Həbsdə olan general 12 milyon manat zərər ödəyib

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadənin Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası davam etdirilib.
Qaynarinfo xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib.
Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirzəzadə ötən prosesdə müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlə çıxış edib.
O bildirib ki, iş üzrə generalın dövlət büdcəsinə vurduğu 18 milyon manat zərərdən 12 milyon manatı yaxınları və qohumları tərəfindən ödənilib: "Bizim məqsədimiz zərərin tam olaraq ödənilməsi istiqamətində işlərin görülməsidir. Nizami Məmmədov barəsində ibtidai istintaq başa çatıb, onun şahidlərə, zərərçəkənə təsir etmək kimi bir fikri yoxdur. Azadlıqda olsa zərərin ödənilməsi təmin olunacaq".
Digər təqsirləndirilən şəxslərin də müdafiəçiləri müvəkkilləri ilə bağlı seçilən qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini məhkəmədən xahiş ediblər.
Dövlət ittihamçısı Fuad Musayev hazırkı vaxtda təqsirləndirilən şəxslərlə bağlı seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı hər hansı bir əsasın olmadığını və vəsatətin təmin edilməməsini məhkəməyə təklif edib.
Məhkəmədə vəsatət təmin edilməyib və növbəti məhkəmə iclası sentyabrın 22-ə təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksək vəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.
Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.
Cinayət işi üzrə dövlətə dəymiş ziyan 100 milyon manata yaxındır.
İbtidai istintaq zamanı iş üzrə dəymiş zərərin 40 milyon manatı ödənilib.
Oxşar xəbərlər
- Nazir müavininin oğlu bir ildə 11 tenderi UDDU...
23 sentyabr 2023 17:44
- Sədərək Yusifin qardaşı oğlu başıma silah dirəyib, zorladı- DƏHŞƏTLİ VİDEO
23 sentyabr 2023 10:57
- General 143 MİLYONU necə mənimsəyib? - Dindirmə qapalı olacaq
22 sentyabr 2023 22:26
- NARın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
22 sentyabr 2023 18:46
- Məktəbdə külli miqdarda mənimsəmə aşkarlandı, cinayət işi açıldı
22 sentyabr 2023 14:47
- Generalın yerinə təyin olunan şəxs əvvəllər bu nazirin işçisi olub
22 sentyabr 2023 12:19
- Azərbaycan torpaqlarını geri qaytarır, Ermənistan əsarətdən xilas olur..
21 sentyabr 2023 16:16
- Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - Canlı
21 sentyabr 2023 10:29
- Laçın məktəbinin direktoru Piyalə Xudayarova ilə bağlı dövlət qurumlarına müraciət
21 sentyabr 2023 08:44
- Beş ay əvvəl toyu olmuşdu, övlad yolu gözləyirdi...şəhid oldu
20 sentyabr 2023 14:50
Xəbər lenti
- Erməni əsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaq üçün müraciətlər daxil olub” - DİN
23 sentyabr 23:45
- Nazir müavininin oğlu bir ildə 11 tenderi UDDU...
23 sentyabr 17:44
- Sədərək Yusifin qardaşı oğlu başıma silah dirəyib, zorladı- DƏHŞƏTLİ VİDEO
23 sentyabr 10:57
- İnterpol Qazaxıstandan çıxarılan kapitalın axtarışına qoşulacaq
23 sentyabr 10:45
- ABŞ Konqresinin nümayəndə heyəti Ermənistandadır
23 sentyabr 10:23
- General 143 MİLYONU necə mənimsəyib? - Dindirmə qapalı olacaq
22 sentyabr 22:26
- NARın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
22 sentyabr 18:46
- Rüstəm Behrudi məhkəmə işindən xəbərsizdir- Qurban Məmmədovun evi adıma olub
22 sentyabr 16:45
- Məktəbdə külli miqdarda mənimsəmə aşkarlandı, cinayət işi açıldı
22 sentyabr 14:47
- Generalın yerinə təyin olunan şəxs əvvəllər bu nazirin işçisi olub
22 sentyabr 12:19
- 304 nəfər YAP-dan qovuldu
21 sentyabr 22:08
- Azərbaycan torpaqlarını geri qaytarır, Ermənistan əsarətdən xilas olur..
21 sentyabr 16:16
- Erməniləri Yevlaxda kim təmsil edir ?
21 sentyabr 13:02
- Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
21 sentyabr 12:58
- Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - Canlı
21 sentyabr 10:29
- Yevlax görüşündə nələr müzakirə olunacaq? - Prezident açıqladı
21 sentyabr 08:25
- Laçın məktəbinin direktoru Piyalə Xudayarova ilə bağlı dövlət qurumlarına müraciət
20 sentyabr 18:44
- Suraxanıda “Əsrin müqaviləsi”nə həsr olunmuş konfrans - Fotolar
20 sentyabr 16:32
- Beş ay əvvəl toyu olmuşdu, övlad yolu gözləyirdi...şəhid oldu
20 sentyabr 14:50
- MN: Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə RAZILIQ
20 sentyabr 13:13
- Tahir Salahovun qızı vəfat etdi
20 sentyabr 10:39
- VƏTƏN SEVGİSİNİ MÜƏLLİM ÖYRƏDİR
20 sentyabr 10:30
- ABŞ Dövlət katibi Antoni Blinken İlham Əliyevə zəng etdi
20 sentyabr 08:31
- İlham Əliyev Ərdoğana təşəkkür etdi
20 sentyabr 08:27
- Qarabağda yaşayan ermənilər YEVLAXA görüşə dəvət edildi
19 sentyabr 22:38
- Separatçıların atəşi nəticəsində Şuşada mülki şəxs həlak oldu
19 sentyabr 17:51
- Silahı yerə qoyun və təslim olun! - Müraciət
19 sentyabr 16:44
- Sumqayıt ,yetim şəhərim, qalmısan əsir -yesir dəllaların əlində...
19 sentyabr 16:30
- Lokal antiterror tədbirlərinə siyasi partiyaların - Dəstək bəyanatı
19 sentyabr 16:06
- Köhnə smartfonunu sərfəli şərtlərlə sat! - “Nar”dan əla fürsət
19 sentyabr 15:57
Video & Fotoqalereya
Video
Fotoqalereya