Cibimizdə cin gəzdiririk - Azərbaycanlı həkimdən ŞOK AÇIQLAMA

Həkim, elmi-lədun bilicisi Paşa Yaqub cinlərlə bağlı maraqlı müəllif yazısı yazıb. Paşa Yaqub hesab edir ki, cinlərin günümüzdəki hadisələrə təsiri böyükdür.
Oxucuların marağına səbəb olacağını düşünüb, Musavat.com-a göndərilən yazını təqdim edirik:
Günümüzdə bəzi insanlar guya elitar görsənmək üçün özlərini cinlərin varlığına inanmayan kimi göstərməyə çalışırlar. Onlara elə gəlir ki, cinlərin varlığına inanmaq elmə zidd getməkdir və guya cahilliyin əlamətidir. Daha başa düşmürlər ki, müasir telekommunikasiya sənayesi, mobil telefonlar və teleötürücülər elə cinlərin varlığına görə mövcuddur. Yəni Allah cin tayfasını yaratmasaydı bu gün biz mobil telefonlarla dünyanın o başında olan insanı ovcumuzun içinə qoyub, danışa bilməzdik. Təsadüfü deyildir ki, ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar hamısı cin adları daşıyırlar – CİN, Nar, Sim və s. Cibində cin gəzdirən və hər dəqiqə onun xidmətindən istifadə edən adamın cinin varlığını danması əslində, savadsızlıqdan, cahillikdən irəli gəlir...
Məşhur “Bir qalanın sirri” filmində “Sim” və “Nar” adlı cinlərdən, onların padşahlarından bəhs edən səhnələri yəqin çoxlarınız izləmisiniz. “Sim” - əlaqə yaradan cinin adıdır; “Nar” isə, od, alov mənasındadır. Qurandan bildiyimiz kimi, Allah cinləri oddan yaradıb.
Yeri gəlmişkən, Quranda Süleyman Peyğəmbərin həyatından bəhs edən bir epizodda onun cinlərin xidmətindən istifadə etməsi belə təsvir olunub:
“Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)””
“(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!””
Quran, “Qarışqalar” surəsi, 39-40.
Cinlər Süleymana gətirdiklərini mobil telefon üzərindən gündə min yol bizə gətirmirlərmi? Dünyanın istənilən nöqtəsində olan adamı bir göz qırpında qabağımıza (ovcumuzun içinə) qoymurlarmı?! Elə isə, niyə özümüzü “elit” göstərmək üçün bu xidməti danırıq?
Elmi-lədun bilicisi olaraq, onu da qeyd etməyi lazım bilirik ki, cinlər əslində, fizika elmində dalğa kimi tanınan nəsnədir. Cinlərdə olan dalğaların tezliyi insandakından müqayisəolunmaz dərəcədə yüksək hersdə olduğundan, onların insana görünməsi (elmdə buna hallüsinasiya, loru dildə qarabasma deyilir) insanın sinir sisteminin pozulması ilə nəticələnir. Bunun bənzəri televiziya dalğalarının biri-birini vurub, ekrandan çıxarmasıdır (güclü dalğa zəif dalğanı sıxışdırıb, özü ekrana hakim olur). Bənzər proses insan beynində də gedə bilir – paralel aləmdə olan məxluqların (cinlərin) ötürdüyü mənfi (neqativ) dalğalar insan beyninə daxil olur və orada sabitliyi pozur. Dalğanın tezliyi (hersi) yüksək olduqda hallüsinasiya baş verir və insanın sinir sistemi pozulur, ruhi-əsəb (hirs, hers) xəstəlikləri yaranır...
Buradan aydın olur ki, Yaradan Quranda “Cinlər” (72) surəsini boşuna göndərməmiş, bu barədə Süleymana verdiyi elmi də təsadüfən verməmişdir. Cinlər Süleymana göstərdiyi xidməti bu və ya digər formada bu gün hər birimizə göstərməkdədirlər. Buna əmin olmağınız üçün, əlinizi cibinizə salıb, “CİN”inizi (yaxud, Simi. Narı) çıxarıb, dərin düşüncəylə (açıq gözlə, bəsirətlə) baxmağınız kifayətdir...
“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”” Quran.
Söz ardı: dalğalar televiziyaya antena, insan orqanizminə isə onurğa vasitəsi ilə daxil olur. Maraqlıdır ki, antenanın quruluşu ilə onurğanın (qabırğaların) quruluşu bənzərdir.
Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi, 35 kitab müəllifi
- Erməniləri Yevlaxda kim təmsil edir ?
21 sentyabr 2023 13:02
- VƏTƏN SEVGİSİNİ MÜƏLLİM ÖYRƏDİR
20 sentyabr 2023 11:01
- Azərbaycanlı qadın BMT-dən medal aldı - Foto
15 sentyabr 2023 12:32
- Biz Hegeldə dayanırıq, dünya Hegeldən başlayır… – Müsahibə
11 sentyabr 2023 13:15
- Məni Türkiyədən Məhəmmədəminin qəbri qovdu…Aqşin Yeniseylə müsahibə
8 sentyabr 2023 15:53
- Tolstoyun qohumu olan azərbaycanlı - Ənvər Məmmədov kim idi?
7 sentyabr 2023 17:56
- Dünyaşöhrətli Ənvər Məmmədov vəfat etdi
7 sentyabr 2023 15:43
- Azərbaycanlı səfir Kliçko ilə görüşdü - Foto
6 sentyabr 2023 16:27
- Azərbaycanı Cümhuriyyət edən Fətəli xan Xoyski - Maraqlı faktlar
27 avqust 2023 21:17
- Prezident Türkiyənin milli müdafiə nazirini qəbul etdi
27 avqust 2023 13:16
- Erməni əsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaq üçün müraciətlər daxil olub” - DİN
23 sentyabr 23:45
- Nazir müavininin oğlu bir ildə 11 tenderi UDDU...
23 sentyabr 17:44
- Sədərək Yusifin qardaşı oğlu başıma silah dirəyib, zorladı- DƏHŞƏTLİ VİDEO
23 sentyabr 10:57
- İnterpol Qazaxıstandan çıxarılan kapitalın axtarışına qoşulacaq
23 sentyabr 10:45
- ABŞ Konqresinin nümayəndə heyəti Ermənistandadır
23 sentyabr 10:23
- General 143 MİLYONU necə mənimsəyib? - Dindirmə qapalı olacaq
22 sentyabr 22:26
- NARın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
22 sentyabr 18:46
- Rüstəm Behrudi məhkəmə işindən xəbərsizdir- Qurban Məmmədovun evi adıma olub
22 sentyabr 16:45
- Məktəbdə külli miqdarda mənimsəmə aşkarlandı, cinayət işi açıldı
22 sentyabr 14:47
- Generalın yerinə təyin olunan şəxs əvvəllər bu nazirin işçisi olub
22 sentyabr 12:19
- 304 nəfər YAP-dan qovuldu
21 sentyabr 22:08
- Azərbaycan torpaqlarını geri qaytarır, Ermənistan əsarətdən xilas olur..
21 sentyabr 16:16
- Erməniləri Yevlaxda kim təmsil edir ?
21 sentyabr 13:02
- Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
21 sentyabr 12:58
- Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - Canlı
21 sentyabr 10:29
- Yevlax görüşündə nələr müzakirə olunacaq? - Prezident açıqladı
21 sentyabr 08:25
- Laçın məktəbinin direktoru Piyalə Xudayarova ilə bağlı dövlət qurumlarına müraciət
20 sentyabr 18:44
- Suraxanıda “Əsrin müqaviləsi”nə həsr olunmuş konfrans - Fotolar
20 sentyabr 16:32
- Beş ay əvvəl toyu olmuşdu, övlad yolu gözləyirdi...şəhid oldu
20 sentyabr 14:50
- MN: Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə RAZILIQ
20 sentyabr 13:13
- Tahir Salahovun qızı vəfat etdi
20 sentyabr 10:39
- VƏTƏN SEVGİSİNİ MÜƏLLİM ÖYRƏDİR
20 sentyabr 10:30
- ABŞ Dövlət katibi Antoni Blinken İlham Əliyevə zəng etdi
20 sentyabr 08:31
- İlham Əliyev Ərdoğana təşəkkür etdi
20 sentyabr 08:27
- Qarabağda yaşayan ermənilər YEVLAXA görüşə dəvət edildi
19 sentyabr 22:38
- Separatçıların atəşi nəticəsində Şuşada mülki şəxs həlak oldu
19 sentyabr 17:51
- Silahı yerə qoyun və təslim olun! - Müraciət
19 sentyabr 16:44
- Sumqayıt ,yetim şəhərim, qalmısan əsir -yesir dəllaların əlində...
19 sentyabr 16:30
- Lokal antiterror tədbirlərinə siyasi partiyaların - Dəstək bəyanatı
19 sentyabr 16:06
- Köhnə smartfonunu sərfəli şərtlərlə sat! - “Nar”dan əla fürsət
19 sentyabr 15:57