.
Bütün bunlar da onu göstərir ki, Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2015-ci il tarixili Sərəncamı əsasında, Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olunan Zakir Fərəcov, bu gün də öz çirkin əməllərindən əl çəkmir. Yəni, Zakir Fərəcov bu şəhərə başçı təyin olunduqdan bir qədər sonra, onun həyata keçirdiyi iyrənc idarəçiliyə qarşı kütləvi narazılıqlar baş qaldırmağa başladı. Bütün bunların da kökündə, icra başçısının şəhər ərazisində müəyyən layihə proqramlarını həyata keçirən sahibkarların, şirkətlərin, ayrı-ayrı iş adamlarını və s. “üzərinə yeriməsi”, onları minbir oyun qaydaları ilə üz-üzə qoyması oldu.Zakir Fərcovun həyata keçirdiyi idarəçiliyin mahiyyəti, büdcə vəsaitlərinin oğurlanması, dənizkənarı ərazilərdə həyata keçirilən layihələrin icrası zamanı mənimsənilən milyonların, dosbazlıq, qohumbazlıq amilinin tüğyan etməsi və s. kimi problemlər tam aydınlığı ilə qabardılıb. Təəssüf ki, son anda bu şəxslə bağlı heç bir tədbir görülməyib. Əksinə o, ayrı-ayrı illərdə müxtəlif titullarla ödüllənir. Çünki, bu şəxsin çoxsaylı qohum-əqrəbası, yaxın çevrəsinə daxil olan şəxslər hakimiyyət sütunlarında o qədər geniş formada təmsil olunublar ki, bir kimsənin ona təsir etməsi mümkün olmayan məsələdir. Məhz, belə bir səbələr üzündəndir ki, yenə də Zakir Fərəcov "kor atı minib köndələn çapmaqdadır”.Onların bu hərəkətlərinə ad tapa bilmirəm.
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
2 yanvar 2025 17:29
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
2 yanvar 2025 15:12
- Natiq Qasımovun doğum günüdür
2 yanvar 2025 13:13
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
2 yanvar 2025 12:01
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
2 yanvar 2025 11:41
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
1 yanvar 2025 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
1 yanvar 2025 14:37
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
1 yanvar 2025 13:17
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
1 yanvar 2025 11:21
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 2024 21:23
- Aliment borcu hansı hallarda SİLİNİR?
03 yanvar 00:34
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
01 yanvar 13:17
- Ukrayna rus qazının tranzitini dayandırdı: Bu, tarixi hadisədir
01 yanvar 12:35
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
01 yanvar 11:21
- Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu
01 yanvar 11:06
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib (YENİLƏNİB)
01 yanvar 10:55
- NАR Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb
31 dekabr 21:36
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 21:23
- Naringinin ...ziyanı
31 dekabr 17:24
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 15:03
- Suriya tarixində İLK DƏFƏ
31 dekabr 12:27
- İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi
31 dekabr 11:22
- Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
31 dekabr 11:13