- Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
- Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır
- Bakıda bu bələdiyyələr birləşdiriləcək - SİYAHI
- Ağsu sakini 1 QUTU SİQARETƏ görə 3,5 İL HƏBSDƏ yatacaq
- Vasif Talıbovun şirkətinin 10 MİLYONDAN ÇOX vergi borcu var
Azərbaycan əhalisinin banklara olan borcu - 12 MİLYARD MANAT
İqtisadiyyat26 avqust 2023 18:10
Azərbaycan əhalisinin banklara olan borcunun məbləği açıqlandı - Milyardlarla manat...
Aparılan araşdırmalar göstərir ki, Azərbaycandakı kommersiya banklarının verdiyi kreditlərin yenə 80 faizə qədəri Bakının payına düşür. Bu mənada regionlarda kreditlər hələ də əlçatan hesab edilmir. Regionlarda, xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Bundan başqa, ölkədə istehlak kreditləşməsinin sürətlə artması da narahatlıq doğurur. Bu il iyunun 1-nə ölkədə istehlak və ipoteka kreditləri portfeli doqquz milyard manatdan çox olub.
İstehlak kreditlərinin artımında kredit kartlarının da rolu az deyil. Mərkəzi Bankın açıqlamasına görə, ilk yarımilin sonunda Azərbaycanda kredit kartlarının sayı ilk dəfə 2 milyon ədədi ötüb. Hesabat dövründə onların sayı 2 milyon 20 min kart təşkil edib. Bu, həm də Azərbaycanda indiyədək qeydə alınan ən yüksək göstəricidir. Səkkiz il öncəki devalvasiyayadək Azərbaycanda kredit kartlarının sayında artım gözə çarpırdı. 2014-cü ilin sonunda ölkədə 1.3 milyon kredit kartı olub. 2015-ci ildə ölkə iqtisadiyyatında baş verən problemlər ən çox bank sektoruna ziyan vurmuşdu. Həmin dövrdən bəri iqtisadi göstəricilərin pisləşməsi satışı azaltmışdı. Digər tərəfdən, bir neçə bankın bağlanması da ölkədə kredit kartlarının sayını azaltmışdı. Beləcə, 2015-ci ilin sonunda Azərbaycanda cəmi 631 min kredit kartı olub. Bu, bir ilə iki dəfədən çox azalma demək idi. 2020-ci ildə ölkədə kredit kartlarının sayı yenidən 1 milyon ədədi ötdü. Bu dövrdən başlayaraq, Azərbaycanda kredit kartlarının sayında artım müşahidə edilib və son üç ildə kredit kartlarının sayı təxminən 1 milyon ədəd çoxalıb. İnflyasiya üzündən bir çox məhsulun bahalaşması və məhsulun dəyərini aylara bölməklə ödəmək imkanı, eləcə də ölkədə nağdsız ödənişlərin genişlənməsi, bankların onlayn kredit imkanları ölkədə kredit kartlarının sayını artıran əsas səbəblər hesab olunur. Kredit kartlarının sayı ilə yanaşı, vətəndaşların banklara borcu da artmaqdadır. Bu ilin əvvəlində Azərbaycanda əhalinin banklara toplam borcu 5 milyard 754 milyon manat oub. İlk yarımildə bu rəqəm 6 milyard 325 milyon manata yüksəlib, yəni 571 milyon manat və ya 10 faiz artıb. İpoteka kreditləri də diqqətə alınsa, hazırda əhalinin hər nəfərinə düşən bank kreditinin məbləği təxminən 950 manatdır. Ötən ilin eyni dövründə bu rəqəm ortalama 785 manat civarındaydı.Əhali ilə yanaşı, şirkətlərin də banklara borcu artıb. 2023-cü il başlayarkən, ölkədə biznes kreditləri portfeli 10 milyard 885 milyon manat idi. Altı ay içində bu rəqəm 11 milyard 650 milyon manata yüksəlib. Başqa deyimlə, şirkətlərin banklara olan borcu 765 milyon manat və ya 7 faiz artıb. Bununla yanaşı, "Azadlıq” radiosunun məlumatına əsasən, kredit satışının artması bankların faizlərdən əldə etdiyi gəliri də yüksəldib. İlk yarımildə Azərbaycan bankları verdiyi kreditlərə görə toplam 1 milyard 235 milyon manat faiz gəliri götürüb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 36 milyon manat idi. Deməli, ötən illə müqayisədə banklar faizlərdən 200 milyon manat daha çox gəlir qazanıb. Bütün gəlir və xərclər nəzərə alındıqdan sonra, 2023-cü ilin ilk altı ayında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti 563 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 163 milyon manat və ya 40 faiz daha çox qazanc deməkdir.
Mərkəzi Bankın açıqladığı göstəricilərdən bəlli olur ki, əhalinin banklarda saxladığı vəsait banklardan alınan kreditlərlə müqayisədə daha az artıb. Bu ilin ilk yarısının sonuna Azərbaycan banklarında fiziki şəxslərin müddətli depozitlərinin həcmi 6 milyard 595 milyon manat olub. İlin əvvəlində bu rəqəm 6 milyard 204 milyon manat idi. Bu baxımdan, il ərzində əhalinin banklardakı müddətli depozitlərinin həcmi 391 milyon manat və ya 6 faiz artıb. Tələbli depozitlərin həcmindəki artım daha yüksəkdir. Tələbli depozitlər müştərilərin bank hesablarında saxladığı vəsaitdir. Bu vəsaitin çoxalmasına əsas səbəb yığımlardan daha çox, bank kartlarının sayca artmasıdır. Başqa sözlə, öncələr nağd olaraq saxlanılan vəsait artıq kartlarda saxlanmağa başlanıb. Bu ilin ilk altı ayının sonunda müştərilərin tələbli depozitlərinin həcmi 5 milyard 877 milyon manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 600 milyon manatlıq və ya 11 faiz artım deməkdir. Fiziki şəxslərin depozitlərinin təxminən 37 faizi xarici, 63 faizi yerli valyutada saxlanılır. Rusiya-Ukrayna müharibəsi başlanandan – ötən ilin fevralından bəri qeyri-rezidentlərin - xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladığı vəsaitin həcmində də artım qeydə alınır. Müharibə başlanmadan öncə - 2022-ci il yanvarın sonunda əcnəbilərin Azərbaycan banklarında cəmi 294 milyon manat vəsaiti olub. Sonrakı aylarda bu vəsait ardıcıl artdı və ilin sonunda 1 milyard 174 milyon manata çatdı. Artım bu il də davam edir. İlk yarımilin sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsaitin həcmi artıq 1 milyard 325 milyon manata çatıb. Bu, ilin əvvəlindən bəri 150 milyon manat və ya 13 faiz artım deməkdir. Bank sektorunda bir məqam da diqqət çəkir. Söhbət nağdsız ödənişlərin həcmindəki kəskin artımın bu ilin ilk yarısında da davam etməsindən gedir. Rəsmi rəqəmlərə görə, ilk yarımildə kartlarla 3.6 milyard manatlıq nağdsız əməliyyat gerçəkləşib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 1.8 dəfə artım anlamına gəlir. Həmin artım hesabına kart əməliyyatlarının strukturunda nağdsız əməliyyatların həcmi nağd əməliyyatların həcmini ötüb. İyun ayında bank kartları vasitəsi ilə aparılan əməliyyatların 53 faizi nağdsız əməliyyatların payına düşüb, vəsaitlərin 47 faizi isə nağdlaşdırılıb. Amma bunlar fonunda daha bir problem problemli kreditlərin də artımıdır. Bu il iyulun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2,4 faiz artaraq 502.3 milyon manata yüksəlib.düzdür, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 15,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,1 faiz azalıb. Amma iyunda qeydə alınan artım ciddi narahatlıq doğurur. Hesab olunur ki, bunun səbəbləri araşdırılmalı, preventiv tədbirlər görülməlidir.
Baki-xeber.com
Oxşar xəbərlər
- Millət vəkili Əli Məsimli AZƏRİQAZ-ın baş direktoru Azər Məmmədovla görüşüb..
17 oktyabr 2024 21:42
- Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
17 oktyabr 2024 19:34
- Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
17 oktyabr 2024 18:56
- Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17 oktyabr 2024 17:41
- Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır
17 oktyabr 2024 16:24
- Prezidentdən SƏRƏNCAM - Bu qurum LƏĞV EDİLDİ
17 oktyabr 2024 15:58
- Bakıda bu bələdiyyələr birləşdiriləcək - SİYAHI
17 oktyabr 2024 14:52
- Ağsu sakini 1 QUTU SİQARETƏ görə 3,5 İL HƏBSDƏ yatacaq
17 oktyabr 2024 12:22
- Vasif Talıbovun şirkətinin 10 MİLYONDAN ÇOX vergi borcu var
17 oktyabr 2024 12:09
- İlham Əliyev COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub
17 oktyabr 2024 11:56
Xəbər lenti
- Millət vəkili Əli Məsimli AZƏRİQAZ-ın baş direktoru Azər Məmmədovla görüşüb..
17 oktyabr 21:42
- Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
17 oktyabr 19:34
- Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
17 oktyabr 18:56
- Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17 oktyabr 17:41
- Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır
17 oktyabr 16:24
- Prezidentdən SƏRƏNCAM - Bu qurum LƏĞV EDİLDİ
17 oktyabr 15:58
- Bakıda bu bələdiyyələr birləşdiriləcək - SİYAHI
17 oktyabr 14:52
- Ağsu sakini 1 QUTU SİQARETƏ görə 3,5 İL HƏBSDƏ yatacaq
17 oktyabr 12:22
- Vasif Talıbovun şirkətinin 10 MİLYONDAN ÇOX vergi borcu var
17 oktyabr 12:09
- İlham Əliyev COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub
17 oktyabr 11:56
- Prokuror sevgilisinin 5 sevgilisini TUTDURDU
17 oktyabr 11:41
- MİNAtəmizləyənlərə də ŞƏHİD statusu verilə bilər VİDEO
17 oktyabr 10:48
- Cəbrayılda bir evin tikintisinə 157 min manat xərclənəcək
16 oktyabr 22:13
- Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ
16 oktyabr 21:50
- Tibb Universitetinin YENI P PROREKTORU
16 oktyabr 21:30
- Mübariz İbrahimovun atası vəfat etdi - Yenilənib
16 oktyabr 19:42
- Azərbaycan tarixinə 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub
16 oktyabr 11:27
- Şah İsmayılın fərmanı Azərbaycanda (FOTO)
15 oktyabr 21:40
- Laçında TRAMVAY xətti çəkiləcək ))
15 oktyabr 21:16
- Azərbaycanda evlənən hər 2 nəfərdən biri boşanır – Rəsmi statistika
15 oktyabr 13:56
- Mərkəzi Bank 4 400 ədəd qızılgülü, 700 ədəd qərənfili NƏ ÜÇÜN ALIR ? ))
15 oktyabr 13:49
- Kollegiyada 3 vəkilə töhmət, 2 vəkillə bağlı məhkəməyə müraciət....
15 oktyabr 13:40
- Universitetlərin ƏN YAŞLI 1-ci kurs tələbələri
15 oktyabr 12:57
- Prezident Rebuild Karabakh sərgisinin iştirakçılarına məktub ünvanladı
15 oktyabr 12:36
- Azərbaycanda vəzifəli şəxs müəllimi qaçırdı
15 oktyabr 12:28
- Yazıçı Vaqif Əlixanlı VƏFAT ETDİ
15 oktyabr 12:06
- Pezeşkian səfirliyimizə hücumdan danışdı
15 oktyabr 10:36
- Müəllim hamamda yıxılıb öldü - Foto
15 oktyabr 10:28
- Bu xanımlar yüksək vəzifəyə TƏYİN OLUNDU
15 oktyabr 10:05
- Azərbaycanla bağlı səhvlərimiz olub... - Pezeşkian
15 oktyabr 02:37
Video & Fotoqalereya
Video
Fotoqalereya