AAK-a 5 milyon 160 min manat rüşvət daxil olub
Cəmiyyət21 avqust 2023 14:27

Ötən yazımızda AAK-da rüşvət faktından geniş bəhs etmişdik. (https://gundemxeber.az/gundemxeber/80851-ali-attestasiya-komissiyasinda-diplom-alveri.html)
O da məlumdur ki, heç kəs könüllü şəkildə 20-30 min manat pulu rüşvət olaraq AAK-da çalışanlara verməz. Problem ilk növbədə iddiaçıların sənədləri ilə bağlı yardılır, bu məqsədlə Fmil Mustafayev AAK-a gələndən sonra hazırlanmış və 2019-cu ildə qəbul edilmiş “Elmi dərəcələrin və adların verilməsi haqqında Əsasnamə”dən istifadə edilir. GundemXeber.Az-ın redaksiyasına müraciət edən əksər iddiaçılar AAK-ın həmin Əsasnaməni qeyri-qanuni olaraq və məqsədli şəkildə 2019-cu ildən əvvəlki dövrə tətbiq etməsindən şikayətləndilər. AMEA-nın gənc bir tədqiqatçısı deyir: “Mən 2016-cı ildə doktoranturaya daxil olmuşam. Baza təhsilini Bakı Dövlət Universitetinin tarix fakültəsində almışam. Magistranturanı isə NBA proqramı üzrə bitirmişəm. Doktoranturaya daxil olanda fərq imtahanlarını vermişəm. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Magistr diplomumda qeyd edilir ki, təhsilin yeni pilləsində təhsilimi davam etdirə bilərəm. Üstəlik, orada mənim təhsilimi hansı ixtisas üzrə davam etdirə biləcəyim konkret qeyd olunmadığından demək mən baza təhsilimə uyğun sahə üzrə də doktorantura və yaxud aspirantura təhsili ala bilərəm. Lakin AAK mənim tarix üzrə yazdığım işə baxmaqdan imtina edir. Və həmin imtinanı 2019-cu ildə qəbul edilmiş əsasnamə ilə əsaslandırır. Halbuki mən 2016-cı ildə, yəni yuxarıda adıçəkilən əsasnamədən 3 il qabaq doktranturaya qəbul olunmuşam. Onda AAK hansı haqla həmin əsasnaməni mənə və mənim kimi onlarla gəncə tətbiq edir. Digər tərəfdən, AAK-ın əsasnaməsi Azərbaycan Konsititusiyasından üstündürmü?”
Azərbaycan Respublikasının Konsititusiyasının 149-cu maddəsinin VII bəndində deyilir: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Yəni hüquqi normativ akt vətəndaşın xeyrinə olduqda, onun qüvvəsi geriyə şamil oluna bilər. Əks halda, yəni vətəndaşın ziyanına olduqda, onun qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikasının Konsititusyası tərəfindən birmənalı şəkildə qadağan edilir. AAK isə Azərbaycan Respublikasının Konsititusiyasının tamamilə ziddinə olaraq məhz vətəndaşların vəziyyətini ağırlaşdıran hüquqi normativ aktın qüvvəsini geriyə şamil etmişdir. Beləliklə, magistraturanı NBA proqramı üzrə bitirmiş onlarla azərbaycanlı gəncin elmə gələn yolunu qapayır. Təəccüb doğuran budur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də diplomda yazdığı “bu diplom növbəti pillədə təhsili davam etdirməyə icazə verir” sözlərinə birmənalı şərh vermək istəmir. İndi gənclər necə etsin? Sadə bir həqiqəti AAK rəhbərliyinə anlatmaq üçün Konsititusiya Məhkəməsini işə qarışdırsınlar?
Əslində, AAK rəhbərliyi işin nə yerdə olduğunu, qanunun nə dediyini çox gözəl başa düşür. Amma... Məsələ elə bu əmmadadır. Qəsdən yaradılmış bu anlaşılmazlıq elmi dərəcə və ad almaq istəyən gəncləri küncə sıxışdırmaq və maraqları təmin etmək üçün sadəcə bir vasitədir...
AAK-da ən böyük narazılıq filologiya, sənətşünaslıq, pedaqogika, tarix və antrapologiya şöbəsi ilə bağlıdır. Bu şöbəyə rəhbərliyi isə, pedaqogika üzrə fəlsəfə doktoru (pedaqogika üzrə fəlsəfə doktorunun filologiya, sənətşünaslıq, pedaqogika, tarix, antrapologiya- kimi fərqli sahalərə necə rəhbərlik etməsi sual doğurur) Oktay Səmədov həyata keçirir. Əksər gənc tədqiqatçılar hələ öz adının düzgün yazılışını tapa bilməyən (gah Oqtay yazır, gah Oktay) bu adamın qanundan yox, çox vaxt digər maraqlardan çıxış etdiyini dilə gətirirlər. Ümumiyyətlə, bu şöbə məqsədli şəkildə elm aləmində tez-tez işlədilən “qara opponentlərdən” sui- istifadə etməklə iddiaçıları küncə sıxışdırır. Adi dildə “çornı opponentlik” adlanan bu rüşvət mexanizminin fəaliyyəti aşağıdakı kimi qurulur: Hər hansı iddiaçını sıxışdırmaq, tora salmaq üçün onun işi əvvəlcədən razılıq əsasında “qara opponentə” göndərilir və tapşırıq əsasında ona mənfi rəy yazdırılır. İddiaçı ilə razılaşdırılandan sonra, bu mənfi rəy məsələsini həll eləmək” lazım gəlir, bunun üçün iş ikinci “opponentə” göndərilir və bu dəfə “işin keyfiyyəti özü-özünə yüksələrək” müsbət rəyə layiq görülür. Bütün bunlar əsasən şöbə müdirinin planı üzrə Ekspert Şurasına qədər edilir, bu maneələr keçildkdən sonra növbəti proses başlayır. Ekspert Şurası istənilən işi qaytara bilər. Tutaq ki, mövzunun aktuallığı soruşulur, sən cavab verirsən, şura üzvlərindən biri qayıdıb deyir ki, yox belə deyil. İş batdı. Əlbəttə ki, bu problemi “qaydalara” tabe olmayanlar yaşayır, “qaydalar” üzrə gedənlər çox rahat şəkildə diplomlarını alır.
Professor İdris Abbasov mətbuata verdiyi bir müsahibəsində qeyd edir ki, “AAK sədri müzakirə edilmiş elmi işləri dəfələrlə təkrar müzakirəyə cəlb edir”.
Görəsən, məqsəd nədir? Əlbəttə, AAK-ın Ekspert Şurasının üzvü və elmi katibi professor Şəfa Əliyev rüşvət üstündə həbs olunana qədər AAK öz daxilində rüşvət faktının olmasını birmənalı şəkildə inkar edirdi. Sağ olsun, Şəfa müəllim AAK-ın işinə birdəfəlik aydınlıq gətirdi! Bir daha bəlli oldu ki, 20-30 min söhbəti həqiqətən bu təşkilatın daxilində gedir. Həm də bu gün heç kəs deyə bilməz ki, hansısa Ekspert Şurasının üzvü təkbaşına, yaxud rəhbərlikdən xəbərsiz fəaliyyət göstərib. Hər yerin kameralarla təchiz edildiyi, hər yanda rəhbərin xüsusi adamlarının olduğu bir strukturda heç kəs rəhbərlikdən xəbərsiz cəsarət edib rüşvət ala bilməz. Digər tərəfdən, Famil Front oğlu Mustafayev bura Dövlət Əmlak Komitəsindən gəlib. Onun üçün “Kupça” ilə diplomun bir elə də fərqi yoxdur.
Üstəlik o da məlumdur ki, əksər ekspertlər maaş alıdıqları üçün rəhbərliyin bütün göstərişlərini sözsüz yerinə yetirirlər. Bununla bağlı professor İdris Abbasov yazır: “Mən ona görə də təkrar müzakirəyə sədrlik etməkdən imtina etdim. Elmə, inkişafa heç bir faydası olmayan belə yanlış qərarın icraçısı olmaq üçün o qədər cahil olmalısan ki, bu hərəkətə boynubükük şəkildə razı olasan. Həyatda hər şey elmdən, ziyalılıqdan, haqq sözünü deməyi bacarmaqdan, özünə qarşı tələbkar olmaqdan başlayır. Təəssüf ki, bizim bəzi alim-məmurlarımız bunu hələ də anlamaq istəmirlər. Şirnikləndirici təkliflər, formal müzakirələr elmin inkişafına deyil, rüşvətə xidmət edir”.
Əlbəttə, “maraqları” ödəyən, yaxud şöbə müdiri ilə “dil tapan” insanların işi çox asan gedir. Elə adamlar var ki, 3-4 aya diplom alıb, elələri isə var ki, 2-3 ildir AAK-a ayaq döyür. Niyə? Və niyə elmin qapıları gənclərin üzünə bağlanıb? Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi niyə gənclərə verdiyi diplomların arxasında dayanmır? AAK diş texnikinə tarix üzrə elmlər doktoru, riyaziyyatçıya filologiya üzrə elmlər doktoru, lisenziyasız fəaliyyət göstərmiş İslam Universitetinin məzununa mənbəşünaslıq üzrə elmlər doktoru dərəcəsi almağa icazə verdiyi halda, baza təhsili filologiya, tarix olan gənclərin elmi işini geri qaytarır. Adını da qoyur magistraturanı NBA üzrə bitirmişdir.
Bu, dövlətçiliyə qarşı getməkdir. Bu, ölkə başçısının qoyduğu prinsipləri inkar etməkdir.
Dediyimiz kimi, 2019-cu ildə qəbul edilmiş adıçəkilən Əsasnamədən AAK-da rüşvət mənbəyi kimi istifadə edilir. Əks halda, onu geriyə şamil etmək kimə və nə üçün lazımdır?
xalqxeber.az saytı yazır: “Uzun illərdən bəri ömrünü elmə həsr etmiş, min əziyyətlə dissertasiya yazıb müdafiə etmək istəyənlərin qarşısında AAK rəhbəri F.Mustafayev Çin səddi çəkib. Elmi dərəcə, elmi ad almaq istəyən gənc alimlərin əli ciblərində olmalıdır. Yoxsa onların bu günə qədər oxuduqları, araşdırdıqları, yazdıqları dissertasiyalar heç kəsə lazım deyil”.
Bu faciədir, gənclərin elmə gələn yolunu kəsməkdir, bu ölkənin sabahını məhv etməkdir.
AAK-ı hər zaman müdafiə edən professor Asif Rüstəmlinin “AAK –yaxından-uzaqdan” adlı yazısında istifadə etdiyi bir sitatla fikrimizi yekunlaşdırmaq istəyirəm: “Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur. Azadmedia.az jurnalist Samir Feyruzovun yazısını belə təqdim edir: "Hazırda elmi dərəcə almaq istəyən gənc alimlərdən 20 min manat rüşvət tələb olunur. 2022-ci ildə 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib. 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Məsələ bundadır ki, elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən 20-30 min manat rüşvət istəyirlər. Belə çıxır ki, keçən il elmi ad alan 516 nəfərin içərisində xeyli sayda adam rüşvət müqabilində buna nail olub. Çox yox, bu şəxslərin yarısının rüşvətlə elmi dərəcə aldığını düşünsək, bu o deməkdir ki, 2022-ci ildə elmi adların verilməsinə görə AAK-a 5 milyon 160 min manat rüşvət daxil olub. F.Mustafayev elmi adların verilməsi satışını Komissiyanın Ekspert Şurasının üzvləri vasitəsilə həyata keçirir...”
Asif Rüstəmlinin bu cavab yaısı 06.02.2023-cü il tarixində butov.az saytında gedib və Asif müəllim bu cür faktları sadalayan jurnalistlə bağlı Mətbuat Şurasına da şikayət etmişdi. AAK-ın Ekspert Şuarasının üzvü və katibi professor Şəfa Əliyevin həbsi deyəsən jurnalistin haqlı olduğunu sübut etdi.
Ardı var...
Güney Nəsirov
Oxşar xəbərlər
- Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
3 oktyabr 2023 22:11
- Bu gün Almaniya BİRLİK GÜNÜNÜ bayram edir - 33 İL ƏVVƏL
3 oktyabr 2023 17:58
- Saakaşvli Ruben Vardanyanın həbsindən danışdı: Xeyirlə şər..."
3 oktyabr 2023 11:26
- KİV: Ararat Melkumyan saxlanılıb
3 oktyabr 2023 11:19
- Bədənimizdəki bu nahiyələr mikrobla dolu imiş - Diqqət!
3 oktyabr 2023 09:05
- NAR metroda şəbəkəsini gücləndirir
2 oktyabr 2023 18:29
- İslam necə nifrət dininə çevrildi? - Fəxri Uğurlu
2 oktyabr 2023 16:53
- Beynəlxalq Həkimlər Günüdür
2 oktyabr 2023 15:21
- Ötən il bəraət almışdı - 10 il həbs cəzası verildi
2 oktyabr 2023 12:15
- Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirl SABUN BİZNESİ ilə məşğuldur...
1 oktyabr 2023 21:11
Xəbər lenti
- DTX ermənilərin "prezidenti" Araik Arutyunyanı Bakıya gətirir..
03 oktyabr 22:17
- Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
03 oktyabr 22:11
- Separatçıların keçmiş “lider”ləri saxlanıldı
03 oktyabr 21:51
- Bu gün Almaniya BİRLİK GÜNÜNÜ bayram edir - 33 İL ƏVVƏL
03 oktyabr 17:58
- Prezident Məşhur Məmmədovla bağlı sərəncam imzaladı
03 oktyabr 16:49
- Putin Ermənistana getsə, mütləq həbs olunacaq - ROMA STATUTU
03 oktyabr 16:23
- Binəqədi və Abşeronun 1213 hektar ərazisi Sumqayıta verilir
03 oktyabr 14:12
- Saakaşvli Ruben Vardanyanın həbsindən danışdı: Xeyirlə şər..."
03 oktyabr 11:26
- KİV: Ararat Melkumyan saxlanılıb
03 oktyabr 11:19
- Bədənimizdəki bu nahiyələr mikrobla dolu imiş - Diqqət!
03 oktyabr 09:05
- Qədim Roma seçki kampaniyası materialları tapıldı: Seçicilərin ələ alınması...
03 oktyabr 00:17
- Kadırovun qızı Çeçenistan Baş nazirinin müavini olacaq
02 oktyabr 22:50
- Emin Əmrullayev onları direktor təyin etdi
02 oktyabr 22:23
- NAR metroda şəbəkəsini gücləndirir
02 oktyabr 18:29
- Xocalıda narkotik plantasiyası aşkarlandı - Foto
02 oktyabr 17:53
- İslam necə nifrət dininə çevrildi? - Fəxri Uğurlu
02 oktyabr 16:53
- Beynəlxalq Həkimlər Günüdür
02 oktyabr 15:21
- Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olundu
02 oktyabr 15:01
- Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb
02 oktyabr 14:32
- Deputatdan təklif: Matəm günləri təqvimdən çıxarılsın"
02 oktyabr 13:42
- Nazir Ülkər Səttarovanı yeni yaradılan agentliyin sədri təyin etdi
02 oktyabr 12:27
- Ötən il bəraət almışdı - 10 il həbs cəzası verildi
02 oktyabr 12:15
- İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verildi
02 oktyabr 08:56
- Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirl SABUN BİZNESİ ilə məşğuldur...
01 oktyabr 21:11
- Sara Xatunun bu xahişini II Mehmet eşitmir…
01 oktyabr 18:25
- Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
01 oktyabr 18:06
- Qənirə Paşayevaya HEYKƏL qoyulacaq - FOTO
01 oktyabr 17:19
- Sarsaq İrəvan -Qərb bizə silah versə, Bakıya bayrağımızı sancarıq
01 oktyabr 14:53
- Nar” şəbəkəsi Xankəndi şəhərində!
01 oktyabr 14:36
- Məzuniyyətə gələn əsgər 4-5 Kamaz daş vurub, anasına 5-10 manat çörək pulu..
01 oktyabr 13:16
Video & Fotoqalereya
Video
Fotoqalereya