Şəhid xanımı oğlu ilə birlikdə universitetə qəbul oldu - Fotolar

Xəbər verdiyimiz kimi, dünən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb.
Ali məktəbə qəbul olanlar arasında Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı və oğlu da var. Şəhidimizin oğlu Orucov Əlihəsən Nail oğlu Memarlıq və İnşaat Universitetinə, xanımı Ağamalıyeva Nigar isə Bakı Dövlət Universitetinə daxil olub.
“Qafqazinfo” xəbər verir ki, Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Modern.az-a açıqlamasında çox həyəcanlı, xoşbəxt olduqlarını bildirib.
“Çox xoş oldu. Bu anı çoxdan gözləyirdik. Fikirlərimi sözlərlə ifadə edə bilmirəm. Çox həyəcanlıyıq. Mən 230 balla Bakı Dövlət Universitetinin filologiya ixtisasına daxil oldum. Oğlum 371 balla Memarlıq və İnşaat Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinə qəbul olub. Şəhidimizin də ruhu şaddır ki, biz bu pilləyə çatmışıq", - o deyib.
Nigar Ağamalıyeva çoxdankı yarımçıq arzusunu bu dəfə oğlu ilə birlikdə tamamlayacağını deyib.
“Mənim 3 övladım var, bu yola çıxdım ki, uşaqlarıma dəstək olum. Bizim yaşam tərzimiz artıq dəyişib. Gərək biz də güclü olaq ki, uşaqlarımız da bizə baxıb ilham alsınlar, güclü olsunlar. Ali məktəbə daxil olmuşdum, sadəcə başa çatdıra bilmədim, problemlər oldu, yarıda qaldı. Çoxdankı, arzum idi. Bu dəfə təhsilimi davam etdirəcəm, övladımla bərabər”, - şəhidimizin xanımı qeyd edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub, Astara rayonunda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nail Orucov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.


- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 2025 21:05
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 2025 11:22
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45